Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dövlət Baxçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. == Həyatı == Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Axçalı dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Mixail
Mixail — Dünyada daha çox işlədilən kişi adı. Mixail Barinov — Neft Akademiyasının rektoru Mixail Kolyubakin — Bakı quberniyasının qubernatoru. Mixail Koqranyan — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1960) Mixail Nüeymə — Livan yazıçısı, tənqidçi Mixail Ostroqradski — Rusiya və Ukrayna riyaziyyatçısı və mexaniki; Mixail Pavlov — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945). Mixail Qavrilov — məşhur SSRİ pilotu Mixail Suslin — rus riyaziyyatçısı, Luzinin şagirdidir. Mixail Ulyanov — SSRİ xalq artisti, SSRİ Lenin və Dövlət mükafatlarının laureatı, tanınmış rus aktyoru Mixail Xodorkovski — rusiyalı sahibkar, ictimai xadim, publisist.
Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir. == Zəmin == Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi. == Hərəkat == Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.
Mirzali Əliyev
== Siyahı ==
II Mixail
II Mixail (təq. 1270) — Çar, 1270-ci ildə doğulmuş, 1272-ci ildə şərik hökmdar elan edilmişdir. Anasının kölgəsində yaşamış, Bizansa sürgün olunduğundan sonra 1302-ci ildə taxta gətirilmək istəsədə qətiyyətsiz davranmışdır. Ölüm tarixi bəlli deyil. == İstinadlar == == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Mixail
Mixail Asen — Çar, II İvan Asenin oğlu. Hakimiyyəti qısa sürmüş, hələ uşaq olmasından istifadə edən qonşu dövlətlər Bolqarıstanın müəyyən bölgələrini işğal etmişdi. == Hakimiyyəti == 1253-cü ildə Serbiyanı işğal planı iflasa uğramış, 1254-cü ildə isə Nikeyaya qalib gəlmişdi. Lakin döyüşdə yaralanan Mixail 2 il sonra sülhə məcbur olmuşdu. Sülhün imzalanmasında vasitəçi olmuş rus knyazı Rostislav Mixayloviç öz qızını Mixaillə evləndirmişdi. Lakin bu ittifaqdan xoşlanmayan əyanlar Mixaili devirmək planı qurmuş, 1256-cı ildə Tarnovoda ovlanan Mixail II Kalman tərəfindən öldürülmüşdü. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Mixail Tolstıx
Mixail Sergeyeviç Tolstıx (rus. Михаил Сергеевич Толстых; 19 iyul 1980 – 8 fevral 2017, Makeevka, Donetsk vilayəti) — Separatist Donetsk Xalq Respublikasına bağlı Somali batalyonunun komandiri, Donbass müharibəsinin aktiv iştirakçısı. Mətbuata verdiyi açıqlamalarında daha çox Givi (rus. Ги́ви) kimi tanınmışdır. Tolstıx 1980-cı ildə Ukrayna Sovet Sosialist Respublikasının Donetsk vilayətinə bağlı İlovaisk şəhərində andan olmuşdur. 1998–2000-ci illərdə Ukrayna ordusunda xidmət keçməzdən əvvəl fabrikdə fəhlə və supermarketdə mühafizəçi kimi çalışdığı məlumdur. Müsahibələrinin birində ulu babasının etnik gürcü olduğunu bildirmişdir. İlovaisk şəhərində döyüşlərin başlaması ilə Ukraynanın şərqindəki separatist hərəkata qoşulmuşdur. 2014-cü ilin sentyabr ayında Donetsk Hava Limanına nəzarət uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Somali batalyonu ilə birgə qatılmışdır. Adı 2015-ci ilin 15 fevral tarixində adı Avropa Komissiyasının sanksiyalı şəxslər siyahısına salınıb.
Mixail Tuxaçevski
Mixail Nikolayeviç Tuxaçevski (16 fevral 1893[…] və ya 4 (16) fevral 1893, Slednevo[d], Smolensk quberniyası[d] – 12 iyun 1937, Moskva[…]) — sovet hərb xadimi, hərbi nəzəriyyəçi, Sovet İttifaqı Marşalı (1935). 1937-ci ildə "Antisovet trotskist hərbi təşkilat" işində mühakimə edilərək güllələnmişdir. 1957-ci ildə bəraət almışdır. == İstinadlar == == Mənbə == Соколов Б. В. Тухачевский: Жизнь и смерть красного маршала М. Н. Тухачевский.
Mixail Tuşinski
Mixail Dmitriyeviç Tuşinski — SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü. == Həyatı == Mixail Kərim bəy oğlu 24 yanvar 1882-ci ildə Sankt-Peterburq şəhərində doğulmuşdu. Aleksandra Dolqanova yeddi ildən sonra Vergi və İçkilərin Dövlət Satışı Baş İdarəsində məmur işləyən Dmitri Aleksandroviç Tuşinski ilə ailə həyatı qurmuşdu. Ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul eləmiş və ona öz familiyasını vermişdi. Uşağın qayğısı və tərbiyəsi ilə əsasən anası məşğul olmuşdu. Onun hələ kiçik yaşlarında xarakterinin formalaşmasında, gələcək həyat və sənət yolu seçməsində Aleksandra Dolqanovanın mühüm rolu olmuşdu. On yaşına çatanda Mixaili Birinci Peterburq Gimnaziyasına qoydular. Hələ aşağı siniflərdə oxuyarkən onun adı daim əlaçılar sırasında çəkilirdi. Mixail burda klassik latın, yunan alman və fransız dillərini öyrəndi. O, yuxarı siniflərdə oxuyarkən şəhərdə gizli bir təşkilat yaradılmışdı.
Mixail Ulyanov
Mixail Aleksandroviç Ulyanov (20 noyabr 1927[…] – 26 mart 2007[…], Moskva) — görkəmli rus teatr və kino aktyoru, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureatı. == Həyatı == M.Ulyanov 1927-ci ildə noyabrın 20-də anadan olub. O, "Özəl həyat", "Qaçış", "Sədr", "Karamazov qardaşları", "Böyük sərkərdə Georgi Jukov", "Antikiller", "Voroşilov atıcısı" və s. filmlərdə oynayıb. M.Ulyanovun yaratdığı ən yadda qalan obraz isə 3 dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Konstantinoviç Jukovun obrazıdır. D.Ulyanovun 4 kitabı da çapdan çıxıb: "Mənim peşəm", "Aktyor işləyirəm", "Öz-özümə qayıdıram" və "Ovsunlu içki". M.Ulyanov 2007-ci il martın 22-də xəstəxanaya aparılıb. Aktyor Parkinson xəstəliyindən əziyyət çəkirmiş. M.Ulyanovu əməliyyat etmək istəsələr də, aktyor əməliyyatdan imtina edib. Həkimlər aktyora dərman müalicəsi yazıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Mixail Vaks
Mixail Vaks (18 iyul 1993-cü ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Rusiya Davis Kuboku komandasının üzvü olan Rusiyalı tennis oyunçusudur. 19 avqust 2013-cü ildə o, Dünya ATP reytinqində 743-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Mixail Velikanov
Mixail Velikanov — Sovet hərbi xadimi, 2-ci dərəcəli komandarm. Aprel işğalında və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı və fəaliyyəti == === Həyatının ilk dövrləri === 8 yanvar 1893-cü ildə Ryazan quberniyasında ruhani ailəsində anadan olub. Bir müddət müəllim kimi fəaliyyət göstərib. Birinci Dünya Müharibəsinin başlaması ilə Rusiya ordusuna çağırılıb. 1915-ci ildə Pskov Zabitlər məktəbini bitirir. Şimal cəbhəsində döyüşən 12-ci ordunun 436-cı Novoladojskiy piyada alayının tərkibində döyüşlərdə iştirak edib. Bu dövrdə podporuçik rütbəsinə qədər yüksəlir. === Vətəndaş müharibəsi === 1918-ci ilin fevral ayından Qırmızı Orduya daxil olur və Şərq cəbhəsindəki Kozlovskiy dəstəsinin batalyon komadiri təyin edilir, iyul ayından həmin dəstənin komandir köməkçisi olur. 1918-ci ilin iyul ayından Şərq cəbhəsindəki 2-ci Simbir alayının komandiri olur.
Mixail Vlasov
Mixail Aleksandroviç Vlasov (2 iyul 1898, Sankt-Peterburq – 12 dekabr 1972, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964). == Həyatı == Mixail Vlasov 1898-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1918-ci ildə Peterburqda rəssamlıq studiyasını bitirmişdir. 1920-ci ildə XI Qızıl Ordu sıralarında Bakıya gəlmiş, 1926–1928-ci illərdə "Azdövlətkino"da rəssam işləmişdir. 1928-ci ildən kitab tərtibatı sahəsində fəaliyyət göstərmişdir. Nizaminin "Leyli və Məcnun" poemasına (1942), Şota Rustaveli, Aleksandr Puşkin, Migel de Servantes, Taras Şevçenko, Viktor Hüqo, İvan Krılov və başqalarının əsərlərinə, habelə Mirzə Ələkbər Sabirin "Şeirlər" kitabına (1949), "Azərbaycan nağılları"na (1951), Nikolay Qoqolun "Seçilmiş əsərləri"nə (1952; "Köhnə dünya mülkədarları", "Neva prospekti", "Burun", "Portret", "Kolyaska" və b.), Anna Zegersin "Yeddinci xaç" romanına (1943) illüstrasiyalar çəkmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 29 iyun 1964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник.
Mixail Vorontsov
Mixail Semyonoviç Vorontsov (rus. Михаи́л Семёнович Воронцо́в; 19 (30) may 1782, Sankt-Peterburq – 6 (18) noyabr 1856, Odessa, Xerson quberniyası) — Qafqaz canişini, general-feldmarşal == Həyatı == 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S.M.Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı. 1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı.
Mixail Xakimov
Mixail (İsmayıl) Kəbiroviç Xakimov (1 noyabr 1916, Kazan quberniyası – 19 noyabr 1986, Kazan) — Sovet İttifaqı Qəhrəmanı. Mixail 1916-cı ildə Bakıda anadan olmuşdur. Tatardır. Böyük Vətən müharibəsinədək Bakının Keşlə qəsəbəsindəki Tramvay küçəsinin 16 saylı evində yaşamışdır. Ordu sırlarına 1941-ci ildə çağırılmışdır. M. Xakimovun hərbi tərcümeyi-halı maraqlıdır. O, özü bu haqda yazırdı: "1938-ci ildə Belaya Serkov şəhərində xidmət edirdim. Ukraynalı Mixail Pençukla dostlaşmışdım. Xidmət müddəti qurtardıqdan sonra biz ayrıldıq. 1942-ci ildə soyuq qış günlərinin birində Poti şəhərində yenidən görüşdük.
Mixail Xaneke
Mixail Haneke (alm. Michael Haneke‎) — Avstriya kino sənətçisi Mixail Haneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Hanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə - Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi "Liverpuldan sonra" filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub. İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. "Yeddinci qitə" filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib.
Mixail Xodorkovski
Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb . == Həyatı == 1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir. Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər. "Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.
Mixail Yefremov
Mixail Yefremov (aktyor)
Mixail Zabelin
Mixail Yuryeviç Zabelin (19 mart 1946, Bakı) — rusəsilli Azərbaycan dövlət xadimi, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri. == Həyatı == Mixal Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirmişdir. Azərbaycan Beynəlxalq Universitetinin fəxri professorudur. 1 övladı var. == Fəaliyyəti == 1966-cı ildən Layihə İnstitutunda işləmişdir. 1969-cu ildən Oltyabr Rayon Komsomol Komitəsinin Katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin və şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, Birinci Katibin referenti, müfəttişi, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri olmuşdur. 1990-cı il sentyabrın 30-da Sovet İttifaqı Kommunist Partiyasından Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı seçilmişdir. Ali Sovetin Sovetlərinin işi, yerli özünüidarə və yerli təsərrüfat məsələləri Komissiyasının üzvü olmuşdur.
Mixail Çexov
Mixail Çexov (rus. Михаи́л Алекса́ндрович Че́хов; 29 avqust 1891, Sankt-Peterburq – 30 sentyabr 1955[…], Beverli-Hillz, Kaliforniya) — rus və amerikalı dram aktyoru, teatr müəllimi, rejissor. RSFSR-in əməkdar artisti (1924). Yazıçı Anton Çexovun qardaşı oğlu, publisist Aleksandr Çexovun oğlu. Məşhur "Aktyorun texnikası haqqında" kitabının müəllifidir. == Bioqrafiyası == Alexander Çexov və ikinci həyat yoldaşı Natalya Aleksandrovna oğlu (1855–1918). 1907-ci ildə Sankt-Peterburq Balaca (Suvorinsk) Teatrının teatr məktəbinə daxil oldu, burada müəllimlərindən biri Boris Qlaqolin və Vladimir Sladkopevtsev (Suvorinski Teatrının səhnəsində oynadığı rolları, xüsusən "Yay Kottecləri" pyesində Tusik rolunu oynadı); 1912-ci ildə K. S. Stanislavski tərəfindən Moskva İncəsənət Teatrına dəvət edildi və bir filiala daxil oldu. Bir il sonra, Moskva İncəsənət Teatrının Birinci Studiyasında E. B. Vaxtanqovun rəhbərliyi ilə fəaliyyətə başladı. 1921-ci ildə Mütəxəssisin məşhur prodüserində (dir. Stanislavsk və Nemiroviç-Dançenko) Xlestakov rolunu oynayır.
Mixail Çiaureli
Mixail Edişeroviç Çiaureli (gürc. მიხეილ ჭიაურელი; 1894 — 1974) — Gürcüstan kinorejissoru, SSRİ xalq artisti (1948). == Həyatı == Mixail Çiaureli 6 fevral 1894-cü ildə Tbilisidə anadan olub. 1916-cı ildə Tbilisi Boyakarlıq və Heykəltəraşlıq məktəbini bitirmişdir. 1921-ci ildən teatrda rəssam, rejissor, aktyor işləmişdir. Kinoda aktyor kimi debütü "Arsen Corciaşvili" filmində olmuşdur (1921, Arsen). "Suram qalası" (1923, Osman ağa), "Keçmişin dəhşətləri" (1925, Harun), "Natella" (1926, Condo), "Xanuma" (1927, Siko) filmlərinə çəkilmişdir. 1928-ci ildə Yefim Dziqanla birlikdə "Birinci kornet Streşnev" filmini çəkmişdir. Ən yaxşı filmləri: "Son saatda" (1928), "Saba" (1929), "Axırıncı maskarad" (1934, ilk səsli gürcü filmi), "Arsen" (1937), "Georgi Saakadze" (1942), "And" (1946), "Berlinin süqutu" (1950), "Bir qız haqqında povest" (1960), "İndi başqa zəmanədir" (1965) və s. Bir neçə animasiya filmi də çəkmişdir.
Mixail Çiqorin
Çiqorin Mixail İvanoviç (31 oktyabr (12 noyabr) 1850, Qatçina, Sankt-Peterburq quberniyası[d] – 12 (25) yanvar 1908, Lyublin, Varşava general-qubernatorluğu[d]) — rus şahmatçısı Rusiyada şahmat hərəkatının təşkilatçısı. "Şaxmatnı listok" (1876-1881), "Şaxmatnı vestik" (1885-1887), "Şaxmatı" (1891-1892) jurnallarının redakitor- naşiri idi.Şahmat nəzəriyyəsinə dair araşdirmaların müəllifidir.Bir sıra mühüm beynəlxalq şahmat yarışlarında müvəffəqiyyətlə çıxış etmiş, XIX əsrin 80-90-cı illərində şahmat üzrə dünya cempionluğuna əsas iddiaçılardan olmuşdur.SSRİ-də 1947-ci ildən Çiqorinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər təşkil olunmuşdur.
Mixail Çxakaya
Mixail Qirqoryeviç Çxakaya (təxəllüsü — Barsov;4 may 1865 – 19 mart 1950, Moskva, SSRİ, RSFSR[d]) — Gürcü inqilabçısı, sovet dövlət xadimi və partiya lideri. 1920-ci ildən Komintern İcraiyyə Komitəsinin üzvüdür. SSRİ Ali Sovetinin 2–3-cü çağırış deputatı (1938–1950). == Həyatı == Mixail Çxakaya keşiş ailəsində anadan olub. Kutaisi ruhanilər məktəbini bitirdikdən sonra Tiflis ruhanilər seminariyasına daxil olmuşdur. Lakin inqilabi təbliğat apardığına görə buradan 1886-cı ildə qovulmuşdu. 1892–1893-cü illərdə "Mesami-Dasi" sosial-demokratik təşkilatının təşkilatçılarından biri olub. 1897-ci ildə 5 il Qafqazdan sürgün edilmişdir. 1898-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) Yekaterinoslav Komitəsində, "Yujnı Raboçi" qəzetində çalışmışdır. 1900–1902-ci illərdə yenidən həbs edilmiş və sonra vətəninə sürgün edilib.
Mixail Şepkin
Mixail Semyonoviç Şepkin (6 (17) noyabr 1788 və ya 1788 – 11 (23) avqust 1863 və ya 1863, Yalta, Tavriya quberniyası[d]) — aktyor, Rus aktyorluq məktəbinin banilərindən biri == Ədəbiyyat == Алперс Б. В. Театр Мочалова и Щепкина. М., 1979 Гриц Т. С. М. С. Щепкин. Летопись жизни и творчества. М., 1966 Дерман А. Б. Московского Малого театра актер Щепкин, М., 1951 Земенков Б. С. М. С. Щепкин в Москве, М., 1966 Имберх М. А. Выкуп артиста М. С. Щепкина из крепостной зависимости. 1818 г. // Русская старина, 1875. — Т. 13. — № 5. — С. 152–154. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine Михаил Семенович Щепкин.
Mixail Şoloxov
Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965). == Həyatı == Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür. Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı. Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü.