Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allahım, bu ölümcül sevgidən qurtulmağıma kömək et
Allahım, bu ölümcül sevgidən qurtulmağıma kömək et (rus. Го́споди! Помоги́ мне вы́жить среди́ э́той сме́ртной любви́, alm. Mein Gott, hilf mir, diese tödliche Liebe zu überleben‎) — bəzən təsvir olunduğu kimi qardaşın öpüşü (alm. Bruderkuss‎), Berlin divarının şərq tərəfində rus rəssamı Dmitri Vrubelin qraffiti əsəridir. 1990-cı ildə çəkilib və Berlin Divarında qraffiti sənətinin ən məşhur əsərlərindən birinə çevrilib. Qraffiti əsəri Leonid Brejnev və Erix Honekkeri sosialist qardaşlığının öpüşündə təsvir edir və 1979-cu ildə Almaniya Demokratik Respublikasının yaradılmasının 30-cu ildönümü qeyd etmələri zamanı çəkilmiş fotoşəkildən ilhamlanır. == Fotonun arxa planı == Məşhur öpüşü əks etdirən fotoşəkil fransız jurnalist Regis Bossu tərəfindən 7 oktyabr 1979-cu ildə Şərqi Berlində çəkilib. Geniş bucaqlı yenidən nəşr olunan fotoşəkil Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Leonid Brejnev və Almaniya Sosialist Birlik Partiyası Mərkəzi Komitəsinin baş katibi Erix Honekerlə dodaq-dodağa öpüşərkən çəkilib. Həmin vaxt Şərqi Almaniyanın kommunist milləti kimi yaranmasının ildönümünü qeyd etmək üçün səfər etmişdilər.
Qurtulmuş
Qurtulmuş - İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 702 nəfər yaşayır (123 ailə).
Quruzma
Quruzma — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2500 nəfərə qədərdir. Kənd Kür çayı ətrafında yerləşir, ərazisi təxminən 700 hektardır. Kəndin digər tərəfində Kürün keçmiş axarı olan, gölün bir növü sayılan axmaz yerləşir.
Tutulma
Tutulma (astronomiya)
Qurtulan Bert
Qurtulan İsmayıl oğlu Bert (karaçay-balkarca:Гуртуланы Исмаилны жашы Берт,25 oktyabr (7 noyabr) 1910, Belaya Reçka (Kabarda-Balkariya), Kabardin-Balkariya – 12 fevral 2001, Kabardin-Balkar MSSR) — qaraçay-balkar şairi, yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü (1934), Kabardin-Balkar Respublikasının Xalq yazıçısı, Əməkdar mədəniyyət işçisi == Həyatı == Bert Qurtulan 25 oktyabr (7 noyabr) 1910-cu ildə indiki Kabardin-Balkar Respublikasının Ağsu (qaraçay-balkarca: Акъ суу) kəndində yoxsul maldar ailəsində anadan olmuşdur. Pedaqoji Məktəbi bitirmişdir. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İkinci Dünya müharibəsində iştirak etmiş, siyasi bölmədə fəaliyyət göstərmişdir. 1944-cü ildə bütün balkar xalqı ilə birlikdə sürgün olunmuşdur. Vətənə döndükdən sonra Kabardin-Balkar Respublikası Yazıçılar Birliyində məsul katib və “Dostluq” («Шуёхлук») dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 12 fevral 2001-ci ildə doxsan yaşında vəfat etmişdir. == Yaradıcılığı == Bert Qurtulanın yaradıcılığında İkinci Dünya müharibəsində sovet xalqının qələbəsi və kommunizm quruculuğu önəmli yer tutur. Onun şeir və poemaları həmçinin vətənpərvərlik ruhu ilə seçilir. Şairin poemaları qaraçay-balkar poeziyasının inkişafında mühüm rol oynamışdır.
Qurtuluş toplusu
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Qurtuluş İttifaqı
"Qurtuluş İttifaqı" (rus. Союз Освобождения) — 1904-cü ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçmiş marksist Pyotr Struvenin təsiri ilə yaradılmış liberal siyasi qrup. Qrupun məqsədi əvvəlcə çar mütləqiyyətini konstitusiya monarxiyası ilə əvəz etmək idi. Onun digər məqsədləri bütün Rusiya vətəndaşları üçün bərabər, gizli və birbaşa səsvermə və Rusiya imperiyasında yaşayan müxtəlif millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə təmin edilməsindən ibarət idi. "Qurtuluş İttifaqı" 1904-cü ilin axırlarında Rusiyada 1864-cü il Məhkəmə islahatının 40-cı ildönümü şərəfinə banketlər şəklində ictimai-siyasi aksiya keçirmişdir. "Banket kampaniyası" adlanan bu aksiya hökuməti islahatlara sövq etmək məqsədilə keçirilmişdir. 34 şəhərdə 50 minə yaxın iştirakçının iştirak etdiyi 120-dən çox banket təşkil edilmişdir. Burada çıxış edənlər xalq təmsilçiliyinin və siyasi azadlıqların tətbiqini tələb etmişdirlər. "Banket kampaniyası" ziyalılar arasında müxalif əhval-ruhiyyənin artmasına səbəb olmuşdu. "Qurtuluş İttifaqı"nın üzvlərinin əksəriyyəti 1905-ci il Rusiya inqilabından və Konstitusiyalı Demokratik Partiyasının yaradılmasından sonra kadetlərə qoşulmuş, qrup həmin il ləğv edilmişdir.
Qurtuluş döyüşçüləri
Qurtuluş döyüşçüləri (fr. Combattants de la Libération) — Əlcəzair İstiqlaliyyət müharibəsinin başlamasından sonra yaradılmış Əlcəzair Kommunist Partiyasının silahlı qanadı, gerilla qruplaşması. Həm əlcəzairlilər, həm də Fransa və müstəmləkələrin avropalıları "Qurtuluş döyüşçüləri"nin sıralarında vuruşurdular. 1 iyul 1956-cı ildə ƏKP ilə birlikdə Milli Qurtuluş Cəbhəsi sıralarına daxil olmuşdular.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Quruzma bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tutulma (astronomiya)
Tutulma — Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsi. Məsələn, Ay Günəşin qarşısından keçəndə Günəş tutulması, Yer Ayın qarşısından keçdikdə Ay tutulması, qoşa ulduz sistemində bir ulduz digərinin qarşısından keçdikdə ulduz tutulması baş verir.
Tutulma (roman)
Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirrli vampir hücumlarının səbəbini anlamağa çalışır. “Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş, və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır. 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir. Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır.
Aşağı Qurtluca (Xudafərin)
Aşağı Qurtluca (fars. قورتلوجه سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (119 ailə).
Milli Qurtuluş Cəbhəsi
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Qurtuluş günü (Koreya)
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Qurtuluş teleqülləsi (Küveyt)
Qurtuluş qülləsi , Küveyt şəhərində 372 metr yüksəklikdəki telekommunikasiya qülləsidir. Ölkənin ikinci ən yüksək tikilisi və dünyanın ən yüksək 39-cu binasıdır. == Tarix == Əvvəlcə Küveyt Telekommunikasiya Qülləsi adlandırmaq üçün nəzərdə tutulan, qüllənin tikintisi İraqın Küveytə işğalından əvvəl, 1990-cı il avqustun 2-də başlamışdır. Gərginliyin baş verdiyi zaman, demək olar ki, yarısı tikilinən qüllənin tikintisi tamamilə dayandı. Lakin tikili heç bir zərər görmədi və İraq qüvvələri 1991-ci il fevralın 27-də çıxarıldıqdan sonra bərpa olundu. 1993-cü ildə başa çatdıqdan sonra qüllə Küveytin İraqdan qurtuluşunun simvolu olan Qurtuluş qülləsi adlandırıldı.
Rumıniyanın Qurtuluş Birliyi
Rumıniyanın Qurtuluş Birliyi (rum. Uniunea Salvați România; USR) Rumıniya parlamentinin siyasi partiyası, yerli seçkilərdə Buxarest Qurtuluş Birliyinin (rum. Uniunea Salvați Bucureștiul, USB) müvəffəqiyyətindən sonra 2016-cı ildə meydana gəldi. 2016-cı il siyasi partiya olaraq rəsmən qeydiyyatdan keçdikdən sonra , 21 avqust 2016-cı ildə Buxarest Qurtuluş İttifaqı və Kodla Birliyi (rum.Uniunea pentru Codlea) ilə birləşdi. == İdeologiya == Rumıniyanın Qurtuluş Birliyinin Vitse-prezidenti Klotilda Armand, partiyanın müəyyən bir ideologiyasının olmadığını bildirirdi. == Tarixi == 1 iyul 2015-ci il, Buxarest Xilasetmə Assosiasiyasının prezidenti (Rum. Asociaţiei Salvaţi Bucureştiul) Nikuşor Dan Buxarest Qurtuluş Partiyası Birliyinin yaradılmasını açıqladı. Yeni təşkilatın vəzifələri arasında şəhərin tarixi tikililərinin qorunması, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması olmuşdur. 23 fevral 2016-cı ildə Nikuşor Dan Buxarest bələdiyyə başçılarının seçilməsi üçün proqramını Facebook-da yerləşdirdi. Dan, Bələdiyyə seçkilərində ikinci yeri tutdu.
Türk Qurtuluş Müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə. Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı.
Türk Qurtuluş Savaşı

Türkiyə Qurtuluş Savaşı

Yuxarı Qurtluca (Xudafərin)
Yuxarı Qurtluca (fars. قورتلوجه عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 606 nəfər yaşayır (117 ailə).
Alatoran. Saqa: Tutulma
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Koreya Milli Qurtuluş günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Milli Qurtuluş Cəbhəsi (Əlcəzair)
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Moro Milli Qurtuluş Cəbhəsi
Moro Milli Qurtuluş Cəbhəsi (Moro National Liberation Front , MNLF) , Filippinin cənubunda fəaliyyət göstərən və müstəqilliyi məqsəd qoyan Müsəlman təşkilatı. Müsəlman Mindanao Muxtar Bölgəsini idarə etməkdə olan MNLF , müşahidəçi statusunda Moro xalqının təmsilçisi kimi İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Ferdinand Marcos rəhbərliyinə qarşı silahlı mübarizə üçün 1960-cı illərin sonlarında qurulan təşkilat, Müsəlmanların əksəriyyətdə olduğu Mindanao adası ərazisində 1972-ci ildə partizan hərəkatına başladılar. Marcosun hərbi vəziyyət elan etməsi ilə mübarizə daha da artdı. Filippin silahlı qüvvələrinin yarısının hərəkətə keçirilməsindən sonra hadisələr əsnasında təxminən 50 min adam öldürüldü, 20 mindən çox müsəlman Şərq Malayziyadakı Sabah ştatina qaçdı.Təşkilatın silahlı qanadını meydana gətirən Banysa Moro Ordusu Filippin qüvvətlərinə böyük itkilər verdirdi. 1976-cı ilin sonlarındakı atəşkəsdən sonra Marcosun təklif etdiyi regional muxtariyyət proqramı üçün həyata keçirilən danışıqların nəticə verməməsi görə, təşkilatın başçısı Nur Misuari 1977-ci ildə tam müstəqillik hədəfi istiqamətində mübarizəni davam etdirmə qərarını açıqladı. Bu dövrdə əvvəl Liviyadan, daha sonra da İrandan diplomatik və hərbi dəstək alan MNLF seçkiləri boykot etdi və hərbi vəziyyətin ləğv edildiyi 1981-ci ildən sonra da mübarizəsini davam etdirdi.Amma regional ayrılıqların da təsiri ilə meydana gələn bölünmələr nəticəsində təşkilatın təsiri zəiflədi. Bölünmələrdən sonra 1981-ci ildə MNLF-dən ayrılan daha radikal bir qrup Moro İslami Qurtuluş Cəbhəsini qurdu. İƏT, Libya və İndoneziya 1992-ci ildə yenidən sülh danışıqlarına vasitəçilik etdilər. 1992-1996-cı illərdə sülh danışıları davam etdi.Uzun illər davam edən qarşıdurmadan sonra 1996-cı ildə Filippin hökuməti ilə MNLF arasında gəlinən nəcitə ilə Mindanao adasındakı Müsəlmanların çoxluq təşkil etdiyi yerlərdə Müsəlman Mindanao Muxtar Bölgəsinin qurulmasına qərar verildi.