Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzəli
Mirzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mirzəli oyk. Cəlilabad rayonunda eyni adlı i.ə.v-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Xamirova olmuşdur. Tam adı Xilə Mirzəlidir. Sonralar oykonimin tərkibindən Xilə komponenti düşmüşdü. Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Şamaxı qəzasındakı Xilə icmasına mənsub mirzəli nəslinin maskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sürməli
Sürməli mahalı — indiki Türkiyədə mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli qəzası — Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza.
Tirmizi
Məhəmməd ət-Tirmizi (Tam adı: Əbu İsa Məhəmməd bin İsa əl-Salami Zərir əl-Buği ət-Tirmizi ərəb. ‎: أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي) — fars əsilli İslam alimi və hədis toplayan (erkən Xorasan və indiki Özbəkistan). Altı böyük məcmuədən biri olan əl-Camius-Səhih kitabının müəllifidir. Əsərin əsil adı "" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. Hədisdən əlavə, İslam Peyğəmbərinin şəxsiyyəti və surəti ilə bağlı hədislər toplusu olan "Şəmail əl-Məhəmmədiyyə" (Şəmail ət-Tirmizi kimi tanınır) əsərini də yazmışdır. == Həyatı == Tirmizinin adı "Məhəmməd", ləqəbi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir. Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Pirəli
Pirəli (Urmiya)
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
Mirzəli (Vərziqan)
Mirzəli Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Abbasov
Mirzəli Abbasov (aktyor) — aktyor, rejissor, dramaturq, Gürcüstanın әmәkdar artisti (1928). Mirzə Əli Abbasov (oftalmoloq) — oftalmoloq.
Mirzəli Hüseynzadə
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü . == Həyatı == Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Mirzəli Kəndi
Mirzəli Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Murquzov
Mirzəli İsmayıl oğlu Murquzov (1 aprel 1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, TQDK fizika fənni üzrə ekspert komissiyasının sədri, İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. SSRİ Dövlət Komitəsinin Müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. == Həyatı == 1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailədə yeddi qardaş, bir bacı idilər. Yeddi qardaşın yaşca ən kiçiyi idi. Uşaqkən şeirlər də yazmağa başlamışdı. Tanıyanlar gənc Mirzəlinin ədəbiyyatçı olacağını düşünürdü. Lakin o, tamam başqa peşəni seçdi və ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) fizika-riyaziyyat fakültəsində təhsil almağa başladı. Bu seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf Murquzov olmuşdu. 1962-ci ildə ADPU-nu bitirdikdən sonra o, Ukrayna EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına daxil oldu.
Qasımuşağı tikməsi
Qasımuşağı tikməsi — Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən ipək tikmə. == Ümumi məlumat == == Bədii analiz == Bu tikmənin kənarları naxışla tamamlanmışdır. Naxışlar ara sahədə yerləşən gölün yanlarında ensizləşdirilərək bu tikmələrə və Qasımuşağı xalçalarına məxsus "S" hərfinə bənzər naxışlarla bəzədilmişdir. Ara sahənin tən ortasında böyük ölçülü səkkizbucaqlı göl yerləşdirilmişdir. Gölün kənarları iki cür naxış olmaqla bəzədilmişdir. Gölün daxili hissəsi xonçanı xatırladan müxtəlif gül—çiçəklə tərtib edilmiş yaşıl və sürməyi rəngli kənarları dilikli kətəbələrlə təsvir edilmişdir. Gölün mərkəzində ağ yerlikli səkkizguşəli həndəsi formalı elementin dörd tərəfindən qola bənzər motivlər işlənmişdir. Bəzi toxucular bu motivləri böcək adlandırırlar. Gölün tam ortasında isə qırmızı yerliyi olan səkkizbucaqlı həndəsi fiqurun içərisində dörd ləçəkli gül təsviri işlənmişdir. Gölün ara sahəsində yerləşən kətəbəyə (böcəyə) bənzər elementlər bu tikmələrə məxsus budağı xatırladan qarmaqlı motivlərlə əhatə olunmuşdur.
Rəşad Mirzəli
Rəşad Hafiz oğlu Mirzəli (26 may 1995; Hacıqərvənd, Tərtər rayonu - 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020. 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı".
Sünəni-Tirmizi
Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir. Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. == Haqqında == === Müəllif === Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Sünəni Tirmizi
Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir. Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. == Haqqında == === Müəllif === Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Sürməli mahalı
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli nahiyəsi
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli qəzası
Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur. == Etimologiya == Bölgə adı Sürməli halına bölgəə XVI-XVII əsrlərdə bölgəyə güclü türk axınlarından sonra verildiyi deyilməkdədir. == Tarixi == İrəvan xanlığının bir hissəsi olan Sürməli 1826-1828-ci illərdə baş vermiş İkinci Rus-Qacar müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına verilmişdir. Bölgə ilk əvvəllər rus hakimiyyəti tərəfindən 1828-ci ildə yaradılmış Erməni oblastının, daha sonra isə İrəvan quberniyasının tərkib hissəsi olmuşdur. 1875-ci ildə Sürməli ərazisində Sürməli qəzası təşkil edilmiş və İrəvan quberniyasının tabeliyinə verilmişdir. Rus inqilabından sonra Sürməli qısamüddətli erməni hakimiyyəti altına düşmüşdür.
Xilə Mirzəli
Xilə Mirzəli— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. == Həyatı == Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Sürməli (Duzluca)
Sürməli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Xristianlığın qəbulundan çox sonra (təxminən 305-ci il) bölgənin dini və inzibati mərkəzi olan Armavirdə "Məryəm Məryəm" adına tikilmiş məşhur kilsəyə görə şəhər "Surb-Mari/Surb Məryəm" adlandırılmışdır. Sonralar "Sür-Melü", "Sür/Meli" adı da bundan yaranmışdır. Kəndin yerləşdiyi İğdır rayonu isə 11-ci yerdədir. və ya 12. 19-cu əsrdən etibarən Surmari/Sürmelü adı ilə bölgədəki türk bəyliklərinin hökmranlıq mərkəzi olmuşdur. 1878–1918-ci illər arasında Rusiya idarəçiliyi dövründə İğdır-Tuzluca bölgəsinin adı Sürməlu Uyezdi (rayon) adlandırıldı.
Məhəmməd Tirmizi
Məhəmməd ət-Tirmizi (Tam adı: Əbu İsa Məhəmməd bin İsa əl-Salami Zərir əl-Buği ət-Tirmizi ərəb. ‎: أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي) — fars əsilli İslam alimi və hədis toplayan (erkən Xorasan və indiki Özbəkistan). Altı böyük məcmuədən biri olan əl-Camius-Səhih kitabının müəllifidir. Əsərin əsil adı "" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. Hədisdən əlavə, İslam Peyğəmbərinin şəxsiyyəti və surəti ilə bağlı hədislər toplusu olan "Şəmail əl-Məhəmmədiyyə" (Şəmail ət-Tirmizi kimi tanınır) əsərini də yazmışdır. == Həyatı == Tirmizinin adı "Məhəmməd", ləqəbi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir. Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b.
Böyük Pirəli
Böyük Pirəli, Böyük Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir. Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Bu kənddə ən böyük küçə Abduməhlədir. Yolun adı Bəy Yolu adlanır. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir. Fındıq bağlarından, taxıldan gəlir götürürlər.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Akçabük (Türkeli)
Akçabük (türk. Akçabük) — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd. == Tarixi == Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir. == Haqqında == Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur.
Neoseiulella carmeli
Neoseiulella carmeli (lat. Neoseiulella carmeli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulella cinsinə aid heyvan növü.
Qıznaz Türkeli
Qıznaz Türkeli (türk. Kıznaz Türkeli; 1 yanvar 1962, Mələkli) — Azərbaycan əsilli Türkiyə əsnafı və siyasətçisi. == Həyatı == Qıznaz Türkeli 1 yanvar 1962-ci ildə Türkiyədə, İğdırın Mələkli qəsəbəsində anadan olmuşdur. Onun ailəsi İğdıra Təbriz və Qum şəhərlərindən gəlmişdir. Türkeli özünü sosialist adlandırmışdır. O, ibtidai və orta təhsilini İğdırda tamamlamışdır. Türkeli gənc yaşlarında bir çox iş yerlərində və fabriklərdə çalışaraq iş həyatına başladıqdan sonra 15 il əsnaf olaraq çalışmışdır. O, qadın təşkilatları fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Türkeli Türkiyə Böyük Millət Məclisinin XXV çağırış Iğdır millət vəkili olmuşdur. Ailəlidir, uşağı var.