TALAYXAN
TALEH
OBASTAN VİKİ
Parlaq tale (film, 1972)
== Məzmun ==
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür‎) — ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anney Seneka tərəfindən tərcümə edilmişdir.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub. Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Tale Babayev
Tale Bağırzadə
Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal. == Həyatı == Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Tale Heydərov
Tale Kəmaləddin oğlu Heydərov (9 fevral 1985) — Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008–2018), "Qəbələ" idman klubunun keçmiş prezidenti, Avropa Azərbaycan Məktəbi, "LIBRAFF" kitab mağazaları şəbəkəsinin, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisi, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. == Təhsili == 2001–2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur. 2003–2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 −2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb. == Avropa Azərbaycan Cəmiyyətində (AAC/TEAS) fəaliyyəti == TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olunmuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov təşkilatın təsisçisi və sədri vəzifəsində fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsi olmuşdur. Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri olub. AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırıb.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. == Tarixi == Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.
Tale Şirinov
Tale Qadir oğlu Şirinov (21 noyabr 1996, Çuxur Qəbələ, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. == Həyatı == Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. === Təhsili === Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. == Musiqiçilik fəaliyyəti == Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib.
Açıq tale
Açıq tale (ing. Manifest destiny) — XIX əsrdə ABŞ-də amerikalı köçkünlərin Şimali Amerika boyunca qərbə doğru genişlənmək niyyətində olduqlarını təmsil edən ifadə. İnancın kökü Amerikanın müstəsnaçılığına və Romantik millətçiliyə əsaslanırdı. Bu, Amerika Birləşmiş Ştatlarında Amerikan imperializminin ən erkən ifadələrindən biri idi. Tarixçi Vilyam Örl Viksə görə, konsepsiyanın arxasında üç əsas prinsip dayanırdı: ABŞ-nin unikal əxlaqi fəzilətinin fərziyyəsi; Respublika hökumətinin yayılması və daha çox "amerikan həyat tərzi" ilə dünyanı xilas etmək missiyasının irəli sürülməsi; Bu missiyada uğur qazanmaq üçün millətin ilahi təyin edilmiş taleyinə olan inam.
Tale yükü
Tale yükü — 1997-ci il Azərbaycan istehsalı dram filmi. == Məzmun == Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994–1995-ci illəri əhatə edir. == Film haqqında == Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
Tale (film, 2001)
Tale 2001-ci ildə çəkilən bir türk filmidir. Filmin rejissoruluğu Zəki Dəmirkubuz tərəfindən edilib. == Mövzusu == Yad romanının tamamilə eyni sayılmayan bir uyğunlaşmasıdır və Musa xarakteri Merso (fr. Meursault) xarakterinə bənzəyir. Gömrük məmuru Musa bir-birinin əksi iki hadisə arasında fərq görməyən biridir. Anasının ölümünə reaksiya verməyən Musa iki uşaq və bir ananı öldürməkdə günahkar bilinməsinə də səs çıxartmır...
Tale yükü (film, 1997)
İndiana Cons və tale məbədi
İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı. == İstehsalı == Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər. Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş. Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb.
Arif Hüseynov. Taleyimin cizgiləri (film, 2015)
Azadə Taleh Abbasqızı
Bizim qəribə taleyimiz (film, 2005)
Haçiko, bir itin taleyi (film, 2009)
Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir. Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur. == Məzmun == Əsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Onun taleyi (film, 1991)
== Məzmun == Kinolentdə Biləsuvar bölgəsi Lenin Adına Kolxozun zəhmət adamlarından danışılır. == Film haqqında == Film Biləsuvar Rayonu Lenin Adına Kolxozun sifarişi ilə çəkilmişdir.
Onun taleyinin səhifələri (film, 1986)
== Məzmun == Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı Şamama Həsənova haqqında danışır.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Riçard Taler
Richard H. Thaler (/ˈθeɪlər/; 12 sentyabr 1945) – Amerikalı iqtisadiyyatçıdır. 2017-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Seyyid Taleh
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Seyyid Taleh Boradigahi
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Taleh Abdullayev (Məhərrəm oğlu)
Taleh Məhərrəm oğlu Abdullayev (6 iyun 1993, Gəncə – 17 oktyabr 2020, Füzuli rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1993-cü il iyunun 6-sı Gəncədə anadan olub. Gəncədəki 25 nömrəli tam orta məktəbi bitirib. Ailəli idi. İki övladı var. == Hərbi xidməti == 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sora ailə həyatı qurub. 2020-ci il sentyabrın 27-də yenidən hərbi xidmətə çağrılıb. Taleh Abdullayev Tərtər rayonu Suqovuşan kəndi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 17 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Taleh Abdullayev (Temraz oğlu)
Taleh Temraz oğlu Abdullayev (8 fevral 1993; Yuxarı Salahlı, Qazax rayonu - 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-2010-cu illərdə Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Taleh Abdullayev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Abdullayev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.
Taleh Aslanov
Taleh Elman oğlu Aslanov (1 dekabr 1996; Goranboy, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Aslanov 1996-cı il dekabrın 1-də Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Aslanov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Taleh Babayev
Babayev Taleh Əkbər oğlu (d. 23 mart 1975-ci il, Masallı rayonu, Ərkivan kəndi) — Azərbaycan idmançısı. Karate-do üzrə 3-cü dan qara kəmər ustasıdır (2002). Azərbaycan Kooperasiya İnstitutunu bitirmişdir (1996). SKİF verrsiyasına görə Avrasiya (1999, Azərb.), üçqat Dünya kuboku (2000, İran; 2001, 2003 Ukrayna), WSKF versiyası üzrə ikiqat Avropa (2004, Ukrayna; 2005, Türkiyə) və dünya (2007, Yaponiya) çempionu olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh.
Taleh Babayev (əsgər)
Taleh Xanmurad oğlu Babayev (2 dekabr 1986; Yeni Güləzi qəsəbəsi, Quba, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Babayev 02 dekabr 1986-cı ildə Quba rayonunda anadan olub. 1993-cü ildə Quba rayon İsnov kənd orta məktəbin 1-ci sinfinə gedib, 3 il orada oxuduqdan sonra təhsilini Quba şəhər 2 saylı tam orta məktəbində davam etdirib və 2003-cü ildə təhsilini başa vurub. 01 yanvar 2005-ci ildə Quba rayon Hərbi komissalığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Evli idi. 4 övladı Vətənə yadigar qalıb. Ölümdən sonra bir oğlu dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Taleh Babayev Fizuli və Şuşanın azad edilməsində savaşıb. 6 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində şəhid olub. Yenigüləzidə dəfn olunub.
Taleh Bağırov
Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal. == Həyatı == Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Bağırzadə
Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal. == Həyatı == Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Cabbarov
Taleh Cəmil oğlu Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan tərxis olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Taleh Daşdəmirov
Taleh Fərhad oğlu Daşdəmirov (5 fevral 1998; Qoxmuq, Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Daşdəmirov 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində Fərhad Daşdəmirovun ailəsində anadan olmuşdur. 2001-ci ildə ailəsi ilə birgə Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçmüşdür. 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Taleh Hacıyev
Taleh Hacıyev (19 avqust 1959, Bakı – 19 iyul 2008, Bakı) — pianoçu, konsertmeystr, bəstəkar. == Həyatı == Taleh Hacıyev 1959-cu il, avqustun 19-da Bakıda Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb. Taleh Hacıyev 18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb. İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat, sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın konsertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət etmişdir.
İndiana Cons və tale məbədi (film, 1984)
İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı. == İstehsalı == Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər. Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş. Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb.

Digər lüğətlərdə