Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. == İstifadəsi == Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. == Solmaz adlı məşhur insanlar == Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Sığdaş
Sığdaş — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Oykonim sığ (talış, “daş”) və daş sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəki “dəşt” (çöl, biyaban, düz) sözünün qısaldılmış formasıdır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində toplam 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişilər, 134 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Viləşçay sahilində yerləşən Sığdaş kəndi həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Yeni salınmış kiçik kənd olan Qodman öz adını sahilində yerləşdiyi Qodman çayından almışdır. Hazırda kənd əhalisinin sayı 1505 nəfərdir.
Sığnaq
Siqnaxi və ya Sığnaq — Gürcüstanın Kaxeti mxaresində yerləşən kiçik şəhər. Sığnaq (Xocalı) — Xocalı rayonunda kənd.
Sığnax
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Yılmaz
Yılmaz — Türk soyadı. Cem Yılmaz — Türkiyəli komediya ustası, aktyor Burak Yılmaz — "Qol kralı" ləqəbli türk futbolçusu Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. Büşra Yılmaz – Türkiyə qadın romançısı. Özlem Yılmaz — Türk kino və teleserial aktyoru. Mustafa Yılmaz — türk şahmatçı, qrosmeyster (2012).
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Büşra Yılmaz
Büşra Yılmaz (türk. Büşra Yılmaz; 1996, Tokat) – Türkiyə qadın romançısı. == Karyera == Kiçik yaşlarından bəri yazmağa marağı olan Büşra Yılmaz, əlində hal-hazırda "Ölümə Pıçıldayan Adam" kimi əsəri olmasına baxmayaraq, əyləncəyə ehtiyacı olduğu bir dönəmdə internetdən 4N1K adlı əsərini bölüm-bölüm yazmağa və birbaşa oxuyucuya təqdim etməyə başladı. Gələn böyük maraqdan sonra, çap üçün Epsilon nəşriyyatı ile razılaşdı. Kitab satışa çıxan kimi "çox satanlar" siyahısına ilk sıradan girdi və ilk həftə 100 mindən çox satıldı. Elele Avon Qadın Mükafatları (2016) tərəfindən "İlin Yazarı" mükafatına layiq görüldü. İmza günlərində yaşanan gərginlikdən sonra o, Fabrika Yapım-dan işini filmə çevirmək təklifini qəbul etdi və bu təklif "4N1K-2: 12-dən sonra" üçün davam etdi. Çıxarılan iki filmdən sonra ekranlarda "4N1K İlk Sevgi" adı ilə Fox TV seriyalı kimi yayımlanmağa başladı. Birinci sezondan sonra serial rəqəmsal olaraq "4N1K Yeni Başlanğıclar" adı ilə davam etdi. 4N1K ilə çox ziddiyyətli bir fantastikaya sahib olan "Ölümə Pıçıldayan Adam" və onun davamı olan "Kibrit Çöpü Məzarlığı" da Epsilon Nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Cem Yılmaz
Cem Yılmaz (23 aprel 1973, İstanbul) — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejisor. == Həyatı == Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olmuşdur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlamış, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışmışdır. "Leman Kültür Merkezi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Merkezi"ndə davam etdirmişdir. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. == Həyatı == Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir. London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. == Fəaliyyəti == 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır.
Solmaz (dəqiqləşdirmə)
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. == Solmaz adlı məşhur insanlar == Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Sığnaq (Gürcüstan)
Siqnaxi (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi. == Tarix == Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
Sığnaq (Qazaxıstan)
Sığnaq (Sığınaq) — Müasir Qazaxıstanın Qızıl orda vilayəti ərazisində, Tümən-Arıq dəmiryolu stansiyasından 18 km şimal-şərqdə, Sırdərya çayından 20 km şimalda tapılan qədim şəhər. 15 qullələri ismən qalan daş hasarla əhatələnən şəhristanın sahəsi 10 ha yaxındır. Torpaq xəndəklə əhatələnən həndəvəri ilə birlikdə -13 ha. Ərazisində məsçid, mədrəsə, türbə və yaşayış tikililəri var. Su şəhərə 20 km kanal vasitəsi, eləcə də Karatay yamaclarındakı dağ çaylarından daxil olurdu. İlk dəfə X əsrdə ərəb coğrafiyaçısı əl-Məqdisi tərəfindən, oğuzların şəhəri kimi qeyd edilir. XI əsrin ortalarında qıpçaq şəhəri, Tən-Şan dağlarından Sırdərya ilə aşağı sonra isə Xəzərin müasir sahilinə qədər kedən karvan yolunda iri ticarət və sənətkarlıq mərkəzi idi. 1219 ildə monqollar tərəfindən dağıdılıb, lakin XIII sərdə dirçəlib, Qızıl Ordanın pul sikkəxanalarından biri. XIV əsrin ortalarından Göy Ordanın paytaxtı. XIV-XV əsrlərdə Teymurun və Teymurilərin imperiyasının tərkibində idi.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. == Həyatı == Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.
Solmaz Eliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. == Həyatı == Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. == "Kim Tanımır Solmazı" musiqisi == Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Solmaz Hətəmova
Solmaz Hətəmova (1950, Bakı) — aktrisa. == Həyatı == Solmaz Hətəmova 1950-ci ildə Bakıda anadan olub. 150 saylı orta məktəbi bitirib. 13 yaşında məşhur "Sehrli xalat" filmində pioner Zərifə obrazını yaradıb. Sonradan Azərbaycan Neft Akademiyasının (AZİ) iqtisadiyyat fakultəsini bitirib. Uzun müddət Rabitə Kollecində dərs deyib və ixtisası üzrə çalışıb. Hazırda təqaüddədir. Ailəlidir, 2 oğlu, 3 nəvəsi vardır.
Solmaz Kosayeva
Kosayeva Solmaz Qorçu qızı (Aşıq Solmaz; 3 mart 1955, Qazax rayonu) — Azərbaycan aşığı, şairi, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2016). == Həyatı == Solmaz Kosayeva 1955-ci il iyunun 3-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb. Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb. 1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norveç, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.
Solmaz Mirzəyeva
Solmaz Mirzəyeva (8 iyul 1938, Bakı – 25 yanvar 2010, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == Solmaz Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir. 1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır. Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980–1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur. İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır.
Solmaz Musayeva
Solmaz Qurban qızı Musayeva (10 aprel 1928, Bakı – 21 oktyabr 2016) — teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2007). == Həyatı == Solmaz Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947–1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1953–1955-ci illərdə təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat etmişdir. == Yaradıcılığı == 1965–1981-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamı kimi çalışmışdır. 1981–1987-ci illərdə isə baş rəssam kimi çalışmış, teatrın Azərbaycan və rus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan "Malçiş-Kibalçiş" (A.Qaydar), "Bu ev kimin evidir?" (S.Marşak), "Məşədi İbad" (Ü.Hacıbəyli), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Ə.Abbasov), "Cunquş" (X.Əlibəyli), "Qaravəlli" (Anar), "Meşə nağılı" (T.Mütəllibov), "Yumaq top" (F.Sadıq), "Şən ayılar" (V.Rabadan), H.X.Andersenin "Ole Lukoye və yaxud Sehrli çətirlər" (H.X.Andersen), "Cırtdan", "Sehrli nar" (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.
Solmaz Mustafayeva
== Həyatı == •Elmi əsərlərinin sayı- 680 •Xaricdə dərc olunan əsərlərinin sayı- 525 •Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 150 •Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 35 •Elmi-pedaqoji fəaliyyəti = 2 il pedaqojı stajı - Bakı Ali Hərbi Məktəbində •Dil bilikləri = azərbaycan, rus və ingilis dilləri == Əsas elmi nəticələri == Mürəkkəb tərkibli xalkogenid AIIIBVI və TlBIIIC2VI yarımkeçiricilərdə relaksasiya electron proseslərinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamış və xüsusi xassələrə malik olan interkalyasiya olunmuş laylı və zəncirvari strukturaları dünyada ilk dəfə alıb və tədqiq etmişdir. Xarici amillərin (sabit və dəyişən elektrik sahəsi, elektromaqnit şüalanması, temperatur, təzyiq, rentgen şüalanması və s.) alınmış yarımkeçirici nazik təbəqə və kristallarına təsirinin fiziki qanunauyğunluqları tədqiq edilmiş və bu əsasda yeni tipli yarımkeçirici çevricilər və cihazlar ixtira edilmişdir. == Əsas elmi əsərləri == 1. Mustafaeva S.N., Asadov M.M. Currents of Isothermal Relaxation in GaS (Yb) Single Crystals // Solid State Communications. 1983. V. 45. № 6. P. 491 - 494. 2. Mustafaeva S.N., Abdullaev G.B. Photostimulated polarization and depolarization in metal- GaSe -metal thin film structures // Thin Solid Films.
Solmaz Məhərrəmova
Məhərrəmova Solmaz Səttar qızı — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru. == Həyatı == Azərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir. 1980-1992-cı illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA -nın A. A.Bakıxanov adına Tarix İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Laçın Rayon təşkilatının sədridir. == Elmi fəaliyyəti == 1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür. Üç monoqrafiya, 150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", habelə bu yaxınlarda nəşrə təqdim edilmiş "Qarabağın etnorafiyası" adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir.
Sığnaq (Xocalı)
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sığnaq bələdiyyəsi
Siqnaxi bələdiyyəsi (gürc. სიღნაღის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi. 2006-cı ilədək Sığnaq rayonu adlanıb. İnzibati mərkəz Siqnaxi şəhəridir.
Sığnaq qəzası
Sığnaq qəzası (rus. Сигнахский уезд; gürc. სიღნაღის მაზრა siğnağis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sığnaq şəhəri idi. == Tarix == 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. Kartli–Kaxetiya krallığı dövründə Kaxetiya krallığı 2 mahala bölünürdü: Qaxet mahalı və Qızıq mahalı. Yeni təşkil edilmiş Sığnaq qəzası keçmiş Qızıq mahalını, Telavi qəzası isə Qaxet mahalını əhatə edirdi. 22 aprel 1840-cı ildə Sığnaq qəzası ləğv edildi, onun ərazisi yeni təşkil edilmiş Gürcüstan–İmeretiya quberniyasının Telavi qəzasına verildi. 26 dekabr 1846–cı ildə Gürcüstan–İmeretiya quberniyası ləğv edildi, inzibati–ərazi vahidi olaraq Sığnaq qəzası yeni yaradılmış Tiflis quberniyası tərkibində yenidən təşkil edildi. == Əhali == Rusiya İmperiyasının Zaqafqaziyadakı ərazilərində ilk kameral sayım 14 aprel 1803-cü ildə başladılmış və 1805-ci ilədək davam etmişdir.
Siqnal
Siqnal — fiziki obyektlərin öyrənilməsi və idarəedilməsi məqsədilə onların xarakteristikaları və xassələri haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasını təmin edən elmi texniki fəaliyyət sahəsi "informasiya- ölçmə texnikası" adlanır. Ölçmə- təcrübə yolu ilə fiziki kəmiyyətlərin qiymətlərinin xüsusi texniki vasitələrin köməyilə tapılması olub, tədqiqat və nəzəriyyə arasında bilavasitə əlaqəni, elmi tədqiqatların doğruluğunu və müasir istehsal məhsullarının yüksək keyfiyyətini təmin edir. Siqnalın zaman ərzində dəyişmə xarakterinə görə ölçmələr kvazideterminə olunmuş siqnalların parametrlərini ölçmələrə və təsadüfi siqnalların parametrlərini ölçmələrə bölünür. Təsadüfi siqnalı ölçdükdə, siqnalın çoxsaylı ani qiymətlərini emaletmə yolu ilə alınmış statistik xarakteristikaları müəyyən edilir. Ölçmənin nəticəsi – fiziki obyektlərin xassə və xarakteristikaları haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasıdır ki, sonradan onlar öyrənilmə və idarəetmə məqsədləri üçün istifadə olunur. İnformasiya – ilkin qeyri-müəyyənliyi azaldan məlumatlar toplusudur. Statistik informasiya nəzəriyyəsində informasiyanın alınması qeyri-müəyyənliyin aradan qaldırılması kimi xarakterizə olunur. İnformasiya özü- özlüyündə maddi deyil. İnformasiya daşıyıcıları isə – cərəyan, radio dalğaları, kitablar və s.– maddidirlər. Onlar kütləyə, enerjiyə, çəkiyə və ölçülərə malik-dirlər.
Siqnax
Siqnax Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır. == Toponimkası == Siqnax- Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır.Mirzə Camal Cavanşir (XVIII əsr) "Sığnaq qalası kimi qeyd etmişdir.Qarabağın Gülüstan mahalında da bir kəndin Sığnaq adlandığı göstərilmişdir.Qarabağda Xankəndi rayonunda bir kənd indi Siqnaq adlanır.Qıpçaq çölündə (Dəşti Qıpçaqda) yaşamış qıpçaqların paytaxt şəhərinin adı Suqnax idi.V.V.Bartolda görə, şəhər Orta Asiyada Ətrar şəhərindən 24 fərsəng aralıda idi.Bu şəhərin xarabalıqları Suqnak Kurqan adı ilə Sırdərya çayının sahilindədir.Azərbaycan Sacilər dövlətinin əsasını qoymuş Əbu Saç Divdad da əslən Suqnak şəhərindən idi.XII əsrdə qıpçaqların Gürcüstan ərazisinə köçürülməsi ilə əlaqədar şəhərin adı da gətirilmişdir.Qazax qəzasında Siqnax dağ və Siqnax Daş qışlaq,Şuşa qəzasında Siqnax kənd,Qars əyalətinin Kaqızman dairəsində Siqnax dağ adları ilə mənşəcə eynidir.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. == Tarix == Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib. Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. == Ümumi məlumat == Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Analoq siqnal
Analoq siqnal — Analoq siqnal, siqnalın zamanla dəyişən özəlliyinin başqa bir zaman dəyişkən miqdarıdır yəni zamanın dəyişməsinə uyğun olaraq hər hansı bir daimi siqnaldır. Misal üçün bir analoq səs siqnalında, siqnalın ani gərginliyi səs dalğalarının təzyiqi ilə davamlı olaraq dəyişir. Bu daimi miqdarın, sadəcə limitli sayda dəyərdən birini ala bilən bir ayrı dəyərlər sırasının təmsili olduğu rəqəmsal siqnaldan fərqlidir. Analoq siqnal termini ümumiyyətlə elektrik siqnalları ifadə edir; bununla birlikdə mexaniki, pnevmatik, hidravlik, insan səsi və digər sistemlər də analoq siqnallarla göndərilə bilər və ya düşünülə bilər. == Haqqında == Analoq siqnal siqnalın məlumatını ötürmək üçün mühitin bəzi özəlliklərini istifadə edə bilər. Misal üçün bir aneroid barometri, təzyiq məlumatını göndərmək üçün siqnal olaraq dönən mövqeyə istifadə edilir. Bir elektrik siqnalında, siqnalın gərginliyi, cərəyanı və ya tezliyi məlumatı təmsil edəcək şəkildə dəyişdirilə bilər. == Xarakteristikaları == Hər hansı məlumat analoq siqnalları ilə ötürülə bilər; ümumiyyətlə belə bir siqnal, səs, işıq, istilik, mövqe və ya təzyiq kimi fiziki hadisələrdəki dəyişiklər ölçülən bir cavabdır. Fiziki dəyişən bir çevirici tərəfindən bir analoq siqnala çevrilir. Misal üçün, bir mikrafonun diafraqmasına toxunan səs elektromaqnit miqrafondakı bir bobin tərəfindən istehsal edilən axında və kondensator mikrafon tərəfindən istehsal edilən edilən gərginlikdə qarşılıq gələn dalğalanması səbəbləridir.
Raci Şaşmaz
Tayyar Raci Şaşmaz (d. 30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenarist və aktyor. == Həyatı və karyerası == Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan Deli Yürek serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan Deli Yürek: Bumerang Cehenneminin ssenarisini qələmə aldı. Ardından məşhur serial Qurdlar Vadisini yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq, Qurdlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyinidə üstləndi. Ekmek Teknesi, Eşref Saati, Qurdlar Vadisi Terror, Qurdlar Vadisi Pusqu serialları ilə yanaşı Muro, Qurdlar Vadisi İraq, Qurdlar Vadisi Qladio, Qurdlar Vadisi Fələstin filmlərinə imzasını atdı.