Tofiq Yusif Avvad

Tofiq Yusif Avvad (ərəb. توفيق يوسف عواد‎) (28 noyabr 1911[1], Bhorsaf[d], Cəbəl Lübnan mühafəzəsi[d]16 aprel 1989[1], Beyrut) — Livan yazıçısı.

Tofiq Yusif Avvad
Doğum tarixi 28 noyabr 1911(1911-11-28)[1]
Doğum yeri
Vəfat tarixi 16 aprel 1989(1989-04-16)[1] (77 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, diplomat, redaktor[d]
Janrlar roman, hekayə

Tofiq Yusif Avvad 28 noyabr 1911-ci ildə Osmanlı imperiyasında, indiki Livan ərazisində anadan olmuşdur. O, hüquq təhsili almışdır. Onun "Axsaq oğlan" (1936) və "Yunlu gödəkçə" (1937) kolleksiyalarına aid olan hekayələrinin mövzusu adi insanların həyatıdır. Avvad ərəb ədəbiyyatında sosial mövzulara toxunan ilk yazıçılardan biri idi. Bunlara "Yastı çörək" (1938) və "Beyrut dəyirmanları" (1972) romanlarını nümunə göstərmək olar. Avvad 1940–1950-ci illərdə əsasən ədəbiyyatşünas kimi fəaliyyət göstərmişdir. Onun "Turist və tərcüməçi" pyesi (1964) Milli Ədəbiyyat mükafatına layiq görülmüşdür.[2]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Энциклопедический словарь. 2009. Аввад Тауфик Юсеф.