Nəvzad xanım

Nəvzad xanım (d. 2 mart 1902 — ö. 23 iyun 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi.

Nəvzad xanım
نيميت نيفزاد هانم
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri
Dəfn yeri Qaracaəhməd qəbiristanlığı
Fəaliyyəti əsilzadə
Atası Şaban Barqu
Anası Xədicə xanım
Həyat yoldaşları VI Mehmed
Ziya bəy Səfəroğlu
Uşaqları Sidiqə Səlcuq Səfəroğlu
Şaban Mustafa Səfəroğlu
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.

1918-ci ildə V Mehmedin vəfatından sonra Nəvzad və Nəsrin mərhum sultanın oğlu Şahzadə Mehmed Ziyayəddin Əfəndinin sarayına köçürüldülər. Burada saray sultanlarının təlimlərində iştirak etdilər. Daha sonra isə burada kalfa oldular və Sultan Vahidəddinin sarayına getdilər.

Çox keçmədən Sultan Vahidəddinin diqqətini cəlb etdi və 1 sentyabr 1921-ci ildə Ulduz sarayında evləndilər. Bu evlilikdən övladı dünyaya gəlməmiş, bu səbəblə qadınəfəndi ola bilməmişdi. Sultan Vahidəddinin 1922-ci ildə sürgünə getməsinin ardından o da San-Remoya deportasiya edildi. Ərinin vəfatından sonra bacısıyla birlikdə İstanbula qayıtdı və 1928-ci ildə ikinci evliliyi Ziya bəy Səfəroğlu ilə baş tutdu. 1937-ci ildə "Ulduz sarayından San-Remoya" adlı xatiratını yazdı. İkinci evliliyindən Sidiqə Səlcuq (d. 1928) adlı bir qızı, Şaban Mustafa adlı (d. 1931) bir oğlu dünyaya gəldi.

Nəvzad xanım 23 iyun 1992-ci ildə ərinin Göksü yaxınlığındakı köşkündə vəfat etdi və Qaracaəhməd məzarlığında dəfn olundu.