Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hegemon
Hegemon (yun. ἡγεμών, "rəhbər, aparıcı, himayədar") — hegemoniyanı həyata keçirən şəxs, dövlət, ictimai sinif. Tarixən termin rəhbəri qeyd etmək üçün istifadə edilib. İkinci Korinf konqresində Makedoniyalı İsgəndər Korinf ittifaqının hegemonu elan edilmişdi.
Telefon
Telefon (q.yun. τῆλε — uzaq, φωνή — səs) — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. Təsəvvür edin Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır. Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqcığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, daha sonra bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır.
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.
Pyotr Demezon
Pyotr İvanoviç Demezon (rus. Пётр Иванович Демезон,fr. Jean Jacques Pierre Desmaisons; 1807, Şamberi – 6 sentyabr 1873, Eks-le-Ben[d]) — fransız mənşəli rus türkoloqu. == Həyatı == Pyotr Demezon 1807-ci ildə anadan olmuşdur. Ərəb və fars dillərindən tərcüməçi kimi tanınır. Elmi maraqları türk folkloru və türklərin yaşayışı. 1834-cü ildə Buxara mədrəsələrində çalışmışdır. Türkcə və farsca dərs demişdir. Desmaisons Ebülqazi Bahadır ı "Şecere-i TürkT" adlı əsərini fransız dilinə çevirmişdir. Desmaisons böyük "Türkcə- Fransızca lüğəti" də yazmışdır.
Telefon Bankçılığı
Telefon bankçılığı- bu sistemdən müştərilər öz ev və ya iş telefonları vaitəsilə bankın kompüterləri ilə əlaqə yaradaraq istifadə edirlər. Bu cür xidmət növü bütün müştərilərə telefon olan hər bir yerdən əlaqəli nömrələr verilərək təqdim edilir. Ancaq istifadə olunan telefon mütləq rəqəmli digital olmalıdır. Telefon bankçılığında müştərilər həm öz şəxsi hesabları ilə əməliyyatlar edir və döviz, altın və fon hisselerinin alış və satış dəyərləri kimi məlumatlar ala bilməkdədirlər. 1973-cü ildə ilk dəfə ABŞ-də Seanttle First National Bank tərəfindən göstərilən bu xidmət növündən istifadə edənlərin çox az sayda olması ilə bağlı bir neçə ay sonra bu xidmət növü 1979-cu ilə qədər dayandırılmışdır. Telefonla göstərilən xidmətlərdən ən geniş istifadə olunanlar faiz dərəcələri haqqında məlumat alma, qızıl və valyuta məzənnələri, bankların yatırım fonlarının alış və satış dəyərləri ilə əlaqəli məlumat alma, faksla hesap işləri, kredit kartları ilə əlaqəli limitin soruşulması, lazımi vəsaitin ödənməsi, son ödeme tarixi kimi məlumatların əldə edilməsi və müddətsiz hesabdan ödəmə aparılır.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Telefon kodu
Telefon kodu — şəhərlərarası və beynəlxalq telefon zənglərini qəbul etməyə imkan verən sistem.
İP-telefon
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. == Tarixi == IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
Telefon köşkü
Telofon köşkü— taksofonla təchiz edilmiş və telefon istifadəçisi üçün nəzərdə tutulmuş kiçik bir binadır. Telefon köşklərində tez-tez işıqlandırma, məxfiliyi təmin etmək üçün qapı və kabinənin istifadə olunub-olunmadığını başqalarına bildirmək üçün pəncərələr var. Stend yerli telefon nömrələrinin çap olunmuş kataloqu və kağız, qələm və ya hətta otel kimi rəsmi şəraitdə oturacaqla təchiz oluna bilər. Xarici kabin elementlərə və ağır istifadəyə tab gətirmək üçün metal və plastikdən hazırlana bilər, daxili kabin isə daha mükəmməl memarlıq və mebellərə malik ola bilər. Xarici kabinələrin əksəriyyətində telefon xidməti təminatçısının adı və loqosu var.
Telefon nömrəsi
Telefon nömrəsi — telefon xəttinə, radio telefon kimi simsiz elektron telefoniya cihazına, mobil telefona, ictimai telefon şəbəkəsi (PSTN) vasitəsilə verilənlərin ötürülməsi üçün digər cihazlara və ya digər ictimai və özəl şəbəkələrə qoşulmuş stasionar telefon abunəçi stansiyasına təyin edilmiş rəqəmlər ardıcıllığı. Telefon nömrəsi təyinat kodu marşrutlaşdırma sistemindən istifadə edərək telefon zənglərini dəyişdirmək üçün bir ünvan kimi xidmət edir. Telefon nömrələri abunəçilərə milli və ya regional telefon nömrələmə planı çərçivəsində kommersiya qurumları, dövlətin nəzarətində olan qurumlar və ya digər telekommunikasiya sənayesi birlikləri ola biləcək telefon xidməti operatorları tərəfindən verilir. Telefon nömrələri adətən xüsusi telefon xidməti xüsusiyyətlərini işə salmaq üçün şaquli xidmət kodları kimi digər siqnal kodu ardıcıllığı ilə birlikdə yığılır. == Vahid Nömrə Satışı Sistemi == Vahid Nömrə Satış Sistemi mobil nömrələrin mərkəzləşdirilmiş və sistematik şəkildə satılmasına imkan verən bir sistemdir. Bu sistem mobil nömrə satışı zamanı ərizəçiyə aid məlumatların informasiya sistemləri aracılığı ilə operatorların və Azərbaycan nümunəsində "AzInTelecom"un məlumat bazasına onlayn şəkildə daxil edilməsi ilə əhatə olunur. Vahid Nömrə Satış Sisteminin faydaları arasında informasiya mübadiləsinin sistem üzərində həyata keçirilməsi, mobil operatorların abunəçi bazalarının FİN koduna uyğunlaşdırılması, vətəndaşlara dövlət qurumlarının bildirişlərinin göndərilməsi (məsələn, məhkəmə bildirişi, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, bank borcları, kommunal ödənişlər, rabitə borcları, cərimələr və s. daxil olmaqla) və istənilən portalda qeydiyyat zamanı mobil nömrəyə aid olmayan və ya qrammatik səhvlərdən yarana biləcək problemlərin aradan qalxarılması var. == Həmçinin bax == Beynəlxalq telefon kodları IP ünvanı == İstinadlar == == Xarici keçidlər == ITU-T Recommendation E.123: Notation for national and international telephone numbers, e-mail addresses and Web addresses RFC 3966 The tel: URI for telephone numbers History of UK dialing codes, with lists of codes and more links World Telephone Numbering Guide which can be used to look up telephone numbering information ITU National Numbering Plans which links to the numbering plans of individual countries.
Azərbaycanın telefon kodları
Azərbaycanın telefon kodları məqaləsi Azərbaycandakı telefon kodları və telefon nömrələmə sistemi haqqında məlumat verir. Azərbaycanda telefon kodları və telefon nömrələmə sistemi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir. Ən aktiv və istifadə edilən kodlar Bakı (-012) və Sumqayıt (-018) kodlarıdır. == Siyahı == === Bakı === === Sumqayıt === === Bakı toll === === Şirvan regionu === === Qarabağ regionu === a Ləğv olunaraq Tərtər rayonuna daxil edilən Ağdərə rayonunun köhnə kodu 148 olub. === Quba regionu === === Şəki regionu === === Lənkəran regionu === === Şuşa regionu === === Naxçıvan Muxtar Respublikası === == Mənbə == AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN TELEFON KODLARI Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine == Xarici keçidlər == ANS PRESS. "Azərbaycanda yeni telefon kodları tədbiq ediləcək (Siyahı)" (az.). anspress.com. 04.07.2011 13:46. İstifadə tarixi: 2014-06-12.
Beynəlxalq telefon kodları
A B C Ç D E Ə F G H X İ K L M N O Ö P Q R S Ş T U Ü V Y Z
Mobil telefon jammeri
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Moxave telefon köşkü
Moxave telefon köşkü — Kaliforniyada, Moxave səhrasında yaxınlıqda işləyən yerli geoloqlar və şaxtaçılar üçün quraşdırılan telefon köşkü. Ən yaxın şose yolundan 24 km, ən yaxın yaşayış məntəqəsindən isə onlarla km məsafədə yerləşirdi. İlk vaxtlar onun nömrəsi +1-714-733-9969 idi, sonra kod 619-a, daha sonra isə 760-a dəyişdirildi. == Tarixi == Köşk 1948-ci ildə yaxınlıqda işləyən şaxtaçılar üçün quraşdırılmışdır. 1997-ci ildə Dyuis (Deuce) adlı bir şəxs köşk haqqında öyrənir və ona cavab verilənə qədər köşkə zəng etməyə başlayır. Hər səhər Dyuis üzünü qırxarkən güzgünün kənarına yapışdırdığı və üzərində "Sən bu gün Moxavenin ortasında yerləşən köşkə zəng etməyi unutmamısan?" cümləsini yazdığı yapışqanı görürdü. O, zəngləri ta ki Lorin (Lorene) adlı birisi ona cavab verənə qədər düz bir ay müddətində davam etdirir. Öz əhvalatını öz saytında paylaşandan sonra Moxavedəki köşk qısa bir zamanda məşhurluq qazanır. Köşkün həvəskarları cavab almaq ümidiylə ora zəng edir, zənglərə cavab vermək üçün ora gedir, həmçinin ismarış qoyurdular. Zamanla köşk bütünlüklə qraffitilərlə örtüldü.
Telefon köşkü(film)
Telefon köşkü (film)
Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi. == Məzmun == Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. == Süjet == Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək... == Maraqlı faktlar == Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi.
İctimai telefon şəbəkəsi
İctimai telefon şəbəkəsi (ing. public switched telephone network; PSTN) — milli, regional və ya lokal telefon operatorları tərəfindən idarə olunan dünya telefon şəbəkələrinin məcmusu. Bu ictimai telekommunikasiya üçün infrastruktur və xidmətlər təqdim edir. Şəbəkə telefon xətlərindən, fiber optik kabellərdən, mikrodalğalı ötürmə xətlərindən, mobil şəbəkələrdən, rabitə peyklərindən və mərkəzi ofislər, şəbəkə tandemləri və beynəlxalq şlüzlər kimi kommutasiya mərkəzləri ilə bir-birinə bağlanan sualtı telefon kabellərindən ibarətdir ki, bu da telefon istifadəçilərinin bir-birləri ilə əlaqə saxlamasına imkan verir. Əvvəlcə stasionar analoq telefon sistemləri şəbəkəsi olan PSTN öz əsas şəbəkəsində demək olar ki, tamamilə rəqəmsaldır, mobil və simsiz şəbəkələri əhatə edir. == Operatorlar == Şəbəkələrin qurulması və müştərilərə xidmətlərin satışı şəbəkə operatorlarının üzərinə düşür. PSTN xidmətləri göstərmək üçün birləşən ilk şirkət ABŞ-də "Bell Telephone Company" olmuşdur. Bununla belə, bəzi ölkələrdə telefon şəbəkələrinin təmin edilməsi işi hökumətin üzərinə düşürdü, çünki tələb olunan sərmayə çox böyük idi və telefon xidmətinin göstərilməsi getdikcə vacib ictimai xidmətə çevrilmişdi. Məsələn, Birləşmiş Krallıqda Baş Poçt İdarəsi bir sıra özəl şirkətləri bir araya gətirərək vahid milliləşdirilmiş şirkət yaratmışdı. Daha son onilliklərdə bu dövlət inhisarları özəlləşdirmə yolu ilə bölünmüş və ya satılmışdır.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. == Publikasiyalar == Genocide Watch, 1992.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi. Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı.
Helen Keller
Helen Keller (ing. Helen Adams Keller; 27 iyun 1880; ABŞ, Alabama, Taskambiya; 1 iyun 1968; ABŞ, Konnentikut, İston) — amerikalı pedaqoq, aktivist, yazıçı, müəllimə və ictimai xadim. Uşaqlıq dövründən kar-kor və dilsiz olması onu bir çox həmkarından fərqləndirən mühüm xüsusiyyət olub. Maneələrə baxmayaraq, nail olduqları onu əfsanəvi bir şəxsiyyət halına gətirir. Beş dil bilən, üzən, şahmat oynayan Helen Keller yazdığı məqalələr və bir sıra kitablarla özünü əlillərə kömək etməyə həsr edir. Başda Amerika Görmə Əlillər Fondu olmaq üzrə bir çox təşkilatda çalışır və məhz bu səbəbdən dünyanın bir çox yerlərinə səyahət edir. == Həyatı == Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin qızı olan Helen Keller 1880-ci il iyun ayının 17-də Alabama ştatında Kolbert dairəsinin inzibati mərkəzi olan Taskambiyada sağlam körpə olaraq dünyaya gəlir, lakin 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Helen 6 yaşında olarkən anası Keyt Keller Çarlz Dikkensin "Amerika qeydləri" əsərini oxuyur. Əsərdə kor və kar uşaq olan Lore Bricmen üçün edilənlərdən təsirlənir.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. Həmdə Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Bakı Telefon Rabitəsi MMC
Bakı Telefon Rabitəsi MMC — Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkət. == Xronologiya == 1880-ci il Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də Sankt-Peterburq şəhərində E. Qolçqauer Bakı şəhər rəhbərliyinə müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. 1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin rəhbərliyinə müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir. 1886-cı il Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir. 1906-cı il Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir. 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatorda 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 5–7 abunəçi düşür.
Daniyal bəy Hələcov
Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı. Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işağlına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb. == Həyatı == Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonraPeterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub. == Xidməti == === Çar ordusunda === 1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır.
Daniyel bəy Hələcov
Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı. Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işağlına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb. == Həyatı == Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonraPeterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub. == Xidməti == === Çar ordusunda === 1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır.
Danyal bəy Hələcov
Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı. Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işağlına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb. == Həyatı == Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonraPeterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub. == Xidməti == === Çar ordusunda === 1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır.
Hələbin mühasirəsi (637)
Hələbin mühasirəsi — 637-ci ilin avqust-oktyabr aylarında baş vermişdir. Yərmuq döyüşündə həlledici qələbədən sonra ərəblər Şimali Levantda Bizansın qalan bir neçə qalasından birini mühasirəyə alırlar. == Döyüş öncəsi == Həlledici Yərmuq döyüşündən sonra ərəblər şimala, Suriyanın dərinliklərinə doğru irəliləyirlər. Yolda bir çox kiçik və böyük şəhərləri ələ keçirən sərkərdələr Əbu Übeydə ibn Cərrah və Xalid ibn Vəlid Qinnasrində görüşürlər. Onlar qüvvələrini sonra Hələbə doğru yönəldirlər, burada müdafiəni tutan Yoahim adlı bir Bizans komandirinin komandanlığı altında güclü qarnizon yerləşirdi. Hələb böyük, möhkəm divarlı şəhər və şəhərdən kənarda, eni 400 metrdən bir qədər çox olan, geniş xəndəklə əhatə olunmuş kiçik, lakin demək olar ki, keçilməz təpə qalası idi. == Döyüş == Hələbdəki Bizans sərkərdəsi Yoahim, qalanın kənarında açıq döyüşdə Xalid ibn Vəlid və Əbu Übeydə ibn Cərrahın başçılıq etdiyi ərəb ordusu ilə qarşılaşır. O, məğlub olur və tələsik qalaya çəkilir. Bizanslılar blokadanı yarmaq üçün güclü hücumlar edirlər, lakin hər dəfə uğursuzluğa düçar olurlar. Yoahim İmperator I İraklidan hərbi yardım gözləsədə heç vaxt kömək almır.