Koreya Milli Qurtuluş günü

Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda ŞimaliCənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.[1].

Koreya Milli Azadlıq günü
Müstəqillik tərəfdarı aktivistlərin sərbəst buraxılması (1945)
Müstəqillik tərəfdarı aktivistlərin sərbəst buraxılması (1945)
Rəsmi adı 광복절
조국 해방의 날
Ölkə  Şimali Koreya
 Cənubi Koreya
Növ Tətil
Həsr olunub Yaponiyanın kapitulyasiyası
Tarix 15 avqust
theme.archives.go.kr/nex…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.

Cənubi Koreyada bu əlamətdar günün adı Gwangbokjeol (Hanqıl: 광복절) mənaca "işığın qayıtdığı gün", Şimali Koreyada isə Chogukhaebangüi (Hanqıl: 조국해방의) mənaca "ata yurdunun qurtuluşu" kimi qəbul olunub. Cənubi Koreyada bu gün qeyri-iş günü sayılır.

Bayram Cənubi Koreyada Kvanbokcoul (kor. 광복절, azərb. İşığın Qayıtdığı Gün‎) adlanır və Cənubi Koreyada ictimai bayramlardan biridir. Bayram Şimali Koreyada Çoqukxebani-nal (kor. 조국해방의 날, azərb. Ata Vətənin Azadlıq Günü‎) adlanır və Şimali Koreyada da rəsmi bayramlardan biridir.[2][3]

Koreya yarımadası 1945-ci ildə Antihitler qüvvələri tərəfindən azad edilmişdir. Bundan 3 il sonra ŞimaliCənubi Koreya hökumətləri yaradıldı. Cənubi Koreyanın ilk prezidenti ABŞ-meylli Li Sın Man, Şimali Koreyanın ilk prezidenti isə SSRİÇin-meylli kommunist Kim İr Sen olmuşdur. 1 oktyabr 1949-cu ildə Kvanbokcoul (광복절, İşığın Qayıtdığı Gün) Cənubi Koreyada rəsmi bayram olaraq qəbul edilmişdir. Bu bayram Şimali Koreyada Çoqukxebani-nal (조국해방의 날, Ata Vətənin Azadlıq Günü) adlandırıldı.

Azadlıq günü afişası (Pxenyan, Şimali Koreya)

Hal-hazırda Şimali KoreyaCənubi Koreya azadlıq bayramını birlikdə qeyd edir. Azadlıq günü hər iki ölkə tərəfindən qeyd olunan yeganə Koreya bayramıdır.

5 avqust 2015 tarixində Şimali Koreya hökuməti, 15 avqust 2015 tarixində UTC +08:30 saat qurşağına geri qayıdacağını və saat qurşağının rəsmi adının Pxenyan Saatı və ya PYT olacağını açıqlamışdır.[4][5] Şimali Koreya hökumətinin bu qərarı Koreyanın azadlığının 70 illiyində qüvvəyə girmişdir.[6]

Cənubi Koreyada bir çox fəaliyyət və hadisələr başda prezidentin iştirakı ilə gün ərzində baş verir. Bütün evlərdə Cənubi Koreyanın rəsmi simvollarından biri olan Txeqıkki bayrağını göstərmək təşviq olunur. Bayramda müstəqillik tərəfdarı aktivistlərinin nəvə-nəticələrinə ictimai muzeylərə pulsuz ziyarət edə, ictimai nəqliyyatda və şəhərlərarası qatarlarda isə pulsuz səyahət edə bilərlər.[1]

Bayramın rəsmi mahnısı olan "Kvanbokcoul mahnısı" rəsmi mərasimlərdə oxunur. Mahnının sözlərini Con İn Bo, musiqisini isə Yun Yon Ha yazmışdır.[1]

1974-cü ildə Cənubi Koreyanın birinci xanımı və Pakk Çon Hinin həyat yoldaşı Yuk Yonq So, Seul şəhərindəki Koreya Milli Teatrında Kvanbokcoul mərasimində Mun Seq Van tərəfindən öldürülmüşdür.

  1. 1 2 3 Dusan Ensiklopediyasında Kvanbokcoul Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine  (kor.)
  2. Thinking of reunification through Gwangbokjeol Arxivləşdirilib 2011-06-14 at the Wayback Machine, Unifikasiya Nazirliyinin rəsmi blogu  (ing.)
  3. 北 "8·15는 김일성조선·민족 기원 열린 날" Arxivləşdirilib 2019-08-05 at the Wayback Machine  (kor.)
  4. "North Korea to introduce new timezone this month". BNO News. 7 avqust 2015. 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2015.
  5. "North Korea's new time zone to break from 'imperialism'". BBC News. 7 avqust 2015. 2015-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2015.
  6. Methis-Lilli, Ben. "North Korea Invents New Time Zone, 'Pyongyang Time'". Slate. 7 avqust 2015. 2015-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]