Seymur Həzi

Seymur Həzi (1982[1], Dünyamalılar, Jdanov rayonu[1]) — Azərbaycan siyasətçisi, jurnalist. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini (2015-ci ildən).

Seymur Həzi
Vəzifədədir
2 fevral 2015-ci ildən
SədrƏli Kərimli
Şəxsi məlumatlar
Doğum tarixi 1982[1]
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi, filosof
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi aldı. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb.

Seymur Həzi 29 avqust 2014-cu ildə saxlanılmış,[2] 29 yanvar 2015-ci ildə məhkəməsi keçirilmiş və 5 il müddətinə həbs edilmişdir.[3] 29 avqust 2019-cu ildə həbs müddətini başa çatdıraraq azadlığa çıxmışdır.[4][5]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Seymur Həzi 2000-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.[6][7] Həmçinin o, partiyanın sədr müavinidir.[8]

O, 2 fevral 2015-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli tərəfindən partiyanın sədr müavini təyin edilmişdir.[9]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Tofiq Yaqublunun qızı Nigar Yaqublu ilə evlidir. Onlar həbsxanada evləndi.[10]

  1. 1 2 3 4 http://web.archive.org/web/20200902180725/https://www.azadliq.org/a/26829705.html.
  2. "Seymur Həzi saxlanıldı". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29.
  3. "Jurnalist Seymur Həzi 5 illik həbs cəzası alıb". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  4. "Seymur Həzi azadlıqda". 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  5. "Seymur Həzi azadlığa buraxılıb". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  6. "Kimdir Seymur Həzi". 2020-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  7. "Seymur Həzi saxlanma şəraitindən narazı deyil". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  8. "AXCP sədrinin müavini Seymur Həzi Gürcüstana buraxılmayıb". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-03.
  9. "Əli Kərimli jurnalisti özünə müavin təyin etdi". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.
  10. "Nigar Yaqublu və Seymur Həzi həbsxanada evləndi". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]