Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru.
Möhsün Poladov | |
---|---|
10 mart 1959 – 16 mart 1961 | |
Əvvəlki | Həsən Seyidov |
Sonrakı | Ələkbər Quliyev |
5 oktyabr 1957 – 10 mart 1959 | |
1954 – 5 oktyabr 1957 | |
Əvvəlki | Əli İbrahimov |
Sonrakı | Cəmaləddin Maqomayev |
28 may 1952 – 17 aprel 1953 | |
Sədr | Sadıq Rəhimov |
24 mart 1947 – 20 iyul 1950 | |
Əvvəlki | nazirlik təsis edilib |
Sonrakı | Soltan Mirzəyev |
19 iyun 1946 – 22 mart 1947 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | nazirlik ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 11 aprel 1966 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | I Fəxri Xiyaban |
Partiya | |
Fəaliyyəti | dövlət xadimi |
|
|
Təltifləri |
1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir.[1]
1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.[1]
1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur.
Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni və 2 dəfə "Şərəf nişanı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.[2]
Möhsün Poladov 11 aprel 1966-cı ildə vəfat etmiş[2] və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.