Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Timarlı
Timarlı (türk. timarlı) — orta əsr türk dövlətlərində hakimiyyət tərəfindən timar sahiblərindən yığılan nizamsız süvari milis. Timarlılar daimi orduda yürüşlər zamanı xidmət etməli, habelə dinc vaxtlarda timarlarından gələn gəlir qarşılığında cinayətlərə qarşı cəza tədbirlərində iştirak etməli idilər. Timar sistemi Bizans proniyasının bir çox xüsusiyyətlərini miras götürmüşdür. Bu sistem Osmanlı imperiyasında görkəmli əsgərlərə mükafatlar verən, 1326–1359-cu illərdə hakimiyyətdə olmuş Sultan I Orxanın dövründə meydana çıxmışdır. 1525-ci il siyahıyaalınmasına görə, 37,818 nəfər timarlı kimi siyahıya alınmışdır. == Mənbə == Gwinn, Robert P, Charles E. Swanson, and Philip W. Goetz. The New Encyclopaedia Britannica.vol. 8, 11, 10. London: Encyclopaedia Britannica, Inc., 1986 Goffman, Daniel.
Timarri
Timarri — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Xocavənd rayonu ilə sərhəddə yerləşir. Hündürlüyü 2336 m. Oronim Timerri variantında da qeydə alınmışdır. Dağın adının kürd dilindəki tdmiri (sönmüş) sözundən yaranması ehtimal olunur. Görünür, burada sönmuş vulkan olduğu üçün dağ belə adlandırılmışdır.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Böyük Tamar
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib. Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi. Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb.
Məngü Timur
Məngü Timur Özbək — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. == Ailəsi == Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Tamar (Salmas)
Tamar (fars. تمر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).
Tamar Çuqoşvili
Tamar Çuqoşvili (gürc. თამარ ჩუგოშვილი; 11 avqust 1984, Gürcaani) — Gürcüstan siyasətçisi. O, 2016-cı ilin noyabrından 2019-cu ilin noyabrına qədər Gürcüstan parlamentinin birinci vitse-spikeri vəzifəsində çalışmışdır. Çuqoşvili "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibi və partiyanın Siyasi Şurasının üzvü olmuşdur. == Fəaliyyəti == Çuqoşvili 2015-cı ildən "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibidir. O, 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin üzvü və birinci vitse-spiker seçilmiş, o vaxtdan parlamentin Gender Bərabərliyi Şurasının sədri, Parlamentdə ABŞ və İsrail kokuslarının sədri, xəzinədarlar şurasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Daimi Parlament Nümayəndəliyinin rəhbəri, AŞPA-da Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədr müavini və Qadın Siyasi Liderlərin Qlobal Forumunda səfir kimi xidmət etmişdir. Çuqoşvili Gürcüstanda hökumət islahatlarında iştirak etmişdir. Odur ki, o, parlamentinin reqlamentində islahatlara rəhbərlik etmişdir. Yeni reqlament 2018-ci ilin dekabrında təsdiq edilmişdir. Ona əsasən, parlamentin nəzarət funksiyası artırılmış, qanun yaradıcılığı prosesi təkmilləşdirilmiş, öarlamentin hesabatlılığı artırılmış, vətəndaşların iştirakı təşviq edilmiş və şəffaflıq səviyyəsi yüksəlmişdir.
Tamar İveri
Tamar İveri (gürc. თამარ ივერი; 8 sentyabr 1971, Tbilisi) ― Gürcüstan opera sopranosu ifaçısı. Onun doğulanda adı Tamar Cavaxişvili idi, atası Avtandil Cavaxişvili bariton ifaçısı idi, həm də onun müəllimi olmuşdur. == Karyerası == Iveri opera debütünü 1998-ci ildə Verdinin "Otello" əsərində Dezdemona rolu ilə etdi..1999-cu ildə Zalsburq keçirilən Motsart Yarışmasında birinci mükafat qazandı. Bir neçə il 2000-ci illərin əvvəllərində Qrats Opera ansamblının üzvü idi, orada o, Verdinin "Don Karlos" operasında Elizabet rolunu, Françesko Çileanın "Adriana Lekuvrör" və Cakomo Puççininin "Ancelika bacı" əsərlərində baş rollarını canlandırmışdır, həmçinin Verdinin "Simon Bokkaneqra" operasında Ameliya və Dezdemona rollarında çıxış etmişdir. O, 2011-ci ilin dekabr ayında Milan şəhərindəki La Skalada debüt etdi, Daniel Barenboymun rəhbərlik etdiyi "Don Covanni" operasında Donna Anna rolunu almışdır. O vaxtdan Vyana Dövlət Operası, Metropoliten-opera, Kovent Qarden Kral Opera Teatrı, Bastiliya Operası və Zalsburq Festivalı kimi tədbir məkanlarında çıxış etdi. O, "Hamı belə edir" operasında Fiordilici, "Titanın mərhəməti"ndə Viteliya, "İdomeney"də Elettra, "Bohema"da Mimì və "Yevgeni Onegin"də Tatyana rollarını ifa etmişdir. == Münaqişələr == İveri 2013-cü ildə Tbilisidə homofobiya əleyhinə keçirilən mitinq barəsində səsləndirdiyi fikirlər mübahisələr doğrutmuşdur. Helə də böyük olmayan etiraz aksiyasının məqsədi Tbilisidə geylərin haqqlarının qorunması tələbi idi, həmin hadisə zamanı etirazçılarln üstünə minlərlə geylərə qarşı nümayişçilər hücüm etdi və 20 nəfərdən çox şəxs yaralandı.
Timer (Şaran)
Timer (başq. Тимер, rus. Тимирово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Miçurinsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 68 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Timir Pinegin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 == Həyatı == Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Timor dənizi
Timor dənizi (ind. Laut Timor,port. Mar Timor — narıncı dəniz) — Hind okeanında dənizdir. Avstraliya və Timor adası arasında yerləşir. Dənizin sahəsi — 432 min km²-dir. Ən dayaz yeri 200 metrdən az, ən dərin yeri — 3310 metrdir. Dənizin ən böyük körfəzi — Cozef-Bonopart körfəzidir.
Timor plitəsi
Timor plitəsi — mikroplitə olaraq Cənub-şərqi Asiya ərazisində yerləşir. Timor adasının təməlini təşkil edir. Sahəsi 0,0087 steradiondur. Adətən Avrasiya plitəsinin tərkib hissəsini təşkil edir. Hind-Avstraliya plitəsi ilə cənubdan, qərb və şimaldan isə Banda dəniz plitəsi ilə sərhədlənir. == Mənbə == Bird, P. "An updated digital model of plate boundaries". Geochemistry, Geophysics, Geosystems. 4 (3). 2003: 1027. doi:10.1029/2001GC000252.
Timor çəkçəkisi
Timor çəkçəkisi (lat. Saxicola gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Timur Arslanov
Timur Faritoviç Arslanov (2 yanvar 1991, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rusiyalı qılınc oynatan. Rusiyanın gənc qılıncoynatma komandasının üzvü (2007), milli komandanın üzvü (2014). Qılıncoynatma üzrə Rusiya idman ustası (2007), komanda üzrə rapira Avropa çempionu (2018). Rusiya çempionatının finalçısı (2013). Kişilər arasında Rusiya Kubokunun qalibi (2010), ölkə çempionatının gümüş medalçısı (2012). Gənclər arasında Avropa çempionatının qalibi (2014). == Ümumi məlumat == 19 nömrəli Uşaq-gənclər idman məktəbini (birinci məşqçi — F. Arslanov), 5 nömrəli idman profilli respublika internat məktəbini, 19 nömrəli Ufa Uşaq-gənclər idman məktəbi (məşqçilər — L. R. Gruşina, R. R. Nasibullin) bitirmişdir. Başqırd Bədən Tərbiyəsi İnstitutunun tələbəsidir. Prezident təqaüdü laureatı (2007) ("2007–2008 tədris ilində xüsusilə istedadlı tələbələr üçün Başqırdıstan Respublikası Prezidentinin təqaüdlərinin təyin edilməsi haqqında" fərmana görə).
Timur Bekmambetov
Timur Bekmambetov (qaz. Temir Nurbaqıtulı Bekmambetov; 25 iyun 1961, Atırau) — Qazax və Rusiyalı tammetrajlı film və reklam filmləri rejissoru.
Timur Bəy
Timur Bəy (uyğ. تیمور بیگ), və ya Timur Sijan (1886, Küçə[d] – 1933, Qaşqar, Sincan[d]) — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir. Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. == Həyatı == Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. == Mükafatları == Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni == Xatirəsi == Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi.
Timur Kozayev
Timur Vadimoviç Kozayev (rus. Тимур Вадимович Козаев; 28 aprel 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Spartak Vladiqafqaz klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Kozayev öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Spartak Vladiqafqaz klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Çayka Peşanokopskoye klubuna qarşı oyunda etmişdir.
Timur Məmmədov
Timur Əli oğlu Məmmədov (25 aprel 1925 – 26 iyun 1992) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1984–1987). == Həyatı == Timur Əli oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 1941-ci ildə mühasib kimi başlamış, qısa müddət sonra Sovet Ordusunda xidmət etmiş və Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1950-ci ildən Qasım İsmayılov rayon istehlak cəmiyyətinin şöbə rəisi, "Azərittifaq"ın müfəttişi, şöbə və idarə rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Bakı Ərazi İstehsal Sovxozlar İdarəsinin böyük iqtisadçı-maliyyəçisi, Bakı Şəhər İctimai İaşə İdarəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonradan idarənin rəisi, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin ticarət şöbəsinin referenti, baş referenti olmuşdur. Timur Məmmədov 1974-cü ildən Azərbaycan SSR Ticarət Nazirliyində şöbə rəisi, "Azərittifaq" sədrinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə rəisi, Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin ticarət və məişət xidməti şöbəsinin müdiri olmuşdur. 12 may 1984-cü ildə Azərbaycan SSR ticarət naziri vəzifəsinə təyin edilmişdir. Timur Məmmədov 1949-cu ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Timur Oduşev
Timur Oduşev (16 yanvar 1993, Bakı) — 2010-cu ildə Oskar mükafatının 32-ci "Hollivudun gənc istedadları" mükafatına (ing. 32nd Young Artist Awards) layiq görülmüş aktyor. == Həyatı == Timur Oduşev 1993-cü il yanvarın 16-da Bakıda anadan olub. 6 yaşından Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. == Təltifləri == 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. 13 mart 2011-ci ildə 32-ci "Hollivudun gənc istedadları" mükafatı ilə təltif olunub. 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Sahə (film, 2010) == İstinadlar == == Ədəbiyyat == R. İsayeva, "Timur Oduşev: "İçimdə qorxu var idi ki, rolun öhdəsindən gələ bilmərəm"" (müsahibə), Mədəniyyət.- 2011.- 1 aprel.- Səh. 9.
Timur Pineqin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 == Həyatı == Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Timur Rodrigez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rodriguez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.