Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fazilət xanım və qızları (teleserial, 2017)
Fazilət xanım və qızları, Avşar Film imzalı, rejissoru Murat Saraçoğlu (Hal-hazırda Gökçen Usta), baş rolları Nazan Kesal, Deniz Baysal, Çağlar Ertuğrul, Mahir Günşiray , Afra Saraçoğlu ve Alp Navruz olan bir Star TV teleserialıdır. 25 Mart 2017-ci ildə Star TV ekranlarına yayınlanmağa başlamışdır. Serialın senari müəllifi Sırma Yanık, prodüseri Şükrü Avşardır.
Fəzilət
Fəzilət — insanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər. Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur. Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir. == Fəzilətlərin siyahısı == Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı: == Mənbə == Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani.
Fəzilət Partiyası
Fəzilət Partiyası (Azərbaycan) — Azərbaycanın siyasi partiyasıdır. Fəzilət Partiyası (Türkiyə) — Türkiyənin siyasi partiyasıdır.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Fəzilət Partiyası (Azərbaycan)
Fəzilət Partiyası — Azərbaycanın siyasi partiyasıdır. Partiyanın təsis qurultayı 20 iyun 2005-ci ildə keçirildi. 2000-ə yaxın üzvü olan partiyanın sədri Gündüz Hacıyevdir . Digər məsələlərlə yanaşı, o, Azərbaycanın mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində nəzarətinin bərpasını müdafiə edir.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil Məmmədov (dəqiqləşdirmə) Fazil Məmmədov Fazil Məmmədov (neftçi alim) Fazil İbrahimov — Fazil Cabbarov — Fazil Şirvani Digər Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Faizlər razılaşması
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı. == Razılaşma == 1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill: "Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir. Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı. İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Mürəkkəb faizlər
Mürəkkəb faizlər — əmanət məbləğinə faizlərin hesablanması, ikiqat əməliyyat - faizlərin ödənilməsi və doldurulması ilə faizlər üzrə faizlərin sonrakı hesablanmasına imkan verir. Müəyyən növ bank əmanətlərində istifadə olunan faizlər üzrə faizlərin hesablanması və ya borc olduqda əsas borcun məbləğinə daxil olan və eyni zamanda faizlər daşıyan faizlər. Mürəkkəb faizlə eynidir. Kapitallaşma ilə əmanət üzrə faizlər gündəlik, aylıq, rüblük və illik hesablana bilər. Onlar ödənilmədikdə, depozit məbləğinə əlavə olunur. Növbəti dövrdə isə artıq böyük məbləğdə faizlər hesablanacaq. == Hesablanması == Mürəkkəb faizlərin hesablanması zamanı əmanətçinin alacağı ümumi məbləğ x ⋅ ( 1 + a 100 ) n {\displaystyle x\cdot (1+{\frac {a}{100}})^{n}} -a bərabər olacaq, burada x {\displaystyle x} qoyulmuş vəsaitin ilkin məbləğidir, a > − 1 {\displaystyle a>-1} — illik faiz dərəcəsi, n {\displaystyle n} — illərlə depozit müddəti. İllik s% dərəcəsi ilə əmanətlə, ilk saxlama ilindən sonra kapital onun x plus s%-i olacaq, yəni ( 1 + s 100 ) a r t a c a q . ) {\displaystyle (1+{\frac {s}{100)artacaq.}})} dəfə. İkinci ildə s% bir qəpikdən deyil, ondan ( 1 + s 100 ) {\displaystyle (1+{\frac {s}{100}})} dəfə böyük olan dəyərdən hesablanacaq.
Qazilər (Duzluca)
Qazilər — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı 1403-cü il qeydlərində ermənicə "məhsul verən, bərəkətli" mənasını verən Parnaqud, 1854-cü və 1928-ci il qeydlərində isə Pərnavut kimi qeyd edilmişdir.
Fəzilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. == Həyatı == Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Fazil Abbasov
Fazil Eyvaz oğlu Abbasov (8 dekabr 1950, Horovlu, Cəbrayıl rayonu) – Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990). == Həyatı == Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. == Fəaliyyəti == F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur). == Tədqiqatları == Tədqiqatları əsasən anesteziologiya-reanimatologiyanın, ürəkda mar və torakal cərrahiyyənin aktual problemlərinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin müəllifidir. == Həmçinin bax == Abuzər Qazıyev Məhərrəm Mustafayev (alim) == Xarici keçidlər == Fazil Eyvaz Abbasov, M. D. saglamTV. Fazil Abbasov. T.e.d. Ürək cərrahı.
Fazil Abdulcəlilov
Fazil Apasoviç Abdulcəlilov (noq. Фазыл Апас улы Абдулжаьлилов, rus. Фазиль Апасович Абдулжалилов; 1 mart 1913, Kanqlı[d] – 1974) — noqay sovet yazıçısı. O, 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Abdulcəlilov "Güclülər ailəsi" (1950), "Asantaj" (1956), "Sərt dönüş" (1961) povestlərinin müəllifidir. "Güclü axın" (1959) romanı kollektivləşməyə həsr olunmuşdur. "Kuban çağlayır" (1955) şeir toplusu var.
Fazil Ağayev
Fazil Balamirzə oğlu Ağayev (12 oktyabr 1944, Lerik rayonu) — Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Ekologiya Elmləri Beynəlxalq Akademiyasının müxbir üzvü. == Həyatı == Ağayev Fazil Balamirzə oğlu 12 oktyabr, 1944-cü ildə Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, orta təhsilini kənd məktəbində gümüş medalla başa vurmuşdur. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İnstitutu bitirəndən sonra 1970-1972-ci illərdə tibb xidməti leytenantı kimi həqiqi hərbi xidmətdə olmuş, Ermənistanın Leninakan şəhərində yerləşən 18500 hərbi hissəsində həkim-mütəxəssis vəzifəsində qulluq etmişdir. Ordudan tərxis olunandan sonra Sumqayıt şəhərində sahə həkim terapevti və təcili yardım xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildə Azərbaycan Respublika Səhiyyə Nazirliyinin M. Əfəndizadə adına əmək gigiyenası və peşə xəstəliləri elmi tədqiqat institutunun aspiranturasına daxil olmuş və 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının əmək gigiyenası və peşə xəstəlikləri institutunda "Benzonitril peşə zəhəri kimi – gigiyenik normallaşdırma, yaş həssaslığı və metobolizm məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ilə qədər həmin institutda baş elmi işçi, sonralar isə 1979-cu ilə qədər Sumqayıt şəhərində 1 saylı xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini kimi fəaliyyət göstərmişdir. 1979-cu idən indiyə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasına rəhbərlik edir (indiki ictimai sağlamlıq, səhiyyənin təşkili və gigiyena kafedrası). Bu müddətdə elmi fəaliyyətinin əsas istiqaməti ana və uşaqların mühafizəsi problemi olmuşdur. 1988-ci ildə "Perinatalogiyanın sosial-gigiyenik problemləri" mövzusunda doktorluq dissertasiyasını SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda müdafiə etmiş və müvafiq elmi dərəcə almışdır.
Fazil Cabbarov
== Siyahı ==
Fazil Nəcəfov
Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri. == Həyatı == Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib. Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib. Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. 2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.
Fazil Osmanov
Osmanov Fazil Lətif oğlu (10 may 1936, Ağsu rayonu – 7 iyul 2016) — Azərbaycanın tanınmış arxeoloq-tarixçisi, tarix elmləri namizədi. == Həyatı == Fazil Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. 1949-1953-cu illərdə Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili almış, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin may ayında "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi ısçi, 1996-cı ildən isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi isçi vəzifəsində çalışır. Fazil Osmanov 1959-1960-cı illərdən başlayaraq bir sıra arxeoloji və etnoqrafik ekspedisiyalarda – Qəbələ, Xaçbulaq, Şamaxı, Naxçıvan, Qazax, Bakı, Kəlbəcər, Cəbrayıl və s. iştirak etmiş, Ağsu-İsmayıllı, Ağcabədi arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir.
Fazil Quliyev
Fazil Balahəsən oğlu Quliyev (1957, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı. == Həyatı == Quliyev Fazil Balahəsən oğlu 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991–1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini, 1999-cu ildə DİN Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001–2013-cü illərdə isə DİN Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 may 2013-cü il tarixli 2906 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 1 iyul 2014-cü il tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Fazil Qurbanov
Fazil Səməd oğlu Qurbanov (18 fevral 1944, Bakı – 23 dekabr 2020, Moskva) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017). == Həyatı == Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Döv­lət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1974-cü ildə Res­publika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keç­mişdir. 1975-ci ildən Azərbaycan SSR EA Fiziologiya İnstitutunda SSRİ Tibb Elmləri Akademiyasının (TEA) həqiqi üzvü Mustafa Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə qrupunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1980-ci ildə SSRİ Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin nəzdində cər­rahiyyə ixtisası üzrə məqsədli aspi­ranturaya daxil olmuşdur. 1983-cü ildə akademik B.V.Petrovskinin rəhbərliyi ilə “Cərrahi müalicədən sonra təkrarlanan kardiospazm zamanı pnevmatik kardi­odilatasiya” mövzusunda dissertasiya­nı uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1984-cü ildə Ümumru­siya Elmi-Tədqiqat Mərkəzinə cərrahiy­yə üzrə doktoranturaya göndərilmişdir. 1987-ci ildə SSRİ TEA-nın cərrahiyyə fakültəsində “Qida borusunun bəd və xoşxassəli strikturaları zamanı birmo­mentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyasını müdafiə et­mişdir. 1989-cu ildə Azərbaycanda yeni yaradılmış Elmi-Tədqiqat Qastroenterologiya İnsti­tutuna şöbə müdiri vəzifəsinə dəvət edilmiş və eyni zamanda, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlik­lər kafedrasında professor vəzifəsində fəaliyyət göstərmişdir.
Fazil Qəzənfəroğlu
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Fazil Rzayev
Fazil Rzayev — Azərbaycanlı voleybol mütəxəssisi. == Həyatı == 1956-cı ildə Azərbaycan komandasının heyətində SSRİ kubokunu qazanan Rzayevin Azərbaycanda voleybolun inkişafında böyük rolu olub. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında voleyboldan dərs deyib. Fazil Rzayev qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin və kişilərdən ibarət yığmnın sabiq baş məşqçisi Oqtay Musayevin də müəllimi olub. Voleybol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fazil Rzayev 2010-cu ilin may ayında 77 yaşında vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.
Fazil Rəhmanzadə
Fazil Rəhmanzadə (tam adı: Fazil Şamil oğlu Rəhmzandə; 9 fevral 1942, Bakı) — Azərbaycanın yazıçı-publisisti. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi == Həyatı == Rəhmanzadə Fazil Şamil oğlu 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olmuşdur.1959-cu ildə Orta məktəbi bitirmişdir həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959–1964). Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor bir müddətlik fasilədən sonra isə müxbir kimi çalışmışdır. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.1961-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edir. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verir və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edir. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdir həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edir. İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi çalışır, daha sonra şöbə müdirinin müavini olur və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışır. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli , marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb etmişdir. Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırmışdır.
Fazil Salayev
Fazil İdris oğlu Salayev (1 sentyabr 1931, Bakı – 20 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur.
Fazil Vahidov
Fazil Vahidov — alim. == Həyatı == Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1970-ci ildən BDU-da çalışır. == Təhsili, elmi dərəcəsi və elmi adları == Ali təhsillidir. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir; fəlsəfə elmləri namizədidir. 1974-cü ildən BDU-nun dosentidir. == Əmək fəaliyyəti == 1963-1965-ci illərdə Kürdəmir rayonundakı "Bolşevik" sovxoz 8-illik məktəbinin müəllimi; 1965-1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru; 1967-1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının aspirantı; 1970-1974-ci illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi və baş müəllimi; 1974-1991-ci illərdə həmin kafedranın dosenti; 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı; 1991-hal-hazıradək Sosiologiya kafedrasının dosenti; Apardığı dərslər: Ümumi sosiologiya, Sosioloji tədqiqatın metodologiyası və metodikası; 80-ə qədər məqalə və tezisin, 1 broşüranın, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir; 7 elmlər namizədi yetişdirmişdir; 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür. == Tədqiqat sahəsi == şəxsiyyət problemi dünyagörüşü məsələləri == Seçilmiş əsərləri == 2004, "Sosiologiya".
Fazil Yoldaşoğlu
Fazil Yoldaşoğlu (1872, Səmərqənd vilayəti – 17 mart 1955 və ya 1955, Səmərqənd vilayəti) — Özbəkistan şairi. == Həyatı == Fazil Yoldaşoğlu 1872-ci ildə Bulunğur rayonunun Layçə qışlağında yoxsul ailədə doğulmuşdur. Beş yaşından atasını itirən Fazil 19 yaşına qədər bəylərin qapısında işləmişdir. O, yerli şairlərdən Yoldaş, Köldaş və Suyarla dostlaşıb onlardan şairlik sənətini öyrənmişdir. Fazil Yoldaşoğlu görüb-keçirdiyi hadisələri öz yaradıcılığında əks etdirmişdir. O, "Cizzəx tətili", "Mətkərim pəhləvan" poemalarının müəllifi kimi şöhrət qazanmışdır. Cığatay (özbək) ədəbiyyatı qarşısındakı ən böyük xidmətlərindən biri folklor nümunələrini-dastanları, nağıl və rəvayətləri yazıya almasıdır. Onun söyləməsi ilə 30-a qədər əsər-şifahi xalq ədəbiyyatı nümunəsi yazıya alınmışdır. Fazil Yoldaşoğlu 1955-ci ildə vəfat etmişdir.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.