Metapontalı Hippas[1] (yun. Ἵππασος ὁ Μεταποντῖνος, E.ə. V əsr – E.ə. IV əsr) — qədim yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi. Pifaqorun şagirdi olmuş, ancaq sonra ona qarşı çıxış etmişdir. Hippasus ilk dəfə olaraq öncə gizli saxlanılan pifaqorçular təlimini cəmiyyətdə açıqlamış və bununla da ixtilaflara yol açmışdır.[2] Elm tarixində bildirilir ki, Hippasus ilk dəfə olaraq pifaqorçular təlimində gizli saxlanılan İrrasional ədədləri cəmiyyətdə açıqlamış və buna görə dənizdə boğularaq öldürülmüşdür.
Metapontalı Hippas | |
---|---|
q.yun. Ἵππασος ὁ Μεταποντῖνος | |
| |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Elm sahəsi | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Hippasus da, başqa pifaqorçular kimi, əsasən həndəsi və riyazi problemlərlə məşğul olmuş və bu sahədə ixtiralar etmişdir. Onun fəlsəfi fikirləri haqqında isə bilgilər çox azdır. Heraklit kimi o da hesab edirdi ki, hər şeyin başlanğıcında od durur.[3] Bu fikirlər odu dünyanın mərkəzinə qoyan Filolausun dünyagörüşü ilə eynilik təşkil edirdi.
Həm də Hippasus kainatı bir canlı orqanizm kimi təsəvvür etmiş, var olan şeyləri onun hissəcikləri olaraq qəbul etmişdir. Başqa pifaqorçular isə hər şeyi nəm-quru, isti-söyuq kimi bir-biri ilə mübarizə aparan ikiliklərdə görürdülər. Hippasus həm də kainatın sonlu olduğunu iddia etmişdir.[4]