Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elçin Nəsirov
Elçin Ramiz oğlu Nəsirov (13 yanvar 1988, Əhmədalılar, Füzuli rayonu – 25 oktyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nəsirov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı Qorqan istiqamətində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Poladov
Elçin Adil oğlu Poladov (27 noyabr 2001, Aşağı Quşçu, Tovuz rayonu – 6 noyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Poladov noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Qafarlı
Elçin Hacıağa oğlu Qafarlı (d. 5 oktyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi (2008-ci ildən).
Elçin Qarayev
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). == Həyatı == Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elçin Qeybullayev
Elçin Qeybullayev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Elçin Qeybullayev 4 dekabr 1968-ci ildə Quba rayonunun Talabı-Qışlaq kəndində anadan olub. Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə işləyib. Hərbi xidməti Əfqanıstanda keçirib. Yanvarın 19-da Elçin axşam təxminən saat 23-də evdən çıxıb, Salyan qazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyidini mərkəzi ölüxanadan tapıb. Quba rayonunda dəfn edilib. == Ünvan == Ölümünə qədər Bakı Baş Tikinti idarəsinin yataqxanasında yaşamışdır. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Qulu Kəngərli.
Elçin Quliyev
Elçin Quliyev (general-polkovnik) — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik. Elçin Quliyev (deputat) — Milli Məclisin V çağırış deputatı. Elçin Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elçin Quliyev (əsgər, 1998) — Vətən müharibəsi şəhidi. Elçin Quliyev (əsgər, 2001) — Vətən müharibəsi şəhidi.
Elçin Qurbanov
Elçin Qurbanov (22 yanvar 2002, Xanlıqlar, Qazax rayonu – 4 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2008–2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Qurbanov 2020-ci ilin yanvarın 27-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Elçin Qurbanov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elçin Rəfiyev
Elçin Mirzəxan oğlu Rəfiyev (1986; Uzuntəpə, Cəlilabad rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == Elçin Rəfiyev 1986-cı ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. == Hərbi xidməti == Elçin Rəfiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Elçin Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Sangu
Elçin Sangu (d. 13 avqust 1985) — Türk aktrisa. == Bioqrafiyası == Çərkəz əslli olan Elçin Sangu, 1985-ci ilin Avqust ayının 13-də Türkiyənin İzmir ilində anadan olmuşdur. Sangu, universitet təhsilini Mersin Universitetinin Opera bölməsində tamamlamışdır. Sangu, Səhnə Tozu Teatrı-da aktyorluq təhsili aldıqdan sonra seriallarda aktyorluq etməyə başlamışdır. İlk olaraq 2011-ci ildə Elə Bir Keçər Zaman Ki (türk. Öyle Bir Geçer Zaman Ki) adlı serialda Jale obrazı ilə tanınmışdır. Ardından 2012-ci ildə Aşk Kaç Beden Giyer adlı serialda Nehir obrazını canlandırmışdır. Daha sonra Bir Eşq Hikayəsi (türk. Bir Aşk Hikayesi), Qurd Seyid və Şura (türk.
Elçin Sultanov
Elçin Hafiz oğlu Sultanov (d. 1959) — AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Elçin Hafiz oğlu Sultanov 20 may 1959 ildə Bakı şəhəri anadan olmuşdur. 1981 ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. == Əsas elmi nailliyyətləri == Qafqazda oturaq meşə quşlarının coğrafi populyasiyalarının nəğmə quruluşu əsasında aşkar edilməsi. Talış populyasıyasının ən izolə olduğunu , böyük Qafqazın qərb hissəsinin populyasıyasının genetik cəhətdən ən qarışıq olduğunun aşkarlanması. Bir sıra sərçəkimi növlərinin Qafqazda və Azərbaycanda nəğmə və populyasiya quruluşunun tədqiqatı (meşə sərçəsi, böyük və qara arıquşları, mərcimək quşu, kiçik milçəkqapan, tarla vələmirquşu, sarıköynək və s. növlər). Azərbaycanda 17 Potnsial Ramsar (beynəlxalq əhəmiyyətlı) su-batalıq ətazilərinin Ramsar konvensyası kriteriləri əsasında meəyyən edilməsi və təsviri (Azərbaycanın Potensial Ramsar sahələri kitabının 2000 ildə nəşr edilməsi). Azərbaycanda bir sıra təhlükədə olan, beynəlxalq Qırmızı Siyahıya və Azərbaycan Qırmızı Kitabına düşən bir sıra növlərin tədqiqatı və alınmış nəticələr əsasında bu növlərin Azərbaycanda yayılması, sayı və yaşayış yerlərinə bağlılığının aşkar edilməsi, qorunması elmi tövsiyələrin verilməsi (qıvrımlələk qutan. göydimidik ördək, imperator qartalı, çöl muymulu, leşyeyən ağkərkəs, çığırqan cüllüt, kiçik əyridimdik, ağ durna və s.
Elçin Süleymanov
Elçin Süleymanov (iqtisadçı) — Azərbaycan alimi. Elçin Süleymanov (əsgər) — Azərbaycanlı şəhid.
Elçin Səfərli
Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir. == Əsərləri == 2008 — rus.
Elçin Səlcuq
Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir. == Fəaliyyəti == 1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. == Əsərləri == Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır.
Elçin Talıbov
Elçin Talıbov (d. 27 fevral 1990) — Azərbaycanlı para-cüdoçu. IV İslam Həmrəyliyi Oyunlarının qalibi. Elçin Talıbovun böyük qardaşı, Natiq Talıbov da cüdo (paracüdo) idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Elçin Talıbov 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -66 kiloqram çəki dərəcəsində o, əvvəlcə Türkiyə idmançısı Rəcəb Çiftçini 002:000, ardınca Özbəkistan idmançısı Utkirjon Niqmatovu 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Elçin Talıbov, digər bir Azərbaycan cüdoçusu Bayram Mustafayevi 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Elçin Tağıyev
Elçin Ağaqulu oğlu Tağıyev (1 iyul 1989, Zəhmətabad, Puşkin rayonu – 1 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı dostu Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edib və öz istəyi ilə hərbi xidmətini cəbhə bölgəsində davam edib. Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub.
Elçin Xəlilov
Elçin Nüsrət oğlu Xəlilov (26 aprel 1959, Bakı) — geofizik. == Həyat və fəaliyyəti == 26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.. Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Ulu babası — görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir. 1918–1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində, bir neçə ay ərzində Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışıb, həmçinin Müdafiə Nazirinin müvəqqəti səlahiyyətlərini icra edən şəxs olub. 1981-ci ildə M. Əzizbəyov adına Azneftkimya institutunu qurtarıb. 1981-ci ildən 1989-cu ilə qədər Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub Bölməsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən "İNTERGEO-TETİS" Beynəlxalq elmi-texniki kompleksin prezidentidir.
Elçin Xəmmədov
Elçin Bayram oğlu Xəmmədov (21 yanvar 1974; Bakı, Azərbaycan İmişli rayonu— 07.03.1994 Füzuli rayonu, aşağı Seyidəhmədli Azərbaycan — Quru qoşunları == Həyatı == Elçin Xəmmədov 1974-ci il yanvarın 21-də İmişli rayonu aşağı Sarxanlı kəndində anadan olub. Elçin Xəmmədov 1982 - ci ildə İmişli rayon aşağı Sarxanlı kəndində Əlixankişiyev adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Xəmmədov 1993-ci ilin noyabr aylarında Qarabağ müharibəsində savaşıb. Elçin Xəmmədov 1993-ci il noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Elçin Zalov
Elçin İslam oğlu Zalov (6 iyun 1995; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Zalov 6 iyun 1995-cu ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Əmisi Birinci Qarabağ müharibəsində həlak olmuşdur. Elçin Zalov hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Elçin Zalov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Elçin Zalov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elçin Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Elçin Zeynalov
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Elçin İbrahimov
Elçin İbrahimov (şəhid)
Elçin İmanov
Elçin İmanov - Azərbaycan aktyoru. Elçin İmanov - Qara Yanvar şəhidi.
Elçin İsgəndərov
İsgəndərov Elçin Abbas oğlu — "Azərbaycan Respublikasının Əməkdar həkimi" (2000), Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi. == Həyatı == Elçin İsgəndərov 1942-ci ildə Laçın rayonunu Bozlu kəndində doğulub. 1949-cu ildə Bozlu kənd ibtidai məktəbinə daxil olub. 1959-cu ildə Qarqışlaq kənd orta məktəbini bitirib. 1960-cı ildə Bozlu kənd qiraətxanasında müdir işləyib. 1961-ci ildə Bakı şəhərində Təmir Tikinti idarəsində fəhlə işləyib. 1962-1965-ci ilin avqust ayına kimi həqiqi hərbi xidmətdə olub. 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1971-ci ildə həmin institutun müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayonunun Qarıqışlaq xəstəxanasına təyinatla baş həkim göndərilib. 1971-ci ildən 1989-cu ilə qədər kənd xəstəxanasının baş həkimi vəzifəsində işləyib.
Elçin İsgəndərzadə
Elçin İsgəndərzadə (16 sentyabr 1964, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi == Həyatı == TƏHSİLİ: 1971-1979 – Ağdam rayon Əhmədavar kənd 8 illik məktə­b. 1979-1981 – Ağdam şəhər 6 saylı orta məktəb (məktəbi Qızıl medal ilə bitirib). 1981-1986 – Azərbaycan Politexnik İnstitutunun Mexanika fa­kül­təsi (İnstitutu fərqlənmə diplomu ilə bitirib. Adlı təqaüdçü olub). 1989-1992 – «Maşın və mexanizmlər nəzəriyyəsi» ixtisası üzrə Azər­baycan Texniki Universitetinin aspiranturası. 1993 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Maşın və mexanizmlər nəzəriyyəsi” ixtisası üzrə tex­ni­ka elm­ləri namizədi alimlik dərəcəsi alıb. (Uyğun ixtisas üz­rə keç­miş İttifaqın və Azərbaycanın ən gənc alimi olub) 1996 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. 2009 – Rusiya Federasiyası AAK tərəfindən filologiya elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülüb. 2013 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2017 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb.
Elçin İsmayılov
Elçin Mehdi oğlu İsmayılov (1982) — azərbaycanlı cüdoçu. Elçin Mübariz oğlu İsmayılov (1989-2020) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Elçin Mikayıl oğlu İsmayılov (1991-2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elçin İlqar oğlu İsmayılov (1995-2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elçibəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Eldrine
Eldrine (ƎLDRINE) — Gürcüstan rok-qrupu. Qrupa Sofi Toroşelidze, Mixail Çelidze (Miken), İrakli Bibilaşvili (Bibo), David Çanqoşvili (Chango), Tamara Şakeladze və DJ Beso Saxelaşvili (DJ Be$$) daxildir .
Əlincə
Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Əlçibəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.