Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Tate
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
Anton Fase
Anton Fase (6 fevral 2000, Harlem[d]) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Fase AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Fase öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 86-cı dəqiqədə Yonq Utrext klubu ilə qarşılaşmada El Hasnaouini əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Utrextə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Tale Babayev
Tale Bağırzadə
Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal. == Həyatı == Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Tale Heydərov
Tale Kəmaləddin oğlu Heydərov (9 fevral 1985) — Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008–2018), "Qəbələ" idman klubunun keçmiş prezidenti, Avropa Azərbaycan Məktəbi, "LIBRAFF" kitab mağazaları şəbəkəsinin, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisi, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. == Təhsili == 2001–2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur. 2003–2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 −2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb. == Avropa Azərbaycan Cəmiyyətində (AAC/TEAS) fəaliyyəti == TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olunmuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov təşkilatın təsisçisi və sədri vəzifəsində fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsi olmuşdur. Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri olub. AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırıb.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. == Tarixi == Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.
Tale Şirinov
Tale Qadir oğlu Şirinov (21 noyabr 1996, Çuxur Qəbələ, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. == Həyatı == Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. === Təhsili === Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. == Musiqiçilik fəaliyyəti == Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib.
Tasi mədəniyyəti
Tasi mədəniyyəti - Yuxarı Misirdə aşkarlanmış ən qədim arxeoloji mədəniyyət olub, təxminən e.ə. 4500-cü ildə yaranmışdır. == Ümumi məlumat == Mədəniyyət öz adını dəfn artefaktlarının tapıldığı Nilin şərq sahilində, Asut və Axmim şəhərləri arasındakı Deir-Tasa ərazisindən götürmüşdür. Tasi mədəniyyətinin əsas xarakterik göstəricisi yuxarı hissəsi və içi qara rəngdə olan ketamik qablardır. Ümumiyyətlə bu cür keramik qablar Qədim Misirdə sülalədən əvvəlki dövrün periodizasiyasını verməyə imkan verir. Misiroloq Flinders Pitrinin yaratdığı xüsusi sistemlə sülalədən əvvəlki dövr aid istənilən keramikin təxmini tarixini vermək olar. Bu zaman artefaktın tutacaqlarına istinad edilir. Arxeoloji qazıntılar nəticəsində bu mədəniyyətə aid məzarlıqlar tapılmışdır. Əldə edilən daşlaşmış skeletlər Merimde mədəniyyətinə aid skeletlərə oxşayır. Araşdırmalar göstərir ki, bu dövrün insanları dolixosefal, yəni uzunsov başlı, iri gövdəli olurlar.
Tate dağı
Tateyama dağı (立山) — Yaponiyanın Toyama prefekturasının cənub-şərqində yerləşmiş dağdır. Xida dağ silsiləsinin ən yüksək zirvələrindən biri hesab olunur. Fuci dağı və Xaku dağı ilə birlikdə "Üç Müqəddəs Dağ" (Sanreydzan) hesab olunur. Dağa qalxmalar mövsümü apreldə başlanır və noyabrda qurtarır. Dağa qalxan ilk şəxs Saeki no Ariyori olmuşdur. Bu hadisə Asukanın hakimiyyəti dövründə baş vermişdir. 4 dekabr 1934-cü ildə dağ Tyubu-Sanqaku Milli parkının tərkibinə daxil edilmişdir. Dağ əsasən qranitdən və qneysdən təşkil olunmuşdur. == Adı == "Tateyama" sözü yapon adı olub, "durmaq" (立) və "dağ" (山) mənasını bildirən iki heroqlifdən ibarətdir. Toyama prefekturasının hökuməti rəsmən dağı "Tate" dağı kimi deyil, "Tateyama" dağı kimi adlandırır.
Çieko Hase
Çieko Hase (d. 25 oktyabr 1956) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
İTAR-TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Andrew Tate
III. Emori Endryu Teyt (1 dekabr 1986-cı ildə anadan olub) İngilis və Amerika sosial media fenomeni, iş adamı və keçmiş peşəkar kikboksçudur. Teyt 2005-ci ildə kikboksinqə başlayıb və 2009-cu ildə ilk Prfesyonel qəlibəsini qazanıb. O, 2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousuna qatıldıqda daha çox diqqət çəkib və sosial mediada yazdığı şərhlər mübahisələrə səbəb olduqdan sonra verilişdən kənarlaşdırılıb. Tate'in iddia edilənlərə görə qadın düşəməni şərhləri onun bir çox sosial media platformalarından silinməsinə səbəb olub. 29 dekabr 2022-ci ildə Endryu və qardaşı Tristan iki qadınla birlikdə Rumıniyada həbs olundular; Hər dördü insan alverində və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir. Rumıniya polisi iddia edir ki, qrup qurbanları sosial media üçün pullu pornoqrafiya yaratmağa məcbur edib. İstintaq davam etdiyi üçün martın 31-də dördü də ev dustaqlığına buraxılıb. İttiham aktı hələ təqdim edilməyib və prokurorlar işi məhkəməyə göndərmək üçün iyunun sonuna qədər vaxtlarının olduğunu bildiriblər. == Bioqrafiya == Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr.
Take Asay
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. == Həyatı == Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
Take Yamada
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. == Həyatı == Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
Task bar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Tame Impala
Tame Impala — avstraliyalı musiqiçi Kevin Parkerin psixodelik musiqi layihəsi. Parker mahnılarını özü yazır, bəstələyir və prodüserliyi tək başına edir. Konsert zamanı ona Dominic Simper, Jay Watson, Cam Avery və Julien Barbagallo dəstək olur.
Açıq tale
Açıq tale (ing. Manifest destiny) — XIX əsrdə ABŞ-də amerikalı köçkünlərin Şimali Amerika boyunca qərbə doğru genişlənmək niyyətində olduqlarını təmsil edən ifadə. İnancın kökü Amerikanın müstəsnaçılığına və Romantik millətçiliyə əsaslanırdı. Bu, Amerika Birləşmiş Ştatlarında Amerikan imperializminin ən erkən ifadələrindən biri idi. Tarixçi Vilyam Örl Viksə görə, konsepsiyanın arxasında üç əsas prinsip dayanırdı: ABŞ-nin unikal əxlaqi fəzilətinin fərziyyəsi; Respublika hökumətinin yayılması və daha çox "amerikan həyat tərzi" ilə dünyanı xilas etmək missiyasının irəli sürülməsi; Bu missiyada uğur qazanmaq üçün millətin ilahi təyin edilmiş taleyinə olan inam.
Tale yükü
Tale yükü — 1997-ci il Azərbaycan istehsalı dram filmi. == Məzmun == Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994–1995-ci illəri əhatə edir. == Film haqqında == Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
Malakatın-Tas
Malakatın-Tas — Kotelnı adasının cənubunda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ust-Lenski Dövlət Təbiət Qoruğuna daxildir. Anju adaları qrupunun ən hündür zurvəsidir. Adanın zirvəsi Böyük Sovet Elsiklopediyasında 374m olaraq göstərilir. Dağ silsiləsi ilə Orto-Tas dağı (256 m) ilə birləşir.
Tas (hərf)
𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Թաս (T'as) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan ətraflı izah təklif etmədən bu hərfin qədim gürcücə Ⴇ hərfinin bir forması olduğunu irəli sürmüşdür. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf [t] səsinin qarşılığı idi. Rəqəmsal dəyəri 9 olmuşdur. Sözlərin hər yerində rast gəlinir.
Ace of Base
Ace of Base — İsveçin rok qruplarından biri. == Tarixi == Ace of Base (Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə "Tech Noir"adı ilə qatılıb. İlk əvvəl qrup tecno musiqi ifa etmişlər. Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək "Ace of Base" adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Cenni Berggren, Cons "Joker" Berggren, Malin "Linn" Berggren və Ulf "Buddha" Ekberg olub. Qrup İsveçdə yaranıb. 1997-ci ildə onu üzvü Linn, 2009-cu ildə isə Cenni Berqqern tərk edib. 1992-ci ildə ilk albomları olan "Happy Nation" satışına görə Ginnesin Rekordlar kitabına düşmüşdür. Satış 21 milyon olub. Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.
Taşi Dentup
Toşe Proeski
Toşe Proeski (mak. Тодор "Тоше" Проески, 25 yanvar 1981 - 16 oktyabr 2007) — makedon musiqiçi. 2004-cü ilin "Avroviziya" mahnı müsabiqəsinin finalında Life is mahnısı ilə çıxış etmiş müğənni nəinki doğma ölkəsində, bütün Balkan ölkələrində geniş tanınmışdır. Xeyirxahçı kimi tanınan Toşe Proeski YUNESKO-nun xoşməramlı səfiri olub. 16 oktyabr 2007-ci il tarixində Xorvatiyada qəzaya uğrayıb vəfat etmişdir. Toşe Proeskinin vəfatından sonra Makedoniyada üç günlük matəm elan olunmuş, mərhum isə "Makedoniyanın fəxri vətəndaşı" tituluna layiq görülmuşdür.
Pol Qaşe