Həzi Aslanov metrostansiyası

Həzi Aslanov metrostansiyasıBakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda "Ay işığında" musiqisindən fraqment səslənir.

Həzi Aslanov metrostansiyası

1-ci xətt
Bakı metrosu
Xəritə
Rayon Xətai
Yerləşməsi son dayanacaq
Açılış tarixi 10 dekabr 2002
İnşaat tipi yeraltı
Platformaların sayı 1
Memarları Rasim Əliyev,
Akif Abdullayev
Stansiyanı tikən şirkət Baki Metropoliteni QSC
Stansiyadakı keçidlər Məhəmməd Hadi metrostansiyası
Çıxdığı küçələr Xudu Məmmədov küçəsi, Məhəmməd Hadi küçəsi
Nəqliyyat Bus transport 11, 51, 57, 104 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Əhmədli
 Bu şablona bax İnteraktiv sxemi

Kiçilt
DərnəgülAzadlıqNəsimiAvtovağzalMemar Əcəmi20 YanvarİnşaatçılarElmlər AkademiyasıNizami28 MayCəfər CabbarlıXətaiSahilİçərişəhərGənclikNəriman NərimanovBakmilUlduzKoroğluQara QarayevNeftçilərXalqlar DostluğuƏhmədliHəzi AslanovNəriman Nərimanov adına depo

 Bu şablona bax İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir.

Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi. İnşaatı 1980-ci illərdə başlanmış, lakin 1990-cı illərin böhranlı illərində dondurulmuş stansiya tikintisi Avropa İttifaqının ayırdığı 4,5 milyon avro hesabına tamamlandığından rəsmi açılış mərasiminə bu qurumun da səlahiyyətli nümayəndələri dəvət edilmişdilər. Tikintinin qalan məbləğini isə Azərbaycan dövləti öz üzərinə götürərək, inşaat işlərinə 5,5 milyon manat ayırdı.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin başçılıq etdiyi mərasimdə Avropa İttifaqının xarici işlər üzrə dövlət katibinin müavini xanım Marqarita Boniver, Avropa Komissiyası Baş İdarəsi rəisinin müavini Mişel Leyq iştirak etdilər.

Stansiyanın bir çıxışında «ET-5 M» tipli 3, digərində isə 2 eskalator işləyir.

Onun özəlliyini milli memarlıq ənənələrinə xas olan minarə üslublu dördbucaq sütunlar təşkil edir. Sütunların qalınlığı stansiyaya saraylara xas möhtəşəmlik effekti verir. Sütunlar iki cərgə boyunca tavan tirinə dirənərək sanki bütün ağırlığı öz üzərinə alıb.

Ümumiyyətlə, stansiya müstəqillik dövrünün ab-havasını özündə əks etdirərək əvvəlki illərdə inşa olunmuş stansiyalardan xeyli fərqlənir. Hərçənd ümumi kompleks yanaşma dəyişməyib.

Üzləmə işlərində boz rəngli mərmərdən və İran istehsalı olan qara qranitdən istifadə olunub. Qranit təbəqə stansiyanın yol divarlarının haşiyə zolaqlarında istifadə olunub. Tavana xüsusi effekt verən metal şəbəkələr arasında yerləşən çıraqlar döşəmənin boz rəngli örtüyündə əks olunaraq, əzəmət təsirini möhkəmləndirir. Bu mənzərəni döşəmənin sütunlararası hissəsində ağ mərmərdən rombşəkilli zolağı daha da gücləndirir.

Vestibüllərin genişliyini onun zal şəkilli formasında olması tamamlayır. Burada pilləkən üstü tavan divarında stansiyanın inşasının Avropa Birliyinin maliyyə dəstəyi ilə tamamlanmasını əks etdirən yazı və təşkilatın bayrağı yerləşdirilib.

Stansiyaya daxil olan qatarlarda bəstəkar Qəmbər Hüseynlinin "Ay işığında" mahnısından fraqment səslənir.

Şəhərə çıxış

[redaktə | mənbəni redaktə et]
  • Məhəmməd Hadi küçəsi
  • Xudu Məmmədov küçəsi
  • Heydər Əliyev parkı
  • Radiozavod