Səmiha Ayverdi

Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif.

Səmiha Ayverdi
Samiha Ayverdi
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri İstanbul
Dəfn yeri Zeytunburnu, Mərkəzi Əfəndi türbəsi
Atası İsmayıl Hakkı
Fəaliyyəti yazıçı
Janrlar roman, hekayə, mənsur şeir, tədqiqat
İlk əsəri "Eşq budur"
Tanınmış əsərləri "İnsan və şeytan", "Batmayan gün", "Məbəddə bir gecə", "Məsih paşa imamı" və s.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur.[1] Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır.[2] Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, BalkanI Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur.[3] Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.[4][5][6] Əsl adı Cəfər olan dərviş Gül Baba sufi şair olmuşdur. Danimarkalı Hans Xristian Andersen 1841-ci ildə Gül Babanın əfsanəvi həyatından bəhs edən əsər yazmışdır. Macar bəstəkar Jenö Huszka 1905-ci ildə Budapeştdə Gül Baba simfonik operasını yaratmışdır. 2006-cı ildə Macarıstanda Gül Baba vəqfi qurulmuşdur. Macar rəssamı Franz Eisenhut 1886-cı ildə Gül Babanın tablosunu çəkmişdir.[7] Böyük nəsil şəcərəsinə malik olan Səmihanın ulu babası İbrahim əfəndi sultan II Əbdülhəmid dövründə maliyyə naziri olaraq fəaliyyət göstərmişdir. Səmiha Ayverdinin "İbrahim əfəndinin malikanəsi" adlı əsərinin mövzusu da burdan alınmışdır.[8] Səmiha xanımın nənəsi Halət xanım da üst təbəqəyə məxsus aristokrat bir xanım idi. Onun bir şəxsiyyət kimi yetişməyində xüsusilə nənəsinin böyük rolu olmuşdur.[9] Qeyri-adi hafizəyə malik olan Səmiha ilk təhsilini 5 yaşında məhəllə məktəbində almış, daha sonra Süleymaniyə Qız Nümunə məktəbinə gedərək, 1921-ci ildə burdan məzun olmuşdur.[10] Daha sonra xüsusi müəllimlər vasitəsilə fərdi qaydada ədəbiyyat, tarix, fəlsəfə, dil, fiqh, xüsusən də, sufizm kimi biliklərə yiyələnmiş, fransız dilini incəliklərinə qədər öyrənmiş, musiqi ilə yaxından maraqlanmış, gözəl kaman çalmağı öyrənmişdir. Geniş mütailələrlə fərdi qaydada özünü yetişdirən Səmiha Ayverdi eyni zamanda mütəsəvvif kimi tanınır. O, Fatehdə Ümmi Kənan Dərgahının şeyxi Kənan Rifaiyə intisab etmişdir.[11] O, Rifailik təriqətinə məxsus idi. 1867-ci ildə Selanikdə dünyaya gələn Kənan Rifai tanınmış sufi alim olmuşdur. Ərəb, fars, rum, çərkəz, ingilis, alman, fransız kimi müxtəlif dilləri bilən alim "Töhfe-i Kənan", "İlahiyat-ı Kənan", "Əhməd ər-Rifai", "Rəhbər-i saliqin" kimi onlarla əsərin müəllifi olmuşdur. Səmiha Ayverdi, Sərvər Hilmi əfəndi, xəttat Əziz əfəndi, Osman Bəyəfəndi, Camal Bəyəfəndi, Nazlı Sultan, Səmiha Camal, Sofi Huri, Safiyə Erol, Məşkurə Sarqut, Nəzihə Araz onun tələbələrindən olmuşdur.[12] Səmiha Ayverdinin "Kənan Rıfai və iyirminci əsrin işığında müsəlmanlıq" əsərində sufi-fəlsəfi görüşləri öz əksini tapmışdır. Yazıçı "Dost" adlı əsərini də müridinə həsr etmişdir.[13] Səmiha Ayverdi 22 mart 1993-cü ildə İstanbulda vəfat etmiş, Zeytinburnundakı Mərkəzi Əfəndi Türbəsinə dəfn edilmişdir.

Səmiha Ayverdi ədəbiyyat aləminə 1938-ci ildə "Eşq budur" romanı ilə gəlmişdir. Əsər "Eşq budur" adı ilə nəşr olunsa da, yazıçı əsərin adından "Eşq bu imiş" deyə bəhs edir.[14] Roman böyük maraqla qarşılanmış, beləliklə 1938-ci ildən müxtəlif qəzetjurnallarda Səmiha Ayverdinin imzası görülməyə başlamışdır. İlk yazılarını Nəcib Fazilin çıxardığı Böyük Doğu dərgisində çap edən yazıçı, daha sonra "Rəsimli İstanbul Həftəsi", "Fateh", "Türk Yurdu", "Həvadis", "Ölçü", "Bir Adam", "Tərcüman", "Qübbəaltı Akademik Məcmuə", "Türk ədəbiyyatı" kimi jurnallarda əsərlərini dərc etmişdir.[15] Sufi-fəlsəfi ideyalarını romanlarında əks etdirən Səmiha xanım XX əsr türk romanına yeni nəfəs gətirmişdir. Bu əsərlər insan və nəfs arasındakı mübarizə, eşq arayışı, ən başlıcası kamil insan konsepsiyası baxımından maraq doğurur.[16] Səmiha Ayverdi yazıçılığı ilə yanaşı, həm də yaxşı tədqiqatçı idi. 1968–1980-ci illərdə tədqiqat işi ilə bağlı İspanya, Macarıstan, İsveçrə, İtaliya, Fransa kimi bir çox ölkəyə gedərək, araşdırma aparmışdır. Yazıçı yol qeyd və xatirələrini "Yer üzündə bir neçə addım" əsərində çap etmişdir. O, Fətih Cəmiyyəti, Ev Qadınları Dərnəyi, İstanbulYəhya Kamal İnstitutu kimi qurumlarda da fəaliyyət göstərmiş, gənclərin və evdar xanımların təhsil almasıyla ciddi məşğul olmuş, həm müəllim, həm yazıçı, həm də tədqiqatçı kimi çalışmışdır. 1966-cı ildə "Türk Ev Qadınları" dərnəyinin, 1970-ci ildə isə qardaşı ilə birlikdə "Qübbəaltı Cəmiyyəti"nin qurulmasında əhəmiyyətli rol oynamışdır. Yazıçı, mütəfəkkir, mütəsəvvif Səmiha Ayverdi tarix, ədəbiyyat, mədəniyyət, din, siyasət, sufizm haqqında onlarla araşdırma-monoqrafiya yazmış, bununla yanaşı biyoqrafiya, portret-oçerk, səyahətnamə, məktub, xatirə, esse kimi müxtəlif janrlarda əsərlər qələmə almışdır.[17][18] Səmiha Ayverdinin 47 kitabdan ibarət olan külliyyatı Qübbəaltı nəşriyyat evində çap olunmuşdur.[19]

  • Məbəddə bir gecə (1940)

Mənsur şeirləri

[redaktə | mənbəni redaktə et]
  • Yusufçuk (1946)
  • Hancı (1988)
  • Dilə gələn daş (1999)

Digər əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1978-ci ildə Türkiyə Milli Mədəniyyət Vəqfi Ərməğanına layiq görülmüşdür.[20]
  • 1984-cü ildə Milli Mədəniyyət Vəqfi tərəfindən Türk Millî Mədəniyyətinə xidmətinə görə "Şərəf" mükafatına layiq görülmüşdür.[21]
  • 1985-ci ildə "Yer üzündə bir neçə addım" əsəri "Boğaziçi Başarı Ödülü"nə layiq görülmüşdür.[22]
  • 26 aprel 1986-cı ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Milli Sənətə xidmətləri"nə görə plaketlə təltif edilmişdir.[23]
  • 1988-ci ildə çap olunan "Hey gidi günlər hey" adlı əsəri Türkiyə Yazıçılar Birliyi tərəfindən "İlin Dil" mükafatına layiq görülmüşdür.[24]
  • 1992-ci ildə İLESAM (Türkiye İlim ve Edebiyat Eserleri Sahipleri Meslek Birliği) tərəfindən "Üstün Xidmət Ödülü"nə layiq görülmüşdür.[25]
  1. Ömer Özercan. "Efendimsin cihânda i'tibârım varsa sendendir..." (türkcə). samihaayverdi. Archived from the original on 2023-05-01.
  2. "Samiha Ayverdi Hayatı, Edebi Kişiliği, Eserleri" (türkcə). www.turkedebiyati.org. Archived from the original on 2023-04-30.
  3. Mustafa Kaçalin. "Gülbaba - mütasavvıf şair" (türkcə). islamansiklopedisi.org.tr. Archived from the original on 2023-04-29.
  4. Юлия Клаос. "Мавзолей Гюль-Баба-Тюрбе, Будапешт (Tomb of Gül Baba)" (rus dilində). life-globe.com. 19.02.2022. Archived from the original on 2023-05-02.
  5. David Zelnar. "The Tomb of Gül Baba" (english). medium.com. 22.01.2017. Archived from the original on 2023-04-29.
  6. Emrullah Tören. "Budapeşte'deki Türk izleri ve Gül Baba türbesi" (türkcə). www.yenimakale.com. 28.06.2009. Archived from the original on 2023-05-03.
  7. Mehmet Bilgehan Merki. "Gül Baba türbesi Budapeştte" (türkcə). mehmetbilgehanmerki.blogspot.com. 21.04.2011. Archived from the original on 2023-05-03.
  8. Tuğçe Meç. "Sâmiha Ayverdi`nin "İbrahim Efendi Konağı" eserini tarihi roman olarak okumak" (türkcə). www.academia.edu. 2019. Archived from the original on 2023-05-02.
  9. "Samiha Ayverdi Kimdir?" (türkcə). www.bilgicik.com. Archived from the original on 2023-05-03.
  10. Mehmet Samsakçı. "Samiha Ayverdi - yazar, romancı, hikayeci" (türkçe). teis.yesevi.edu.tr. 31.05.2018. Archived from the original on 2023-04-27.
  11. Mustafa Tahralı. "Mutasavvıf şair - Kenan Rifai" (türkcə). islamansiklopedisi.org.tr. Archived from the original on 2023-05-02.
  12. "Kenan Rifai" (türkcə). semazen.net. Archived from the original on 2023-05-05.
  13. Cangüzel Güner Zülfikar. "Ken'ân (Rifâî)in Kadın Anlayışı ve Sâmiha Ayverdi" (türkcə). akademik.semazen.net. 29.01.2008. Archived from the original on 2023-05-03.
  14. Samiha Ayverdi. "Aşk budur (Aşk bu imiş)" (türkcə). docplayer.biz.tr. 2015. Archived from the original on 2023-05-04.
  15. Mehmet Demirci. VATAN ANA SÂMİHA AYVERDİ (PDF). İstanbul: Nefes Yayınevi. 2018. səh. 208. ISBN 9786059901550.
  16. Eşqane Babayeva. "Samiha Ayverdi, Necip Fazıl Kısakürek ve Hüseyin Cavid'in eserlerinde iç çatışma". Uluslararası Türk Lehçe Araştırmaları Dergisi, 2(1), s.196-207 (türkcə). dergipark.org.tr. 2018. Archived from the original on 2023-02-21.
  17. Samiha Ayverdi. "Hatırat" (türkcə). samihaayverdi.org. Archived from the original on 2023-04-29.
  18. Samiha Ayverdi. "Diğer Eserleri" (türkcə). www.samihaayverdi.org. Archived from the original on 2023-04-29.
  19. Zeynep Uluant. "AYVERDİ, Samiha" (Türkcə). islamansiklopedisi.org.tr. 27.04.2023 tarixində arxivləşdirilib.
  20. "Samiha Ayverdi" (türkcə). www.biyografya.com. 2016. Archived from the original on 2023-05-01.
  21. Kadir Özköse. "Sâmiha Ayverdi'nin Eserlerinde Tasavvufî Hayatın Yansımaları" (türkcə). dergipark.org.tr. 2013. Archived from the original on 2023-04-27.
  22. "Türkiye'nin milli hafızası: Samiha Ayverdi" (türkcə). www.yenihaberden.com. 21.03.2019. Archived from the original on 2023-05-04.
  23. İsmet Binark. Samiha Ayverdi Bibliyografyası. 2. İstanbul: Kubbealtı Neşriyatı Yayıncılık. 2007. səh. 477. ISBN 9789756444443.
  24. Cemalnur Sargut. Samiha Ayverdi ile Sırra Yolculuk (PDF). İstanbul: Nəfəs Yayınları. 2011. səh. 406. ISBN 9786055902063.
  25. "Samiha Ayverdi" (türkcə). www.biyografya.com. 2016. Archived from the original on 2023-05-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]