Səyyad Aran

Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi,[1] 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I[2]II çağırış[3] deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən)[4]. Azərbaycan Respublikasının əməkdar jurnalisti.[5]

Səyyad Aran
Səyyad Adil oğlu Salahlı
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində (13 dekabr 2012-ci il).
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində (13 dekabr 2012-ci il).
Vəzifədədir
16 noyabr 2012-ci ildən
Əvvəlkivəzifə təsis olunub
bayraq
Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi
bayraq2
14 dekabr 2006 – 3 may 2010
Əvvəlkiİbrahim Yaqubov
SonrakıHəsən Zeynalov
bayraq
Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu
bayraq2
9 oktyabr 2006 – 3 may 2010
Əvvəlkiİbrahim Yaqubov
SonrakıHəsən Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1952(1952-01-15) (71 yaş)
Doğum yeri
Partiya
Təhsili
İxtisası filoloq
Atası Adil Salahov
Elmi fəaliyyəti
Elmi dərəcəsi filologiya elmləri namizədi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015
"Şöhrət" ordeni — 2022 "Tərəqqi" medalı — 2005 "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində[6] dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladı idi[7].

Təhsili[redaktə | mənbəni redaktə et]

1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur.

1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir.

İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01)[8] dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.

1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur[7][9]. Ehtiyatda olan kapitandır[9].

1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra ilk partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır[7].

1990-cı ildə İmişli Rayon Xalq Təhsil şöbəsinin müdiri təyin olunmuş[7], lakin həmin vəzifədən heç 1 il tamam olmamış azad edilmişdir.

2 yanvar 1991-ci ildə İmişlidən Bakıya gəlir, əvvəlcə "Elm" qəzetində işləyir, orada şöbə müdiri olur. 1992–1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini olmuşdur.

2001-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləmişdir.

2011–2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işləmişdir[10].

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İctimai TV-yə müsahibə verərkən.

Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Belə ki, o, 1992-ci ildə YAP-ın təsis konfransının təşəbbüskarlarından və təsisçilərindən biri olmuşdur. YAP-ın I, II, III qurultaylarının nümayəndəsi olmuş; 21 noyabr 1992-ci ildən — YAP-ın təsis konfrasında seçilmiş ilk 50 nəfərlik YAP Siyasi Şurasının üzvlərindəndir[11]. 1995–1999-cu illərdə YAP ideologiya şöbəsinin müdiri, daha sonra isə YAP Partiyalararası Əlaqələr şöbəsinin müdiri olmuşdur. 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, YAP üzvlüyündən və YAP Siyasi Şurasından çıxmışdır. 2012-ci ilin may ayında YAP sıralarına yenidən qəbul edilmişdir[12].

Parlamentdə[redaktə | mənbəni redaktə et]

Səyyad Aran 1995-ci ildə 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən[2], 2000-ci ildə isə 67 saylı Zərdab-İmişli seçki dairəsindən[3] Azərbaycan Respublikası Milli Məclisinə majoritar seçki sistemi əsasında deputat seçilmişdir. O, bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-cu il tarixli iclasında deputat Elmira Axundova kütləvi informasiya vasitələri ilə bağlı növbəti qanun layihəsinin müzakirəsi zamanı Səyyad Aran haqqında belə demişdir:

"… hesab edirəm ki, bu sahədə Milli Məclisdə qəbul edilən ən mütərəqqi və ən dolğun qanun ümummilli liderimizin dövründə peşəkar jurnalist olan millət vəkili Səyyad Aran tərəfindən hazırlanıb. Mən jurnalistikada dərs deyərkən bu qanunu bütün postsovet məkanında nümunə kimi, misal kimi çəkirəm…"

Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-ci il tarixli iclasının stenoqramı[13].
I çağırış[redaktə | mənbəni redaktə et]

Səyyad Aran Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil etmiş və bu seçkidə Salahov soyadı ilə iştirak etmişdir. Seçkidə majoritar seçki sistemi əsasında iştirak edərək 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən deputatlığa namizəd olmuş və 12 noyabr 1995-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir[2]. I çağırış dövründə 7 mart 1997-ci ildən Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir[14].

II çağırış[redaktə | mənbəni redaktə et]

Səyyad Aran Azərbaycan Respublikası Milli Məclisinə II çağırış seçkilərində də Yeni Azərbaycan Partiyasını təmsil etmiş, lakin bu dəfə əvvəlki seçkidən fərqli olaraq soyad sonluğunu dəyişmiş və seçkidə Salahlı soyadı ilə iştirak etmişdir. Seçkidə yenə majoritar seçki sistemi əsasında iştirak edərək yenidən təşkil olunan 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputatlığa namizəd olmuş və 5 noyabr 2000-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir[3]. II çağırış dövründə 5 dekabr 2000-ci ildən Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir[15].

Diplomatik fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ona 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilmişdir[1]. 9 oktyabr 2006-cı ildən[16] 3 may 2010-cu ilə qədər[17] Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və 14 dekabr 2006-cı ildən[18] 3 may 2010-cu ilə qədər[16] Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində işləmişdir.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan-Türkiyə respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsindəki xidmətlərimə görə, 2009-cu ilin iyununda ona Türkiyədə nəşr olunan "First Business" jurnalının "Zirvədəkilər-2008" ödülünün "İlin diplomatı" nominasiyası üzrə mükafatı verilmişdir[19].

2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilmişdir.

Dövlət Komitəsində[redaktə | mənbəni redaktə et]

Səyyad Salahlı, DQİDK sədrinin birinci müavini vəzifəsində (13 dekabr 2012)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 16 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir[4]. Səyyad Aran Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin ilk birinci müavinidir. Çünki bu təyinata qədər həmin Dövlət Komitəsində sədrin birinci müavini ştatı olmamış və təyinatla eyni gündə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilərək, Dövlət Komitəsinin strukturunda yeni ştat vahidi açılmışdır[20]. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəlikləri — bölgələr üzrə şöbələr Dövlət Komitəsi sədrinin birinci müavininin — Səyyad Aranın kurasiyasındadır. 2013-cü ilin yanvar ayından həmin komitənin təsis etdiyi "Cəmiyyət və Din" qəzetinin Redaksiya şurasına daxil edilmiş[21] və ilk olaraq qəzetin 10 – 16 yanvar 2013-cü il tarixli 187-ci sayı onun baş redaktorluğu ilə işıq üzü görmüşdür[22][23]. Qəzetin həmin sayında Səyyad Aran müəllif yazısı ilə də çıxış etmişdir[24].

2 – 17 sentyabr 2016-cı il tarixlərində Həcc ziyarətində olmuşdur.

Bədii-publisistik fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Zaqafqaziya Müsəlmanları İdarəsindəki "Füzuli" irfan məclisinin, 2003-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının üzvüdür. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində təmsil olunur.

Tələbəlik illərində — 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetində Səyyad Sadiq imzası ilə mütəmadi olaraq yazıları dərc olunmuşdur[7]. 1978-ci ildən bədii və publisistik yazlarıyla Respublika mətbuatında çıxış etmişdir.

Bədii yaradıcılıqda debütü 1978-ci ildə olmuşdur. İlk əsəri 1978-ci ildə Bakıda, "Ulduz" jurnalının 11-ci nömrəsində nəşr olunmuş "İbiş dayı" hekayəsidir[25]. Sonralar əsərləri "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Qrakan Aderbecan", "Gənclik", "Azərbaycan qadını", "Pioner" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Səs"[26], "525-ci qəzet", "Yol", "Dədə Qorqud" və s. qəzetlərdə dərc edilib[27]. İlk kitabı isə 1983-cü ildə Bakıda, "Gənclik" nəşriyyatında işıq üzü görmüş "Körpü" kitabıdır. Azərbaycan Yazıçılar Birliyinin 1985-ci ilin yekunlarına həsr olunmuş illik konfransında filologiya elmləri doktoru, professor Akif Hüseynov "Körpü" hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdim etmişdir[27].

1996-cı ildə "Soyuq günəş" adlı ikinci hekayələr və povestlər kitabı dərc edilmişdir.

2012-ci il noyabr ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Səyyad Aranın 60 illik yubiley tədbiri keçirilmişdir. Yubiley mərasimində çıxış edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı onun fəaliyyətini belə qiymətləndirmişdir:

"Səyyad Aran bütün olanlara-olacaqlara — yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi — ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Özündən keçirməsə, yaxınlığı yaratmasa qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir."

Azərbaycan Yazıçılar Birliyinin Səyyad Aranın 60 illiyi ilə bağlı keçirdiyi yubiley tədbirinin press-relizi[28].

Ədəbi-ictimai fəaliyyəti "Tərəqqi" medalı, "Qızıl qələm" mükafatı, "İnam" şərəf diplomu ilə dəyərləndirilmişdir[29].

Onun Heydər Əliyevdən bəhs edən yüzlərlə məqaləsi dövri mətbuatda dərc edilmiş, bu haqda bir sıra kitabları çap olunmuşdur.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Körpü" (hekayələr). Bakı: "Gənclik", 1983.  (az.)
  • "Soyuq Günəş" (povest və hekayələr). Bakı: "Təbriz", 1996.  (az.)
  • "Xaosdan sabitliyə" (1992–1997-ci illərdə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə baş verən hadisələri, ictimai-siyasi prosesləri əks etdirən siyasi-publisistik kitab). Bakı: 1999.  (az.)
  • "Üfüqdə Nobel sülh mükafatı görünür" (siyasi-publisistik məqalələr). Bakı: 2003.  (az.)
  • "1960–80-ci illərdə Azərbaycan nəsrində psixologizm" (Mövlud Süleymanlının yaradıcılığı üzrə monoqrafiya). Bakı: 2004.  (az.)
  • "Haydar Aliyev ve Azerbaycanın devlet petrol stratejisi" (azərb. "Heydər Əliyev və Azərbaycanın dövlət neft strategiyası"‎). İstanbul: 2009.  (türk.)
  • "Aklanma kağıdı" (azərb. "Təmizlik kağızı"‎). (hekayə və povestlər). İstanbul: "Milenyum", 2010.  (türk.)
  • "Sandıqda qalan muştuluq" (hekayələr[30]). Bakı: "Qanun", 2012.  (az.)
  • "Sazaq" (povestlər kitabı). Bakı: "Vektor" nəşrlər evi, 2016.  (az.)
  • "Açılan sabahlara şükür" (milli-mənəvi dəyərlərimiz mövzusunda məqalələr və müsahibələr toplusu). Bakı: "Tuna" nəşriyyatı, 2017 (az.)
  • "Başdaşı" (roman). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2020  (az.)
  • "Zaloq" (hekayələr). Belqrad, Serbiya: CZQR "Jovan" nəşriyyatı, 2020 (serb.)
  • "Mezar taşı" (roman). İstanbul: "Zengin yayıncılık" nəşriyyatı, 2020 (türk.)
  • "Oyanma" (hekayələr). Təbriz: "Azər-Turan" nəşriyyatı,2021 (az.) (fars.)
  • "Доход Гейбуллы" ("Qeybullanın qazancı"), (hekayələr) Moskva: Ridera nəşriyyatı, 2021 (rus.)
  • "İrəvana gedən yollar" roman, Elm və təhsil Nəşriyyatı, 2021
  • "Tacın qaytarılması", roman, Elm və təhsil Nəşriyyatı, 2022

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç oğlu[7], yeddi nəvəsi var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 1988 — ÜİLKGİ-nin "Ən yaxşı komsomolçu-müəllim" döş nişanı.
  • 2001 — Azərbaycan "Qızıl qələm" mükafatı[29].
  • 2001 — ABŞ ABŞ-nin Texas ştatının fəxri vətəndaşı.
  • 21.07.2005 — Azərbaycan "Tərəqqi" medalı[31].
  • 2005 — Azərbaycan Azərbaycan KİV-nin "İnam" şərəf diplomu[29].
  • iyun 2009 — Türkiyə Türkiyədə nəşr olunan "First Business" jurnalının "Zirvədəkilər-2008" ödülünün "İlin diplomatı" nominasiyasının laureatı[19].
  • 15.07.2015 — Azərbaycan "Əməkdar Jurnalist"[5]
  • 19.05.2017 — Azərbaycan Beynəlxalq Rəsul Rza mükafatı
  • 2019 — Azərbaycan "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
  • 14.01.2022 — *Azərbaycan "Şöhrət" ordeni — Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə[32]
  • 2021 — Türk dünyası mədəniyyətinin və elminin, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafı istiqamətində səmərəli fəaliyyətinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və "Beynəlxalq qızıl ulduz" medalı ilə təltif edilib.
  • 2021 — "Vektor" Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına beynəlxalq mükafatına layiq görülüb.
  • 2022 — Türk mədəniyyətini dünyada təbliğ etdiyinə və geniş arealda tanıtdığına görə Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi "Mahmud Kaşğari" mükafatına layiq görülüb.
  • 2022 — Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) tərəfindən beynəlxalq "Türk Dünyası Onur Medalı"na layiq görülüb.
  • 2022 – Azərbaycan Yazıçılar Birliyinin xüsusi diplomu ilə təltif edilib.

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "S. A. Salahlıya Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2006-cı il tarixli, 1721 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  2. 1 2 3 Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine  (az.)
  3. 1 2 3 İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  4. 1 2 "S. A. Salahlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli, 2546 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  5. 1 2 Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Arxivləşdirilib 2018-08-17 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı. president.az, 20.07.2015  (az.)
  6. Səyyad Aranın doğum günü… hafta-ichi.com [ölü keçid]  (az.)
  7. 1 2 3 4 5 6 "Səyyad Aran: "Yol boyu ağladım…" — FOTOLENT". 2011-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-16.
  8. Birillik Azərbaycan Kitabiyyatı (2005-ci il) Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. Bakı: 2007, səh. 322.  (az.)
  9. 1 2 Səyyad Aran. imishli.com Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine  (az.)
  10. Anar Bayramoğlu. "İdrak Qarayevlə ilk dəfə işə çıxan günü tanış olmuşam" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Şərq qəzeti. 14 oktyabr 2011.  (az.)
  11. Səyyad Aran. "Bir şəklin tarixçəsi". "Cəmiyyət və Din" qəzeti. 4 – 10 aprel 2013, № 12 (198). səh. 3 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine.  (az.)
  12. Əli Nağıyev və Səyyad Aran YAP-a qayıtdı. Arxivləşdirilib 2012-07-22 at the Wayback Machine  (az.)
  13. Azərbaycan Respublikası Milli Məclisinin 2009-ci il 20 oktyabr tarixli iclasının stenoqramı. meclis.gov.az Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine  (az.)
  14. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-IQR nömrəli Qərarı. e-qanun.az [ölü keçid]  (az.)
  15. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az [ölü keçid]  (az.)
  16. 1 2 "S. A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2006-cı il tarixli, 1722 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  17. "S. A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli, 881 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  18. "Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu S. A. Salahlının eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2006-cı il tarixli, 1830 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  19. 1 2 Səyyad Aran "ilin diplomatı" oldu. 525-ci qəzet. 30 iyun 2009, səh. 4.  (az.)
  20. "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli, 750 nömrəli Fərmanı [ölü keçid]  (az.)
  21. "Cəmiyyət və Din" qəzeti. 10 – 16 yanvar 2013, № 01 (187). səh. 16 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine.  (az.)
  22. Səyyad Aran baş redaktor vəzifəsinə təyin edilib. [ölü keçid] Gün. Az.  (az.)
  23. Səyyad Arana daha bir vəzifə verildi. Arxivləşdirilib 2013-01-18 at the Wayback Machine Milli. Az.  (az.)
  24. "Cəmiyyət və Din" qəzeti. 10 – 16 yanvar 2013, № 01 (187). səh. 1 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine.  (az.)
  25. "Ulduz" jurnalı, № 11, 1978.
  26. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Səs" qəzeti yaranmasından keçən 20 ildə yalnız xalqa və dövlətçiliyə xidmət edib. Arxivləşdirilib 2019-09-13 at the Wayback Machine "Səs" qəzeti. 11 yanvar 2011, s. 12–13.  (az.)
  27. 1 2 Səyyad Aranın "Sandıqda qalan muştuluğ"u [ölü keçid]
  28. SƏYYAD ARAN – 60. azyb.net Arxivləşdirilib 2013-10-21 at the Wayback Machine  (az.)
  29. 1 2 3 Azərbaycan Yazıçılar Birliyinin 60 illik yubileyi münasibətilə Səyyad Arana ünvanladığı təbrik məktubu. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Ədəbiyyat qəzeti. 9 noyabr 2012. səh. 5.  (az.)
  30. "Səyyad Aran — "Sandıqda qalan muştuluq"". 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-19.
  31. "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli, 924 nömrəli Sərəncamı. e-qanun.az [ölü keçid]  (az.)
  32. S. A. Salahlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]