Behnam evi

Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev[2].

Behnam evi
Binanın girişi
Xəritə
38°04′16″ şm. e. 46°17′40″ ş. u.HGYO
Ölkə
Şəhər Təbriz
Yerləşir Təbriz
Aidiyyatı Qacarlar dövləti
Tikilmə tarixi XIX əsr
Behnam evi (İran)
Behnam evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir. Hazırda ev Təbriz İslam İncəsənəti Universitetinin balansındadır[3][4].

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. "Qədəki Evi". 2018tabriz.org. 2018. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  3. "Casa Behnām (Ghadaki)" (türk. ). irancultura.it. 28 yanvar 2018. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  4. "Behnam Evi Təbriz". guneyazerbaycan4.blogspot.com. 19 oktyabr 2012. 11 aprel 2019 tarixində arxivləşdirilib.