Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.[1].
Koreya Milli Azadlıq günü | |
---|---|
| |
Rəsmi adı |
광복절 조국 해방의 날 |
Ölkə |
Şimali Koreya Cənubi Koreya |
Növ | Tətil |
Həsr olunub | Yaponiyanın kapitulyasiyası |
Tarix | 15 avqust |
theme.archives.go.kr/nex… | |
Vikianbarda əlaqəli mediafayllar |
Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Cənubi Koreyada bu əlamətdar günün adı Gwangbokjeol (Hanqıl: 광복절) mənaca "işığın qayıtdığı gün", Şimali Koreyada isə Chogukhaebangüi (Hanqıl: 조국해방의) mənaca "ata yurdunun qurtuluşu" kimi qəbul olunub. Cənubi Koreyada bu gün qeyri-iş günü sayılır.
Bayram Cənubi Koreyada Kvanbokcoul (kor. 광복절, azərb. İşığın Qayıtdığı Gün) adlanır və Cənubi Koreyada ictimai bayramlardan biridir. Bayram Şimali Koreyada Çoqukxebani-nal (kor. 조국해방의 날, azərb. Ata Vətənin Azadlıq Günü) adlanır və Şimali Koreyada da rəsmi bayramlardan biridir.[2][3]
Koreya yarımadası 1945-ci ildə Antihitler qüvvələri tərəfindən azad edilmişdir. Bundan 3 il sonra Şimali və Cənubi Koreya hökumətləri yaradıldı. Cənubi Koreyanın ilk prezidenti ABŞ-meylli Li Sın Man, Şimali Koreyanın ilk prezidenti isə SSRİ və Çin-meylli kommunist Kim İr Sen olmuşdur. 1 oktyabr 1949-cu ildə Kvanbokcoul (광복절, İşığın Qayıtdığı Gün) Cənubi Koreyada rəsmi bayram olaraq qəbul edilmişdir. Bu bayram Şimali Koreyada Çoqukxebani-nal (조국해방의 날, Ata Vətənin Azadlıq Günü) adlandırıldı.
Hal-hazırda Şimali Koreya və Cənubi Koreya azadlıq bayramını birlikdə qeyd edir. Azadlıq günü hər iki ölkə tərəfindən qeyd olunan yeganə Koreya bayramıdır.
5 avqust 2015 tarixində Şimali Koreya hökuməti, 15 avqust 2015 tarixində UTC +08:30 saat qurşağına geri qayıdacağını və saat qurşağının rəsmi adının Pxenyan Saatı və ya PYT olacağını açıqlamışdır.[4][5] Şimali Koreya hökumətinin bu qərarı Koreyanın azadlığının 70 illiyində qüvvəyə girmişdir.[6]
Cənubi Koreyada bir çox fəaliyyət və hadisələr başda prezidentin iştirakı ilə gün ərzində baş verir. Bütün evlərdə Cənubi Koreyanın rəsmi simvollarından biri olan Txeqıkki bayrağını göstərmək təşviq olunur. Bayramda müstəqillik tərəfdarı aktivistlərinin nəvə-nəticələrinə ictimai muzeylərə pulsuz ziyarət edə, ictimai nəqliyyatda və şəhərlərarası qatarlarda isə pulsuz səyahət edə bilərlər.[1]
Bayramın rəsmi mahnısı olan "Kvanbokcoul mahnısı" rəsmi mərasimlərdə oxunur. Mahnının sözlərini Con İn Bo, musiqisini isə Yun Yon Ha yazmışdır.[1]
1974-cü ildə Cənubi Koreyanın birinci xanımı və Pakk Çon Hinin həyat yoldaşı Yuk Yonq So, Seul şəhərindəki Koreya Milli Teatrında Kvanbokcoul mərasimində Mun Seq Van tərəfindən öldürülmüşdür.