Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hozier (müğənni)
Andryu Hozier-Birn (17 mart 1990, Brey) — İrlandiyalı müğənni. Hozier adlı ilk albomu 19 sentyabr, 2014-cü ildə çıxmışdır. == Həyatı və karyerası == === İlk illəri === Musiqi ilə əlaqədar ailədə doğulan Hozier, 2009-dan 2012-yə qədər Anuna adlı musiqi qrupunda üzv olmuşdur. O, həmin qrupun Hollandiya və Norveçdə olan konsertlərində də iştirak etmişdir. === Solo karyerası === 2013-cü ildə Hozier Take Me To Church adlı mahnısını yayımladı və bu mahnı onu məşhurlaşdırdı. Bu mahnı həmçinin 57-ci Qremmi mükafatının "2015-ci ilin Ən yaxşı Mahnısı" mükafatına namizəd olub. Daha sonra isə ''Work Song'', '' From Eden'' kimi mahnıları da yayımlanmışdır.
Holzi
Holzi (Əsl adı: Eşli Nikolett Francipani; 29 sentyabr 1994, Edison, Nyu Cersi, ABŞ) — ABŞ müğənnisi və mahnı yazarı. O, özünəməxsus ifası ilə tanınır və karyerası boyunca çoxlu nailiyyətlər əldə etmişdir. O, "Billboard Musiqi" və "Amerika Musiqi" mükafatları daxil olmaqla bir çox mükafatlara layiq görülmüş, həmçinin üç dəfə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Holzi 2020-ci ildə Time jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu insanları siyahısında yer almışdır. Holzi Nyu-Cersidə doğulub boya-başa çatmışdır. O, sosial media platformalarında öz ifalarını paylaşaraq tanınma qazanmışdır. Holzi 2014-cü ildə Astralwerks musiqi şirkəti ilə müqavilə bağlamış və həmin ilin oktyabrında "Room 93" adlı ilk mini-albomunu buraxmışdır. O, mini-albomun uğurundan sonra 2015-ci ildə "Badlands" adlı debüt studiya albomunu yayımlamışdır. Bu albom Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomun ən çox bəyənilən trekləri "Colors", "Gasoline" və "New Americana" olmuşdur.
Ozi
Ozi (fr. Auzits, oks. Ausits) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12016. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 27 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 878 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 518 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 315 nəfəri iqtisadi cəhətdən fəal, 203 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 60,8%, 1999-cu ildə bu 63.1%).
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Həzi Aslanov
Həzi Əhəd oğlu Aslanov (22 yanvar (4 fevral) 1910, Lənkəran, Lənkəran qəzası – 25 yanvar 1945) — sovet-Azərbaycan hərbçisi, general-mayor. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı. 8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib. == Həyatı == === Uşaqlığı və gəncliyi === Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib.
Həzi Həsənli
Həzi Həsənov
Həzi Həsənov - Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, İkinci dünya müharibəsi iştirakçısı, kapitan. == Həyatı == Həsənov Həzi Cəfər oğlu 1913-cü ildə Laçın rayonunun Qızılca kəndində anadan olub. İbtidai və səkkizillik təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə gəlmiş, tam orta təhsilini burda başa vurmuşdur. 1937-ci ildə Laçın rayonunda komsomol işinə başlayan Həzi Həsənov sonralar rayon komsomol komitəsində şöbə müdiri, katib və II katib vəzifələrinə irəli çəkilmişdir. 1937-ci ildə Qızılca kənd sakini Meyxanım Əkbərova ilə ailə qurmuşdur. Bu ailənin dörd övladı olmuş və onlar da rayonun müxtəlif işlərində çalışmışlar. Həzi Həsənov müharibə başlayarkən rayon komsomol komitəsinin katibi kimi könüllü olaraq cəbhəyə getmişdir. Tiflis şəhərində 6 aylıq zabit kursunu bitirdikdən sonra 416-cı milli atıcı diviziyanın tərkibində Mazdokdan Vyanaya qədər çox şərəfli döyüş yolu keçmişdir. 1946-cı ildə kapitan kimi ehtiyata buraxılmışdır. O, döyüşdə 6 dəfə müxtəlif yaralar almış və ömrünün sonuna kimi II qrup müharibə əlili statusa ilə partiya və digər işlərdə çalışmışdı.
Lozi dili
Lozi dili — siLozi və Rozi kimi də tanınan, Bantu dillərindən dir ki, Zambiyanın cənub qərbi və ətraf ölkələrdə Lozilər tərəfindən danışılır.
Rapa Rozi
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir. Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir.
Rozi Alfaro
Mariya del Rosio "Rozi" Alfaro (ing. Maria del Rosio "Rosie" Alfaro; d. ABŞ, Kaliforniya, Anahaym, 12 oktyabr 1971-ci il) — Kaliforniya ştatının Anahaym şəhərində 1990-cı ildə 9 yaşlı Otem Vollesin öldürülməsində günahkar hesab edilən amerikalı qadın. O, hal-hazırda ölüm cərgəsindədir. == Haqqında == Rozi Alfaro Kaliforniya ştatının Anahaym şəhərində böyüyüb. O, 13 yaşında narkoman, 14 yaşında fahişə, 15 yaşında tək ana, 18 yaşında 4 uşaq anası və həmçinin, 18 yaşında qatıl oldu. O, Kaliforniyanın Orinc qraflığında 20 yaşında ölüm cəzasını almış ilk qadın kimi məşhurdur. == Otem Vollesin qətli == 15 iyun 1990-cı ildə Kaliforniya ştatının Anahaym şəhərində yaşayan 9 yaşlı Otem Volles evdə anasının və böyük bacısının işdən evə qayıtmasını gözləyirdi. Alfaro Volles Otemin ailəsini çox yaxşı tanıyırdı və böyük qızlarından biri ilə dost idi. O, onların evdə olmadığını bilib satmaq üçün evdən əşyalar oğurlaya biləcəyini düşündü.
Taylor Pozi
Taylor Qarsia Pozi (ing. Tyler Garcia Posey) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır. == Həyatı == Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur. == Şəxsi həyatı == Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.
Çəkicvuran Rozi
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu. Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir. == Tarixi == İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu. Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi. 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi. Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir. Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı. Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.
Seymur Həzi
Seymur Həzi (1982, Dünyamalılar, Jdanov rayonu) — Azərbaycan siyasətçisi, jurnalist. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi aldı. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. === Həbsi === Seymur Həzi 29 avqust 2014-cu ildə saxlanılmış, 29 yanvar 2015-ci ildə məhkəməsi keçirilmiş və 5 il müddətinə həbs edilmişdir. 29 avqust 2019-cu ildə həbs müddətini başa çatdıraraq azadlığa çıxmışdır. == Siyasi fəaliyyəti == Seymur Həzi 2000-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Həmçinin o, partiyanın sədr müavinidir.
Hozu (film)
== Məzmun == Film kəndli balası Hətəmin başına gələn əhvalatdan söz açır. Filmin baş qəhrəmanı Hozu ucqar kənddən Bakıya öz əmisioğlunun yanına işləməyə gəlir. Əmisioğlu şirkət müdiridir. Əmisioğlu Ramiz narazı olmasa da həyat yoldaşı Səbinə Hozunun gəlişinə və evində qalmasına etiraz edir. Buna baxmayaraq Hozu gəlir və gəlişi ilə niyə Hozu ləqəbini daşıdığını nümayiş edir. Səbirli olsa da Səbinənin səbri daşır və rəfiqəsi Həlimə (Sevincin) vasitəsilə Hozunu Bakıdan kəndə geri göndərir. Lakin Hozu gedəndən sonra Həlimə (Sevinc) başa düşür ki, Hozunu sevir amma artıq gecdi çünki Hozu kənddə toy edir.
Dong Hoi
Donqhoy (vyet. Đồng Hới) — Vyetnamda şəhər, Kuanqbin vilayətinin paytaxtı. Hanoydan 480 km cənubda yerləşir. Əhalisi 108,045 min nəfər (2009), sahəsi 154,55 km2-dir. Əhalisi 160,325 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == "Сайт администрации города Донгхой" (vyetnam). 2017-05-05 tarixində arxivləşdirilib.
Senecio hoi
Senecio hoi (lat. Senecio hoi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Hozu (film, 2017)
== Məzmun == Film kəndli balası Hətəmin başına gələn əhvalatdan söz açır. Filmin baş qəhrəmanı Hozu ucqar kənddən Bakıya öz əmisioğlunun yanına işləməyə gəlir. Əmisioğlu şirkət müdiridir. Əmisioğlu Ramiz narazı olmasa da həyat yoldaşı Səbinə Hozunun gəlişinə və evində qalmasına etiraz edir. Buna baxmayaraq Hozu gəlir və gəlişi ilə niyə Hozu ləqəbini daşıdığını nümayiş edir. Səbirli olsa da Səbinənin səbri daşır və rəfiqəsi Həlimə (Sevincin) vasitəsilə Hozunu Bakıdan kəndə geri göndərir. Lakin Hozu gedəndən sonra Həlimə (Sevinc) başa düşür ki, Hozunu sevir amma artıq gecdi çünki Hozu kənddə toy edir.
Həzi Aslanov (II)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov (dəqiqləşdirmə)
Həzi Aslanov — Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı. Həzi Aslanov (polis) — İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov metrostansiyası — Bakıda metrostansiyası. Həzi Aslanov (qəsəbə, Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Həzi Aslanovun heykəli (Bakı, 1949) — Həzi Aslanovun qəbir üstü abidəsi. Həzi Aslanov (qəsəbə, Xətai) — Xətai rayonunda yaşayış massivi.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov metrostansiyası
Həzi Aslanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda "Ay işığında" musiqisindən fraqment səslənir. 12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir. == Tarixi == Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi.
Həzi Aslanov qəsəbəsi
Həzi Aslanov — Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı. Həzi Aslanov (polis) — İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov metrostansiyası — Bakıda metrostansiyası. Həzi Aslanov (qəsəbə, Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Həzi Aslanovun heykəli (Bakı, 1949) — Həzi Aslanovun qəbir üstü abidəsi. Həzi Aslanov (qəsəbə, Xətai) — Xətai rayonunda yaşayış massivi.
General Həzi Aslanov (1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Həzi Aslanov (Ağstafada qəsəbə)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köçvəlli inzibati ərazi vahidində qəsəbə. Ceyrançöldədir. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (qəsəbə, Ağstafa)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köçvəlli inzibati ərazi vahidində qəsəbə. Ceyrançöldədir. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (qəsəbə, Xətai)
Həzi Aslanov — Bakı şəhərinin Xətai rayonunda qəsəbə. Girişdə Həzi Aslanovun heykəli var.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Boza
Boza — darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir. Onalr dikidən hazırlanan bu içkiyə "buza" (boza) deyirdilər".
Dhoti
Dhoti (hind. धोती, dhotīIAST) — Cənubi və Cənub-Şərqi Asiyada, xüsusən də Hindistanda yayılan ənənəvi kişi geyim növü. Bu ayaqları və kalçaları ətrafına bükülmüş 2-5 m uzunluğunda parça düzbucaqlı bir zolaqdır. Adətən, ağ və ya bir rəngli bir parça istifadə olunur, bəzən kənarında bir bəzək ilə bəzədilir. Geyindikdə, dar şort və ya qısa haram şalvarlara bənzəyir. Hindistanın cənubunda və Pəncabda dhoti ənənəvi olaraq yubka-şum şəklində geyildi. Dhotinin uzunluğu kasta ayrılığının əlaməti ola bilər: ali kastaların üzvləri, bir qayda olaraq, uzun dhoti, aşağı qala nümayəndələrinin işləməyə daha uyğun olanları daha qısa idi. Cənubi Hindistanda dhotinin istifadəsi də geniş yayılmışdır. Tamil Nadu əyalətində veshi kimi tanınır və sadəcə beldə qıvrılır. Dhoti geyinməyin bu üsulu Kerala və Karnatakada da adi haldır.
Hami
Hami səhrası — Çində səhra. Hami (şəhər) — Çində şəhər.
Dazı
Dazı (lat. Hypericum) — dazıkimilər fəsiləsinə aid bitki cinsi.