Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı.Şablon:Bax/styles.css səhifəsinin məzmunu yoxdur.
Danyal bəy Həlləcov | |
---|---|
Danyal bəy Abdulla bəy oğlu Həlləcov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Balakən |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Artilleriya |
Hərbi hissə |
39-cu artilleriya briqadası 1-ci artilleriya polku Gəncə korpusu |
Xidmət illəri | 1897-1920 |
Rütbəsi |
Rusiya imperiyası ordusunda polkovnik, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun polkovniki |
Döyüşlər |
Birinci Dünya Müharibəsi Gəncə üsyanı |
Təltifləri |
Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib.Şablon:Bax/styles.css səhifəsinin məzmunu yoxdur.
Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb.
Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub.[1] 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonra Peterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub.[1]
1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb.[2][3] 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib.[2][3][4] 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır.[5] Bir az sonra həmin polk Qamboriyə köçürülür.[5]
Birinci Dünya Müharibəsində iştirak edib. Hərbi xidməti zamanı 1915-ci ildə qılıncı ilə birgə[6] “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir”[7] ordenləri ilə[2] 1916-cı ildə isə qılıncı ilə birgə “2-ci dərəcəli müqəddəs Anna” ordeni ilə təltif edilib.[8]. Sonradan döyüşlərdə yaralandığına görə müalicə üçün cəbhədən geri qaytarılıb və polkovnik rütbəsi ilə ehtiyata buraxılıb[2]. Bundan sonra Balakənə köçüb.[9]
1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda Müdafıə Naziri general Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir müavini təyin olunub.[9] 1919-ci il dekabrın 1-də “polkovnik” hərbi rütbəsində ehtiyatdan Cümhuriyyət ordusuna həqiqi hərbi xidmətə qəbul edilir və Hərbi nazirin 551 №-li əmri ilə 1-ci Artilleriya briqadasının komandiri vəzifəsinə təyin edilir.[2][10]
Aprel işğalına qarşı olan Gəncə üsyanının əsas iştirakçılarından biri olub. Üsyanın yatırılması zamanı öldürülüb. Keçmiş milli ordu zabiti, Ramazan Həmzət oğlu Xəlilovun şahidliyinə əsasən polkovnik Danyal bəy Gəncə Mərkəzi Komitəsinin sədri Georgi Tuxareli tərəfindən 1920-ci ilin iyununda həbs edilib və şaşka ilə doğranılıb.[11]
Araşdırmaçı Şəmistan Nəzirli qızı Leyla xanımdan 1985-ci ilin noyabr ayında Danyal bəy ilə bağlı müsahibə alıb. Leyla xanım atası və Aprel işğalından sonra baş verən hadisələr haqqında bunları deyib[12]:
Elə ki, XI ordu Bakıya gəldi, xalq möhkəm təşvişə düşdü. Çoxları İrana, Türkiyəyə qaçırdı. Onda atam, xalalarım — Leyla, Tamara və mən Gəncədə yaşayırdıq. Qaçmağı atama da təklif elədilər. O, imtina edib dedi ki, anamı, ailəmi Balakəndə qoyub hara gedirəm. Getmədi.[12]. |
Mən XI ordunun Gəncədə törətdiyi dəhşətlərin şahidiyəm[12] Bolşevik ordusu vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tutdular. Bolşeviklər gələn axşamı atam evə bərk hirsli gəldi. Şəhərin hərbi komendantı general-mayor Əmir Kazım Mirzə Qacarın, Gəncədə yerləşən birinci süvari diviziyasının komandiri general Cavad bəy Şıxlinskinin vəzifələrindən azad edilmələri onu bərk əsəbiləşdirmişdi. Atamın yavəri dedi ki, XI Ordunun qərargahından gələn zabitlər bizim komanda heyəti ilə çox kobud rəftar edirlər. Azərbaycanlı zabitləri işdən çıxardıb özlərininkini qoymaq istəyirlər. Gözətçi məntəqələrinə öz adamlarını təyin edirlər. On birinci ordudan gələn zabitlərin əksəriyyəti ermənidir. Nə Gəncə atıcı alayının, nə də Şəki süvari alayının əsgər və zabitləri buna razılıq vermirlər.[12] Hamı bir səslə etirazını bildirir. Mayın iyirmi beşindən iyirmi altısına keçən gecə şəhərin ermənilər yaşayan hissəsindən toplar və pulemyotlardan atəş başladı. Yerli ermənilərin satqınlığı, xəyanəti tam üzə çıxdı. Bizim inadla vuruşan əsgərlərimiz ruslardan çoxlu əsir almışdılar. Yerli əhali üsyan edən döyüşçülərimizə canla-başla kömək edirdi. Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi. Bakıdan gələn zirehli qatar stansiyanı ələ keçirtdi.[12] Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin müsəlman hissəsində qanı su yerinə axıtdılar. Mayın otuz birində XI Ordu şəhərə girdi.[13] Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütün küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu.[13] Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar.[13] Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm. 1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı. Atamdan isə heç bir xəbər yox idi. Deyirdilər ki, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, Sarı Ələkbər, Qaçaq Qəmbər, atam böyük bir dəstə ilə meşələrdə vuruşurlar, bolşeviklərə tabe olmaq istəmirlər. Sonradan atamın həlak olması xəbərini eşitdik.[13] |
Danyal bəyin qardaşları Qaraəli və Murtuzəli Peterburq Universitetinin hüquq fakültəsini, Bəşir isə həmin universitetin Şərq dilləri və hüquq fakültələrini bitirib[9]. Ən kiçik qardaşı Məhəmməd isə Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirib, sonradan Sosialist Əməyi Qəhrəmanı olub[9]. Bacısı Məryəm Tiflisdə Müqəddəs Nina Qızlar İnstitutunu bitirib[9].
1904-cü ildə Qarsda olarkən briqada komandirinin qızı, milliyyətcə polyak olan Felisin Stanislavovna Krinseviç-Qijdeu ilə ailə qurub[14]. Xanım Varşavadakı məşhur zadəgan nəslindən idi. Bu evlilikdən iki qızları olub Tamara və Leyla. Qızları Tamara uşaq ikən vəfat edib[14].
Dayısı Livan Həlləcov Azərbaycan Xalq Cümhuriyyətində Xarici İşlər nazirinin müavini olub[15].