Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Rosa
İtburnu (lat. Rosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. == Botanik xüsusiyyətləri == Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Rəna
Rəna — Qadın adı.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. == Xarici keçidlər == Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d], Ruqalann[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Fəsa şəhristanı
Fəsa şəhristanı - İranın Fars ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Fəsa şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 188 189 nəfər və 45 333 ailədən ibarət idi.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl anbarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.
I Rusa
I Rusa (e. ə. VIII əsr – e.ə. 714) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu == Həyatı == Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı. I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Risa Oribe
Lisa (fransız musiqiçi)
Risa Şimizu
Risa Şimizu (d. 15 iyun 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Rosa woodsii
Vuds itburnusu (lat. Rosa woodsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Rosa Çaça
Rosa Çaça (8 dekabr 1982) — Ekvadorlu marafonçu. Rosa Çaça Ekvadoru 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosa Çaça birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 40 dəqiqə 57 saniyəyə qət edərək 118 marafonçu sırasında 83-cü yeri tutdu. Rosa Çaça növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 100-cü yeri tutdu.
Ruellia rasa
Ruellia rasa (lat. Ruellia rasa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin ruelliya cinsinə aid bitki növü.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. == Haqqında == Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Rəna Cəfərova
Rəna Cəfərova (tam adı: Rəna Ələkbər qızı Cəfərova; 20 yanvar 1953, Tovuz) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == Rəna Ələkbər qızı Cəfərova 1953-cü il yanvarın 20-də Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Tovuzdakı 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki M.Ə. Rəsul-zadə, Bakı Dövlət Univer- siteti ) “Fizika” fakultəsinə qəbul olunmuşdur. O,1975-ci ildə bu fakultəni “ Fizik, fizika müəllimi “ ixtisası üzrə bitirmişdir. Təyinatla Az.EA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və 1975-1978-ci illərdə ETS-də baş laborant, stajer-tədqiqatçı, mühəndis vəzifələrində çalışmışdır. O, 1978-1984-cü illərdə NKPİ-də “Optika” ixtisası üzrə aspiranturada oxumuş və 1984-cü ildə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” ixtisası üzrə “Alkilammonium və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya prosesləri” adlı dissertasiya işini müdafiə etmiş, 1985-ci ildə AAK (Rusiya ) tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi dərəcəsi verilmişdir. Alim 1992- 2002-ci illərdə böyük elmi işçi ( 1994-cü ildə AAK tərəfindən baş elmi işçi diplo- mu verilmişdir), 2002-ci ildən isə aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 2005-ci ildə Y.H.Məmmədəliyev adına NKPİ-də 02.00.13-Neft kimyası və 02.00.04 – Fiziki kimya ixtisasları üzrə “ Neft lüminoforlarında fotofiziki və fotokimyəvi proseslər” adlı doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. R.Ə. Cəfərova 16.02.2012-2019-cu illərdə NKPİ-da “Spektroskopik analiz” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Rəna Dəcani
Rəna Dəcani (azərb. رنا الدجاني‎) — İordaniyalı molekulyar bioloq və Haşimi Universitetinin professoru. O, 2005-ci ildə Ayova Universitetində molekulyar biologiya üzrə doktorluq müdafiə etmişdir.
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Rema
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Reya
Reya (yun. Ῥέα, Ῥείη) – qədim yunan mifologiyasına görə titan ilahə, Uran, və Geyanın qızı, titan tanrı Kronun həm bacısı həm də arvadı, İllahə Hestiya, Demetra, Heranın və tanrı Aid, Poseydon və Zevsin anasıdır.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 833 həqiqi üzvü, 1097 müxbir üzvü, 713 akademiyasının professoru vardır. == Rəhbərlik == Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). == Ədəbiyyat == Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
HESA Azarakhsh
HESA Azarakhsh (fars. آذرخش‎ Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər. Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır. == İnkişafı == 1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir. 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır. 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
HESA Saeqeh
HESA Saeqeh (fars. : صاعق‎ azərb. : “ildırım”‎), həmçinin Sa'eqeh; Saegheh, və ya Saeqeh-80, adı ilə də tanınır. ABŞ istehsalı olan təkoturacaqlı Northrop F-5 reaktiv qırıcı hərbi təyyarəsinin İran versiyasıdır. Təyyarə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyinin ortaq məhsulu olub, HESA Azarakhsh qırıcısının ikinci nəsilidir. Saeqeh 20 sentyabr 2007-ci ildə İranda uğurla sınaqdan keçirilmişdir. == İnkişaf == Reaktiv təyyarənin ilk prototipinin sınaq uçuşunun görüntüləri 2004-cü ilin iyul ayında nümayiş etdirilmişdir. İran İslam Respublikasının Xəbərlər Şəbəkəsində verilmiş bir məlumatın mərkəzi Vaşinqton şəhərində yerləşən Yaxın Şərq üzrə Media Tədqiqatları Mərkəzinin etdiyi tərcüməyə görə, Saeqeh 6 sentyabr 2006-cı ildə İranda təşkil edilmiş olan “Zülfüqarın zərbəsi” adlı hərbi xarakterli oyunlarda iştirak edərkən fəaliyyətə başlamışdır. 19 avqust 2006-cı ildə başlayan bu təlimdə, yeni qırıcı “virtual düşmən hədəflərini bombalama missiyası” və “saxta bombalama missiyası” olaraq xarakterizə edilən vəzifələri həyata keçirmişdir. Daha əvvəl nümayiş etdirilənlərdən fərqli görünən iki prototip 20 sentyabr 2007-ci ildə Tehranın Mehrabad hava limanında uçuş keçirmişdir.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.