Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səyyarə Mollazadə
Mollazadə (Fərhadova) Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu, Zaqatala dairəsi – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor == Həyatı == S. Mollazadə Qaxın İlisu kəndində 1933-cü ildə doğulub. Atası Məmməd Fərhadov dövrünün savad sahiblərindən olub. Anası Səfiyyə xanım evdar qadın idi. Səyyarə 2–3 yaşında olanda atasının iş yerini Bakıya dəyişirlər və ailə Bakıya köçür. Müharibə başlayanda atası orduya səfərbər edilir. Buna görə də ailə təzədən İlisuya — babasının və nənəsinin yanına qayıdır. Səyyarə xanım 132 nömrəli məktəbdə oxuyub (atası müharibədən yaralı qayıdandan sonra yenidən Bakıya köçmüşdülər). Səyyarə o, zamankı ADU-nun filologiya fakültəsinə daxil olur. Səyyarə xanımın bir kursda oxuduğu tələbələr arasında gələcəkdə ölkənin şəxslər də var idi: mərhum şairlər Xəlil Rza, Əliağa Kürçaylı, akademik Bəkir Nəbiev. İstedadlı jurnalist və yazıçı Əlfi Qasımov, nəğməkar şair İslam Səfərli, müğənni Gülağa Məmmədov və s.
Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək). == Həyatı == Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub. 1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir. 2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur. Ailəlidir, 3 övladı var. == Yaradıcılığı == Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.
Səyyarə İbadullayeva
Səyyarə Cəmşid qızı İbadullayeva (22 fevral 1957, Naxçıvan) — biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun direktoru. == Həyatı == Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Еlmlər Akademiyası Naхçıvan Regional Еlm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib. 1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib. === Təhsili === 1990–1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Bоtanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının Kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür. Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
Səyyarə Əliyeva
Səyyarə Əliyeva (tam adı: Səyyarə Qulam qızı Əliyeva) — Azərbaycan alimi, texnika elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasının müdiri. == Həyatı == Səyyarə Qulam qızı Əliyeva 30 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakının Sabunçu rayonundakı 155 saylı orta məktəbi 1967-ci ildə bitirmiş və həmin ildə, Azərbaycan Neft - Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakultəsinə daxil olmuş və 1972-ci ildə kimyaçi texnoloq mühəndisi ixtisası ilə bitirmişdir. 1972-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasında ali təhsilli laborant kimi işə başlamışdır. 1974-cü ildə mühəndis, 1980-cı ildə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1982-ci ildə istehsalatdan ayrılmadan, Azərbaycan SSR EA-nın Y.H.Məmmədəliyev adına NKPI-nin nəzdində «Yanacaqların və qazın kimyəvi texnologiyası» ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ilin mayında «Azərbaycanın parafinli neftlərindən və katalitik krekinq məhsulları əsasında reaktiv yanacaqların alınması» mövzusunda «Məxfi» qriflə namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə attestasiyanın nəticələrinə görə elmi işçi, 1994-cü ildə attestasiyanın nəticələrinə görə baş elmi işçi vəzifəsinə təyin edilib. 1997-ci ildən baş elmi işçi elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən etibarən, Əliyeva S.Q. aparıcı elmi işçi vəzifəsində reaktiv və dizel yanacaqların alınması, onların ehtiyatını öyrənmək, keyfiyyətini yaxşılaşdırmaq və hidravlik aviasiya yağının baza məhsulunun alınma, texnologiya-sının işlənməsi istiqamətində aparılan işlərə rəhbərlik etmişdir.
Hacıabad-i Səyyadə (Qürvə)
Hacıabad-i Səyyadə (fars. حاجي آباد سيده‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Təyyarə
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. == Tipləri == Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz ==== Yaranma tarixi haqqında ==== Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Adi təyyarə
Konvansiyonal təyyarə, adi təyyarə və ya ənənəvi təyyarə, qanadları orta gövdə ətrafında olan quyruğu arxada olan ənənəvi təyyarə növlərinə verilən addır. Ənənəvi olmayan təyyarə növlərinə kanart, V quyruqlu təyyarə kimi fərqli konstruksiyalara malik olan təyyarələri göstərmək mümkündür.
Amfibiya təyyarə
Amfibiya təyyarə — həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür.
Avstraliya səyyahı
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Reaktiv təyyarə
Reaktiv təyyarə Reaktiv mühərriklər tərəfindən hərəkətə gətirilən təyyarələrdirlər. Reaktiv təyyarələr ümumi olaraq pər gücü ilə işləyən təyyarələrdən daha sürətli və daha çox hündürlüyə dırmana bilirlər — dırmanma hündürlüyü 10,000 ilə 15,000 metrə qədərdir (təxminən 33,000 ilə 49,000 ft). Bu hündürlüklərdə reaktiv mühərriklər uzun məsafələrdə maksimum məhsuldarlıq verirlər. Pər gücü ilə işləyən mühərriklər isə maksimum məhsuldarlığı aşağı hündürlüklərdə verirlər. Reaktiv təyyarələr səsdən daha sürətli hərəkət edə bilirlər. Ruminyalı mühəndis Henri Coandă, 1910-cu ildə Coanda-1910 adında ilk reaktiv təyyarəni yaratmışdır. Daha sonralar, iki mühəndis, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrılıqda bu anlayışı inkişaf etdirmişdirlər, buna baxmayaraq ilk model turboreaktiv Frank Vayta aiddir. Wittering Aviasiya Məktəbində Frank Whittle tərəfindən 1928-ci ilin avqustuna qədər bu anlayış nəzərdən keçirilmişdir, fəqət eyni zamanda Hans von Ohain 1936-cı ilin fevralında ilk reaktiv təyyarənin dizaynı və imkanları haqqında Ernst Heinkelə bir məktub yazmışdır. Ancaq 1926-cı ilin iyun ayında kompressor və turbinlərin üstündə RAE-də işlədiyi zaman bir hesabat yazan A. A. Griffith, bu məktubu ələ almışdır və eyni zamanda daha etibar edilən olmuşdur.
Stels Təyyarə
Stels təyyarə Stels Texnologiyalarından istifadə edərək düşmənin sonar, infraqırmızı və digər növ radarlarına mümkün qədər az görünən və bəzən də görünməyən təyyarələrdir. Stels təyyarələrin hazırlanması ikinci dünya müharibəsi dövrünə təsadüf edir. 1944-cü ildə istehsal olunmuş Horten Ho 229 təyyarəsi ilk stels təyyarə kimi qeyd olunur. Müasir stels təyyarələrə misal kimi Lockheed F-117 Nighthawk, B-2 Spirit, F-22, F-35, T-50 PAK FA-nı göstərmək olar. Əslində heç bir təyyarə radarlara tamamilə gizli deyildir. Lakin stels təyyarənin normal radarlar tərəfindən tutulması çox çətindir. Tutulsa belə ona atılan izləyən raketlərin onları vurmaq ehtimalı azdır. Çünki təyyarədən əks olunan siqnallar çox zəif olduğuna görə raketin öz radarları buraxılandan sonra onu izləməkdə çətinlik çəkirlər. İndiyə kimi yalnız Amerika Birləşmiş Ştatları ordusunun arsenalında stels təyyarələr mövcuddur. Digər ölkələrdəki təyyarələr hələ də test mərhələlərindədirlər.
Təyyarə korpusu
Təyyarə korpusu və ya fuzelyaj (/ f ju z əl ɑː ʒ /;dan fransızca fuselé “mil şəklində”) təyyarənin əsas hissəsidir. Ekipaj, sərnişinlər və yüklər də daxil olmaqla karqolar ümumiyyətlə burada saxlanılır. Tək mühərrikli təyyarələrdə ümumiyyətlə bir mühərrik olur, lakin bəzi amfibiya təyyarələrdə tək mühərrik üzən korpus kimi istifadə edilən təyyarə korpusuna bağlanmış bir dirəyə quraşdırılır. Fuzelyaj ayrıca idarəetmə və sabitləşdirmə səthlərini təyyarələrin sabitliyi və manevr qabiliyyəti üçün lazım olan qaldırıcı səthlərlə xüsusi münasibətlərdə yerləşdirməyə xidmət edir.
Təyyarə məktəbi
Təyarrə məktəbi türk. Tayyare Mektebi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi. == Tarixi == Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı). Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.
Təyyarə məzarlığı
Təyyarə məzarlığı ABŞ-də Arizona səhrasının ortasında, 1050 hektarlıq ərazini əhatə edən bir məzarlıqdır. Bura ABŞ Hava Qüvvələrinin əvvəllər istifadə etdiyi təyyarələri saxladığı və "Sümük Anbarı" adlandırdığı təyyarə məzarlığıdır. Bu məzarlıqda istifadəyə yararlı olabiləcək on minlərlə ehtiyat hissəsinin olduğu düşünülür. Təxmini hesablamalara görə bu məzarlığın ümumi dəyəri 35 milyard dollardır.Əhatə etdiyi ərazi isə 1300 stadioni ərazisinin cəminə bərabərdir.Bu böyük ərazidə 4800 təyyarə və 350 mindən artıq ehtiyat hissə var. Rəsmi adı 309 AMARG olan fabrikdə 2005-ci ildə 19 mindən artıq hissə istifadəyə yararlı vəziyyətə gətirilmiş və beləliklə də 568 milyon dollar qənaət edilmişdir. Bu nəhəng anbarın müştərisi əlbəttə ki, təkcə ABŞ deyil.ABŞ bu anbardan bəzi ölkələrə ehtiyat hissələri,hətta təyyarələr satıb. Belə bir anbar üçün bu cür ərazinin seçilməsi də təsadüfi deyil. Çünki bu əraziyə yağış az yağır, rütubət isə demək olar ki yoxdur və bu da polad və metal hissələrin daha uzunömürlü olmasına şərait yaradır.
Təyyarə rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. == Həyatı == Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. === Səfərləri === Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Səyyad Aran
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsini müvəqqəti icra edən. == Bioqrafiya == Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdr. === Təhsili === 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. === Əmək fəaliyyəti === 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
Səyyad Ağahüseynli
Səyyad Əliyar oğlu Ağahüseynli (30 yanvar 2002; Qarazəncir, Cəlilabad rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyad Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Səyyad Ağahüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüş meydanında qarşı tərəfin canlı qüvvəsini zərərsizləşdirmiş, texnikasını məhv etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir. 20 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 21 oktyabr 2020-ci ildə doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Səyyad Ağayev
Səyyad İsaq oğlu Ağayev (25 aprel 1976, Bakı) – İqtisad üzrə fəlsəfə doktoru, AMEA İdarəetmə Sistemləri İnstitunun 4.3 saylı "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi" laboratoriyasının böyük elmi işçisi == Həyatı == Səyyad İsaq oğlu Ağayev 25 aprel 1976-cı ildə Masallı rayonunun Kubın kəndinə anadan olmuşdur. 1982-1993-ci illərdə Kubin kənd E.Xamiyev adına əsas məktəbdə, 1991-1993-cü illərdə Hişkədərə kənd E.Ağayev adına orta məktəbdə təhsil almışdır. • 1993–1997: Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsi, bakalavr; • 2001–2003: Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsi, informatika ixtisası, magistr; • 2007–2010: Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Ekonometrika” ixtisası üzrə əyani doktoranturası. Mövzu: “Vergidən yayınma risklərinin modelləşdirilməsi”, Elmi rəhbər iqtisad elmləri doktoru, professor Y.H.Həsənli. www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_n_asi_30_05_13.pdf • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 fevral 2014-cü il tarixli (protokol N03) qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Ailəlidir. İki oğlu var. == Elmi fəaliyyəti == Azərbaycan Republikasında fəaliyyət göstərən sadələşdirilmiş və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin göstəricilərinin paylanması qanunları test edilmiş və vergidən yayınma riskləri qiymətləndirilmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan Republikasında fəaliyyət göstərən sadələşdirilmiş və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin göstəricilərinin paylanması qanunları test edilmiş və vergidən yayınma riskləri qiymətləndirilmişdir == Pedaqoji fəaliyyəti == • Bakı Dövlət Universiteti (”Ekonometrika” və “Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi” fənni) • Azərbaycan Universiteti (Ümumi iqtisadiyyat kafedrası 0,5 ş.v. müəllim.
Səyyad Mövsümov
Səyyad Mübariz oğlu Mövsümov (5 noyabr 2000, Babazanlı, Salyan rayonu – 28 sentyabr 2020, Talış-Suqovuşan istiqaməti) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səyyad Mövsümov 2000-ci il noyabrın 5-də Salyan rayonun Babazanlı qəsəbəsindən anadan olmuşdur . Uşaq yaşlarından etibarən hərbi sahəyə marağı birinci Qarabağ müharibəsi veteranı Mübariz Mövsümovdan keçmişdir. Sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murov zirvəsindəki döyüşlərdə düşmənin snayper gülləsi ilə vəfat etmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində pulemyotçu kimi xidmət edən Səyyad Mövsumpv Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Sentyabrın 28-də Talış-Suqovuşan istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirən zaman həlak olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Səyyad Mövsümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. == Təltifləri == “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Səyyar Arazov
Səyyar Güloğlan oğlu Arazov (21 iyul 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyar Arazov 21 iyul 1987-ci ildə Gəncə şəhərində Güloğlan Arazovun ailəsində anadan olmuşdur. 1994-2003-cü illərdə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, 2003-2006-cı illərdə 3 nömrəli Peşə Liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. Mülki fəaliyyətini "Semsan" şirkətinin armatur əritmə sexində çalışaraq göstərirdi. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Səyyar Arazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Səyyar Arazov yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səyyar Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Səyyar Quliyev
Səyyar Knyaz oğlu Quliyev (13 noyabr 1986; Füzuli rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olub. 2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyevin ölümündən sonra Zeynəb adında qız övladı dünyaya gəldi. == Hərbi xidməti == Kiçik çavuş Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 8-i isə Səyyar Quliyev doğulduğu Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səyyar Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. == Tarix == Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Səyyar Əliyev
Əliyev Səyyar Vəli oğlu (17 mart 1949, Azərbaycan,Ağcabədi rayonu) — Azərbaycan rəssamı, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Səyyar Əliyev 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya gəlib. Atası Vəli də, anası Suqra da Azərbaycan dili, ədəbiyyat muəllimi olmuşlar. Əslən Şuşalıdır.Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə almışdır. İstehsalat kombinatında mühəndis vəzifəsində çalışmışdır. Şuşadakı Qarabag istirahət mərkəzində müdir işləmişdir. Hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Secale
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür. Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Scytale Cupreus
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. == Sinonimləri == Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.
Scytale contortrix
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. == Sinonimləri == Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Şeyxalı (Xudabəndə)
Şeyxalı (fars. شيخ الو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 771 nəfər yaşayır (160 ailə).
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.