Mahnı (rəsm)

"Mahnı"Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri.[1]

Mahnı
Rəssam Toğrul Nərimanbəyov
Tarixi 1970
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Rusiya Dövlət Muzeyi, Moskva

Təsvir[redaktə | mənbəni redaktə et]

Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir.[2] Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük.[3]

Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.[4]

Rəssamın bu kompozisyası Muğam adlı əsərində də qarşımıza çıxır. Hər iki əsərdə də mərkəzdə 3 musiqi ifaçısı yerləşdirilmişdir.[5]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Möhbəddin Səməd. Toğrul Nərimanbəyov, Şux rənglərin təranəsi. Bakı: Çağdaş As nəşriyyatı. 2011.
  • Vagif Muğallı. TUĞRUL NERİMANBEYOV’UN AZERBAYCAN RESİM SANATI İÇİNDEKİ YERİ VE ÖNEMİ. Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2015.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Б. Ф. Домашников. Художник и мир. — Советский художник, 1976. — С. 104. — 150 с.
  2. Səməd, 2011. səh. 61
  3. Muğallı, 2015. səh. 61
  4. Muğallı, 2015. səh. 62
  5. Səməd, 2011. səh. 63