Elisli Gippi

Hippias (yun. Ἱππίας m. ö.460400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı[2]. Riyazi əyrinin (quadratrix) yaradıcısı.[3]

Gippi
yun. Ἱππίας
Doğum tarixi e.ə. 443
Doğum yeri
Vəfat tarixi e.ə. 399
Vəfat yeri
İstiqaməti Sokrataqədərki fəlsəfə
Əsas maraqları həndəsə, fəlsəfə[1]
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır.[4] Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir.

Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyatastronomiya üzrə mühazirələr demişdir. Onun ədəbi irsinə nəsrdə yazılmış texniki traktatlarından əlavə elegiyafaciələr də daxildir. Homer haqqında mükəmməl bir əsər, yunan və digər xalqların ədəbiyyat nümunələrinə aid toplular, arxeoloji traktatlar ona aid edilsə də günümüzə bir neçə fraqment gəlib çatmışdır.[3]

O, həmçinin 300 ildən artıq dövrə aid Olimpiya oyunları qaliblərinin siyahısını tərtib etmişdir.

Hippias fəlsəfədə daha çox əxlaqi məsələlərə önəm verirdi. O, dövlət qanunlarının insana əzab verməsini iddia edir, onların əhəmiyyətini kiçildir, ata-anaya sayğı kimi ümumbəşəri dəyərlərin tanrılardan gəldiyini iddia edirdi. O cəmiyyətdə köləliyə son verməklə insanların eyni hüquqlu vətəndaş olmaları fikrin müdafiə etmişdir. Deməli, ehtimal etmək mümkündür ki, Hippias köləliyin əleyhinə çıxırdı[5].

Riyazi əyri. Quadratrix

Hippias təxminən m. ö.460-cı ildə riyazi əyrini kəşf etmişdir.[6] Sonrakı dövrlərdə bu əyri quadratrix adlandırılmışdır. Onun bu kəşfi sayəsində bucağı bərabər hissələrə bölmək və çevrənin kvadratını müəyyən etmək mümkün olmuşdur.[7]

Hippias varlığın davamlılığı doktrinasını irəli sürür. Bu doktrina varlıqdan meydana gələn fiziki obyektlərin davamlılığı kimi izah olunur. Doktrinanın incəlikləri bizə məlum olmasa da Hippiasın hadisələri keyfiyyət və fərdlər baxımından izah edilməsinə qarşı çıxması aydındır. Hippias üçün fenomenal reallıq bütün reallıq deməkdir. Filosof reallığı kokret fiziki obyektlərdən ibarət reallıq kimi qəbul edir. başqa sözlə istənilən qrupa aid edilən keyfiyyətlər, qrupun hər bir üzvünə də aiddir, ayrı-ayrı obyektlərdə müəyyən edilmiş keyfiyyətlər isə bütün qrupa aid edilir. Hippias Sokratın "gözəl" və "gözəl obyekt"i bir-birindən fərqləndirməsinə qarşı çıxmışdır.[8]

Məlum olan əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Tayfaların nomenklaturası (yun. E θνωνòνoμαìαι)
  • Olimpiya qaliblərinin qeydiyyatı (yun. Ολνμπìανγραωv)
  • Kolleksiya (yun. Σνναγωγή)
  • Troyalı (yun. Т ρωικóς)[8]
  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "İnternet Encyclopedia of Philosiphy / Hippias". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25.
  3. 1 2 "Hippias of Elis — Encyclopedia Britannica". 2015-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25.
  4. Encyclopedia of Philosiphy / Hippias[ölü keçid]
  5. Гиппий // Философская Энциклопедия / Под ред. Ф. В. Константинова. В 5-х т. М.: Советская энциклопедия. 1960–1970.
  6. T L Heath, A History of Greek Mathematics I (Oxford, 1921).
  7. "Hippias Biography". 2014-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25.
  8. 1 2 "Kerferd, G.. "Hippias of Elis." Encyclopedia of Philosophy. 2006. Retrieved July 25, 2014". July 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2014.