Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Evli
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Eççi
Eççi (エッチ) – yapon dilində əyləncəli seksual hərəkətləri bildirmək üçün istifadə olunan slenq. Sifət kimi "seksual", "iyrənc", "ehtiraslı" mənalarını verir, isim kimi isə kiminsə əxlaqsız davranışını bildirmək üçün işlədilir. "Ero" sözündən daha yumşaqdır, "hentay" kimi əxlaqsızlığı bildirmir. Yaponiyada media istifadəçiləri "eççi" sözündən müxtəlif əsərlər üçün işlətməyə üstünlük verirlər. Eççi olaraq təsvir olunan əsərlərdə cinsi əlaqə və cinsi orqanlar göstərilmir, lakin seksual mövzulara toxunulur. Eççi fanservisin bir növüdür, şonen, seynen və harem animanqalarında tez-tez rast gəlmək olar. Eççi sözü yapon dilində "hentay" sözünün ilk hərfi olan "h"-nin tələffüzündən yaranmışdır. Belə ki, bu hərf yapon dilində "eççi" kimi tələffüz olunur. Termin ilk dəfə 1950-ci illərdə işlənməyə başlamışdır. Eççi sözünə sinonim olaraq "sekkusu" ("seks" sözünün yaponca tələffüzü) sözü də işlədilir.
Elçi
Elçi bu mənaları ifadə edə bilər:
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Evci (İğdır)
Evci — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 9 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 1277 nəfər erməni yaşayırdı.
Erci E
Erci E və ya Erci Ergün, (doğum adı: Ercüment Ergün; 1973, Raynikkendorf[d], Berlin) — türk rep musiqiçisi. == Həyatı == 1973-cü ildə Qərbi Berlində Adapazarıdan Almaniyaya köçən bir Türk ailəsinin oğlu olaraq anadan olub. 1995-ci ildə Kartel ilə debüt etdi. Daha sonra, 1997-ci ildə, Erci E "Çat" adlı solo albomunu buraxdı və iki hissədən (Klipə davam et və Səssizliyə) video kliplər yazdı. Almaniyada Weil ich'n Türke Bin adlı bir mahnını buraxdıq. 2011-ci ildə Kartel ilə geri döndü.
Ergül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Evli buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Evri (rayon)
Evri (fr. Évry) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Evri. Rayon əhalisi 2006-cı ildə 500 139 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1066 nəf / km². Rayon sahəsi — 469 km².
Eyci Kavaşima
Eyci Kavaşima (20 mart 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 71 oyun keçirib.
Fumiko Ençi
Fumiko Ençi (yap. 円地 文子; 2 oktyabr 1905[…], Asakusa[d] – 12 noyabr 1986 və ya 14 noyabr 1986, Tokio) və ya digər adı ilə Fumiko Ueda – Yaponiya yazıçısı, dramatuqu və klassika tənqidçisi. Əsərlərinin əsas mövzusu qadınlardır. Yazıçı kimi 1950-ci illərdə tanınmağa başlayıb. İkinci dünya müharibəsindən öncə isə bir sıra tamaşalar yazmışdır. Yazıçı qadın psixikasına olan yanaşması və müasir dövrün nəqlinə klassik allüziyaları ilə tanınır. Klassik ədəbiyyatın araşdırmaçısı olan Ençi "Gencinin hekayəsi" romanını müasir yapon dilinə tərcümə etmiş, bir çox tənqidi işlərin və esselərin müəllifi olmuşdur. Ən tanınan romanları "Qadın maskaları" və "Gözlənti illəri"dir. 1985-ci ildə fəaliyyətlərinə görə "Mədəniyyət ordeni" ilə təltif edilib. == Həyatı == Yapon dili üzrə mütəxəssis olan Kazutoşi Uedanın ikinci qızı kimi dünyaya gələn Fumiko uşaqlıqdan kitablarla və klassik ədəbiyyatın əhatəsində olub.
Koray Avcı
Koray Avcı (d. 1 yanvar 1984, Ankara) yazar, bəstəkar, musiqiçi və mahnı şərhçisi. == Həyatı == Ankarada doğulub böyüyən Koray Avcı, əslən Ərzincan vilayətinin Tercan rayonundandır. Uşaqlığından bəri rəsm və musiqiyə qarşı marağı var. Musiqi səfərinə Ankaradakı bəzi performans məkanlarında zaman zaman mahnı söyləyərək başlamışdır. Avcı ailəsi övladlarının ali təhsilli bir insan olmasını istəyir və onu elm sahəsində təhsil almasında məcbur edirlər. 2008-ci ildə "Muğla Universiteti Fənn-Ədəbiyyat Fakültəsi Fizika bölümü"nü qazanıb.2010-cu ildə Muğla universitet həyatına davam edərkən Acun Ilıcalının təqdim etdiyi "Yetenek Sizsiniz Türkiye" proqramına yoldaşı Osman Arslan ilə qatılıb "beatbox və Volkan Konak təqlidi" çıxışı nümayiş etdirmiş və 2-ci tura qədər yüksəlmişdir. Muğlada istədiyi və sevdiyi mühiti tapması da, həyatının axarını dəyişdirəcək olan şeyi yaşayır. Hər şey küçədə gitara çalan bir dostunun yanına oturub mahnı söyləməsi ilə dəyişir. O gündən sonra küçələrdə mahnı söyləyərlər.
Nabi Avçı
Nabi Avçı (8 oktyabr 1953, Demirköy[d], Biləcik ili) — professor, Türkiyənin milli təhsil naziri. == Həyatı == Nabi Avçı 1953-cü ildə Biləcikdə anadan olub. Ortadoğu Texniki Universiteti məzunu olan Avçı Anadolu Universitetində müəllim olub. Çox sayda kitabı olan Avçı parlamentin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri olub.
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre, Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. == Həyatı == O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Ərgül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Elçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Aksept evi
Atatürk evi
Atatürk evi muzeyi — geniş yayılmış fikrə görə Mustafa Kamal Atatürkün 1881-ci ildə Salonikidə doğulduğu və bu gün muzey kimi istifadə edilən ev. Saloniki bələdiyyəsi, Türkiyə Respublikasının 10 illiyi münasibətilə 1933-cü ildə evi satın alaraq Mustafa Kamala hədiyyə etmək qərarını vermiş; satınalma işləri tamamlanıb hədiyyə edilməsi 1937-də baş tutan ev 1953-də muzey olaraq açılmışdır. Ev-muzeyi ildə 50 mindən artıq insan ziyarət edir. Evin bağçasında Atatürkün atası Əli Rza Əfəndi tərəfindən əkildiyi rəvayət olunan tarixi nar ağacı, tarixi və mədəni dəyəri səbəbilə muzeyin ən çox diqqət çəkən nöqtələrindəndir. Ev 2011-də Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən "müasir abidə" kimi təsdiq edilmişdir. == Ünvanı == "Agiu Dimitriu məhəlləsi, Apostolu Pavlu pr.17" ünvanında yerləşən evin Osmanlı dönəmindəki ünvanı "Koca Kasım Paşa məhəlləsi, İslahane prospekti və ya Numan Paşa prospekti" şəklindədir. == Surətləri == === Atatürk Meşə Ferması Atatürk Evi === Atatürkün 100 illiyi münasibətilə türk xalqının atasına sevgi və hörmətinin dəlili olaraq Salonikidəki Atatürk evinin eyni plan və ölçülər içərisində bir surəti, Ankara Ticarət Palatasının dəstəyi ilə Çarmıqlı qardaşları tərəfindən Atatürk Meşə Fermasının ərazisində inşa etdirilərək 1981-ci il 10 noyabr günü mərasimlə ziyarətə açılmışdır. Bu fəaliyyətlər çərçivəsində Əkinçi Atatürk Abidəsi də ucaldılmışdır. Atatürk evi Atatürk Meşə Ferması idarəsi tərəfindən idarə olunmaqdadır. === Ovçular Atatürk Evi === Ovçular Anbarlı Məhəlləsində yaradılan bu monumental əsər, Atatürkün Salonikidə doğulduğu ev model alınaraq hazırlanmışdır.
Aşurbəyovun evi
Aşurbəyovun evi — Teymur bəy Aşurbəyovun sifarişi ilə oğlu Bala bəy Aşurbəyova toy hədiyyəsi olaraq tikilmiş ev. Bina 1904-cü ildə tikilib və memarı İosif Qoslavskidir. Bu bina Bakı şəhərinin baş memarı olmuş Qoslavskinin son işidir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Aşurbəyovun evi Qoqol, 28, Tserkovnıy küçəsinin tini, 148 və Kamenistaya, 189 küçələrində yerləşir. Bina 1904-cü ildə Teymur bəy Aşurbəyovun sifarişi ilə İ. Qoslavski tərəfindən tikilib. Şəhərin mərkəzi məhəllələrinin birində yerləşən bina üç mərtəbəlidir və kvadrat sahəyə malikdir. Qoqol və Kamenistaya küçələri tərəfə olan otaqlar ikisıralıdır. Tserkovnaya küçəsinə baxan kürsü və düzbucaq həyət sahəsində olan bütün tikili birsıralı və yığcamdır. Pilləkənlər qarşılıqlı perpendikulyar oxla yerləşiblər, giriş və arxa pilləkənlər əsas divarların strukturunda məsul pozisiya tuturlar.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Behbudovların evi
Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi.
Behnam evi
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev. == Haqqında == Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir.
Bəylərin evi
Bəylərin evi — Şuşa şəhəri Komsomolskaya 87 ünvanında yerləşən tarix-memarlıq abidəsidir. == Memarlıq xüsusiyyətləri == XVIII əsrin sonları – XIX əsrin əvvəllərinə aid bu tikilinin memarlıq xüsusiyyətləri həmin dövrə aid bir çox ənənəvi Şuşa evlərinin memarlığı, eləcə də Azərbaycanın digər dağlıq rayonlarının yaşayış evləri üçün xarakterik olan xüsusiyyətlərə malikdir. İki mərtəbəli evin daha hündür olan birinci mərtəbəsində xidməti otaqlar və axır yerləşir. Açıq daş pilləkən ikinci mərtəbədə yerləşən və şərqə doğru istiqamətlənən daş lodciyaya aparır. Lodciyanın iki tərəfinə yaşayış otaqları, üçüncü tərəfində isə divar yerləşir. Lodciyaya açılan otaqların divarları oyma işləmələrlə bəzədilmiş taxta qapılar və böyük şəbəkə pəncərələrlə bəzədilmişdir. Həmin otaqların qarşı tərəfdəki (lodciyaya açılan divarın qarşı tərəfiindəki) divarları da oxşar şəkildə - böyük şəbəkə pəncərələrlə həll edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
Avgi
Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çarı. Avginin tövləsini ("Avgi tövlələri") yalnız Herakl təmizləyə bilmişdi. Avgi Herakla tövlələrin təmizlənməsi müqabilində öz mal-qara sürüsünün onda birini ona pay verəcəyini vəd edir. Herakl, qazıdığı kanal vasitəsilə Alfey və Peney çaylarının sularını Avgi tövlələrindən axıtmaqla onları bir gündə təmizləyir. Avgi tövlələri ifadəsi məcazi mənada həddən artıq bərbadlığı və səliqəsizliyi bildirir.
Aviçi
Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı. Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir. Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Soçi
Soçi — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. == Tarixi == Soçi — Rusiya Federasiyasının Krasnodar diyarının şəhəri. Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır. Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir.
İşçi
İşçi — Əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək faəliyyətinə cəlb edilən şəxs.
Avdi
Avdi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Avdi (peyğəmbər) — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü.
Kaçi
Kaçi — İranda desertdir, lakin axşam yeməyində çörəklə yemək kimi yeyilə bilər. Kachi un və yağın olması səbəbindən çox enerjiyə malikdir. Məsələn, kərə yağı və undan alınan enerji, bu kaçinin hazırlanmasında verilən miqdarlarla tək başına 3115 kaloridir ki, bu da əhəmiyyətli bir enerjidir. Bu səbəbdən arıq insanlar və zəiflikdən əziyyət çəkənlər üçün uyğun bir desertdir. Kaçi un, şəkər, qızılgül suyu, yağ, yağ və zəfərandan hazırlanır. Əvvəllər çoxlu heyvan yağı ilə hazırlanırdı. Kachi də düyü unu ilə hazırlanır.
Aiçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Avaçi buxtası
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir. Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə).
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Avdi (Urmiya)
Avdi (fars. ‎‎‎‎اودي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (20 ailə).
Avgi tövlələri
Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çarı. Avginin tövləsini ("Avgi tövlələri") yalnız Herakl təmizləyə bilmişdi. Avgi Herakla tövlələrin təmizlənməsi müqabilində öz mal-qara sürüsünün onda birini ona pay verəcəyini vəd edir. Herakl, qazıdığı kanal vasitəsilə Alfey və Peney çaylarının sularını Avgi tövlələrindən axıtmaqla onları bir gündə təmizləyir. Avgi tövlələri ifadəsi məcazi mənada həddən artıq bərbadlığı və səliqəsizliyi bildirir.
Aviçi Arena
Aviçi Arena — İsveçin Stokholm şəhərində yerləşən çoxməqsədli bağlı arena. 16,000 tamaşaçı tutumuna malikdir. Aviçi Arena dünyanın ən böyük yarım kürə binasıdır və inşaatı iki il çəkib. Arenanın şəkli İsveç Günəş sistemindəki Günəşi təmsil edir. Eyni zamanda Günəş sistemində yer alan Günəşin Dünya üzərindəki ən büyük ölçülü modeli ünvanınada sahibdir. Arenanın tikilməsinə 10 sentyabr 1986-cı il tarixində başlanılıb, 19 fevral 1989-cu il tarixində arena açılıb. İsveçin ən böyük mahnı müsabiqəsi olan (eyni zamanda ölkənin Avroviziya Mahnı Müsabiqəsinə seçim turu olaraq keçirdiyi) Melodifestivalenin finallarına 1989 və 2002-ci ildən 2012-ci ilədək Aviçi Arenada keçirilib. Həmçinin Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə ev sahibliyi etmişdir. Eyni zamanda Aviçi Arenada müxtəlif zamanlarda bir çox dünya ulduzlarının (Cennifer Lopes, Selin Dion, Britni Spirs, Rihanna, Mayli Sayrus, Keti Perri, Lady Gaga, Ariana Qrande və b.) konsertləridə keçirilmişdir. Aviçi Arena 10 may, 12 may və 14 may tarixlərində 2016 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.
Ayçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Aşe (Soçi)
Aşe — Krasnodar diyarının Soçi rayonunda yerləşən mikrorayon. Kurort rayonu olan Aşe Lazarevski rayonuna daxildir. Lazarevski isə Soçi kurort-şəhəri ərazisində olan 4 rayondan birirdir. == Coğrafiyası == Mikrorayon Qara dəniz sahilində, eyniadlı Aşe çayının mənsəbində yerləşir. Lazarevski regional mərkəzdən 2 km şimal-qərbdə, Mərkəzi Soçidən 57 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir. Rayon ərazisindən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Şimal-qərbdən Sovet-Kvaje, şimal-şərqdən Şxafit və Tixonovka, şərqdə Mamedov Şel və cənub-şərqdə Lazarevskoye yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir. Aşe Qara dəniz sahilinin dağətəyi zonasında dar alçaq bir vadidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 38 metr yüksəklikdədir. Yaxınlıqdakı dağlıq ərazidə dəniz səviyyəsindən 300 metrlik zirvə var.
Aşina Tuçi
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. == Həyatı == Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Blinovo (Soçi)
Blinovo — Krasnodar diyarının Soçi şəhərində mikrorayon. Blinovo mikroroyonu Adler rayonunun ərazisində yerləşir. İmeretin düzənliyinin şimal-qərbində yerləşir. Qara dəniz sahillərindən 3,5 km aralıdadır. == Coğrafiyası == Üç tərəfdən meşə zolağı ilə əhatə olunmuşdur. Meşə zolağı dənizkənarı zonadan federal avtomobil yolu ilə ayrılır. Bu ərazi Kaspiyskaya küçəsi adlanır. Blinovoda iki uşaq bağçası, bir məktəb, sənaye malları və ərzaq mağazaları var. Adler və Soçinin mərkəzinə ictimai nəqliyyatla çatmaq olar. Ərazinin iqlimi əsasən subtropikdir.