Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi. Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).
Şəvval
Şəvval — Hicri təqviminin 10-cu ayı. == Tarixi günlər == Şəvvalın 1-i — Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Həvva
Həvva (e.ə. 3760, Ədən bağı – bilinmir) — ilk qadın, Adəm peyğəmbərin zövcəsi. == Mifologiyada mənşəyi == Həvva adının Kiş Şumer krallığında 3-cü sülalənin 1-ci kraliçası olan "Xabu"dan götürüldüyü ehtimal edilir. Het günəş ilahəsi Hepat, Yunan gənclik ilahəsi Hebe və sevgi ilahəsi Hera Həvva mifinin digər mümkün mənbələridir. Şumer mifologiyasında ilahə Ninti (qabırğa sümüyünün qadını, həyat verən qadın) Həvvanın yaradılış mifindəki "Adəmin qabırğa sümüyü" obrazının mənbəyi hesab edilir. Eva (Həvva, Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir. Həvva Amarna məktublarında, Tunc dövründə Yerusəlimdə sitayiş edilən tanrı kimi anlaşılan hurrilərin ilahəsi Hebatla da əlaqələndirilir. Hepa het yazılarında Hepat və ya Hepatu adlanır və ona 'sidr ağacları diyarı'nda sitayiş edildiyi bildirilir. Sidr ağaclarının ölkəsi Livan, Fələstindir. Sonrakı dövrlərdə Hepatın başqa mədəniyyətlərdə meydana çıxan düşüncələri də onun "Ana" kimliyi çərçivəsində idi.
Nəvvab Səfəvi
Seyyid Nəvvab Səfəvi və ya Müctəba Mirluhi (farsca: سید نواب صفوی; 9 oktyabr 1924 – 18 yanvar 1956, Tehran, Pəhləvilər İranı[d]) — İran ruhanisi, İslam fədailəri partiyasının qurucusudur. Onun qurduğu İslam fədailəri qrupu Şah hökumətini dəstəkləyən siyasətçilər başda olmaqla məşhur olan iranlıların öldürülməsindən məsuliyyət daşıyırdı. == Həyatı == Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar.
Nəvzad xanım
Nəvzad xanım (d. 2 mart 1902 — ö. 23 iyun 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi. == Həyatı == Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Həvva Məmmədova
Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, professor və tarix elmləri doktoru. == Həyatı == 1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir. Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir. === Ailəsi === Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir.
Əhməd Qəvam
Əhməd Qəvvam (1877-1955) - İranın baş naziri == Həyatı == Əhməd Qəvvamın (1877-1955) iri torpaq sahibi idi, təcrübəli bir siyasətçi sayılırdı. İranın ABŞ-la münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi məşhur idi. Əhməd Qəvvamın təşəbbüsü ilə 1946-cı ildə yaradılan Demokrat Partiyası isə daha çox İran cəmiyyətinin siyasi və iqtisadi baxımdan imkanlı qüvvələrini birləşdirmək məqsədi daşıyırdı və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam baş nazir olduqdan sonra həqiqətən yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Lakin ölkədə kifayət qədər qüvvələr var idi ki, Qəvvam hökumətinin fəaliyyətindən ciddi şəkildə narazı idilər və onu tənqid edirdilər. Bu qüvvələr bir sıra qrup və təşkilatlarda birləşmişdilər, əsasən qəbilə başçıları, iri torpaq sahibləri və tacirlər, yüksək rütbəli hərbçilər və məmurlar, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlərdən ibarət idilər. Onlar ingilispərəst təmayüllü idilər, məclisdə də kifayət qədər nüfuz və söz sahibi kimi tanınırdılar. Məhz bu qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Bu baxımdan liberal-millətçi qüvvələri xüsusi ilə qeyd etmək lazımdır. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər.
Hüseynqulu xan Nəvvab
Hüseynqulu xan Cəfərqlu xan oğlu Nəvvab (Motaməd ül-Vüzarə, sonra Sədr əs-Səltənə) (fars. حسینقلی خان صدرالسلطنه‎; 1864, Tehran – 1920, Tehran) — İran naziri, diplomat, siyasətçi. == Həyatı == Hüseynqulu xan Cəfərqlu xan oğlu 1864-cü ildə Şiraz şəhərində anadan olmuşdu. Babası Məhəmmədrza xan Mazandarani Hindistanda, Böyük Moğollar dövlətində nəvvab kimi xidmət etmişdi. Ondan sonra Cəfərəli xan bu soyun başçısı olmuşdu. O, Kərbəlaya gedərkən Şirazlı Mirzə Həsənəli ibn Hacı Ağası bəy onun bacısı ilə evlənmişdi. Bu izdivacdan sonra Nəvvab soyu Şirazda məskunlaşmışdı. Cəfərəli xanin Mirzə Məhəmmədəli xan adlı oğlu vardı. O da Fars əyalətinin məşhur simalarından idi. Mirzə Məhəmmədəli xan da Cəfərqlu xan adlı oğlu olmuşdu.
Mir Möhsün Nəvvab
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa, Şuşa qəzası, Rusiya imperiyası – 1918, Şuşa, Şuşa qəzası, AXC) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. == Həyatı == İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Nəvvab (film, 2014)
== Məzmun == Filmdə ədəbiyyat tariximizdə dərin iz qoymuş şair, xəttat, tarixçi, təzkirəçi, pedaqoqlardann olan Mir Möhsün Nəvvab haqqında danışılır. Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına mühüm təsir göstərən Nəvvab xalqımızın milli-mədəni irsinin zəhginləşməsinə də böyük töhfələr vermişdir. Qeyd edilir ki, Nəvvabın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, xəttatlıq sənəti ilə də məşğul olmuşdur. Nəvvabın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır.
Zübeyr ibn Əvvam
Zübeyr ibn Əvvam (36/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabəsi. İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə istirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur. == Mənbə == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s.
Tofiq Yusif Avvad
Tofiq Yusif Avvad (ərəb. توفيق يوسف عواد‎) (28 noyabr 1911, Bhorsaf[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 16 aprel 1989, Beyrut) — Livan yazıçısı. == Həyatı == Tofiq Yusif Avvad 28 noyabr 1911-ci ildə Osmanlı imperiyasında, indiki Livan ərazisində anadan olmuşdur. O, hüquq təhsili almışdır. Onun "Axsaq oğlan" (1936) və "Yunlu gödəkçə" (1937) kolleksiyalarına aid olan hekayələrinin mövzusu adi insanların həyatıdır. Avvad ərəb ədəbiyyatında sosial mövzulara toxunan ilk yazıçılardan biri idi. Bunlara "Yastı çörək" (1938) və "Beyrut dəyirmanları" (1972) romanlarını nümunə göstərmək olar. Avvad 1940–1950-ci illərdə əsasən ədəbiyyatşünas kimi fəaliyyət göstərmişdir. Onun "Turist və tərcüməçi" pyesi (1964) Milli Ədəbiyyat mükafatına layiq görülmüşdür.
Mir Möhsün Nəvvab Qarabaği
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa, Şuşa qəzası, Rusiya imperiyası – 1918, Şuşa, Şuşa qəzası, AXC) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. == Həyatı == İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Gevond Alişan
Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820, Konstantinopol, Osmanlı imperiyası – 9 noyabr 1901, San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır. İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.
Şevval Sam
Türkdəniz Şevval Sam (16 Noyabr 1972, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. == Həyatı == Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. == Diskoqrafiya == Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016) Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019) Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) == Filmoqrafiya == Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).