Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliverdi xan
Əliverdi xan (ən geci 10 may 1671, Dekkan sultanlıqları – 9 aprel 1756, Mürşüdabad[d]) — Benqal, Biharа və Orissanın 1740–1756-cı illərdə nəvvabı. == Həyatı == Əliverdi xanın atası Şahqulu xan Mirzə Məhəmməd Mədəni, anası nəvvab Aqil xan Avşarın qızı idi. Avşar elindən çıxmışdılar. Onun əsl adı Mirzə Məhəmmədəli idi. Ailələri şiə məzhəbində idilər. Atası Övrəngzebin oğlu Əzəmşaha xidmət edirdi. Əzəmşah qardaşlarına da orduda rütbə vermişdi. Atalarının vəfatından sonra çox kasıbladılar. Mirzə Məhəmmədəli və qardaşı Mirzə Əhməd Orissanın söbədarı Şücaəddinin yanında xidmətə daxil oldular. Şücaəddin nəvvab postunu tutandan sonra qardaşların vəziyyəti düzəldi.
Kərimabad-i Əliverdi (Qürvə)
Kərimabad-i Əliverdi (fars. كريم آباد علي وردي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.
Məhəmməd Əlvəndi
Məhəmməd Əlvəndi (1872—1918) — aktyor. == Həyatı == O, 1872-ci ildə Göyçay qəzasının Əlvənd kəndində qulluqçu ailəsində doğulub. Ziyalılarla sıx ünsiyyətdə olan Məhəmməd bəy Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Mütaliəyə ciddi maraq göstərib. Gənc yaşlarından Bakıya gələn Məhəmməd bəy Əlvəndi müxtəlif hüquq işləri idarəsmdə çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş yayılması üçün Hüseyn Ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən "Nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib. Səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış Məhəmməd bəy Əlvəndi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Heydər bəy və Hacı Qara, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" məzhəkəsində Əşrəf bəy və Rüstəm, Səkinə Axundzadənin "Bəxtsiz bala" təbdilində Xəlil bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Mürtəzaqulu xan və Sadıq xan, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" vodevilində Hümbət bəy, Yusif Ziya Talıbzadənin "Ərmənusə" və "Xalid ibn Valid" pyeslərində Marks və Mixa, Nəriman Nərimanovun "Nadir şah" faciəsində Şah Təhmas rollarını oynayıb. Aktyor eyni zamanda tərcümə əsərlərindən Jan Batist Molyerin "Zorən təbib" (Təbib İlyas), Lanskoyun "Qəzavat" (Qriqoryev), Şəmsəddin Saminin "Dəmirçi Gavə", (Qəhtan), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Ərəb), Nikolay Qoqolun "Evlənmə" (Podkolosin), Henrix Heynenin "Əl Mənsur" (Həsən), Fridrix Şillerin "Qaçaqlar" (Herman), Mirzə Məhəmməd Axundzadənin iqtibas etdiyi "Səd ibn Vəqqas" ("Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda səhnəyə çıxıb.
Əlvəndi (Bostanabad)
Əlvəndi (fars. الوندي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (12 ailə).
Əlvəndi (Qəzvin)
Əlvəndi (fars. الوندی‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 70 nəfər yaşayır (16 ailə).
Alaverdi
Alaverdi — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1938–ci ildə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Akner kəndi ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yure) daimi əhalisi 13.343 nəfərdir.
Alaverdi kilsəsi
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Alaverdi monastırı
Alaverdi monastırı (gürc. ალავერდის მონასტერი), Alaverdi kafedral kilsəsi, Alaverdi kilsəsi – Şərqi Gürcüstanda, Kaxeti ölkəsindəki Axmeta şəhərindən 25 km məsafədə, Axmeta bələdiyyəsi ərazisində yerləşən və Gürcü pravoslav kilsəsinə aid olan gürcü monastır kompleksi. ХI əsrdə Kaxeti xorepiskopu III Kvirike(fr) (1010 – 1037/38-ci illərdə hakimiyyətdə olub) köhnə Müqəddəs Georgi kilsəsinin yerində tikdirmişdir. Bəzi hissələri VI əsrə aiddir. Kilsənin hündürlüyü 50 m-ə yaxındır, daxili məkanın hündürlüyü 42 m-dən yüksəkdir. Tbilisidəki Müqəddəs Üç Üqnum kilsəsinin(ru) tikilməsinə (1995-2004) qədər Gürcüstandakı ən hündür kilsə idi. Monastırda XV əsrə aid rəsimlər zamanəmizədək qorunub saxlanılıb. Alavedi kilsəsi UNESCO-nun "Beynəlxalq İrs" siyahısına daxil eidlmək üçün təqdim edilib. Monastırın əsası nə vaxtsa Antioxiyadan gəlmiş və o vaxtlar Ay məbədində ibadət edən bütpərəslərin dini mərkəzi olmuş kiçik Alaverdi kəndində məskunlaşmış suriyalı rahib İosif (Yoseb, Amba) Alaverdeli tərəfindən qoyulub. Müasir dövrdə monastır Gürcüstanda ildə bir dəfə keçirilən dini “Alaverdoba” bayramındındə, diqqət mərkəzinə çevrilir.
Bilverdi (Əhər)
Bilverdi - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Bedustan kəndistanında, Heris qəsəbəsindən 20,5 km qərbdədir.
Gülverdi Qasımov
Gülverdi Abil oğlu Qasımov (15 noyabr 1997, Qobu, Abşeron rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gülverdi Qasımov 1997-ci il noyabrın 15-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gülverdi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülverdi Qasımov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Abşeron rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülverdi Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülverdi Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülverdi Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. == Həyatı == XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. == Səbəbləri == Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
İnsan alveri
Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur. Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər. İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
Əlvari çayır
Əli Ənvəri-Əbivərdi
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Aşağı Saral (Əlmehdi)
Aşağı Saral (fars. سارال سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanının Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. == Tarix == 1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (20 ailə). Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar.
Yuxarı Saral (Əlmehdi)
Yuxarı Saral (farsca: سارال علیا) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. == Tarix == 1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər. == Əhalisi == 2006-cı il siyahıyaalınmasına əsasən kənddə 39 ailədə 186 nəfər əhali yaşayır. Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar. Yuxarı Saral kəndində yaşayan Qarapapaq türklərinin Saral oymağı köçəri həyat tərzi yaşayaraq yaylağa Üşnəviyyə bölgəsinin dağlarına gedirlər.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Giuseppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Albaniyada insan alveri
Albaniya insan alveri, o cümlədən məcburi fahişəlik və məcburi əmək hallarının baş qaldırdığı ölkədir. Həmin qurbanlar Yunanıstan, İtaliya, Şimali Makedoniya, Kosovo və Qərbi Avropada istismara məruz qalırlar. İnsan alveri qurbanlarının yarısı fahişəliyə cəlb edilən qadınlar və uşaqlardır. Yunanıstanda və digər qonşu ölkələrdə alban kişilərinin kənd təsərrüfatı sektorunda məcburi əmək şəraitinə məruz qaldıqlarına dair sübutlar var. Albaniya hökuməti insan alveri ilə mübarizə üçün mühüm addımlar atır. Hökumət insan alveri qurbanlarının müdafiəsini və reinteqrasiyasını nəzarətə götürüb. 2009-cu ilin mart ayında hökumət yeni qanun layihəsini təsdiqlədi hansı ki, insan alveri qurbanlarına da Albaniyada digər risk qruplarında olan şəxlər qədər müavinət və sığınacaq verilməsini nəzərdə tutur. Hökumət rəsmiləri Albaniyada insan alveri ilə bağlıgeniş təbliğat aparır. Siyasi marağın olmaması və sistemdə korrupsiyanın olması cinayərkarların cəzasız qalmasına səbəb olur. 2013-cü ildən Albaniyada insan alverinə görə daha sərt cəzalar tətbiq edilməyə başlayıb, lakin çox az cinayətkar həbs olunub üç nəfər.
Əlfərd
Əlfərd (Hidranın α-sı) — Hidra bürcündə ən parlaq ulduz. Parlaq nəhəngdir, Günəşdən 400 dəfə böyükdür.
Əlvənd
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Bir gecədə baş verdi
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Aqşin Ənvərli
Aqşin Ənvərli (10 oktyabr 1994, Qəbələ – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi. == Hərbi xidməti == Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb.
Bulbophyllum elmeri
Bulbophyllum elmeri (lat. Bulbophyllum elmeri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ceyms Eyveri
Ceyms Eyveri (27 noyabr 1945 – 31 dekabr 2013[…], Los-Anceles, Kaliforniya) — ssenarist, televiziya aktyoru, şair, kino prodüseri. == Həyatı == 27 noyabr 1945-ci ildə doğulub. 31 dekabr 2013-cü ildə vəfat edib.
Elleri Klark
Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. == Həyatı == Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Afina Olimpiadasında Elleri Klark həmdə uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Erigeron elmeri
Erigeron elmeri (lat. Erigeron elmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Kem Eyveri
Kameron Eyveri (ing. Cameron Avery, 23 aprel 1988, Frimantl[d], Qərbi Avstraliya) — avstraliyalı musiqiçi, müğənni və bəstəkar. Pond qrupunun üzvü və Tame Impala ilə əməkdaşlığı ilə tanınır. Həmçinin o, The Growl qrupunun solistidir. == Həyatı == Şərqi Frimantlda anadan olan Eyveri, bir neçə illik Pertin şimalına köçdü; valideynləri ayrılana qədər 6 yaşına kimi Brum şəhərində yaşadı. 7 yaşında müvəqqəti olaraq Komoda məskunlaşdı və Collier İbtidai Məktəbində oxudu. O, heç vaxt məktəbə uyğun gəlmədiyini və "xordan başqa heç bir şeydə yaxşı olmadığını" dedi. Eyveri daha sonra anası və qardaşı Eliott ilə birlikdə Liminqdəki nənəsinin evində yaşamağa davam etdi. Erkən yaşlarından Avstraliyanın peşəkar futbolçusu olmağa və AFL-də West Coast Eagles komandasında oynamağa can atırdı. Eyveri on altı yaşında gitara çalmağa, on yeddi yaşında isə mahnı yazmağa başladı; uşaq ikən arabir piano çalırdı.
Lupinus elmeri
Lupinus elmeri (lat. Lupinus elmeri) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Sağlamlıq evləri
Sağlamlıq evləri və ya Dar-üş-şəfa — Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi. Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən gəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu. Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi istedadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı.
Senecio elmeri
Senecio elmeri (lat. Senecio elmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sultan Əlvənd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Bir gecədə baş verdi (film, 1934)
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.