Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brendan Şenaxen
Brendan Frederik Şenaxen (23 yanvar 1969) — Kanadalı keçmiş peşəkar buzüstü hokkey oyunçusu və hazırda prezident vəzifəsini icra edir.Əvvəllər Milli Hokkey Liqasında (MXL) oyunçu təhlükəsizliyi direktoru vəzifəsini icra edirdi. == Çıxış etdiyi klublar == New Jersey Devils (1988–1991) St.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Kəndaxan
Kəndaxan — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndaxan Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Keçmışdə Kəndüvan da adlanmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kəndaxan adlı bir Şəxs saldığı üçün kəndə onun adı qoyulmuşdur. Əslində, istər yaşayış məntəqəsinin keçmiş adı, istərsə də indiki adı "kənd yeri" mənasındadır.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Səngan
Səngan (Rəzəvi Xorasan)
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). == Bioqrafiya == Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. == Diskoqrafiya == Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Hüseynabad (Səfaxana)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Səfaxana dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (12 ailə).
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Səfaxana (Sayınqala)
Səfaxana (fars. صفاخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.356 nəfər yaşayır (266 ailə).
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Sərxan Abdullayev
Sərxan Abdullayev (filoloq)
Sərxan Aliyev
Sərxan Bayramov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Sərxan Bağırov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Sərxan Hacıyev
Sərxan Eldar oğlu Hacıyev (8 iyul 1990, Qobustan, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (Gürcüstan, Dmanisi) Qızılkilsə kəndindən idi. Orta təhsilini də Qobustanda bitirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşini bir həftə neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub. Qobustan kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sərxan Həsənov
Sərxan Habil oğlu Həsənov (8 mart 1999 – 27 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Həsənov 1999-cu il martın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 2005–2014-cü illərdə Q. Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sərxan Həsənov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sərxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sərxan Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində dəfn olunub.
Sərxan Həşimov
Sərxan Kərəmoğlu
Sərxan Kərəmoğlu — aktyor, tele-aparıcı, rejissor, ssenarist, Rusiyada ilk Azərbaycan teatırının yaradıcısı, Heydər Əliyev Universitetinin məzunu, Dünya Azərbaycanlılar Konqresi RF üzrə Mədəniyyət şöbəsinin rəisi, Nəsibə Zeynalova adına Moskva Estrada teatırının bədii rəhbəri, Türkiyə Cümhuriyətində İstanbulda "Guliyeva adına Türk-Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti. == Həyatı == == Filmoqrafiya == Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — ssenari müəllifi, ikinci rejissor, rol: Zeynal Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film) — ssenari müəllifi, quruluşçu rejissor, rol: Sərxan Adam ol!
Sərxan Kəskin
Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi. == Fəaliyyəti == 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür. 2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı. 2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı 2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı. 2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır. 2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.
Sərxan Mirzəmmədov
Sərxan Osman oğlu Mirzəmmədov (3 avqust 1998, Mirzəməmmədqışlaq, Xaçmaz rayonu – 9 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mirzəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Mirzəmmədov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Mustafayev
Sərxan İslam oğlu Mustafayev (21 mart 1994; Qazax rayonu, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 2001-2009-cu illərdə Aslanbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Sərxan Mustafayev 2012-2013-cü illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Mustafayev oktyabrın 31-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunub.
Sərxan Muxtarov
Sərxan Məmmədov
Sərxan Elxan oğlu Məmmədov (4 noyabr 1993, Nemətabad, Yevlax, Azərbaycan — 19 oktyabr 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Məmmədov 4 noyabr 1993-cü ildə Yevlax rayonunda dünyaya gəlib. Hələ uşaq yaşlarından idmana böyük marağı olan Sərxan karate üzrə bir sıra nailiyyətlər qazanıb. 2020-ci ildə isə yenidən MAXE kimi ordu sıralarında xidmətə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərxan Məmmədov Madagizin azad edilməsində savaşıb. Sərxan Məmmədov 2020-ci il oktyabrın 10-da Suqovuşanda gedən döyüşdə şəhid olub. Yevlaxda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Ocaqverdiyev
Sərxan Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Ocaqverdiyev 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan tərxis olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. == Döyüşlərdə iştirakı == 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur. Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.
Sərxan Qasımov
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Senixa
Senixa (isp. Senija) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 4,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 661 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 75 km uzaqlıqda yerləşir.
Şenyan
Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir. 17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır. Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır. == Beynəlxalq əlaqələr == === Xarici konsulluqlar === Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir. === Qardaş şəhərlər === Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.
Şeyxan
Şeyxan qəzası
Sepahan FK
Sepahan — İranın futbol klubu.
Çenaran şəhristanı
Çinaran şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çinaran şəhəridir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 108,533 nəfər və 26,937 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Xorasan türkləri, farslar və kurmanclardan ibarətdir.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır. İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır.