Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İltizam
İltizam (ərəbcə التزام) — Osmanlı imperiyasında XV əsrdə tətbiq edilən vergilərin toplanması forması. == Haqqında == Ərəbcə lüzum sözünün kökündən törəyən iltizam sözü lüğətdə "öhdəsinə götürmə, lazımlı sayma, bir tərəfi tutma" kimi mənaları verir. Termin kimi "xüsusi bir şəxsin dövlətə aid hər hansı bir vergi gəlirini toplamağı müəyyən illik ödəniş qarşılığında öhdəsinə götürməsi" deməkdir. Bu vergini toplamaq öhdəliyi olan şəxsə "mültəzim" deyilirdi. İltizamla eyni mənanı verən təəhhüd, ihalə, füruxt terminləri də istifadə edilmişdir. Bugünkü sözlərlə ifadə edilərsə, vergi toplanmasının özəlləşdirilməsi formasında olan iltizam sistemi XX əsrin əvvəllərinə qədər dünyanın bir çox ölkəsində istifadə edilmiş vergi toplanması formasıdır. Bu sistem Osmanlı imperiyasında illik olarraq əyalətlərdə tətbiq olunurdu. XVI əsrin sonlarından başlayaraq uzun müddət davam edən müharibələr və ticarət yollarının dəyişməsi Osmanlı imperatorluğunun iqtisadiyyatını pozaraq xəzinədə nağd pul çatışmamazlığına səbəb oldu. Bu səbəbdən də timar sisteminin tətbiq olunduğu əyalətlərdə də iltizam sistemində vergi daha çox məhsul olaraq toplanılırdı. Fateh Sultan Mehmed dövründən başlayaraq tətbiq olunan iltizam sistemi 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salan tənzimat islahatları ilə toplanan pullar birbaşa xəzinəyə təhvil verilməsi ilə ləğv edildi.
İntizar
İntizar — həsrət içərisində, səbirsizliklə birini ya da birilərini gözləmə mənasına gələn söz. Həmçinin bu mənalara da gələ bilər: İntizar (müğənni) — Türkiyə müğənnisi "İntizar" — Azərbaycan müğənnisi Elmira Rəhimovanın mahnısı "İntizar" — Türkiyə müğənnisi Nilufərin Sensiz Olmaz adlı albomunda yer alan bir parça.
İrtica
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır. == Təsviri == Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir. == Tarixi == Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. == Tarixi == Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
İbiza
İbiza — Aralıq dənizindəki Balear adalarında, İspaniyaya məxsus ada. Adanın üç böyük şəhəri vardır ki, onlardan biri məhz İbiza şəhəridir. Hər nə qədər Balear adalarının ən böyüyü Malyorka hesab olunsa da, son 30 ildir ki, İbiza turizm mərkəzinə çevrilib. İbizanı Avropanın ən böyük əyləncə dünyası hesab etmək olar. İbiza adı ərəbcə Yabisah sözündən gəlmədir. Səbəbi isə uzun müddət müsəlmanların idarəsi altında olmasıdır. Katalonlular isə bura Eivissa deyirlər.
Rene İquita
Rene İquita — Kolumbiyalı futbolçu == Karyerası == Oyunlar zamanı tez-tez qoruduğu qapını tərk edərək, rəqib qapısında qol arayan Rene İquita müxtəlif klubların heyətində 235 matçda 30, yığmada isə 68 görüşdə 8 qol vurub. O, Kolumbiyanın 8 klubundan əlavə, "Valyadolid" (İspaniya), "Verakruz" (Meksika), "Aukas" (Ekvador) və Quaros" (Venesuela) komandalarının da formasını geyinib. Qabarıq qıvrım saçları və cəsur qurtarışları ilə tanınan Rene İquita daha çox 1990-cı il dünya çempionatında məşhurlaşıb. İquita həmin Mundialın ¼ final matçında cərimə meydançasından təqribən 20 metr irəlidə topla oynarkən, kamerunlu Roje Millanı da keçməyə çalışıb. Lakin bu vaxt Milla topu ələ keçirərək, boş qapıdan keçirib. Nəticədə 1:2 hesabı ilə uduzan Kolumbiya mübarizəni dayandırıb. Sonra da İquita "Uembli" stadionunda İngiltərə yığması ilə yoldaşlıq görüşündə şou göstərib. O, üstünə gələn və əlləri ilə rahatca tuta biləcəyi topu qapı xətti üzərində gövdəsini irəli verərək, topuqları ilə uzaqlaşdırıb. Bu vaxt bədəninin aldığı fiqurla əlaqədar bu hərəkəti futbol dünyasında "Əqrəb zərbəsi" adlandırılıb. David Ospina bu barədə belə demişdir: "Onun bu hərəkəti illər keçsə də unudulmayacaq.
Riskdən imtina
Riskdən imtina — iqtisadiyyat, maliyyə və psixologiyada istehlakçıların və investorların risk şərtləri daxilində müəyyən bir qərar verməyə meylini xarakterizə edən bir konsepsiya. Riskdən imtina bir investorun müəyyən bir nəticəni eyni ortalama gəliri ilə qeyri-müəyyən nəticəyə üstünlük verdiyi zaman danışılır. Məsələn, riskdən çəkinən bir investor, orta hesabla daha yüksək gəlir gətirən, həm də investisiyalarının bir hissəsini itirmə riski olan səhmlərə investisiya qoymaqdansa, pulunu aşağı, lakin zəmanətli faiz dərəcəsi ilə bank hesabına yatırma ehtimalı daha yüksəkdir. Riskdən imtina yüksək riskli maliyyə alətlərinə investisiya yatırmağı təsvir edən türevlərin və risk iştahasının qiymətləndirilməsində istifadə olunan risk neytrallığı anlayışları ilə sıx əlaqədardır. == Riskdən imtinanın riyazi modeli == Bir şəxsin pul riskində olmağı bir kommunal funksiyasından istifadə edərək təsvir edilə bilər. x {\displaystyle x} bir fərd üçün pul cəminin faydalılığı u ( x ) {\displaystyle u(x)} fayda funksiyası ilə ifadə olunsun. Ümumiyyətlə malların sayının artması ilə onların faydalılığının artdığına inanılır, buna görə də kommunal funksiyası artır. Faydalı funksiya fərqlənə bilərsə, artma xassəsi bərabərsizliklə ifadə edilə bilər u ′ ( x ) > 0 {\displaystyle u'(x)>0} . Riskə münasibət kommunal funksiyanın qabarıqlıq istiqaməti əsasında rəsmiləşdirilə bilər. Tərifə görə, bir kommunal funksiya, ∀ α ∈ [ 0 , 1 ] {\displaystyle \forall \alpha \in [0,1]} bərabərsizliyində bir konkav (qabarıq yuxarı) olur.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
İltizam Yusifov
İltizam Yusifov (azərb. Yusifov İltizam Balayusif oğlu‎; 1 dekabr 1963, Əli-Bayramlı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Yusifov İltizam Balayusif oğlu 01 dekabr 1963-cü ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub. Şəhər 9 saylı orta məktəbini bitirib. Moskva Enetgetika institutunun məzunudur. Əmək fəaliyyətinə 1986-cı ildə NeftGazAvtomat Elmi-İstehsalat Birliyinin (Sumqayıt) Avtomatika və Telemexanika zavodunda başlayıb. Sonradan "Shirvan Oil" Birgə Müəssisəsində əmək fəaliyyətini davam etdirib. 2003-cü ildən həmin müəssisədə rəhbər vəzifə olub Müəssisənin Bölgə direktoru olub, Shirvan Operating Company ltd" Vitse-Prezidenti vəzifəsində olub. Texnika üzrə fəlsəfə doktorudur. Dərc olunmuş 18 elmi məqalənın, 4 patent müəllifidir.
İltizam Əkbərli
İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir. Rus dilini bilir. İngilis dili təhsili almışdır. Evlidir. 2 övladı var. == Siyasi fəaliyyəti == İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. İltizam Əkbərli 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
İltizam Əkbərov
İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir. Rus dilini bilir. İngilis dili təhsili almışdır. Evlidir. 2 övladı var. == Siyasi fəaliyyəti == İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. İltizam Əkbərli 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
İmtina (iqtisadiyyat)
İntizam Qaçayev
İntizam Əkbər oğlu Qaçayev (14 dekabr 2001; Göyçay rayonu, Azərbaycan — 23 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İntizam Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == İntizam Qaçayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntizam Qaçayev oktyabrın 23-də Cəbrayıl rayonunda həlak olmuşdur. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayevi ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İntizam Rəhimov
İntizam Əhməd oğlu Rəhimov (4 yanvar 1959, Qumlaq, Vartaşen rayonu – 5 iyul 1992, Naxçıvanik, Xocalı rayonu) — Baş leytenant, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İntizam Rəhimov 4 yanvar 1959-cu ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1966–1976-cı illərdə həmin kənd məktəbində oxumuşdur. 1978–1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. İntizam Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq fakültəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir. === Ailəsi === İntizam Rəhimovun ocağında 3 qız övladı doğulub boya başa çatmışdır: Aynurə Rəhimova, Dünya Rəhimova və İntizamə Rəhimova. == Hərbi xidməti == Qarabağ müharibəsi başlayanda 1992-ci ilin 14 iyununda İntizam könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il "Oğuz yurdu" qəzetində İntizam Rəhimova həsr olunmuş "Yarımçıq qalmış ömür" adlı məqalə dərc olunmuşdur. 1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
İntizar (opera)
İntizar - bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. == Tarixçə == İlk dəfə 2007-ci ildə səhnəyə qoyulub. İlk tamaşa üzərində rejissor Cənnət Səlimova, dirijor Cavanşir Cəfərov və digər yaradıcı heyət çalışıb . 2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində əsər yeni quruluşda təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər. Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
İqlika boğazı
İqlika boğazı (bolq. проток Иглика, ‘Protok Iglika’ \'pro-tok i-'gli-ka\) — Antarktidanın Cənubi Şetland adalarında, Livinqston adası ilə Zed adaları qrupunun arasında yerləşən boğazdır. Livinqston adasının Varna yarımadasındakı Vilyams zirvəsindən və Lesidren adasından 1.53 km məsafədə yerləşmişdir. Boğaz Bolqarıstanın şimal, şimal-şərq və cənub-şərqində yerləşən İqlika qəsəbələrinin adını daşıyır. == Yerləşməsi == İqlika boğazı Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 == Həmçinin bax == 60° S cənub enliyindəki Antarktida adalarının siyahısı ATEK == İstinadlar == == Xarici keçidlər == Bulgarian Antarctic Gazetteer.
İqtibas nəzəriyyəsi
İqtibas nəzəriyyəsi — miqrasiya nəzəriyyəsi, “köçəri süjetlər” nəzəriyyəsi də adlanır. Müxtəlif xalqların folklorundakı oxşarlığı yerdəyişmə, iqrasiya (süjetlərin, poetik əsərlərin bir və ya bir neçə ölkədən başqa ölkələrə keçməsi) ilə izah edən nəzəriyyə. Dünya mədəni əlaqələrinin vüsət aldığı XIX əsrin 2-ci yarısında meydana gəlmişdir. Bu məktəbin nümayəndələrinin qənaətlərinə görə, dünya xalqları folklor mətnlərini eyni mənbədən götürmüşlər. İqtibas nəzəriyyəsinin yaranması, əsasən, alman filoloqu Teodor Benfeyin (1809-1881) adı ilə bağlıdır. O, 1859-cu ildə qədim hind abidəsi olan “Pançatantra”nı (“Kəlilə və Dimnə”) (1859) tərcümə və tədqiq edərək, belə qənaətə gəlmişdir ki, müxtəlif xalqların folklor, obraz, motiv və ya süjetlərinin oxşarlığı onların qohumluğu (Qrimm qardaşları) ilə deyil, qarşılıqlı mədəni-tarixi əlaqələrlə izah edilməlidir. Onun fikrinə görə, Qərbə nağıl süjetləri Şərqdən, daha doğrusu, hind nağıllarından keçmişdir, yəni folklor süjetlərinin ilk mənbəyi Şərqdir.Teodor Benfey öz nəzəriyyəsini əsaslandırmaq üçün hətta bu mətnlərin keçə biləcəyi istiqamətləri də müəyyən etməyə çalışmışdır. Bir sıra tarixi (xalqların böyük köçü, müharibələr – xüsusən də Makedoniyalı İsgəndərin yürüşləri, ərəblərin hücumu, səlib müharibələri və s. nəticəsində kütlələrin yerdəyişməsi) və mədəni (VIII əsrdən başlayaraq “Kəlilə və Dimnə”nin ərəb, fars, latın, yəhudi, fransız, ispan və s. dillərə tərcümə edilməsi və s.) ayrı-ayrı folklor süjetlərinin də bir ölkədən digərinə keçməsinə səbəb olmuşdur.
İmtina mədəniyyəti
İmtina mədəniyyəti və ya ləğv mədəniyyəti — qəbuledilməz şəkildə hərəkət etdiyi və ya danışdığı hesab edilən bəzi şəxslərin kənarlaşdırıldığı, boykot edildiyi və ya uzaqlaşdırıldığı, 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərinə aid olan mədəni fenomen ifadə. Bu "uzaqlaşdırma" sosial mediada və ya şəxsən sosial və ya peşəkar dairələrə — məşhurların iştirakı ilə baş verən məşhur hadisələrə şamil edilə bilər. Bu fenomenə məruz qalanlardan "imtina edildiyi" deyilir. İmtina mədəniyyəti termini 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində istifadə olunmağa başlandı və əsasən mənfi mənalara sahibdir. "Çağırış mədəniyyəti" termini bəziləri tərəfindən eyni anlayış üçün daha müsbət söz kimi istifadə olunur. Bəzi tənqidçilər iddia edirlər ki, imtina mədəniyyəti ictimai diskursa soyuq təsir göstərir, səmərəsizdir, real sosial dəyişiklik gətirmir, dözümsüzlük yaradır və kiberzorakılığa səbəb olur. Digərləri isə iddia edirlər ki, "imtina" çağırışları söz azadlığının formalarından biridir və onlar hesabatlılığı təşviq edir və hüquqlarından məhrum edilmiş insanlara söz haqqı verir. Yenə də başqaları imtina mədəniyyətinin aktual bir fenomen olub-olmadığını sual altına alır, oxşar boykot formalarının imtina mədəniyyəti termininin yaranmasından çox əvvəl mövcud olduğunu iddia edir. Bəzi ictimai xadimlərin karyeraları geniş şəkildə "imtina" olaraq xarakterizə edilən boykotlardan təsirlənsə də, bundan şikayətlənən digərləri karyeralarını uğurla davam etdirdilər. == Mənşəyi == Təxminən 2015-ci ilə qədər, bir insanı və ya işi dəstəkləməyi dayandırmaq üçün bəzən ciddi, bəzən də zarafatla şəxsi qərara istinad etmək üçün imtina anlayışı Qara Twitter-də geniş yayılmışdı.
İntizar (müğənni)
İntizar (1974, Tuncəli) — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . == Həyatı == İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
Əsasül-iqtibas
Əsasül-iqtibas — (fars. اساس‌الاقتباس‎) Məntiq elmində "bəşərin ustadı" hesab edilən Xacə Nəsirəddin Tusinin əsəridir. Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir. Qeyd etmək yerinə düşər ki, məntiqə həsr olunan Əsasül-iqtibas əsərində Nəsirəddin Tusi İbn Sinanın ardıcılıdır. == Kitabın "Əsasül-iqtibas" adlanmasının səbəbi == Bu kitabın niyə məhz "Əsasül-iqtibas" adlanmasının səbəbi dəqiq məlum deyil. Ola bilsin ki, bu kitab məntiq barədə yazıldığından və bilidiyimiz kimi məntiq elmi digər elmlər üçün əsas rol oynadığından Xacə Nəsirəddin Tusi bu adı həmin kitaba münasib görmüş və kitabı belə adlandırmışdır. == "Əsasül-iqtibas"ın yazılma tarixi == Bu kitabın yazılma tarixinə gəldikdə isə əlyazma nüsxələrinin çoxunun sonunda qeyd edildiyi kimi onun yazılma tarixi [hicri qəməri tarixi ilə] 642/ m.1244-ci ildir. Deməli bu kitab tarixi baxımdan “Əxlaqi-Nasiri” kitabından sonra və “Şərh əl-İşarat” kitabından isə əvvəl yazılmışdır. == Kitabın üstünlükləri == Bu kitabın digər kitablardan üstünlüyü kimi onun fars dilində sadə yazılmasını, çox vaxt faydası olmayan irad və etirazlardan çəkinərək oxucunu sərgərdanlıqdan xilas etməsini, məntiqin bütün mövzularını əhatə etməsini qeyd etmək olar. == Nəsirəddin Tusinin əsərləri == Tusinin yorulmaz tədqiqatçısı olan Mudərris Rəzəvi Əsas əl-iqtibas əsərinin önsözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə məxsus olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir.
İqta
İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi. == Yaranması == 9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı yığması, hüququ verilmirdisə, indi isə doğrudan da tam hüququlu mülkiyətlər yaranırdı, dövlət nümayəndələrinin müdaxiləsindən tamamilə müdafiə olunmuş. Onlardan ancaq mərkəzi hakimiyətə ödənilirdi. Belə növ iqta 10-cu əsr ərzində Xilafətin mərkəzi əyalətlərində adi hala çevrildi, sonralar muqta sinfinin güclənməsi,Avropa kommendasiyalarına oxşar, güclülərin zəiflərə himayəsi kimi(lakin bu klassik anlamda feodal nərdivanı deyildi) təlciyə və himayə yarandı. Öz Samirrə ətrafındaki nüvəsindən və İraq Savadından türklərin iqtası bütün Qərbi İraqa və Qərbi İrana yayıldı, belə ki 11-ci əsrdə artıq buraların emal olunana torpaqlarının böyük hissəsi, mərkəzi hakimiyətdən özgələşdirilən iqtalar təşkil edirdi, hərçənd ki, xüsusi torpaqlar -mülk də vardı.
Daniel Quiza
Daniel Quisa (17 avqust 1980[…]) — İspaniya futbolçusu 2007/2008 mövsümündə "Malyorka"nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb. Hal hazırda Türkiyənin Fənərbaxça klubunda çıxış edir.
Beynəlxalq Siyasi İqtisad
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır. Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. == Yaranması == BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var. == BSİ-dəki məsələlər == === Beynəlxalq Maliyyə === Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır. Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı.
Rene İgita
Rene İquita — Kolumbiyalı futbolçu == Karyerası == Oyunlar zamanı tez-tez qoruduğu qapını tərk edərək, rəqib qapısında qol arayan Rene İquita müxtəlif klubların heyətində 235 matçda 30, yığmada isə 68 görüşdə 8 qol vurub. O, Kolumbiyanın 8 klubundan əlavə, "Valyadolid" (İspaniya), "Verakruz" (Meksika), "Aukas" (Ekvador) və Quaros" (Venesuela) komandalarının da formasını geyinib. Qabarıq qıvrım saçları və cəsur qurtarışları ilə tanınan Rene İquita daha çox 1990-cı il dünya çempionatında məşhurlaşıb. İquita həmin Mundialın ¼ final matçında cərimə meydançasından təqribən 20 metr irəlidə topla oynarkən, kamerunlu Roje Millanı da keçməyə çalışıb. Lakin bu vaxt Milla topu ələ keçirərək, boş qapıdan keçirib. Nəticədə 1:2 hesabı ilə uduzan Kolumbiya mübarizəni dayandırıb. Sonra da İquita "Uembli" stadionunda İngiltərə yığması ilə yoldaşlıq görüşündə şou göstərib. O, üstünə gələn və əlləri ilə rahatca tuta biləcəyi topu qapı xətti üzərində gövdəsini irəli verərək, topuqları ilə uzaqlaşdırıb. Bu vaxt bədəninin aldığı fiqurla əlaqədar bu hərəkəti futbol dünyasında "Əqrəb zərbəsi" adlandırılıb. David Ospina bu barədə belə demişdir: "Onun bu hərəkəti illər keçsə də unudulmayacaq.