Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Taşır nahiyəsi
Taşır nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. == Tarixi == 1590 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Axtala sancağının Taşirabad nahiyəsi adlanırdı. 1590 ci ildə Osmanlı İmperiyasının Lori əyalətinin Taşır sancağının Tasık nahiyəsi adlanırdı. 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Ağcaqala livasının nahiyəsi. Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında yerləşir. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.
Tavr dağları
Tavr dağları (türk. Toros dağları, yun. Ταύρος) — Cənubi Türkiyədə yerləşən dağ silsiləsi. Türkiyənən Aralıq dənizinin sahillərində Təkə yarımadasından Suriya və İraq sərhədlərinə qədər uzanan dağ sistemidir. Ən yüksək zirvəsi Qızılqaya zirvəsidir (3767 m) == Hissələri == Tavr dağları 3 hissəyə bölünür. Qərbi Tavr dağları və ya Antalya Tavr dağları adlanır. Təkə yarımadasından başlayır Antalya körfəzinə qədər davam edir. Şərqdə Daşəli platosu və Göksu çayın ilə Orta Tavr dağlarından ayrılır. Qərbi Tavr dağlarına Ağ dağları, Bey dağları, Katrancık dağı, Geyik dağları daxildir. Orta Tavr dağları Mersin və Antalya sərhədindən başlayır və şimal-şərqə doğru Binboğa dağlarına qədər davam edir.Orta Tavr dağlarına Ağçalı dağları, Bolqar dağları, Aladağları, Taxtalı dağları daxildir.
Tavr vel
Tatır Uzək (Xaybulla)
Tatır Uzək kəndi (başq. Татыр-Үҙәк) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tatır Uzək kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tatır Uzək kəndinin milli tərkibi: başqırdlar (56%), ruslar (40%) == Tarixi == XX əsrin 30-cu illərində Akyar kolxozunun təşkilatı olaraq yaradılmışdır. 1950-ci illərdə Tatır Uzək olaraq adlandırılmışdır. 2005-ci ildən kənddir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 15 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Tacir
Tacir yaxud tüccar — ticarətlə məşğul olan şəxs.
Tahir
Tahir — ad.
Tapir
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. == Tarixi == Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Samir Əliyev — futbolçu.
IMI Tavor TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tacir Allahverdiyev
Tacir Xasay oğlu Allahverdiyev (20 aprel 2001, Ağdam rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub. Onun qardaşı — Nazir Allahverdiyev də İkinci Qarabağ müharibəsində şəhid olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Allahverdiyev oktyabrın 24-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Tacir Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Tacir Cəfərov
Tacir Fariz oğlu Cəfərov (9 fevral 2001; Goranboy rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Cəfərov 2001-ci il fevralın 9-da Goranboy rayonunun Qaraçinar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Cəfərov oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacir Eminov
Tacir İntiqam oğlu Eminov (31 dekabr 2001; Cəlilabad rayonu, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Eminov 2001-ci il dekabrın 31-də Cəlilabad rayonunun Sadatlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Eminov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Eminov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sadatlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Eminov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tacir Həsənov
Tacir Elşən oğlu Həsənov (21 aprel 2001; Sabunçu rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Həsənov 2001-ci il aprelin 21-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tacir Həsənov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Tacir Muradlı
Tacir Hasil oğlu Muradlı (25 sentyabr 2000; Mil, Beyləqan rayonu — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil (Talıbxanlı) qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Muradlı oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacir salatı
Tacir sarayı
Tacir sarayı (türk. Tüccar sarayı) — Türkiyənin Ani şəhərində yerləşən tarixi abidə. Mənbələrdə eyni zamanda Sultan sarayı və Qala olaraq da qeyd edilən saray Aninin Şimal Qərb tərəfində yerləşir. Ehtimal ki, XII əsrin sonu—XIII əsrin əvvəllərində inşa edilib və hansısa varlı bir tacirə, şahzadəyə və yaxud Ani yepiskouna məxsus olub. Bir çox tədqiqatşılar sarayın tacir Tiqran Honentsə məxsus ola biləcəyi iddiasının üstündə dayanırlar. Çünki, onun məzarı sarayın qarşısındakı vadinin uçurumundakı qayada yonulmuşdur. Başqa bir fərziyyəyə görə isə bina saray deyil və sırf şəhərin müdafiə xarakterli tikililərindən biriridir. Günümüzə binanın təyinatını və kimə məxsus olmasını dəqiqləşdirə biləcəyimiz bir kitabə çatmadığından bu abidəylə bağlı olan bütün fikirlər sadəcə fərziyyə olaraq qalır. == Memarlıq xüsusiyyətləri == Binanın şəhər tərəfə olan divarı ikiqatlıdır. Binanın girişi düzbucaqlı bir otaqdan başlayır, daha sonra ətrafı digər kiçik otaqlarla dövrəli olan böyük bir qonaq otağı gəlir.
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu (24 may 1965, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Tacir Şahmalıoğlu 24 may 1965-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailədə 4 bacı 4 qardaş olublar. 6 yaşında səsi, istedadı atası tərəfindən kəşf edilib. 6 yaşından 12 yaşına qədər pionerlər evində musiqi təhsili almışdır. Uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu "Qarabağ bülbülləri" ansamblındakı çıxışları ilə tanınmışdır. Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir.
Tacir Əhmədov
Tacir Mehdi oğlu Əhmədov (20 aprel 2001; Kürdəmir rayonu, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Əhmədov 2001-ci il aprelin 20-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Əhmədov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tahir Abasov
Tahir Abdullayev
Tahir Abdullayev (memar) — Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). Tahir Abdullayev (riyaziyyatçı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. Tahir Abdullayev (idmançı) — qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü.
Tahir Alxazov
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru,dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi. == Həyatı == Alxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində “Üzvi Sintez” zavodunda 1974-1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983-1986-cı illərdə Sumqayıt ş. “Üzvi Sintez” zavodunda divinil istehsalatının rəisi, 1986-1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990-1993-cı illərdə “Anhidrid” müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993-1995-cı illərdə Respublika Prezidentinin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995-1998-ci illərdə “Üzvi Sintez” zavodunun direktoru, 1998-2001-ci illərdə Azərbaycan OET “Olefinlər” institutunda baş mühəndis vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir.
Tahir Atakişiyev
Tahir İsrafil oğlu Atakişiyev (21 avqust 1927 – 30 noyabr 2012) — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur. Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var. Rauf Atakişiyevin qardaşıdır.
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. === Təhsili === 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Tahir Bayramov
Tahir Bayramov (1965, Şişqaya, Basarkeçər rayonu – 26 dekabr 1993, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tahir Bayramov 1965-ci ildə Еrmənistan SSR Basarkeçər rayonunun Şişqaya kəndində dоğulmuşdur. 1988-ci ildə Göyçə mahalından deportasita olunmuş və Bakı şəhərində məskunlaşmışdır. Bakı şəhər Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. 26 dekabr 1993-cü ildə Kiçik çavuş Tahir Bayramov Füzuli rayonunda döyüş zamanı şəhid olmuşdur. Abşeron rayonunun Mehdiabad qəsəbəsində atasının yanında dəfn olunmuşdur.
Tahir Bağırov
Tahir Bağırov (kino sənətçisi)
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. == Həyatı == Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. == Həyatı == Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Bavıl
Bavıl — İranın Şərqi Azərbaycan ostanının Səhənd qəsəbəsinin cənubunda yerləşən kənd. Meşə və bağları ilə məşhur olan Bavıl Üskü dərəsində, Təbriz-Kəndvan yolunun kənarında yerləşir va Üskü qəsəbəsinə tabedir. Bağlarında cəviz, ərik, badam, gilas, alça, gilənar kimi ağaclar yetişir. Kənd olmasına baxmayaraq, əhalisi daha çox ticarət və idari işlər ilə məşğuldurlar. Kəndin adı haqda fərqli yorumlar müvcuddur. Bəzi yorumlara görə kəndin adı Bavillə və ya Bağvillə idi.
Davar
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
TACIS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir. 1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər. 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. == Məskunlaşma == Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi. Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Adıyaman (Talın)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Ağ mamır
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Ağevlər (Talış)
Ağevlər (fars. اق اولر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (50 ailə).
Bavar 373
Bavar 373 (farsca: باور -۳۷۳, “inanmaq” deməkdir) — İranın 2016-cı ilin avqust ayında təqdim edilmiş uzun mənzilli yer-hava tipli mobil ballistik raket sistemidir. İran bunu S-300 raket sisteminə rəqib kimi tanıdır. İran Müdafiə Nazirliyi tərəfindən adları açıqlanmış yerli istehsalçılar və universitetlərlə əməkdaşlıq nəticəsində istehsal olunmuşdur. Sistem 22 avqust 2019-cu il tarixində İran Prezidenti Həsən Ruhaninin qatıldığı mərasimdə rəsmi olaraq açıqlandı və eyni gün arsenala qəbul edilmişdir. == Tarixi == Rusiya S-300 sistemlərinin İrana ixracına qadağa qoyduqdan sonra (2015-ci ildə qərar ləğv edilmişdir) İran oxşar sistem hazırlamağa qərar verdi: “S-300-ə bənzər uzun mənzilli hava hücumundan müdafiə raket sistemi qurmağı planlaşdırırıq. Allahın lütfü və mühəndislərimizin səyləri ilə özümüzü təmin etməyə nail olacağıq” Sonra sistemin adının Bavar 373 olacağı bilindi. Bavar “inanmaq” deməkdir və 373 Əbcəd hesabı ilə Məhəmməd peyğəmbərin adıdır. Xatəmül-Ənbiya bazasının komandiri Fərzad İsmaili İran mediasına bunları demişdir: Bu sistemin inkişafı S-300 müqaviləsinin ləğvi ortaya çıxması və İran heyətinin hələ də Rusiyada bu mövzuda təhsil aldığı dövrdə, ali lider Ayətullah Xameneinin birbaşa göstərişi ilə başlamışdır. Layihənin prototip dizayn mərhələsində olduğunu və S-300-ün zəif tərəflərindən təsirlənməyəcəyini söyləmişdir. Aşkarlama və radarlar sahəsində çox yaxşı bir nöqtəyə çatdıqlarını və müdafiə nazirliyinin hər biri fərqli bir mənzik və yüksəklik üçün iki və ya üç raket üzərində çalışdıqlarını söylədi.