Mövsüm Şahin oğlu Məmmədov ( 6 iyun 1967, Xankəndi şəhəri ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı.
Mövsüm Məmmədov | |
---|---|
Mövsüm Şahin oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1967 (57 yaş) |
Doğum yeri | Xankəndi şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Şahin |
Anası | Firuzə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Rütbəsi |
Polis polkovniki |
Döyüşlər | |
Təltifləri |
Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır.
Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir.Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur.Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir
Ailəlidir , üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.