Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Bədəl Bədəlov
Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023). == Həyatı == Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Bedel aşırımı
Bedel — Tyanşan dağ sistemində, Kakşaal-Too silsiləsi üzərindən keçən aşırım. Qırğızıstan və Çinin Sincan-Uyğur Muxtar Rayonu sərhəddində, dəniz səviyyəsindən 4,284 m yüksəklikdə yerləşir. İssık-Kul gölünün cənub sahilində yerləşən Barskoon kəndi ilə aşırımı birləşdirən yol var. Aşırımın yaxınlığında Yıştık çayının mənbəyidir. Aşırım tarixən mühüm karvan yolu kimi xidmət etmişdir və Böyük ipək yolu üzərində yerləşirdi.
Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Jan-Bedel Bokassa
Jan Bedel Bokassa (22 fevral 1921[…] – 3 noyabr 1996[…], Bangi) — Mərkəzi Afrika İmperatoru == Həyatı == Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bokassa döyüşən vaxt qohumu müstəqillik alan MAR-ın prezidenti olub və onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. Marşal olandan sonra isə daha çox istəyib və qohumunu devirərək prezident olub. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: Eyni zamanda müdafiə naziri, dövlət idarələri və sosial təminat naziri, ticarət naziri, sənaye və şaxtalar naziri, poçt və telekommunikasiyalar naziri, hökumətin sədri, ölkədə yeganə partiya olan qara afrikanin sosial təkamülü hərəkati partiyasinin sədri olub. == İmperatorluq == Nəhayət, 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-də isə imperator elan edir.
Jan Bedel Bokassa
Jan Bedel Bokassa (22 fevral 1921[…] – 3 noyabr 1996[…], Bangi) — Mərkəzi Afrika İmperatoru == Həyatı == Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bokassa döyüşən vaxt qohumu müstəqillik alan MAR-ın prezidenti olub və onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. Marşal olandan sonra isə daha çox istəyib və qohumunu devirərək prezident olub. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: Eyni zamanda müdafiə naziri, dövlət idarələri və sosial təminat naziri, ticarət naziri, sənaye və şaxtalar naziri, poçt və telekommunikasiyalar naziri, hökumətin sədri, ölkədə yeganə partiya olan qara afrikanin sosial təkamülü hərəkati partiyasinin sədri olub. == İmperatorluq == Nəhayət, 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-də isə imperator elan edir.
Əli Bədəl (Bicar)
Əli Bədəl (fars. علي بدل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
BEEL
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Aleksis Bledel
Kimberli Aleksis Bledel (ing: Kimberly Alexis Bledel, 16 sentyabr, 1981, Hyuston, Texas) Amerikalı aktrisa. == Həyatı == Aleksis Bledel 16 sentyabr, 1981-ci ildə Hyuston şəhərində, Texasda anadan olub. Atası Martin Bledel Argentinadan, anası Nanett Bleyk isə Meksikadandır. Doğma dili ispanca olan Aleksis uşaqlıqda çox utancaq olduğundan, səkkiz yaşında vaildeynləri onu özfəaliyyət teatrına vermişdilər. O, "Bizim şəhər" və "Oz ölkəsindən olan sehrbaz" tamaşalarında oynamışdı. Yeniyetmə istedada bu işlərlə məşğul olan bir agent diqqət yetirmiş və o, model kimi fəaliyyətə başlamışdı. Aleksis Hyustondakı Müqəddəs Aqnessa Akademiyasına girmişdi. O, Reyc Parks Model və Aktyorluq Məharəti Məktəbində təhsil almış, bir il ərzində Nyu-York Universitetində kinematoqrafiya üzrə ixtisaslaşmışdı. == Çəkildiyi filmlər və əsas fəaliyyəti == Tezliklə Aleksis onu məşhur edən "Gilmorun qızları" (2000-2008) serialında Rori Gilmor rolunu aldı. Bu serial onun televizyadakı debütü oldu.
Avqust Bebel
Avqust Bebel (alm. August Bebel‎; 22 fevral 1840[…] – 13 avqust 1913[…]) — Alman Sosial-Demokratlarının və İkinci İnternasyonalin qurucu və öndərlərindən biri. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avqust Bebel ilə əlaqəli mediafayllar var. Биографии: [1], [2], [3] Arxivləşdirilib 2011-10-17 at the Wayback Machine, [4] Бебель А. Женщина и социализм Сталин И. В. Август Бебель, вождь германских рабочих Гемков Г. Август Бебель.
Bedey (Aryej)
Bedey (fr. Bédeille) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09046. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 83 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 44 yaşda (15-64 yaş arasında) 32 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 69.2%). 32 aktiv adamdan 27 nəfəri (14 kişi və 13 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 12 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 3 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bekdel testi
Bekdel testi, Bekdel-Uolleys testi və ya Mo qanunu – uydurmada gender bərabərliyinin qorunub-qorunmadığını müəyyən edən test. Elison Bekdelin 1985-ci ildə aid "Dykes to Watch Out For" adlı komiks-stripindən adını alan bu testin 3 qanunu var: Əsərdə ən azı iki qadın personaj olmalıdır. Bu iki qadın personaj bir-biriləri ilə danışmalıdır. Danışdıqları şey kişi haqqında olmamalıdır. Bekdel dostu Liz Uolleysdən, Uolleys isə Virciniya Vulfun 1929-cu ilə aid "Birinin sahib olduğu otaq" adlı kitabından ilhamlanmışdır. Bekdelin ən sevdiyi film olan "Marmot günü" filmi də testi keçməmişdir. Komiks-stripin baş personajı Mo Testa olduğundan bu testə Mo qanunu da deyirlər. Bekdel testi çox vaxt filmlərə tətbiq olunur. Filmlərin Bekdel testini keçib-keçmədiklərini müəyyən edən BechdelTest.com saytına əsasən 1990-2013-cü illərdə 1.615 film bu testi keçə bilməyib. 1970-2013-cü il statistikasına görə isə bu rəqəm 1.794-dür.
Bədən cəzası
Bədən cəzası və ya fiziki cəza — edam ilə birgə ən qədim cəzalardan biridir. Bu cəzanın mənası cinayətdə günahkar olan kəsə fiziki ağrı verməkdə və/və ya yaralamaqdadır. Bədən cəzalarını iki yerə ayırmaq olar: yaralamaq, adamın hansısa orqanından məhrum etmək: dilini, əlini, barmaqlarını və başqa ətraflarını kəsmək, gözünü çıxartmaq, axtalamaq. ağrı vermək, alətlər ilə vurmaq, məkənək, evdə və ya məktəbdə uşağın şapalaqlanması. == Tarixi == Bədən cəzası hələ Hammurapi qanunlarında var idi, həmçinin Roma İmperatorluğunda istifadələnirdi. XX yüzilliyə qədər bədən cəzası dünyanın çox dövlətlərində var idi, Amerika Birləşmiş Ştatlarında sonuncu dəfə bu cəza 1952 ildə Delaver şəhərində işlənili — bir kişi öz arvadına əl qaldırdığına görə 20 dəfə qamçılandı, həmin ştatda rəsmi olaraq belə cəzalar 1972 ildə yığışdırıldı. 1980-ci illərdə İslam dövlətlərindən bəziləri şəriət qanunlarına qayıdan ölkələr bədən cəzasını cinayyət məcəlləsinə qaytarmaq qərarına gəldilər (İran, Sudan, Pakistan, Mavritaniya, Liviya, Yəmən), bəziləri isə cəzalandırmanı artırdılar (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri). == İslamda == Şəriətə görə bədən cəzaları — Hüdud Kiməsə sübutsuz zinakarlıqda böhtan atan şəxsə 80 şallaq vurmaq. Zina edən qadına və ya kişiyə 100 şallaq vurmaq (4 adıləkəsiz müsəlman şahid varsa). Residivist oğrunun əlini kəsmək.
Bədən dili
Bədən dili — qeyri-şifahi ünsiyyət formasıdır. Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Həm insanlar, həm də heyvanlar rabitənin bu formasından istifadə edir. Bu davranışlar şüuraltı davranışlara aid edilir. İşarət dili ilə bədən dili tamamilə fərqli anlayışlardır. İşarət dili ilə yaranan ünsiyyət qəsdən baş verirsə, bədən dili ilə yaranan ünsiyyət isə tamamilə şüuraltı baş verən prosesdir. Bədən dili ilə yaranan ünsiyyətə davranış formaları — bədən quruluşu, jestlər, üz ifadələri və göz hərəkətləri daxildir. Bədən dili şəxsin həm sosial cəmiyyətdə, həm də işlərində fərdin müxtəlif təxminlər ilə təmin edə bilər. Məsələn, zövq, təcavüz, diqqətlilik, cansıxıcılıq kimi xüsusiyyətləri göstərə bilər. Biz danışmasaq da, bədənimiz danışacaqdır!
Bədən tərbiyəsi
Bədən tərbiyəsi — insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir.
Bədər Yusupova
Bədər Yusupova (tam adı: Bədər Yusupova, başq. Бәҙәр Әхмәт ҡыҙы Йосопова; 21 dekabr 1901, Orsk, Orsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 30 avqust 1969, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — başqırd sovet aktrisası, BMSSR-in əməkdar və xalq artisti, RSFSR-in əməkdar artisti, Sterlitamakdakı Başqırd Dövlət Teatrının ilk aktrisalarından biri. == Həyatı == 21 dekabr 1901-ci ildə Orenburq quberniyasının Orsk mahalının Orsk şəhərində anadan olmuşdur. 1915-ci ildə məmləkətindəki müəllimlik kurslarını bitirmiş və Orsk tatar məktəbində dərs deməyə başlamışdır. 1916-cı ildə Lusi adı altında Orskun "Gənclər İttifaqı"nda həvəskar teatr səhnəsində İ. Boqdanovanın pyesi əsasında tamaşaya qoyulan "İtkin qadın" dram əsərində və M. Feyzinin "Qaliyabanu" və "Kənddə bayram" əsərlərində Qaliyabanu və Maqrufkamal obrazı ilə ilk dəfə çıxış etmiş, həmçinin başqırd xalq mahnılarını və rəqslərini ifa etməyə başlamışdır. 1919-1929-cu illərdə Başqırdıstan Respublikasında məktəblərdə müəllim kimi, həmçinin Başqırd Milli Təhsil Komissarlığının müxtəlif şöbələrində çalışmışdır. 1926-cı ildən ömrünün sonuna qədər Başqırd Dövlət Teatrının truppasında aktrisa kimi fəaliyyət göstərib. Bədər Yusupova kubair, başqırd milli rəqsləri və mahnıları ilə tez-tez səhnədə, radioda və televiziyada çıxış edirdi. Böyük Vətən müharibəsi zamanı o, ön cəbhədə konsertlərdə iştirak edirdi. == Rolları == Qaliyabanu (Qaliyabanu, M. Feyzi) Maqrufkamal (Kənddə bayram, M. Feyzi) Əminə (Salavat, V. Mortazin) Yelizaveta (Karaqul, D. Yutlıy) Tanxılu (Aşkadar, M. Buranqulov) Anna Andreyevna (Revizor, N. Qoqol) Kruçinina (Günahsız müqəssirlər, A. N. Ostrovski) Oqudalova (Cehizsiz qız, A. N. Ostrovski) Emiliya (Otello, U. Şekspir) Xanım Milford (Məkr və məhəbbət, F. Şiller) Luşka (Поднятая целина, M. Şoloxov) Ulmasbika (Xakmar, S. Miftaxov) Kübra (Kaxım-ture və ya 1812-ci il, B. Bikbay) Yelena Koşeyeva (Gənc qvardiya, A. Fadeyev) Məsrurə (Черноликие, M. Qafuri) Sarbi (Başmaqlar, X. İbrahimov) Şəmsinur (O geri döndü, Ə. Atnabayev) və digərləri.
Qari Medel
Qari Medel (İspanca tələffüz: [ˈɡaɾi meˈðel]; 3 avqust 1987[…], Santyaqo) — Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"da oynayan Çilili futbolçu. O, həmdə Çili millisinin formasını geyinir. == Klub karyerası == === Katolika Universiteti === Medel futbola ölkəsinin Katolika Universiteti klubunda başladı. Müdafiəyə meyilli oyuna üstünlük verən futbolçu daha sonra Boka Cunyorsa transfer olundu.
Piper betel
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
İohann Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. == Həyatı == === İlk dövrləri === İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. === Yaradıcılıq dövrü === 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. == Həyatı == === İlk dövrləri === İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. === Yaradıcılıq dövrü === 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Beşdəli
Beşdəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Beşdəli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medalları Həmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı == Maraqlı faktlar == Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. == Təsviri == Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
Gedən Dənizdən də Keçib Gedər (1962)
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.