Böyük Tamar

Böyük Tamara[3][4] (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar[5] (1166, Mtsxeta18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı.[6][7] Gürcüstanın Qızıl Dövrünü idarə edib.[8] Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral")[9] titulu ilə qeyd edilib.[10]

Böyük Tamara
gürc. თამარ მეფე
Gürcüstan hökmdarı
ƏvvəlkiIII Georgi
SonrakıIV Georgi
Şəxsi məlumatlar
Doğum adı თამარ მეფე
Doğum tarixi 1166
Doğum yeri
Vəfat tarixi 18 yanvar 1213
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşları
Uşaqları
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.[11]

Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.[12][13]

Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc. წმიდა კეთილმსახური მეფე თამარი) kimi müqəddəs elan edilib və hər 14 may qeyd edilən bayram günü ilə yad edilir.[14][15]

Erkən həyatı və hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

Tamara təqribən 1160-cı ildə doğulub. Valideynləri Gürcüstan hökmdarı III Georgi və onun cariyəsi olan Alanya hökmdarının qızı Burduxandır. Tamaranın özündən gənc bacısı Rusudanın olması mümkündür, ancaq onun dövrünə aid bütün mənbələr yalnız Tamaranın adını çəkir.[16] Tamara adı yəhudi mənşəlidir və digər Bibliya adları kimi özlərini İsrailin ikinci padşahı Davudun nəslindən gəldiyini iddia edən Baqrationilər sülaləsi tərəfindən bəyənilirdi.[17]

Tamaranın gəncliyi Gürcüstanda böyük bir çevrilişlə eyni dövrə düşürdü. 1177-ci ildə III Georgi əsilzadələrin üsyançı dəstəsi ilə üz-üzə gəlir. Üsyançılar Georgini öldürülmüş V Davidin qanuni varisi hesab edilən qardaşı oğlu Dyomnanın xeyrinə taxtdan salmağa cəhd edirlər. Dyomnadan daha çox onun qaynatası Əmir-i Sipahsalar İvane Orbeli taxtı zəiflətmək üçün zadəganlarin bəhanəsinə rəhbərlik edirdi.[18] III Georgi üsyanı yatırtmağa müvəffəq oldu və ona meydan oxuya zadəgan qruplarına basqı göstərməyə başladı. İvane Orbeli edam edildi və onun ailəsinin qalan üzvləri Gürcüstandan sürgün edildi. Şahzadə Dyomna axtalandı və kor edildi, şikəst yaşaya bilmədi və tezliklə, həbsxanada öldü.[19] Üsyançılar basdırılanda və iddiaçı aradan götürüləndə Georgi qızı Tamaranı hakimiyyətə gətirməyə qərar verdi və 1178-ci ildə ona hakimiyyət şəriki kimi tac qoydu. Bunu edərək gürcü hökmdarı onun ölümündən sonra hər hansı bir mübahisənin qarşısını almağa və Gürcüstanda öz nəsil xəttini legitimləşdirməyə çalışırdı.[20] Eyni vaxtda o, sülalə zadəganlarını güc mərkəzindən uzaqlaşdırmaq üçün kiçik mülklü zadəganlardan və heç bir sinifə aid olmayanlardan olan şəxsləri yetişdirməyə başladı.[21]

Erkən hakimiyyəti və ilk evliliyi

[redaktə | mənbəni redaktə et]
Tamara və atası III Georgi. Vardziada Dormition kilsəsindəki portret. Təqribən 1184–1186

Altı il atası ilə birlikdə hakimiyyət sürən Tamara atasının ölümündən sonra — 1184-cü ildə tək hakim kimi ölkəni idarə etməyə başladı və Kutaisidəki (Qərbi Gürcüstan) Gelati monastrında ikinci dəfə taxta çıxdı. O, güclü bir dövləti miras olaraq almışdı, ancaq güclü zadəganlar tərəfindən təşvid edilən mərkəzdənqaçma meylləri yatırılmış vəziyyətindən uzaq idi. Tamaranın hakimiyyətə gəlməsinə qarşı böyük bir müxalifət var idi; onun atasının repressiv siyasəti və yeni hökmdarın başqa zəif cəhəti — cinsiyyəti bu müxalifəti daha da gücləndirdi.[20] Gürcüstan daha əvvəl heç bir qadın hökmdara sahib olmadığından zadəganların bir hissəsi Tamaranın legitimliyini sorğuladı, başqaları isə daha çox hakimiyyət əldə etmək üçün onun gəncliyindən faydalanmağa və onun zəif olduğunu iddia etməyə çalışdı.[20] Tamaranın bibisi Rusudanın və Gürcüstan katalikosu Mikayıl IV Mirianisdzenin fəaliyyətinin Tamaranın taxta çıxmasının legitimlik qazanmasında önəmli rolu var.[22] Ancaq gənc hökmdar zadəganlara böyük imtiyazlar verməyə məcbur edildi. O, katalikos Mikayılı kansler təyin edərək mükafatlandırdı və bu onun həm dini, həm də dünyəvi iyerarxiyaların başında olmasına kömək etdi.[23]

Tamara həm də atasının vəzifəyə təyin etdiyi şəxsləri vəzifələrindən azad etməsi üçün təzyiqə məruz qaldı. Onların arasında III Georgiyə meydan oxumuş şəxslərin basdırılmasında kömək etmiş gürcüləşmiş qıpçaq qalabəyi Kubasar (gürc. ყუბასარი) da var idi.[21] Bu taledən qaçmaq III Georginin xidmətkarlarından biri olan xəzinədar Kutlu Arslana nəsib oldu. O, üzvləri siyasət məsələlərini müzakirə edən və qərar çıxaran yeni məclis — karavini yaradaraq hakim sülalənin hökmünü məhdudlaşdırmaq üçün gedən mübarizədə bir qrup zadəgan və varlı vətəndaşa rəhbərlik etdi.[23] "Feodal konstitusionalizmi"nə cəhd Tamara Kutlu Arslanı həbs edəndə və onun tərəfdarları boyun əyməyə məcbur ediləndə uğursuzluğa düçar oldu.[21] Yenə də Tamaranın zadəgan sinfinin gücünü azaltma cəhdləri uğursuz oldu. Katalikos Mikayılı vəzifəsindən azad etmək üçün kilsə məclisinin və hökmdar qərarnamələrini təsdiqləmək hüququnu tələb edən zadəgan şurasının istifadə edilməsi alınmadı.[23] Hətta Tamaranın Kiyev Rusu olan Yuri ilə evliliyi də ona zadəganlar tərəfindən məcbur edildi.[23]

Xanədanın zərurətlərinə və dövrün əxlaq qaydalarına uyğun olaraq zadəganlar Tamaranın orduya lider olması üçün və taxta varisin təmin edilməsi üçün evlənməsini tələb etdilər.[11][21] Onların seçimləri Böyük Vladimir Knyazlığının öldürülmüş şahzadəsi Andrey I Boqolyubskinin oğlu olan və Şimali Qafqazın qıpçaqları arasında qaçqın kimi yaşayan Yuri idi. Seçim Tamaranın bibisi Rusudan tərəfindən bəyənildi və 1185-ci ildə Yuri Tamara ilə evlənməsi üçün Gürcüstana gətirildi.[24] Yuri bacarıqlı əsgər, ancaq çətin bir insan kimi göstərilir, o, tezliklə arvadının əleyhinə işlər görməyə başlayır.[11][21] Gərgin ər-arvad münasibətləri saraydakı qruplararası mübarizə ilə paralel gedirdi. Tamara bu mübarizədə hökmdar kimi öz hüquqlarını daha çox tələb etməyə başlayırdı.[25] Tamaranın taleyində dönüş nöqtəsi güclü katalikos Mikayılın ölümü oldu. Tamara kansler kimi onu öz tərəfdarı Anton Qnolistavisdze ilə dəyişdirdi.[25] Tamara nisbətən öz gücünü artırdı, ona sadiq olan zadəganları sarayda yüksək vəzifəyə gətirdi və onlardan ən nəzərəçarpanı Gürcüstanda Mxarqrdzeli kimi tanınan kürd ailəsidir.[23]

İkinci evliliyi

[redaktə | mənbəni redaktə et]
1202-ci ildə Tamaranın imzası

1187-ci ildə Tamara zadəgan şurasını sərxoşluq və "sodomiya" ilə günahlandırılan Yuri ilə boşanmasını təsdiq etməyə razı saldı və Yuri Konstantinopola göndərildi.[25] Tamaranın gücünün artmasından narahat olan bir sıra Gürcüstan zadəganları tərəfindən dəstəklənən Yuri iki dəfə çevrilişə cəhd etdi, ancaq iflasa uğradı və 1191-ci ildən sonra bilinməyən bir yerə göndərildi.[21] Tamara ikinci ərini özü seçdi. O, Alaniya şahzadəsi David Soslan idi. Onu XVIII əsr gürcü alimi Şahzadə Vaxuşti erkən XI əsr Gürcü hökmdarı I Georginin nəslinin nümayəndəsi hesab edir.[26] David kifayət qədər bacarıqlı sərkərdə idi. O, Tamaranın əsas tərəfdarı və Yurinin arxasında olan üsyançı zadəganların məğlub edilməsində önəmli yer sahibi oldu.[27]

Tamara və Davidin iki uşağı var idi. 1192-ci və ya 1194-cü ildə Tamaranın oğlu Georgi-Laşa (gələcəkdə IV Georgi) doğuldu. Qızı Rusudan isə təqribən 1195-ci ildə doğuldu və qardaşının ölümündən sonra gürcü hökmdarı oldu.[28]

David Soslanın kral-konsort kimi statusu, həmçinin incəsənətdə, nizamnamələrdə və sikkələrdə olması hökmranlıqda kişinin rolunun vacibliyini göstərirdi, ancaq o, əmr altında olan bir idarəçi idi, taxtı Tamara ilə bölüşür və gücünü Tamaradan alırdı.[27][29] Tamara mep’et’a mep’e — "krallar kralı" olmağa davam edirdi. Qrammatikasında cins kateqoriyası olmayan gürcü dilində mep'e ("kral") ancaq kişi cinsinə aid məna verməyə də bilər və "hakim" kimi tərcümə edilə bilər.[30][10] Mep'e sözünün qadın ekvivalenti dedop'ali ("kraliça") idi və kraliça-konsort və hökmdara yaxın olan yaşlı qadın qohumlar üçün istifadə edilirdi. Bəzən Tamara gürcü salnamələrində və bəzi nizamnamələrdə dedop'ali adlandırılır. Beləliklə, mep'e titulu Tamaranın qadınlar arasında nadir olan vəzifəsini işarələmək üçün istifadə edilə bilərdi.[10]

Xarici siyasəti və hərbi kampaniyaları

[redaktə | mənbəni redaktə et]
1213-cü ildə Gürcüstan və qonşuları

Müsəlman qonşuları

[redaktə | mənbəni redaktə et]

Tamara öz gücünü artıranda və David Soslan, Mxarqrdzeli, Toreli və başqa zadəgan ailələrindən dəstək alanda öz sələflərinin işğalçı xarici siyasəyini bərpa etdi. Gürcüstanda təkrarlanan sülalə çəkişmələri və Böyük Səlcuq İmperiyasının regionda varisləri olan Azərbaycan Atabəyləri, ŞirvanşahlarƏrmənşahların səyləri IV Davidin və Tamaranın atası III Georginin vaxtında Gürcüstanın nail olduğu dinamikanı zəiflətmişdi. Ancaq gürcülər Tamaranın vaxtında, xüsusilə, onun hakimiyyətinin ikinci onilliyində yenidən aktiv oldular.

1190-cı ilin əvvəllərində Gürcüstan hökuməti mübarizə aparan şahzadələrdən istifadə edərək Eldənizlərin və Şirvanşahların daxili məsələlərinə qarışmağa başladı. Eldənizlər dövlətinin Atabəyi Əbu Bəkri gürcülərin yüksəlməsinin qarşısını almağa çalışdı, ancaq Şəmkir döyüşündə David Soslan tərəfindən məğlub edildi[23] və 1195-ci ildə önəmli bir şəhərini itirdi. Əbu Bəkr öz hakimiyyətini bir il sonra bərpa etsə də, Eldənizlər qismən gürcülərin basqınlarının qarşısını almağa qadir idilər.[31][32]

1199-cu ildə Tamaranın orduları başqa mühüm bir qələbə qazandı. Kürd ailəsindən olan iki qardaş Zakare and İvane Mxarqrdzeli Ani şəhərini kürd Şəddadilər sülaləsindən aldı və ərazini feod olaraq Tamaradan qəbul etdi. Ani şəhərini istinad nöqtəsi edən qardaşlar yerli müsəlman sülalələrindən bir-bir qalaları və vilayətləri alaraq mərkəzi erməni torpaqlarına qədər hakimiyyətlərini yaydılar: 1201-ci ildə Bjin, 1203-cü ildə Dəbil (Dvin) süqut etdi.[33]

Gürcülərindən qələbələrindən narahat olan Rum sultanlığının hökmdarı II Süleymanşah öz vassal əmirlərini topladı və Gürcüstana tərəf hərəkət etdi. Onun düşərgəsi 1203-cü il və ya 1204-cü ildə Basian döyüşündə hücüma məruz qaldı və dağıdıldı. Tamaranın tarixçisi Basiana hərəkət etməzdən əvvəl ordunun Vardzianın qayadan yonulmuş şəhərində necə yığıldığını və Tamaranın kilsə balkonundan əsgərlərə necə müraciət etdiyni təsvir edir.[34][35]

Mxarqrdzeli ailəsi 1206-cı ildə gürcü taxtının adından Qarsı aldı, ancaq Əhlat qapılarından geri dəf edildi. Bu erməni torpaqları üçün mübarizəyə səbəb oldu[36]Van gölü regionunu yeni sahibi Əyyubilər sülaləsinin nisbətən möhkəm mülkünə çevirdi.[37] 1209-cu ildə Mxarqrdzeli qardaşları Ərdəbil şəhərini xaraba qoydu, gürcü və erməni salnamələrinə görə bu müsəlman hakimin Aniyə hücumuna və şəhərin xristian əhalisinin qətlinə görə baş vermişdi.[36] Böyük axırıncı həmlədə qardaşlar NaxçıvanCulfa ərazisindən Mərəndə, TəbrizəQəzvinə olan yürüşdə yollarındakı bir sıra yaşayış məntəqələrini qarət edərək Tamaranın mülklərindən və vassal ərazilərindən toplanmış ordunu idarə etdilər.[36]

Trabzon imperiyası və Orta Şərq

[redaktə | mənbəni redaktə et]
Yerusəlimdə əvvəllər gürcü keşişlərinin məskunlaşdığı və Tamaranın himayə etdiyi Xaç monastrı

Tamaranın hakimiyyəti dövründə baş vermiş diqqətəlayiq hadisələrdən biri 1204-cü ildə Qara dənizin sahilində Trabzon imperiyasının qurulmasıdır. Bu dövlət I Aleksey Komnin və onun qardaşı David tərəfindən gürcü qoşunlarının köməyi ilə zəifləyən Bizans imperiyasının şimal-şərqi — Pont — ərazilərində qurulub. Tamaranın bacısı oğlanları olan[38] AlekseyDavid Gürcüstan sarayında böyümüş sürgün olunmuş Bizans şahzadələri idi. Tamaranın tarixçisinə görə Trabzona gürcü ekspedisiyasının məqsədi gürcü hökmdarından Antiox və Aynoroz monastırlarına göndərilən pulu müsadirə edən Bizans imperatoru IV Alekseyi cəzalandırmaq idi. Ancaq Tamaranın Pont cəhdi daha yaxşı onun hakimiyyətdən məhrum edilmiş Komninlərlə sülalə həmrəyliyi ilə bərabər Gürcüstanın cənub-qərbi ərazisində müttəfiq ölkə qurmaq üçün Qərbi Avropanın Konstantinopola qarşı Dördüncü Səlib Yürüşündən üstünlük əldə etmək istəməsi ilə izah edilə bilər.[39][40]

Tamara beynəlxalq arenada Gürcüstanın rolunu artırmaq və Orta Şərqin xristianlarının qoruyucusu kimi Bizans taxtının rolunu mənimsəmək üçün Bizans imperiyasının zəifləməsindən və səlibçilərin Səlahəddin Əyyubi tərəfindən məğlub edilməsindən faydalanmağa çalışdı.[41][42] Gürcü xristian missionerlər Şimali Qafqazda fəal idilər və mühacir monastır cəmiyyətləri Aralıq hövzəsi boyu yayılmışdı. Tamaranın salnaməsi onun xristianlığı beynəlxalq səviyyədə qorumasını və Misirdən BolqarıstanaKiprə qədər kilsələrə və monastırlara dəstəyini tərifləyir.[43]

Gürcüstan sarayı Müqəddəs torpaqdakı gürcü monastır mərkəzlərinin qorunması ilə maraqlanırdı. XII əsrə qədər 8 gürcümonastırı Yerusəlimdə qeydə alınmışdı.[44] Səlahəddin Əyyubinin bioqrafiyaçısı Bahaddin ibn Şəddad məlumat verir ki, 1187-ci ildə Əyyubilərin Yerusəlimi işğal etməsindən sonra Tamara sultana elçilər göndərərək Yerusəlimdəki gürcü monastırlarının müsadirə edilmiş mülklərinin geri qaytarılmasını tələb etdi. Səlahəddinin cavabı qeydə alınmayıb, ancaq Tamaranın səylərinin uğurlu olması görünür: Tamaranın ölümündən qısa bir müddət sonra Akrenin yepiskopu olan Jak de Vitri Yerusəlimdə gürcülərin olması barədə dəlillər göstərir. O yazır ki, digər xristian dindarları ilə müqayisədə gürcülərə öz bayraqları açıq şəkildə şəhərə girməyə icazə verilir. İbn Şəddad daha qabağa gedərək iddia edir ki, Tamara Xilaskar Xaçın qalıntılarını əldə etmək üçün Bizans imperatorundan daha çox pul təklif edib. Ancaq Hattin döyüşünün qəniməti kimi qalıqları götürən Səlahəddin Əyyubiyə 20000 qızıl pul təklif etsə də, heç nə alınmayıb.[41][43]

Tamaranın monoqramının olduğu və gürcü və ərəb yazıları olan mis sikkə (1200)

Feodal monarxiyası

[redaktə | mənbəni redaktə et]

Tamara dövründəki Gürcüstanın siyası və mədəni uğurlarının kökü dövlətin uzun və mürəkkəb tarixindədir. Tamara uğurlarına IV Davidin (1089–1125) islahatlarından dərhal sonra və XI əsrin ilk onilliyində gürcü dövlətlərinin və əyalətlərinin siyası birliyinin memarları olan III Davidin və III Baqratın ölkəni birləşdirmə cəhdlərindən uzun müddət sonra nail olmuşdu. Tamara öz uğurlarını onların uğurlarının əsasında qurmağa qadir idi.[45] Onun hakimiyyətinin sonlarına qədər Gürcüstan Orta əsrlərdə öz gücünün və nüfuzunun pik nöqtəsinə çatdı. Tamaranın hakimiyyəti şimalda Böyük Qafqaz qılıcından cənubda Ərzuruma, şimal-qərbdə Zixidən cənub-şərqdə Gəncə ətrafına çataraq, şimali və mərkəzi Ermənistanda sadiq Mxarqrdzeli rejimi, asılı dövlət kimi Şirvan və müttəfiq kimi Trabzon imperiyası ilə pan-Qafqaz imperiyası əmələ gətirirdi. Çağdaş gürcü tarixçisi Tamaranı "Pont dənizindən (bu Qara Dənizdir) Qorqan dənizinə (Xəzər dənizi), Speridən Dərbəndə, Qafqazın müxtəlif yerlərindən Xəzəriyəyə və Skifiyaya qədər" ərazilərin sahibi kimi tərifləyir.[46][47]

Hökmdar titulları müvafiq olaraq güclənmişdi. Bu indi sadəcə Tamaranın idarə etdiyi Gürcüstan dövlətinin ənənəvi ərazilərini əks etdirmirdi, yeni bölgələr buna daxil idi və bu da gürcü tacının qonşu torpaqlar üzərindəki hegemoniyasını əks etdirirdi. Beləliklə, onun adı ilə olan sikkələr və nizamnamələrdə Tamara belə tanıdılırdı:

" Tanrının arzusu ilə abxaziyalıların[48], kartlililərin[49], aranlıların, kaxetiyalıların, ermənilərin krallar kralı və kraliçalar kraliçası; ŞirvanşahŞahənşah; Şərqin və qərbin otokratı, dünyanın və dinin şanı, İsanın müdafiəçisi.[50][51][52] "

Əslində Tamara heç bir vaxt otokratik gücə çatmayıb və zadəganlar şurası fəaliyyət göstərməyə davam edib. Habelə, Tamaranın şəxsi nüfuzu və patronq'moba — feodalizmin gürcü versiyasının yayılması güclü sülalə şahzadələrinin dövləti bölməsinin qarşısını aldı. Bu gürcü feodalizminin tarixində klassik bir dövr idi.[53] Feodalizmin əvvəl bilinmədiyi yerlərdə yayılmasına cəhdlər müqavimətsiz baş verməmişdi. 1212-ci ildə Gürcüstanın şimal-şərqindəki Pxovi və Dido dağlıları arasında üsyan baş vermişdi və 3 aylıq ağır döyüşdən sonra İvane Mxarqrdzeli tərəfindən bu üsyan yatırılmışdı.[54]

Gürcüstanın hökmranlığı altında çiçəklənən iqtisadi mərkəzlərlə sənaye və iqtisadiyyat ölkəyə və saraya yeni var-dövlət gətirdi. Qonşulardan alınan xərac və müharibə qəniməti dövlət xəzinəsinə əlavə edildi və belə bir deyimin yaranmasına səbəb oldu: "kəndlilər zadəganlar kimi, zadəganlar şahzadələr kimi, şahzadələr hökmdarlar kimi."[55][56]

Tamaranın tələbi ilə köçürülmüş Vani İncilləri əlyazmasından folio

Ölkədəki firavanlıq xristianlığın və dünyəviliyin, qərbin və şərqin qarışmasından ortaya çıxmış fərqli gürcü mədəniyyətinin çiçəklənməsinə səbəb oldu.[57] Bundan başqa gürcülər müsəlman şərqindənsə qərbin Bizansı ilə özlərini bir hesab edirdilər. Gürcü monarxiyası xristianlıq ilə birliyini göstərməyə və öz olduğu yeri Tanrının lütfü kimi tanıtmağa çalışırdı.[23] Bu Gürcü Ortodoks memarlığının yenidən planlaşdırıldığı dövr idi və bir sıra iriölçülü gümbəzli kafedrallar inşa edilirdi. Kral hakimiyyətinin Bizans köklü ifadəsi Tamaranın qadının öz başına ölkəni idarə etməsi kimi bənzəri görülməmiş yerini dəstəkləmək üçün dəyişdirildi. Gürcü hökmdarının bu günədək gəlib çatan beş sanballı kilsə portreti Bizans bədiiliyində formalaşdırılıb, ancaq xüsusilə gürcü motivlərini və qadın gözəlliyinin fars tipli idealını vurğulayır.[58] Gürcüstanın Bizansa söykənən mədəniyyətindən başqa ölkənin Orta Şərqlə yaxın ticarət əlaqələri yazısı gürcü və ərəb dilində yazılmış həmin dövrün gürcü sikkələrində əks olunub. Təqribən 1200-cü illərə aid Tamaranın adından zərb edilmiş sikkələrin bir tərəfində Şərqi Ortodoks Kilsəsinin yerli variantı və digər tərəfində isə Tamaranı "İsanın müdafiəçisi" kimi təsvir edən ərəb yazısı var.[59]

Çağdaş gürcü salnamələri xristian əxlaqını və patristik ədəbiyyatını çiçəkləməyə davam edən şəkildə göstərir, ancaq bu vaxta qədər o, öz erkən dominant mövqeyini qonşu mədəniyyətlərlə sıx əlaqədə inkişaf etməsinə baxmayaraq orijinal olan dünyəvi ədəbiyyata vermişdi. Bu axın Şota Rustavelinin eposu Pələng dərisi geymiş pəhləvanla ən yüksək nöqtəsinə çatdı. Bu əsər "Cəngavərlər dövrü"nün ideallarını mədh edir və Gürcüstanda milli ədəbiyyatın böyük nailiyyəti kimi bu əsərə hörmət edilir.[23][42][60]

Ölümü və dəfni

[redaktə | mənbəni redaktə et]
Tamaranın dəfn yeri hesab edilən Gelati monastrı — UNESCO Ümumdünya irsi

Tamara əri David Soslandan çox yaşadı və paytaxt Tbilisiyə yaxın bir yerdə onu "yıxan xəstəlikdən" öldü. O, bundan əvvəl oğlu Georgi-Laşanı hakimiyyət şəriki kimi taxta çıxartmışdı. Tamaranın tarixçisi deyir ki, Tamara Qori şəhərinə yaxın Naçarmaqevi qalasında öz nazirləri ilə dövlət məsələlərini müzakirə edərkən qəflətən xəstələnib. O, Tbilisiyə və daha sonra yaxın Aqarani qalasına nəql edildi. Burda o öldü və təbəələri tərəfindən ona yas tutuldu. Onun qalıqları Msxetanın Svetitsxoveli kafedralına və daha sonra gürcü hakim sülaləsinin ailə qəbiristanlığı — Gelati monastırına aparıldı. Tamaranın 1207-ci il və ya 1210-cu ildə ölməsi ilə bağlı bəzi qeyri-müəyyən əlamətlər olsa da geniş miqyasda qəbul edilən elmi fikir Tamaranın 1213-cü ildə ölməsidir.[61][62]

Sonrakı vaxtlarda Tamaranın dəfn edildiyi yerlə bağlı bir çox əfsanələr əmələ gəldi. Onlardan birinə görə Tamara qəbrinin düşmənləri tərəfindən təhqir edilməsinin qarşısını almaq üçün Gelati monastırında, gizli bir oyuqda dəfn edilib. Başqa bir versiya təklif edir ki, Tamaranın qalıqları uzaq bir yerdə, bəlkə də Müqəddəs Torpaqda yenidən dəfn edilib. Fransız cəngavər Qiyom de Bois erkən XIII əsrdən mövcud olan, Fələstində yazılmış və Bezanson yepiskopuna ünvanlanan məktubunda iddia edirdi ki, o eşidib ki, gürcülərin hökmdarı böyük ordu ilə Yerusəlimə tərəf gəlir və artıq Sarazenlərin bir çox şəhərlərini işğal edib. Məruzənin dediyinə görə o, həyatda ikən Müqəddəs Torpağı ziyarət edə bilməyən və öz bədəninin Müqəddəs Məzarın yaxınlığında dəfn edilməsini vəsiyyət edən anasının — "qüdrətli hökmdar Tamara"nın (regina potentissima Thamar) qalıqlarını daşıyırdı.[63][64]

XX əsrdə Tamaranın məzarının axtarışı elmi tədqiqatın mövzusu kimi həm də geniş ictimai marağın diqqət mərkəzi oldu. Gürcü yazıçısı Qriqol Robakidze 1918-ci il Tamaraya aid esseyində yazırdı: "İndiyə qədər Tamaranın qəbrinin harda olduğunu heç kəs bilmir. O, hər kəsə və heç kəsə aiddir: onun qəbri gürcünün qəlbindədir. Və gürcülərin qavrayışında bu məzar deyil, içində solmaz çiçək, böyük Tamaranın çiçəklədiyi güldandır." Ortodoks akademik görüşü hələ də Tamaranın qəbrini Gelatidə yerləşdirir, ancaq 1920-ci ildə Takaişvili ilə başlayan bir sıra arxeoloji tədqiqatlar onu monastırda tapa bilməyib.[63][64]

Mirası və populyar mədəniyyətdə yeri

[redaktə | mənbəni redaktə et]
Şota Rustaveli öz epik əsərini Kraliça Tamaraya təqdim edir. Macar rəssam Mixayi Ziçinin rəsmi (1880-ci illər)

Əsrlər boyu Tamara gürcü tarixi panteonunda əsas fiqur kimi ortaya çıxıb. Onun hakimiyyətinin "Qızıl Dövr" kimi qurulması onun hakimiyyətində başladı və Tamara dövrün maraq nöqtəsi oldu.[65] Şota Rustaveli daxil olmaqla bir sıra orta əsr gürcü şairləri Tamaranı öz işləri üçün ilham mənbəyi hesab edirdilər. Əfsanəyə görə Rustaveli Tamaraya qarşı məhəbbət bəsləyirdi və öz son günlərini monastırda keçirdi. Rustavelinin eposundakı təcrübəli Kral Rostevanın qızı Tinatini taxta çıxartdığı dramatik səhnə III Georginin qızını hakimiyyət şəriki etməsi ilə alleqoriyadır. Rustaveli bu səhnəni belə şərh edir: "Şir balası erkək olsun, dişi olsun, eyni dərəcədə yaxşıdır."[66]

Tamara Çaxuruxadzenin Tamariani və İohann Şavtelinin Abdul-Mesia əsəri kimi bir çox çağdaş panegiriklərin mövzusu olub.[67] O, tarixçilər tərəfindən mədh edilib və onlardan ən diqqətçəkənləri onun hakimiyyətini əsas mövzusu edən Tamaranın həyatı, kraliçalar kraliçasıHakimlərin tarixi və mədhləri təsvirləridir. Bu iki əsər Tamaranın gürcü ədəbiyyatında müqəddəs hesab edilməsinin əsas qaynaqlarıdır. Tarixçilər onu "ərsizlərin müdafiəçisi" və "üç dəfə xeyir-dua verilmiş" olaraq ucaldır və qadın kimi onun əxlaqına xüsusi diqqət ayırır: gözəllik, təvazökarlıq, mərhəmət göstərmək, vəfa və saflıq.[28] Gürcü kilsəsinin Tamaranı çox sonra müqəddəsləşdirməsinə baxmayaraq, sağlığında Vani Qospelsin əlyazmasına əlavə edilmiş yunan-gürcü dilindəki çap emblemində müqəddəs olaraq adlandırılıb.[65]

Tamaranın ideallaşdırılması ondan sonra gələn xələflərinin dövründə baş verən hadisələrə görə daha da gücləndi; Tamaranın ölümündən sonrakı iki onillikdə Xarəzmşahlar dövlətiMonqol İmperiyasının Gürcüstanı işğal etməsi gürcü hakimiyyətini gözləmədikləri sona gətirdi.[68] Milli dirçəlişin sonrakı dövrləri Tamara hakimiyyətinin uğurlarını yaxalamaq üçün həddindən artıq qısa idi. Bunların hamısı ideallaşdırılmış hökmdar ilə həqiqi şəxsiyyət arasındakı fərqin ayırd edilə bilmədiyi Tamara kultuna səbəb oldu.[69]

İnsanların yaddaşında Tamaranın təsviri əfsanəvi və romantik xarici görünüş əldə edib. Xalq mahnılarının, şerlərin və nağılları Tamaranı ideal hakim və bəzən paqanizm ilahlarının və xristian müqəddəslərinin xüsusiyyətlərinin əlavə edildiyi müqəddəs qadın kimi təsvir edir. Məsələn, qədim osetin nağılında Tamara pəncərədən parlayan günəş işığından oğlan uşağına gəbə qalır. Gürcüstan dağlarından olan başqa bir mif isə Tamaranı qışı idarə edən hava ilahı Pirimze ilə eyniləşdirir.[70] Oxşar bir şəkildə Pşaviyanın dağlıq rayonunda Tamaranın təsviri sağlamlıq və qadın məhsuldarlığı tanrısı ilə eyniləşdirilir.[71]

Tamara bəzən ordunu müşayiət edir və bəzi hərbi əməliyyatları planlayan kimi təsvir edilirdi. Ancaq o, heç vaxt bilavasitə müharibə ilə əlaqədar olmamışdı.[11] Hətta onun dövrünün hərbi qələbələrinin xatırlanması Tamaranın başqa populyar təsvirinin — döyüşçü-kraliça modelinin yaranmasına səbəb olub. Bu həm də farslara qarşı döyüşən uydurma gürcü hökmdarı haqqında məşhur XVI əsr rus hekayəsi — "Kraliça Dinaranın nağılı"nda əks olunmuşdur.[72][73] Bütün Rusiyanın çarı IV İvan Kazanın mühasirəsindən əvvəl öz ordusunu Tamaranın döyüşlərindən[74] misal gətirərək ruhlandırmışdır:

" Ağıl və kişi cəsarəti bəxş edilmiş, İberiyanın ən müdrik kraliçası.[75] "
Şahzadə Qaqarin tərəfindən yenidən çəkilmiş Betaniyadakı hökmdar siyahısı. IV Georgi (solda), Tamara (mərkəzdə), III Georgi (sağda) və ətraflarında döyüşçü müqəddəslər təsvir edilmişdir. (1847)

Tamaranın müasir dövrdə dərk edilməsinin böyük bir hissəsi XIX əsrin romantizminin və həmin dövrdə gürcü ziyalıları arasında artan millətçiliyin təsiri artında formalaşıb. XIX əsrin rus və qərb ədəbiyyatlarında Tamaranın surəti Gürcüstanın bir hissəsi hesab edildiyi Avropanın orientalizmini və orientalizmdə qadının vəziyyətini və xüsusiyyətlərini əks etdirir.[76] Yazıçı Yakob Filip Falmerayer Tamaranı "qafqazlı Semiramis" olaraq təsvir edir.[77] "Eqzotik" Qafqaza heyran olmuş rus şairi Mixail Lermontov romantik şeir olan Tamaranı yazdı. O şeirdə siren kimi nəhəng şahzadə qız haqqında qədim gürcü əfsanəsini istifadə etdi və şeir əfsanədəki şahzadəyə Kraliça Tamara adını verdi.[78] Lermontovun gürcü hökmdarını təhlükəli azğın qadın kimi təsvir etməsinin heç bir tarixi əsası olmamasına baxmayaraq bu Tamaranın cinsəl həyatı haqqında XIX əsr Avropa müəlliflərinin müəyyən əhəmiyyət verdiyi müzakirənin yaranması üçün kifayət oldu.[78] Knut Hamsunun 1903-cü il Dronning Tamara ("Kraliça Tamara") pyesi az uğur qazandı; teatr tənqidçiləri onu "orta əsr kostyumu geyinmiş müasir qadın" olaraq gördülər və pyesi "1890-cı illərin yeni qadının komentariyası" kimi oxudular.[79] Rusiya bəstəkarı Mili Balakirev Tamara adlanan simfoniya bəstələdi.

Gürcü ədəbiyyatında da Tamara romantikləşdirilib, ancaq bu rus və qərbi Avropa mülahizəsindən tam fərqlidir. Gürcü romantikləri Tamaranın orta əsrlər ənənəsindəki ölkəni daimi olaraq müharibə zamanı idarə edən, əsilzadə, müqəddəs qadın portretini davam etdiriblər. Bu münasibət daha sonra Betaniya monastırındakı Tamaranın çağdaş XIII əsr divar rəsminin aşkar edilməsindən ilham aldı. Divar rəsmi Şahzadə Qriqori Qaqarin tərəfindən 1840-cı illərdə aşkar edildi və bərpa edildi. Fresko həmin vaxtlarda Gürcüstanda yayılan bir çox qravüraların mənbəyi oldu və şair Qriqol Orbelianinin ona romantik şeir həsr etməsinə səbəb oldu. Bundan başqa Rusiyanın Gürcüstanda hökmranlıq etməsindən və milli müəssisələri sıxışdırmasından təsirlənən gürcü ədibləri öz yazılarında geri qaytarıla bilməyən itirilmiş keçmişdən kədərlənərək Tamaranın dövrü ilə öz müasir vəziyyətlərini qarşı-qarşıya qoydular. Beləliklə, indiki zamana qədər mövcud olan fikir Tamaranın Gürcüstanın ən güclü dövrünün təcəssümü olmasıdır.[80]

Üzərində Tamaranın təsviri olan 50 lari

Tamaranın rus şahzadə Yuri ilə evlənməsi müasir Gürcüstanda rezonans doğuran iki nəsr əsərinin mövzusu oldu. Şalva Dadianinin ilk olaraq Bəxtsiz Rus (უბედური რუსი; 1916–1926) adlandırılan pyesi "rus və gürcü xalqının əsrlər boyu davam edən dostluğunu təhrif etdiyi" üçün sovet tənqidçiləri tərəfindən hücuma məruz qaldı.[81] Sovet İttifaqı Kommunist Partiyasının təzyiqi altında Dadiani həm adı, həm də süjeti rəsmi ideologiyanın xəttinə uyğunlaşdırmaq üçün dəyişdirməli oldu.[82] 2002-ci ildə gənc gürcü yazıçısı Laşa Buqadza Birinci Rus (პირველი რუსი) satirik qısa hekayəni qələmə aldı və hekayənın əsas mövzusu Tamara və Yurinin alınmayan gərdək gecələri idi. Mövzu bir çox mühafizəkarları qəzəbləndirdi və mediya, Gürcüstan Parlamenti və Gürcü Ortodoks Kilsəsinin patriarxlığı daxil olmaqla ümummilli mübahisəyə səbəb oldu.[83]

Nəsil şəcərəsi

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
I Demetri
Gürcüstanın hökmdarı, 1125–1154
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
V David
Gürcüstanın hökmdarı, 1154–1155
 
 
III Georgi
Gürcüstanın hökmdarı, 1155–1184
 
 
 
Burduxan
 
I Demetrinin qızı Rusudan
 
{{{ }}}
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şahzadə Dyomna
 
 
 
 
Böyük Tamara
Gürcüstanın hökmdarı, 1184–1213
 
 
1. Yuri Boqolyubski
 
 
?Rusudan
 
{{{ }}}
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2. David Soslan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IV Georgi
Gürcüstanın hökmdarı, 1213–1223
 
Rusudan
Gürcüstanın hökmdarı, 1223–1245
 
 
 
Qiyasəddin Türkanşah
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
VII David
Gürcüstanın hökmdarı, 1247–1270
 
 
 
 
VI David
Gürcüstanın hökmdarı, 1245–1293
 
Gürcü Xatun{{{ }}}


  • ASE
  • Azərbaycan tarixi. Yeddi cilddə. 2-ci cild.
  • Alemany, Agusti (2000), Sources of the Alans: A Critical Compilation. Brill Publishers. ISBN 90-04-11442-4.
  • Allen, William Edward David (1932, reissued 1971), A History of the Georgian People: From the Beginning Down to the Russian Conquest in the Nineteenth Century. Taylor & Francis, ISBN 0-7100-6959-6.
  • Ciggaar, Krijnie & Teule, Herman (ed., 1996), East and West in the Crusader States. Peeters Publishers, ISBN 90-429-1287-1.
  • Eastmond, Antony (1998), Royal Imagery in Medieval Georgia. Penn State Press, ISBN 0-271-01628-0.
  • Humphreys, Stephen R. (1977), From Saladin to the Mongols: The Ayyubids of Damascus, 1193–1260. State University of New York Press|SUNY Press, ISBN 0-87395-263-4.
  • James, Liz (ed., 1997), Women, Men and Eunuchs: Gender in Byzantium. Routledge, ISBN 0-415-14686-0.
  • Khazanov, Anatoly M. & Wink, André (2001), Nomads in the Sedentary World. Routledge, ISBN 0-7007-1369-7.
  • Lordkipanidze, Mariam (1987), Georgia in the XI–XII Centuries. Tbilisi: Ganatleba.
  • Rapp Jr., Stephen H. (1993), "Coinage of T'amar, Sovereign of Georgia in Caucasia", Le Muséon 106/3–4: pp. 309–330.
  • Rapp, Stephen H. (2003), Studies In Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts. Peeters Publishers, ISBN 90-429-1318-5.
  • Rayfield, Donald (2000), The Literature of Georgia: A History. Routledge, ISBN 0-7007-1163-5.
  • Salia, Kalistrat (1983). History of the Georgian Nation. (trans., Katharine Vivian.) (2nd ed.) Paris: Académie française.
  • Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation. Indiana University Press, ISBN 0-253-20915-3.
  • Toumanoff, Cyril (1966), "Armenia and Georgia," The Cambridge Medieval History, vol. 4, pp. 593–637. Cambridge England: Cambridge University Press (Online version from Robert Bedrosian's Armenian History Workshop).
  • Toumanoff, Cyril (July 1940), "On the Relationship between the Founder of the Empire of Trebizond and the Georgian Queen Thamar", Speculum, Vol. 15, No. 3: pp. 299–312.
  • Vasiliev, Alexander (January 1936), "The Foundation of the Empire of Trebizond (1204–1222)", Speculum, Vol. 11, No. 1: pp. 3–37.
  • Dondua, Varlam & Berdzenishvili, Niko (transl., comment., 1985), Жизнь царицы цариц Тамар (The Life of the Queen of Queens Tamar), English summary. Tbilisi: Metsniereba.
  • Vateĭshvili, Dzhuansher Levanovich (2003), Грузия и европейские страны. Очерки истории взаимоотношений, XIII–XIX века. Том 1. Грузия и Западная Европа, XIII–XVII века. Книга 1. ("Georgia and the European countries: studies of interrelationship in the 13th–19th centuries. Volume 1: Georgia and Western Europe, 13th–17th centuries. Book 1."). Nauka, ISBN 5-02-008869-2.
  1. 1 2 Хаханов А. Тамара (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIIа. С. 556–557.
  2. 1 2 Георгий Андреевич (супруг царицы Тамары) (rus.). // Русский биографический словарь Москва: 1914. Т. 4. С. 441–442.
  3. Тамара // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 139.
  4. Azərbaycan tarixi. Yeddi cilddə. II cild. səh. 321 (PDF) Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine
  5. Azərbaycan tarixi. Yeddi cilddə 2-ci cild. səh. 254 (PDF) Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine
  6. Britannika Ensiklopediyası. "Georgian literature". 2015-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  7. İranika Ensiklopediyası. "GEORGIA IV. Literary contacts with Persia". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  8. Rapp (2003), p. 338.
  9. gürc. ქართულ-აზერბაიჯანული ლექსიკონი. ნასიბ ნასიბოვი, ვენერა ჯანგიძე, სულეიმან სულეიმანოვი; რედაქტორი ნასიბ ნასიბოვი. თბილისი: ინეტელქტი, 2010, გვერდი 251 ISBN 978-9941-420-00-9 / azərb. Gürcücə – azərbaycanca lüğət. Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşri. Redaktor: Nəsib Nəsibov; Tərtib edənlər: Nəsib Nəsibov, Venera Cangidze, Süleyman Süleymanov. Tbilisi: İntelekti nəşriyyatı, 2010, səh. 251 ISBN 978-9941-420-00-9
  10. 1 2 3 Eastmond (1998), p. 109.
  11. 1 2 3 4 Eastmond (1998), p. 94.
  12. Toumanoff (1966), "Armenia and Georgia", p. 623.
  13. Allen (1932), p. 104.
  14. Machitadze, Archpriest Zakaria (2006), "Holy Queen Tamar (†1213)" Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine, in The Lives of the Georgian Saints Arxivləşdirilib 2008-06-14 at the Wayback Machine.pravoslavie.ru. Retrieved on 2008–07–21.
  15. (yunanca) Ἡ Ἁγία Ταμάρα ἡ βασίλισσα Arxivləşdirilib 2018-06-17 at the Wayback Machine. 1 Μαΐου. ΜΕΓΑΣ ΣΥΝΑΞΑΡΙΣΤΗΣ.
  16. Eastmond (1998), p. 108, fn. 49.
  17. Toumanoff (1940), p. 299, fn. 4.
  18. Khazanov & Wink (2001), pp. 48–49.
  19. Eastmond (1998), pp. 106–107.
  20. 1 2 3 Eastmond (1998), p. 108.
  21. 1 2 3 4 5 6 Khazanov & Wink (2001), p. 49.
  22. Lordkipanidze (1987), p. 135.
  23. 1 2 3 4 5 6 7 8 Suny (1994), p. 39.
  24. Lordkipanidze (1987), p. 141.
  25. 1 2 3 Lordkipanidze (1987), p. 142.
  26. Alemany (2000), p. 321.
  27. 1 2 Lordkipanidze (1987), p. 143.
  28. 1 2 Eastmond, Antony. "Gender and Orientalism in Georgia in the Age of Queen Tamar", in James (1997), pp. 111–112.
  29. Eastmond (1998), pp. 135–137.
  30. Rapp (2003), p. 263.
  31. Luther, Kenneth Allin. "Atābākan-e Adārbāyĵān Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine", in: Encyclopædia Iranica (Online edition). Retrieved on 2006–06–26.
  32. Lordkipanidze (1987), p. 148.
  33. Lordkipanidze (1987), p. 150.
  34. Eastmond (1998), p. 121.
  35. Lordkipanidze (1987), pp. 150–151.
  36. 1 2 3 Lordkipanidze (1987), p. 154.
  37. Humphreys (1977), pp. 130–131.
  38. Tamar's paternal aunt was the Komnenoi's grandmother on their father’s side, as it has been conjectured by Toumanoff (1940).
  39. Eastmond (1998), pp. 153–154.
  40. Vasiliev (1935), pp. 15–19.
  41. 1 2 Pahlitzsch, Johannes, "Georgians and Greeks in Jerusalem (1099–1310)", in Ciggaar & Herman (1996), pp. 38–39.
  42. 1 2 Eastmond (1998), p. 96.
  43. 1 2 Eastmond (1998), pp. 122–123.
  44. Eastmond (1998), p. 122.
  45. Rapp (2003), p. 413.
  46.  (gürc.) Shengelia, N., საქართველოს საგარეო პოლიტიკური ურთიერთობანი თამარის მეფობაში Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine ("Foreign Relations of Georgia during the reign of Tamar"), in Melikishvili (1979).
  47. Salia (1983), pp. 177–190.
  48. In the Middle Ages, the terms "Abkhazia" and "Abkhazians" were predominantly used in a wider sense, covering, for all practical purposes, the whole of western Georgia. It was not until the 15th/16th century, after the fragmentation of the unified Georgian kingdom, that these terms resumed their original, restricted sense, referring to the territory that corresponds to modern-day Abkhazia and to the ethnic group living there. Barthold, Wasil & Minorsky, Vladimir, "Abkhaz", in The Encyclopaedia of Islam, vol. 1, 1960.
  49. "Kartvelians", the modern self-designation of the Georgians, originally referred to the inhabitants of the core central Georgian province of Kartli – Iberia of the Classical and Byzantine sources. By the early 9th century, the Georgian literati had expanded the meaning of "Kartli" to other areas of medieval Georgia held together by religion, culture, and language. Rapp (2003), pp. 429–430.
  50. Lordkipanidze (1987), p. 157.
  51. Eastmond (1998), p. 135.
  52. Rapp (2003), p. 422.
  53. Suny (1994), p. 43.
  54. Tuite, Kevin (2003), "Political and social significance of highland shrines in post-Soviet Georgia." Amirani 9: pp. 7–23.
  55. Suny (1994), p. 40.
  56. Toumanoff (1966), "Armenia and Georgia", pp. 624–625.
  57. Suny (1994), pp. 38–39.
  58. Eastmond, pp. 94, 108–110.
  59. Rapp (1993), pp. 309–330.
  60. Rayfield (2000), pp. 76–83.
  61. Javakhishvili (1983), pp. 280, 291–292.
  62. Vateĭshvili (2003), p. 135, fn. 3.
  63. 1 2 Pahlitzsch, Johannes, "Georgians and Greeks in Jerusalem (1099–1310)", in Ciggaar & Herman (1996), p. 38, fn. 17.
  64. 1 2 Vateĭshvili (2003), pp. 135–140.
  65. 1 2 Eastmond (1998), p. 97.
  66. Rayfield (2000), p. 77.
  67. Rayfield (2000), pp. 83–85.
  68. Eastmond (1998), pp. 97–98.
  69. Eastmond (1998), p. 98.
  70. Sikharulidze, Ksenia (1979), "Rituals and Songs of Weather in Georgian Poetic Folklore", in Blacking John & Kealiinohomoku, Joann W., The Performing Arts: Music and Dance. IXth International Congress of Anthropologica. Walter de Gruyter, ISBN 90-279-7870-0.
  71. Dragadze, Tamara (1984), Kinship and Marriage in the Soviet Union: Field Studies, p. 179. Routledge, ISBN 0–7100–0995-X.
  72. Tschižewskij, Dmitrij (1960), History of Russian Literature: From the Eleventh Century to the End of the Baroque, p. 236. Mouton.
  73. Suny (1994), p. 49.
  74. История русской литературы, Дмитрий Дмитриевич Благой, Volume 1, p208
  75. History of the Georgian nation, Kalistrat Salia, p189
  76. Eastmond, Antony. "Gender and Orientalism in Georgia in the Age of Queen Tamar", in James (1997), p. 116, n. 39.
  77. Vasiliev (1936), p. 13.
  78. 1 2 Eastmond, Antony. "Gender and Orientalism in Georgia in the Age of Queen Tamar", in James (1997), pp. 103–104.
  79. Københavns, Elisabeth Oxfeldt (2005), Nordic Orientalism: Paris and the Cosmopolitan Imagination, p. 220, n. 117. Museum Tusculanum Press, ISBN 87-635-0134-1.
  80. Eastmond, Antony. "Gender and Orientalism in Georgia in the Age of Queen Tamar", in James (1997), pp. 103–111.
  81. Suny (1994), p. 290
  82. Tillett, Lowell (1969), The Great Friendship: Soviet Historians on the Non-Russian Nationalities, p. 329. University of North Carolina Press
  83. Spurling, Amy (2003), "The Georgian Literary Scene". PEN Bulletin of Selected Books. 53–54: 100

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]