Sərxan Elxan oğlu Məmmədov (4 noyabr 1993, Nemətabad, Yevlax, Azərbaycan — 19 oktyabr 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Sərxan Məmmədov | |
---|---|
Sərxan Elxan oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nemətabad, Yevlax, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Yevlax |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Sərxan Məmmədov 4 noyabr 1993-cü ildə Yevlax rayonunda dünyaya gəlib.[2] Hələ uşaq yaşlarından idmana böyük marağı olan Sərxan karate üzrə bir sıra nailiyyətlər qazanıb. 2020-ci ildə isə yenidən MAXE kimi ordu sıralarında xidmətə başlayıb.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərxan Məmmədov Madagizin azad edilməsində savaşıb. Sərxan Məmmədov 2020-ci il oktyabrın 10-da Suqovuşanda gedən döyüşdə şəhid olub. Yevlaxda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]