Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Mövdut
Mövdut — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Mövdut kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mövlan
Kəndlər Mövlan-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mövlan-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Şəxslər Mövlan Əliyev — Azərbaycanlı mayor.
Mövlud
Mövlud — Kişi adı.
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Mavzuna Çoriyeva
Mövdud Qəznəvi
Mövdud Qəznəvi — Məhəmməd Qəznəvini 8 aprel 1041-ci ildə Cəlalabadda məğlub edərək onu edam etmişdi. Lakin qardaşı Məcdud Qəznəvi onun hakimiyyətini tanımadı və Lahor şəhərindən hücuma keçdi lakin yolda öldükdən sonra Mövdud tam hökmdar oldu. 1047-ci ildə Pişəvərdəki hind üsyanını yatırdı və Sistanı Səlcuqilərdən aldı. 1049-cu ildə isə Bamiyan şəhərini ələ keçirdi. Onun dövründə Qəznəvilərin qərb torpaqları Səlcuqların əlinə keçdi.
Mövlan Əliyev
Mövlan Məzahir oğlu Əliyev - Azərbaycanlı mayor. == Həyatı == Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə "Lassal" adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə "Körgöz" rayonuna ikinci katib təyin edilir. 1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir. Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir. == Hərbi fəaliyyəti == O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir. 1941-ci ilin sonunda — 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur. 1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur.
Mövlud Mirəliyev
Mövlud Mirəliyev (27 fevral 1974, Qaşqadərya vilayəti) — Azərbaycanı təmsil edən sabiq cüdoçu, hazırda məşqçi. Mövlud Mirəliyev, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Həyatı == Mövlud Mirəliyev 1974-cü il 27 fevralda Özbəkistanın Qaşqadərya vilayətinin Kitab şəhərində anadan olub. == Karyerası == === XXIX Yay Olimpiya Oyunları === ===== Dövlət təltifləri ===== "Tərəqqi" medalı (29 avqust 2008) — 8 – 24 iyun tarixləri arasında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.
Mövlud Qurbanzadə
Mövlud Söhbət oğlu Qurbanzadə (2 avqust 1996; Aşağı Çəmənli, Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mövlud Qurbanzadə 1996-cı il avqustun 2-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. Ailəli və bir övlad atası idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mövlud Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mövlud Qurbanzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mövlud Qurbanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mövlud Qurbanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mövlud Süleymanlı
Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı. == Həyatı == Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir. Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir. Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib. Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. == Yaradıcılığı == Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.
Mövlud Visaitov
Mövlud Visaitov — Böyük Vətən müharibəsi iştirakçısı, ilk 255-ci ayrı Çeçen-İnquş süvari alayının komandiri, sonra 28-ci Qvardiya Süvari Alayı (6-cı Qvardiya Süvari Diviziyası, 3-cü Qvardiya Süvari Korpusu, 2-ci Belarus Cəbhəsi) komandiri, qvardiya polkovnik-leytenantı, Sovet İttifaqı Qəhrəmanı (1990). == Bioqrafiyası == Laxa Nevre kəndində (və ya Nijni Naur, indiki Çeçenistanın Nadterek rayonu), kəndli ailəsində anadan olub. Milliyətinə görə çeçendir. 1942-ci ildən Sov. İKP üzvü. 1932-ci ildə kooperativ texniki məktəbi bitirib, mağaza müdiri işləyib. 1932-ci ildən Qızıl Orduda xidmət edir. 1935-ci ildə Ordjonikidze piyada məktəbini və 1941-ci ildə süvari komandir heyəti üçün təkmilləşdirmə kurslarını bitirir. Müharibənin əvvəlində general-mayor M. Maleevin komandanlığı altında 3-cü Süvari Diviziyasının 34-cü Süvari Alayında kapitan olur. 1941-ci ilin iyunundan kapitan rütbəsi alır.
Mövlud bayramı
Mövlud bayramı — Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması. Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[mənbə göstərin], 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur. Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır.
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu (türk. Mevlüt Çavuşoğlu; 5 fevral 1968, Alanya, Antalya ili) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı. == Erkən həyatı və təhsili == Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur. 1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir. == Siyasi fəaliyyəti == Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
Məhəmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. == Həyatı == Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. == Həyatı == Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Mövlud Karakaya
Mövlud Karakaya (1 yanvar 1963, Ankara ili) — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mövlud Karakaya 1963-cü ildə Ankara ilinin Bala ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Sosial Elmlər İnstitutunda isə magistr və PhD dərəcələri alıb. Mühasibat uçotu və maliyyə sahələri üzrə dosent və professor elmi adları alıb. Birləşmiş Ştatların İndiana Universitetində dövlət idarəçiliyi üzrə, Perdyu Universitetində isə siyasi elmlər üzrə əlavə magistr dərəcələri alıb. Nüfuzlu universitetlərdə — Qazi Universiteti, Hacettepe Universiteti, Başkənd Universiteti və İzmir İqtisadiyyat Universitetində mühasibat və maliyyə fənnlərindən dərslər tədris edib. 1999-2003-cü illərdə Torpaq Məhsulları Ofisinin İdarə Heyətinin sədri olub. Uzun illərdir MHP üzvüdür. 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.
Monzón
Monson İspaniyada şəhər. Əhalisi 17 115 nəfər (2010).
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Növdün
Növdün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Nöydün oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Noydun variantında da qeydə alınmışdır. Kənd keçən əsrdə qonşu Şuduq kəndindən aynlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki noy/növ (yeni, təzə) və türk dillərindəki dinldın (düşərgə, daya¬nacaq) sözlərindən düzəlib, “yeni düşərgə”, “yeni dayanacaq yeri, kənd” mənasındadır. == Əhalisi == Təxminən 300 nəfər əhalisi var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 310 nəfər əhali yaşayır. Əhalisi tatlardır.
Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaradır. == Çovğunun növləri == Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun. === Səth çovğunu === Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur. === Alt çovğun === Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur === Ümumi çovğun === Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur == Azərbaycanda çovğun == Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir. Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir.
Mirzə İsmayıl Məhzun
Mirzə İsmayil Məşədi Qasım oğlu Hacılı-Cavanşir (1828, Şuşa – 1894, Şuşa) — şair, xəttat. == Həyatı == Mirzə İsmayıl Məhzun 1828-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Atasının yanında sərraclığı öyrənmişdi. Bir müddət əttarlıq etmişdi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Məktəbdarlıqla məşğul olmuşdu. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Mirzə İsmayıl mahir xəttat idi. Mirzə İsmayıl Məhzun 1894-cü ildə vəfat edib.
Mövcud valyutaların siyahısı
== Dövlətlər və ərazilər üzrə mövcud valyutaların siyahısı ==
Mövdud (Qəznəvi hökmdarı)
Mövdud Qəznəvi — Məhəmməd Qəznəvini 8 aprel 1041-ci ildə Cəlalabadda məğlub edərək onu edam etmişdi. Lakin qardaşı Məcdud Qəznəvi onun hakimiyyətini tanımadı və Lahor şəhərindən hücuma keçdi lakin yolda öldükdən sonra Mövdud tam hökmdar oldu. 1047-ci ildə Pişəvərdəki hind üsyanını yatırdı və Sistanı Səlcuqilərdən aldı. 1049-cu ildə isə Bamiyan şəhərini ələ keçirdi. Onun dövründə Qəznəvilərin qərb torpaqları Səlcuqların əlinə keçdi.
Əli Məhzun Rəhimov
Əli Məhzun Zeynalabdinzadə Rəhimov (təxəllüsü: Yetim cücə) — şair == Həyatı == Əli Məhzun Zeynalabdinzadə Rəhimov: "Molla Nəsrəddin" çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin "Mollanəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə"B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında (səh.176-180)çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, səh.40-41)monoqrafiyasında məlumat vermişdir. "Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "…Çıxıb bazara Yetim cücəni… Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər…" Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır. == Ədəbiyyat == Hüseyn Həşimli.
Mövüc
Mövüc - (tumlu üzüm qurusu) Abşeronda geniş yayılan çərəz növüdür. Azərbaycan kulinariyasında mövücdən geniş istifadə olunur. Üzüm tumlu qurudulanda mövüc, tumsuz qurudulanda isə kişmiş adlanır. Ən yaxşı üzüm qurusu səbzə, şahani, ağ kişmiş, qara kişmiş və s.-dir. Üzümün növündən asılı olaraq, mövüc və kişmiş açıq-qəhvəyi, tünd qəhvəyi, qaramtıl rənglərdə ola bilir. == Hazırlanması == Mövüc hazırlamaqdan ötrü üzüm salxımı 15-20 dəqiqə müddətində isti duzlu suya salınır. Bundan sonra salxımlar qurudulur. Quruyandan sonra gilələyib qışa saxlayırlar. Digər bir qaydaya görə isə ağ şanı üzüm növünü yalnız günün altında qurutmaqla mövüc hazırlanır. Digər üsula görə, üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Osman ibn Mazun
Osman ibn Mazun (Məkkə – 624 və ya 625, Mədinə, ərəb. عثمان بن مظعون‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. İslamı qəbul edən on üçüncü şəxs, ikinci saleh xəlifə Ömər ibn Xəttabın qaynıdır. == Bioqrafiya == Onun tam adı Əbu əl-Saib Osman ibn Məzun ibn Həbib ibn Vəhb ibn Həzafa ibn Cümədir (ərəb. أبو السائب عثمان بن مظعون بن حبيب بن وهب بن حذافة بن جمح‎). O, Qureyş qəbiləsinin Bənu Cümə qəbiləsindən olmuşdur. O, Həvlə binti Həkimlə evlənmişdir. İbn İshaqın dediyinə görə, o, Məkkəli müşriklərin zülmündən yayınmaq üçün Efiopiyaya hicrət edən bir qrup müsəlmana başçılıq etmişdir. Məhəmməd peyğəmbərin Qüreyşlə barışması barədə yalan xəbərdən sonra o, Məkkəyə qayıdır və əmisi Vəlid ibn əl-Muqirənin himayəsində qalır. Osman ibn Məzun 624-cü ildə Mədinədə vəfat etmişdir.
Mövlan-i Süfla (Nir)
Mövlan-i Süfla (fars. مولان سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).
Mövlan-i Ülya (Nir)
Mövlan-i Ülya (fars. مولان عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Qarabağ mövzulu poçt markaları
Qarabağ mövzulu poçt markaları — Qarabağ ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları.
Aleksandr Movçan
Aktyor == Həyatı == Aleksandr Andreyeviç Movçan 24 mart 1932-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutundan məzun olub (1961). A. Dovjenko adına kinostudiyada (1961–1966, 1971), Almaniyada Sovet Qoşunları Teatrında işləyib (1966–1971).
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Mövsüm Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Hüseynxanlı
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Məmmədov
Mövsüm Şahin oğlu Məmmədov ( 6 iyun 1967, Xankəndi şəhəri ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı. == Həyatı == Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. == Döyüşlərdə iştirakı == Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir.Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur.Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir == Ailəsi == Ailəlidir , üç övladı var.
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. == Həyatı == 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mövsüm Salamov
Salamov Mövsüm Əsgər oğlu – Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə-Kolımaya göndərilmişdir. 1959-cü ildə məşəqqətli sürgün ömrünü başa vuraraq, vətənə qayıdan M.Salamov yenidən fəal həyata başlamış, bir qədər sonra isə “Şirvanşahlar Saray Kompleksi” tarix-memarlıq qoruq-muzeyinə rəhbərlik ona tapşırılmışdır.
Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mövsüm İbrahimov
Mövsüm İbrahimov — 1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi. == Həyatı == Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.
Mövsüm Şıxıyev