Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hippi
Hippi — 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinəməxsus yanaşmaları var. == Mahiyyəti == Hippi həyat tərzi, əslində, bugünkü mütləq rədd etmənin təməllərini atan bir hərəkatdır. Dünyanın bütün bitki, heyvan və insanlara aid olduğunu qəbul edən apolitik bir yanaşmadır. Özlərinə əsla sərhəd qoymayan, var olan bütün qaydaları rədd edən, komu həyatını müdafiə edən azad bir hərəkatdır. 1960-cı illərdə dövrün kommunist və faşist idealogiyalarına qarşı çıxan, azadlığın fərdin öz içində olduğunu müdafiə edən, lakin anarxist düşüncə tərzindən ayrılan, düşüncə formasının gerçək həyata çevrildiyi bir həyat tərzidir. Bundan əlavə, hippi tərzi müasir dövrdə moda cərəyanıdır. Hippiliyi bir axın olaraq analiz edən psixoanalist Erik Fromm hippilyi gəlmiş-keçmiş ən təsirli hərəkat olaraq qəbul edir. Çünki "çiçək uşaqları" azad sevginin, sülhsevərliyin bütün tələblərini yerinə yetirərək, inandıqlarını yaşamaqdan heç bir zaman çəkinməmiş və ümumi əxlaqın bütün təzyiqlərinə qarşı çıxaraq, bu alternativ həyat tərzini davam etdirməyi bacarmışdılar. == Etimologiyası və tarixi == Hippi sözü ABŞ-də 1960-cı illərin ortalarında meydana çıxmışdır.
Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Happy birthday to you
Happy birthday to you — dünyada ən çox oxunan mahnı hesab edilir. Mahnının əsl qaynağı amerikalı iki bacıya aiddir. Orijinal adı "Good Morning to All"Ş yəni "Hamınıza sabahınız xeyir" olmuşdur. Daha sonra mahnının mətni dəyişdirilərək bütün dünyaya indiki adı ilə yayılmışdır. Lakin müəlliflik haqqı bacılara aiddir, onlardan sonra da "Warner chappel" musiqi şirkətinə keçmişdir.
Hippon
Ənnabə (ərəb. عنّابة‎ ʿAnnāba; fransız müstəmləkəçiliyi dövründə: Bon) — Əlcəzairin şərqində şəhər. Aralıq dənizinin sahilində yerləşir. Ənnabə vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 257.359 nəfərdən ibarət olmuşdur. == Tarixi == Ənnabə 1200-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. Bir müddət Roma imperiyasından asılı olmuşdu; şəhər Hippon Regi adlanırdı.
Allen Uippl
Allen Uippl, Allen Oldfader Uippl (ing. Allen Oldfather Whipple ) — ABŞ cərrahı. İlk dəfə mədəaltı vəzin xərçənginin cərrahi yolla müalicə metodunu işləmişdir. Onun şərəfinə həmin əməliyyat Uippl proseduru adlandırılır.Allen Uippl 2 sentyabr 1881 ci ildə Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoer ailəsində doğulmuş, 6 aprel 1963 cü ildə Nyu Cersi ştatının Prinston şəhərində vəfat etmişdir.
Elisli Gippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Hisuy Haza
Hisuy Haza (d. 16 mart 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
IAI Harpy
IAI Harpy İsrail Aerokosmos Sənayesi tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatıdır. Harpy düşmənin radar sistemlərini sıradan çıxarmaq məqsədilə hazırlanmışdır. Bu, yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunmuşdur. Harpy indiyə qədər bir neçə xarici ölkəyə ixrac edilmişdir ki, bu ölkələr də Cənubi Koreya, Türkiyə, Hindistan və Çindir.
Metapontalı Hippas
Metapontalı Hippas (yun. Ἵππασος ὁ Μεταποντῖνος, E.ə. V əsr – E.ə. IV əsr) — qədim yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi. Pifaqorun şagirdi olmuş, ancaq sonra ona qarşı çıxış etmişdir. Hippasus ilk dəfə olaraq öncə gizli saxlanılan pifaqorçular təlimini cəmiyyətdə açıqlamış və bununla da ixtilaflara yol açmışdır. Elm tarixində bildirilir ki, Hippasus ilk dəfə olaraq pifaqorçular təlimində gizli saxlanılan İrrasional ədədləri cəmiyyətdə açıqlamış və buna görə dənizdə boğularaq öldürülmüşdür. == Fəlsəfəsi == Hippasus da, başqa pifaqorçular kimi, əsasən həndəsi və riyazi problemlərlə məşğul olmuş və bu sahədə ixtiralar etmişdir. Onun fəlsəfi fikirləri haqqında isə bilgilər çox azdır. Heraklit kimi o da hesab edirdi ki, hər şeyin başlanğıcında od durur.
Pippi Uzuncorablı
Uzuncorab Peppi (isveçcə tam adı "Pippilotta Viktualia Rullgardina Krusmynta Efraimsdotter Långstrump") – İsveç uşaq yazıçısı Astrid Lindqrenin üç cildlik uşaq hekayəsinin baş qəhrəmanı olan qız obrazıdır. Peppi nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır. Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün uşaqların xassiyyətini cəmləşdirir. Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir. Astrid Lindqrenin bu romanı 50-dən çox dilə tərcümə edilmişdir. Əsasən İnqer Nilsonun ifasında çəkilmiş film başqa dillərə çevrilərək böyük şöhrət qazanmışdır.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. == Həyatı == Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Tippi Hedren
Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir. == Həyatı == Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır. Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir.
Uippl proseduru
Pankreatoduodenektomiya, Uippl proseduru (lat. Duodenopancreatectomia, ing. Whipple procedure) — Mədəaltı vəzin bir hissəsinin kəsilib gıtürülməsi məqsədilə icra olunan mürəkkəb cərrahi əməliyyatdır. Bu zaman mədəaltı vəzin bir hissəsi ilə birlikdə öd kisəsi, nazik bağırsağın bir hissəsi (əsasən onikibarmaq bağırsaq), mədənin pilorik hissə —çıxacaq hissəsi və ətraf limfa düyünləri də kəsilib götürülür. Əməliyyat onu ilk icra etmiş amerika cərrahı Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoner ailəsində doğulmuş Allen Uipplin şərəfinə "Uippel proseduru" adlandırılmışdır. == Əməliyyata göstəriş == Uippl proseduru adətən mədəaltı vəzi, mədə çıxacağının, onikibarmaq bağırsaq xərçəngində icra edilir. Bəzən bu əməliyyat mədəaltı vəzin xroniki iltihabında da tətbiq olunur. == Əməliyyata hazırlıq == Ultrasəs müayinəsi; Kompütertomoqrafiya müaynəsi; Qanınlaboraor müayinəsi: lipaza, qələvi foffataza, qamma-qlutamintransferaza, bilirubin. Qan qrupu və uyğun ehtiya qan tədarükü. Fakultativ olaraq endoskopik retroqrad xolangiopankreatikoqrafiya (ERCP) və ya maqnetrezonans xolangiopankreatikoqrafiya (MRCP) müayinəsi == Gedişi == Əməliyyat qarınüstü köndələn qüvsi kəsiklə və qarın boşluğu açılaraq icra edilir.
Uippl xəstəliyi
Uippl xəstəliyi (ing. Whipple´ s dis.), interstisial lipodistrofiya – ancaq kişilərdə təsadüf edən neytral yağların sorulma və sintezinin pozulması, ishal, qarında ağrı, limfadenopatiya, qızdırma, poliserozit, dərinin piqmentasiyası, revmatoloji simptomlarla gedir. Törədici tropheryma Whipplii hesab edilir. İlk dəfə 1907-ci ildə amerikan patoloqu George Hoit Whipple tərəfindən təsvir edilmişdir. Diareya, stetoreya, kəskin arıqlama və anemiya ilə təzahür edən naməlum xəstəlik hadisəsinin Wipple tərəfindən seksion təhlili zamanı mezenterial limfa düyünlərinin qabarıq böyüməsi və poliserozit aşkar edildi.
Kipp aparatı
Kipp aparatı turşuların və qələvilərin məhlullarını bərk cisimlərlə reaksiya etməklə qazları almaq üçün istifadə olunan universal cihazdır.
Con Kiprian Fipps Vilyams
Con Kiprian Fipps Vilyams (16 noyabr 1922, Vellinqton) — Yeni Zelandiyalı kardioloq, onun adını daşıyan sindromu kəşf edən. == Bioqrafiyası == 1945 və 1947-ci illərdə Vellinqtondakı Viktoriya Kollecindən (indiki Universitet) Elm və İncəsənət Bakalavr dərəcələrini aldı. 1953-cü ildə tibbi təhsilini Danidində aldı. Bundan sonra cərrah olaraq işə başladı. 1961-ci ildə sonradan adının verildiyi bir sindrom aşkarladı. Acı çəkənlərin məntiq pozğunluqları, ürək problemləri və "elf" üzləri var. 1969-cu ildən bəri, sevdikləri ilə təmaslarını dayandırdı, digərləri ilə yanaşı, yazıçı Janet Frame ilə əlaqələrini kəsdi (bir həftə əvvəl rəsmiləşdirməyi təklif etdi, Frame istəmədi), amma həmkarları onunla Avropada görüşməyə davam etdilər. Bu görüşlərin intensivliyi 1970-ci illərin ikinci yarısından bəri azalmışdır. 1979-cu ildə Cenevrədə pasportunu yeniləndi, 1988-ci ildə İnterpol , bacısının istəyi ilə, alimi izləyə bilmədi və Yeni Zelandiya Ali Məhkəməsi onu "1978-ci ildən bəri öldüyünü güman etdi". Vilyams haqqında son məlumat 2000-ci ilin yanvarında, Yeni Zelandiya tarixçisi Maykl Kinqin tərcümeyi-halında onun haqqında məlumatların görünməsinin qarşısını almağa çalışdığı zaman gəldi.
Dunay-İpoy Milli Parkı
Dunay-İpoy Milli Parkı (ing. Danube-Ipoly National Park, mac. Duna–Ipoly Nemzeti Park) — Macarıstan ərazisində yerləşən milli parklardan biri. == Coğrafiyası == Dunay-İpoy milli parkı 1997-ci ildə Piliş və Börjöni milli parklarının ərazisində yaradılmışdır. Milli park Budapeşt, Peşt əyaləti, Komarom-Esterqom və Feyer şəhərlərini əhatə edir. Ofisləri Budapeştdə yerləşir və baş qərargahları Esterqom şəhərindədir. Bəzi flora və fauna növləri, eləcə də, nəsli kəsilməkdə olan bəzi növlər milli parkın ərazisində mühafizə olunur.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Hip-hop
Hip hop və ya hip-hop — Bronks, Nyu-Yorkda Afroamerikalılar, Latın Amerikalıları və Karib Amerikalıları tərəfindən yaradılmış mədəniyyət və sənət hərəkatıdır. Adın mənşəyi tez-tez mübahisələrə səbəb olur. Hip-hopun Cənubi və ya Qərbi Bronksda başlaması da mübahisəlidir. Bronx hip-hop səhnəsi 1970-ci illərin ortalarında bir banda, klub və musiqi qrupu kimi təsvir edilən afro-amerikan bir qrup olan Black Spades tərəfindən atılan məhəllə məclislərindən yaranmışdır. Qardaş-bacı dueti DJ Kool Herc və Cindy Campbell əlavə olaraq Bronksda DJ partilərinə ev sahibliyi etdilər və janrın yüksəlişinə səbəb olunduğları hesab olunurlar. == Mədəniyyəti == === DJ === DJinq və turntablizm iki və ya daha çox fonoqraf dönər masasından və ya lentlər, CD-lər və ya rəqəmsal audio faylları və PA sisteminə qoşulmuş DJ mikser kimi digər səs mənbələrindən istifadə edərək səsləri idarə etmək və musiqi və ritmlər yaratmaq üsullarıdır. === MC === Rep "güclü ritmik müşayiət ilə danışılan və ya oxunan qafiyəli sözlərə" aiddir. Rep adətən mürəkkəb söz oyunu, sürətli çatdırılma və bəziləri hip hop subkulturasına xas olan bir sıra "küçə jarqonları" ilə xarakterizə olunur. O, “məzmun”, “axın” (ritm və qafiyə) və “çatdırılma” kimi müxtəlif komponentlərə bölünə bilər. === Qraffiti === Qraffiti hip hop elementlərinin ən mübahisəli elementidir, çünki bir sıra ən görkəmli qraffiti qabaqcılları Lady Pink, Seen, Blade, Fargo, Cholly Rock, Fuzz One, və Coco 144.
Hip hop
Hip hop və ya hip-hop — Bronks, Nyu-Yorkda Afroamerikalılar, Latın Amerikalıları və Karib Amerikalıları tərəfindən yaradılmış mədəniyyət və sənət hərəkatıdır. Adın mənşəyi tez-tez mübahisələrə səbəb olur. Hip-hopun Cənubi və ya Qərbi Bronksda başlaması da mübahisəlidir. Bronx hip-hop səhnəsi 1970-ci illərin ortalarında bir banda, klub və musiqi qrupu kimi təsvir edilən afro-amerikan bir qrup olan Black Spades tərəfindən atılan məhəllə məclislərindən yaranmışdır. Qardaş-bacı dueti DJ Kool Herc və Cindy Campbell əlavə olaraq Bronksda DJ partilərinə ev sahibliyi etdilər və janrın yüksəlişinə səbəb olunduğları hesab olunurlar. == Mədəniyyəti == === DJ === DJinq və turntablizm iki və ya daha çox fonoqraf dönər masasından və ya lentlər, CD-lər və ya rəqəmsal audio faylları və PA sisteminə qoşulmuş DJ mikser kimi digər səs mənbələrindən istifadə edərək səsləri idarə etmək və musiqi və ritmlər yaratmaq üsullarıdır. === MC === Rep "güclü ritmik müşayiət ilə danışılan və ya oxunan qafiyəli sözlərə" aiddir. Rep adətən mürəkkəb söz oyunu, sürətli çatdırılma və bəziləri hip hop subkulturasına xas olan bir sıra "küçə jarqonları" ilə xarakterizə olunur. O, “məzmun”, “axın” (ritm və qafiyə) və “çatdırılma” kimi müxtəlif komponentlərə bölünə bilər. === Qraffiti === Qraffiti hip hop elementlərinin ən mübahisəli elementidir, çünki bir sıra ən görkəmli qraffiti qabaqcılları Lady Pink, Seen, Blade, Fargo, Cholly Rock, Fuzz One, və Coco 144.
İmocen Hip
İmocen Cennifer Ceyn Hip (ing. Imogen Jennifer Jane Heap; 9 dekabr 1977) — Britaniyalı musiqiçi, müğənni, mahnı-yazarı, musiqi prodüseri. İmocen pop və elektropop musiqisinin səmasına yeni şəfəq gətirib, onun əsərləri çoxlarına ilham mənbəyi olub. O, iki "Qremmi", bir "Ayvor Novello" və bir "Dram Desk" mükafatı laureatıdır. İmocen kiçik yaşlarında klassik musiqi üzrə təhsil alıb, fortepiano, violonçel və klarnetdə ifa etmə bacarığına yiyələnib. Mahnı yazmağa olan sevgisini hələ 13 yaşında kəşf edib. İnternat məktəbində olduğu dönəmlərdə təkbaşına musiqi prodüserliyi sənətini öyrənib. Karyerasına uğurlu yol “BRIT School”da təhsil alarkən açılıb. Onun istedadı menecer Mickey Modern tərəfindən kəşf edilib. İmocen 18 yaşında “Almo Sounds” ilə müqavilə bağlayıb.
Hajime no Ippo
Hajime no Ippo — boks mövzulu yapon manqası.
Almaniya hip-hopu
Almaniya hip-hopu (alm. Deutscher Hip-Hop‎) — hip-hop musiqi janrının növü.
Alternativ hip hop
Alternativ hip-hop — alternativ rep kimi də tanınır, ümumiyyətlə hip hop musiqisinin alt hissəsidir. AllMusic bunu aşağıdakı kimi müəyyənləşdirir: "Alternativ rep, gangsta, bas, hardcore, pop və party rep kimi ənənəvi stereotiplərdən hər hansı birinə uyğunlaşmayan hip hop qruplarına aiddir. Alternativ hip hop 1980-ci illərin sonlarında inkişaf etmiş və 1990-cı illərin əvvəllərindən ortalarına qədər tanınmışdır.Həbs edilmiş Arrested Development və The Fugees kimi bəzi qruplar dağılmadan kommersiya uğurları qazana bilsələr də, alternativ rep hip-hop və ya pop tamaşaçılardan daha çox alternativ rok dinləyiciləri tərəfindən qəbul edildi. == Mənşə tarixi == Alternativ repin mənşəyini Beastie Boys və Run-DMC musiqi fəaliyyətlərinə başladığı 1980-ci illərə təsadüf etmək olar və janr nəhayət 1980-ci illərin sonlarında, De La Soul, Tribe Called Quest zirvəsində olduqda meydana gəlmişdir. Jungle qardaşları. ABŞ-nin Şərq Sahili haqlı olaraq alternativ hip-hopun doğma yeri hesab olunur, baxmayaraq ki, Qərbdə alternativ rap qrupları var - yalnız Del Tha Funkee Homosapien, The Pharcyde, Freestyle, Digital Underground. Cənub əyalətlərinin nümayəndələri Həbs olunan İnkişaf və Goodie Mob daxildir. == Populyarlıq düşüşü == 90-cı illərdə 80-ci illərdə bu qədər sürətlə inkişaf edən alternativ rapun populyarlığı aşağı düşdü. Bu, digər janrların - gangsta rap, hardcore rap və gi-funkın çiçəklənməsi ilə əlaqədar idi. Rep səhnəsində yeni ifaçılar meydana çıxır, küçə sözləri ilə və sözlərindəki nihilist meylləri ilə alternativ rap sənətçilərini toplayır.
HIP 14810
HIP 14810, Qoç bürcünün şimal bürcündə üç ekzoplanetar yoldaşı olan ulduzdur. O, Delta Arietisdən təxminən 1,3° şimalda yerləşir,, lakin 8,6 görünən vizual böyüklüklə çılpaq gözlə görünmək üçün çox zəifdir. Sistem paralaks ölçmələrinə əsasən Günəşdən 165 işıq ili məsafədə yerləşir, lakin −5 km/s radial sürətlə yaxınlaşır. Bu, G6V ulduz təsnifatına malik adi G tipli əsas ardıcıl ulduzdur. O, nisbətən aşağı fəaliyyət səviyyəsinə və 0,5 km/s aşağı proqnozlaşdırılan fırlanma sürətinə malikdir ki, bu da onun təxminən səkkiz milyard il yaşı olan köhnə ulduz olduğunu göstərir. Ulduzun kütləsi və parlaqlığı Günəşlə eyni olan yüksək metallığa malikdir. == Planet sistemi == Ulduzun orbitində üç təsdiqlənmiş planet var. HIP 14810 b və HIP 14810 c üçün kəşf sənədi 2007-ci ildə, HIP 14810 d üçün isə 2009-cu ildə c planeti üçün orbital parametrlərin təftişi ilə birlikdə nəşr edilmişdir. Simulyasiyalar göstərir ki, bu planetlərin orbitləri yaşayış zonasında hipotetik super-yer üçün sabit orbitə imkan vermir.
HIP 57274
HIP 57274 üç planetdən ibarət sistemə malik Böyük Ursanın şimal dairəvi qütb bürcündəki ulduzdur. O, çılpaq gözlə görünməzdir, görünən vizual böyüklüyü 8,96-dır. Bu sistemə olan məsafə ulduz paralaksına əsaslanaraq 84,4 işıq ilidir və o, +30 km/s radial sürətlə daha da uzaqlaşır. Ulduz 0,382 qövs saniyə/il sürətlə göy sferasını keçərək nisbətən yüksək düzgün hərəkət sürətinə malikdir. Bu, K5V ulduz təsnifatına malik adi K tipli əsas ardıcıl ulduzdur. Təxminən səkkiz milyard il yaşı olan Günəşdən daha yaşlı görünür və 1 km/s-dən az proqnozlaşdırılan fırlanma sürəti ilə yavaş-yavaş fırlanır. Ulduz Günəşin kütləsinin 73%-ni və Günəşin radiusunun 68%-ni təşkil edir. Heliumdan daha ağır olan elementlərin bolluğu Günəşdəkindən təxminən eyni və ya bir qədər yüksəkdir. Ulduz 4640 K effektiv temperaturda fotosferdən Günəşin parlaqlığının cəmi 19%-ni yayır. == Planet sistemi == HIP 57274 orbitində fırlanan üç ekzoplanet 2011-ci ildə radial sürət metodu ilə kəşf edilib və onların hamısının kütləsi Yerdən əhəmiyyətli dərəcədə böyükdür.