Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəlakət
Fəlakət — Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Bhopal fəlakəti
Bhopal fəlakəti - 1984-cü ilin 2 dekabr tarixində Hindistanın Bhopal şəhərində yerləşən, ABŞ-nin "Yunion Karbayd" şirkətinə məxsus pestisidlər zavodunun rezervuarlarında baş vermiş sızıntının səbəb olduğu fəlakət hadisəsi. Hadisə 43 ton metilizosionat qazının sızması nəticəsində baş vermişdir.
Oksigen fəlakəti
Oksigen fəlakəti və ya Oksigen böhranı — Paleoproterozoy dövründə, 2.4 milyard il əvvəldən 2.1–2.0 milyard il əvvələ qədər Yer atmosferində və ilkin okeandakı oksigenin birdən-birə artdığı dövrdür. Geoloji, izotopik və kimyəvi dəlillər molekulyar oksigenin (O2) Yer atmosferində toplanmağa başladığını və nəticədə bunun Yer kürəsindəki demək olar ki, bütün canlıların məhv olmasına səbəb olduğunu göstərir. Oksigen istehsal edən sianobakteriyalar, çoxhüceyrəli həyat formalarının sonrakı inkişafına imkan verdi. == Oksigen səviyyəsinin artması == Oksigen fəlakətinə gətirən xronologiya sərbəst oksigenin əvvəlcə prokariot, sonra isə okeandakı eukariot orqanizmlər tərəfindən istehsal olunduğunu göstərir. Bu orqanizmlər fotosintezi daha səmərəli şəkildə həyata keçirir, tullantı məhsulu olaraq oksigen istehsal edirdilər. İlk oksigen istehsal edən sianobakteriyalar hadisədən əvvəl, 2.7–2.4 milyon il, bəlkə də daha əvvəl yaranmış ola bilər deyə düşünülür. Bununla birlikdə, oksigenli fotosintez səthi mühitdə oksigen yığılmasına imkan yaratmaq üçün oksigendən ayrılmalı olan üzvi karbon istehsal edir, əks halda oksigen üzvi karbonla reaksiyaya girir və yığılmırdı. Üzvi karbonun, sulfidin və tərkibində qara dəmir (Fe2+) olan mineralların çöküntüsü oksigen yığılmasında əsas amildir. Məsələn, üzvi karbon oksidləşmədən məhv olarsa oksigen atmosferdə qalır. Ümumilikdə, üzvi karbon və piritin çürüməsi bu gün ildə 15.8 ± 3.3 T mol (1 T mol 1012 mol) oksigen deməkdir.
Ekoloji fəlakət
Ekoloji fəlakət (ing.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Təbii fəlakət
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar == Növləri == === Geoloji mənşəlilər === Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami === Meteoroloji mənşəlilər === Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər. == Bəşəriyyət tarixində — Meqasunamilər == Meqasunami – dalğalarının hündürlüyü adi sunami dalğalarının hündürlüyündən çox-çox hündür olan sunamilərdir.
Fəlakət diplomatiyası
Fəlakət diplomatiyası — quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyası və vulkan diplomatiyası kimi anlayışları birləşdirən inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır. == Quraqlıq diplomatiyası == Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı. == Zəlzələ diplomatiyası == Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş. 2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş. Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi.
Aerozol katastrof (fəlakət)
Təbii fəlakət filmi
Təbii fəlakət filmi - film qəhrəmanları qəzaya düşdüb və xilas olmağa çalışırlar. Spesifik növ triller və dram.Söhbət təbii fəlakət (qasırğa, zəlzələ, vulkan püskürməsi və s) barədə məlumat, həm də texnogen qəza (təyyarənin qəzaya uğraması, məsələn) barədə gedə bilər. 1990-cı illərdən başlayaraq inkişaf edən kompüter effektlərinin nəticəsində daha canlandırıcı və baxımlı filmlər çəkilməyə başladı,bunlara " Sürət ",Armageddon (film, 1998), tarixi fəlakət filmlərindən Titanik (film, 1997) kimi filmləri misal göstərmək olar.
2014 Nepal qar tufanı fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
2014 Nepal qar çovğunu fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
Stupino altında Cessna 208 fəlakəti
Stupino altında Cessna 208 fəlakəti (rus. Катастрофа Cessna 208 под Ступино) — Cessna 208 təyyarəsinin qəzaya uğraması kəndin yaxınlığında Köhnə Stupin rayonunda 19 noyabr 2005-ci il. Nəticədə təyyarədə 8 nəfərin hamısı həlak olub. Fəlakət Moskva vaxtı ilə saat 19:27-də Stupinskiy rayonundakı köhnə kəndin yaxınlığında baş verib.
Tenerife aeroportunda fəlakət (27 mart 1977)
Tenerife aeroportunda fəlakət — 27 mart 1977-ci ildə baş vermiş hadisə. Kanar adalarında İki Boeing 747 Tenerife Aerodromunda toqquşdu və 583 adam öldü. Bu qəza sərnişin təyyarə qəza tarixində ən çox can itkisi verən qəza olaraq tarixə düşdü. == Xarici keçidlər == Final reports from Spanish authorities and commentary from Dutch authorities (ing.) "KLM, B-747, PH-BUF and Pan Am, B-747, N736, collision at Tenerife Airport, Spain, on 27 March 1977." ( Arxivləşdirilib 15 avqust 2011 at the Wayback Machine) - Subsecretaría de Aviación Civil, Spain.
Kəlkətə
Kəlkətə ( rəsmi adı 2001-ci ildən Kolkata ) (benq. কলকাতা, hindi. कोलकता, tib. ཀ་ལི་ཀུ་ཏ ing. Kolkata) — Hindistanın şərqində Qanqa çayının deltasında Qərbi Benqalın paytaxtı, Mumbaydan sonra ikinci böyük şəhərdir. 2020-ci ilin vəziyyətinə əsasən şəhərin əhalisi 14 850 066 nəfərdir [1]. İngilis hakimiyyəti dövründə, Kəlkətə 1911-ci ilə qədər bütün İngilis Hindistanının paytaxtı idi, bunun sayəsində şəhər böyük bir təhsil, elm, mədəniyyət və siyasət mərkəzidir. Digər tərəfdən, şəhərdə yoxsulluq, havanın çirklənməsi və tıxaclar kimi problemlər tez-tez meydana çıxır. == İstinadlar == 1.
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
İnduksiyalı sürüklənmə
İnduksiyalı sürüklənmə, sonlu bir səthin yaratdığı qaldırıcı qüvvənin səbəb olduğu sürütlənmə qüvvəsinə verilən addır. == İnduksiyalı sürüklənmənin mənbələri == Praktiki olaraq sonsuz bir qanadın olması mümkün deyildir. Buna görə, qanad profilləri iki ölçülü model olsa belə, bir qanad əslində üçölçülüdür və cərəyan bu qanada göndərildikdə, yaranan reaksiya qüvvəsi iki komponentə malikdir: profilin mövcudluğundan formalaşmış parazit sürüklənmə qüvvəsi və qaldırıcı qüvvə. Ümumiyyətlə, qaldırıcı qüvvə parazitar sürüklənmə qüvvəsinə görə daha böyük bir qüvvə kimi ölçülür. Məhz bu səbəblə, qanad ucunu dövrə vuraraq təzyiqin aşağı olduğu yuxarı zonaya təzyiqin aşağı olduğu aşağı zonadan keçən bir cərəyan müşahidə olunur (axına perpendikulyar bir istiqamətdə). (Qanad ucu vorteksi) Bu vorteks əlavə sürüklənməyə səbəb olur, lakin bu sürüklənmə parazit sürüklənmədən fərqli olaraq cari sürətin kvadratına tərs mütənasibdir. Qaldırıcı qüvvəni artıran hər hansı bir amil induksiyalı sürüklənməni də artırır. (Məsələn: Hücum bucağı) == İnduksiyalı sürüklənmənin azaldılması == İnduksiyalı sürüklənmə qüvvəsini aşağıdakı yollarla zəiflətmək mümkündür: Qanad genişliyini artırmaq: Qanad ucu vorteksləri qanad uclarına yaxın bölgələrdə reallasşdığından artırılmış qanad genişliyi, qanadın bu vorteksdən təsirlənmə faizini azaldacaqdır. Qanad ucu lövhəsindən istifadə: Qanad ucunda bu vorteksin reallaşmasının qarşısını alacaq və ya təsirini azaldacaq qanad ucu hissəsi, induksiyalı sürüklənməni kifayət qədər azalda bilər. == İnduksiyalı sürüklənmənin hesablanması == İnduksiyalı sürüklənmə aşağıdakı kimi hesablanır: D i = 1 2 ρ V 2 S C D i = 1 2 ρ 0 V e 2 S C D i {\displaystyle D_{i}={\frac {1}{2}}\rho V^{2}SC_{Di}={\frac {1}{2}}\rho _{0}V_{e}^{2}SC_{Di}} C D i = k C L 2 π A {\displaystyle C_{Di}={\frac {kC_{L}^{2}}{\pi A}}} ve C L = L 1 2 ρ 0 V e 2 S {\displaystyle C_{L}={\frac {L}{{\frac {1}{2}}\rho _{0}V_{e}^{2}S}}} Bunun nəticəsi olaraq: C D i = k L 2 1 4 ρ 0 2 V e 4 S 2 π A {\displaystyle C_{Di}={\frac {kL^{2}}{{\frac {1}{4}}\rho _{0}^{2}V_{e}^{4}S^{2}\pi A}}} Beləliklə: D i = k L 2 1 2 ρ 0 V e 2 S π A {\displaystyle D_{i}={\frac {kL^{2}}{{\frac {1}{2}}\rho _{0}V_{e}^{2}S\pi A}}} A {\displaystyle A\,} Genişlik nisbəti, C D i {\displaystyle C_{Di}\,} Sürüklənmə əmsalı, C L {\displaystyle C_{L}\,} Daşınma əmsalı, D i {\displaystyle D_{i}\,} İnduksiyalı sürüklənmə k {\displaystyle k\,} Elliptik daşınma paylanmasına yaxınlaşma faktoru 1.05 -1.15 arası bir dəyər.
Təbii fəlakətlər
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar == Növləri == === Geoloji mənşəlilər === Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami === Meteoroloji mənşəlilər === Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər. == Bəşəriyyət tarixində — Meqasunamilər == Meqasunami – dalğalarının hündürlüyü adi sunami dalğalarının hündürlüyündən çox-çox hündür olan sunamilərdir.
Kəlkətə Universiteti
Kəlkətə Universiteti (benq. কলিকাতা বিশ্ববিদ্যালয়, ing. University of Calcutta) — Hindistanın Kəlkətə şəhərində yerləşən ali təhsil müəssisəsi. Mədrəs və Mumbay universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir. == Tarixi == Universitetin əsası 24 yanvar 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür. == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Tanınmış məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Rabindranat Taqor — hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadimi. 1913-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Racendra Prasad — Hindistanın ilk prezidenti.
Layoş Fekete
Layoş Fekete, Macar tarixçisidir, Birinci Dünya Müharibəsində əsir düşüb, Türkcə öyrənən Layoş (ya da Lajos), müharibədən sonra Macarıstan və Avropa arxivlərindəki Osmanlı sənədlərini incələdi, Budapeşt universitetində Türk tarixi üzrə professor təyin olundu. Sonra İstanbula çağırılıb, Baş Nazirlik Arxivindəki sənədləri araşdırmaq tapşırılır. Türkcə sənədləri araşdırdıqdan sonra Einführung in die Osmanisch-Tür-kische Diplomatik der Türkischen Botmassigheit in Ungarn (Macarıstandakı Türk Hakimiyyətində Osmanlı Türk diplomatiyasına giriş, 1926) adlı əsərini yazmışdır. Türkische Schriften aus dem Archive des Palatins Nikolaus Esterhazy 1606–1645 (Palatinus Miklos Esterhazynin arxivindəki Türkcə sənədlər 1606–1645, 1932) adlı əsərində XVII əsrin II yarısındakı Osmanlı-Macar münasibətlərini araşdırmışdır. Bundan başqa Budapest a Törökkorban (Osmanlı dönəmində Budapeşt,1944) və Rechnungsbücher des Türkischer Finazstellen in Buda 1550–1580 (Budində Türk maliyyə təşkilatının hesab dəftərləri 1550–1580, 1962) adlı əsərlərini də nəşr etdirmişdir. Layoş Feketeni Azərbaycan tarixi üçün önəmli edən tərəf isə ondadır ki, o Səfəvi dövlətinin iki şahının- I Səfinin və Şah Sultan Hüseynin Azərbaycan Türkcəsində iki məktubunu arxivlərdən tapıb, nəşr etdirmişdir. Bunlar I Səfinin (1629–1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda (1619–1639) məktubudur. İkincisi isə Şah Sultan Hüseynin(1694–1722) Polşa kralı Fridrix Avqusta(1694–1733) məktubudur. Bu məktubların əhəmiyyəti ondadır ki, bunlar vasitəsi ilə Səfəvilərin son şahlarının belə Azərbaycan türkcəsindən diplomatiyada istifadə etməsi sübut olunur.
Vladimir Fekete
Vladimir Fekete (slovak. Vladimír Fekete, 11 avqust 1955, Bratislava) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi. == Həyat və fəaliyyəti == Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu. 1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb.