Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boyxanlı
Boyxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Etnotoponimdir. 1917, 1933-cü illərdə Bayxanlı variantında qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1380 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Toğanalı
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. == Əhalisi == Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Boyaqlı
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.
Boyanata-Sarıdaş
Boyanata-Sarıdaş Azərbaycan Respublikasında Abşeron rayonu ərazisində fəaliyyətdə olan palçıq vulkanı. Boyanata dağından 4 km. cənub-şərqdə, düzənlikdədir. İki məntəqədə qruplaşmışdır. Sopka, qrifon və neft çıxışlarının yayılması Maykop və Diatome dəstələri və Pont çöküntüləri zolağına uyğun gəlir. Sopkalar gil və qumdaşı brekçiyalarından ibarətdir, nündürlükləri 1-2 metrədəkdir. Sopka və qrifonlardan qaz, su, palçıq və qatı neft ayrılır. Tektonik cəhətdən vulkan Boyanata-Sarıdaş antiklinalının cənub-qərb qanadında yerləşir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013.
Boyxanlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşkənd bəyanatı
Daşkənd bəyanatı — Daşkənd Bəyannaməsi Hindistan və Pakistan arasında 10 yanvar 1966-cı ildə imzalanmış və 1965-ci ildə Hind-Pakistan müharibəsini həll edən sülh sazişi idi. Sülh 23 sentyabrda iki xalqı atəşi dayandırmağa məcbur edən xarici qüvvələrin müdaxiləsi ilə əldə edilmişdi. Münaqişə qızışa bilər və başqa gücləri cəlb edə bilər. == Tarixi == 1966-cı il yanvarın 4-dən 10-dək Özbəkistan Sovet Sosialist Respublikasında, Sovet İttifaqında (indiki Özbəkistan) Daşkənddə daha daimi yaşayış məntəqəsi yaratmağa çalışmaq üçün toplantı keçirildi.Baş nazir Aleksey Kosıginin təmsil etdiyi Sovetlər Hindistanın Baş naziri Lal Bahadur Şastri və Pakistan Prezidenti Məhəmməd Əyyub Xan arasında moderatorluq etdi. == Bəyanatın məqsədi == Konfrans uğur kimi qiymətləndirildi. Hindistan və Pakistan qüvvələrinin münaqişədən əvvəlki mövqelərinə, avqustdan əvvəlki mövqelərinə, 1966-cı il fevralın 25-dən gec olmayaraq; heç bir xalq bir-birinin daxili işlərinə qarışmaz; iqtisadi və diplomatik əlaqələr bərpa olunacaq; hərbi əsirlərin nizamlı şəkildə köçürülməsi olacaq və hər iki lider ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışacaqlar. == Bəyanatdan sonrakı mərhələ == Razılaşma hər iki ölkədə tənqid olundu, çünki onların xalqı əldə etdiklərindən daha çox güzəşt gözləyirdi. Daşkənd Bəyannaməsinə uyğun olaraq 1966-cı il martın 1-də və 2-də nazirlər səviyyəsində danışıqlar aparıldı. Bu danışıqların nəticəsiz olmasına baxmayaraq, diplomatik mübadilə bütün yaz və yay aylarında davam etdi. Kəşmir məsələsində fikir ayrılığı olduğu üçün bu danışıqlardan nəticə əldə olunmayıb.
Qida boyaları
Qida boyaları — fərdi üzvi maddələr və onların qarışığı və ya qeyri – üzvi piqmentlər və onların qarışığıdır. Qida boyaları təbii, sintetik və qeyri – üzvi olurlar. Məhsulun xarici görüşünü müəyyənləşdirən maddələr qrupudur. Qida rəngləndiriciləri kosmetika, əczaçılıq məhsulları, ev sənətkarlığı layihələri və tibbi cihazlar da daxil olmaqla müxtəlif qeyri-ərzaq sahələrində də istifadə olunur. == Qida boyasından istifadənin məqsədi == İnsanlar müəyyən rəngləri müəyyən ləzzətlərlə əlaqələndirirlər və yeməyin rəngi konfetdən şəraba qədər hər şeydə qəbul edilən ləzzətə təsir edə bilər.
Toğanalı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Boyaqlı (Kəlbəcər)
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.
Bəyanlı (Mahnişan)
Bəyanlı (fars. بيانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (36 ailə).
Vyanalı Avit
Vyanalı Avit və ya Alkim Ekdikiy Avit (lat. Alcimius Ecdicius Avitus; təq. 450[…], Vyen – güm. 5 fevral 518 və ya 525, Vyen) - müqəddəs, Vyana yepiskopu (Burqon). Ondan frank və burqund padşahlarına və bir sıra yepiskoplara 80 məktub, həmçinin "De mundi Principio" didaktik kitabı qorunub-saxlanılmışdır. Vyanalı Avit katoliklər və pravoslavlar tərəfindən müqəddəs kimi anılır.
Ada-Boyana
Ada-Boyana (serb. Ада Бојана) — Monteneqro ərazisində, Adriatik dənizi sahilində, Boyana çayı mənsəbində yerləşən ada. Ulsin şəhəri yaxınlığında, Albaniya və Monteneqro sərhəddin yaxınlığındadır. Adanın sahəsi 4,8 km²-dir. Ada-Boyana üçbucaq formaya malik çay adasıdır. Süni şəkildə formalaşan ada 1958-ci ildə "Merito" gəmisinin qəzası sonucunda meydana gəlir. Vaxtı ilə mövcud iki kiçik çay adasının qumla birləşməsindən sonra ortaya çıxır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə ada xarixi turistlərə xidmət edən istirahət mərkəzi olmuşdur. Hazırda 1000 nəfər adada sərbəst şəkildə istirahət edə bilir. 1973-cü ildən adada naturizm kənddi vardır.
Boyalı səhləb
Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Boyana Kilsəsi
Boyana kilsəsi — Sofiyanın 8 km. cənubunda, Vitoşa dağının ətəyində yerləşən bolqar ortadoks kilsəsi.
Boyana Popoviç
Boyana Popoviç (20 noyabr 1979, Niş[d]) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Boyana Popoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Boyana Popoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Moskva bəyanatı (2021)
Moskva bəyanatı və ya Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin bəyanatı — Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli bəyanat. == Bəyanatın məzmunu == 1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. 2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir. 3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar. 4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80–85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir. Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132) Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək, q araciyərinə mənfi təsir edir. Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Boyalı Qablar mədəniyyəti
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir. == Zəmin == İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi. 10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı. 18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı. 22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.
Toğanalı-Kəlbəcər avtomobil yolu
Toğanalı-Kəlbəcər avtomobil yolu və ya Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu — Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu. Avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək. == Tarixi == Kəlbəcər 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra 25 noyabr 2020-ci ildə Azərbaycana təhvil verilmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. == İnşaası == 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. Həmin gün uzunluğu 72,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılmışdır.
Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir. == Zəmin == İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi. 10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı. 18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı. 22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.
Foqt-Koyanaqi-Xarad xəstəliyi
Foqt-Koyanaqi-Xarad xəstəliyi – xroniki idiopatik ikitərəfli panuveitdır, dərisi piqmentli olanlarda daha çox rast gəlinir, aseptik meningitəbənzər prodromal dövr, nevroloji defisitlər, eşitmənin pozulması, dəri əlamətləri, rekonvalessensiyada göz dibi "günəşbatan səma" kimi olur, xarakterik ağırlaşma torlu qişanın qopmasıdır.