Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2][3]
Kənd | |
Birəli | |
---|---|
39°49′30″ şm. e. 44°59′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1873 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.800 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin başqa adı Pirli olmuşdur[4]. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında[5], 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli[6], Qafqazın 5 verstlik xəritəsində Birəli kimi[7] qeyd edilmişdir.
Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur. XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Brili, həmin əyalətin Batum dairəsində Brili, Tiflis quberniyasının Qori qəzasında Brili, Kutais quberniyasının Raçin qəzasında Brili, Şimali Qafqazda Vladiqafqaz əyalətində Bira-Jenq, Baki quberniyasının Cavad qəzasında Bir-Alambek, Ter əyalətində Bir Ağqan, Zəngəzur qəzasında Birulu toponimləri[8][9] ilə mənşəcə eynidir. Bu toponimlərin bə'ziləri Altay-türk dilərində birə "kiçik çay"[10][11] sözündəndir. Məsələn, Amur çayının Böyük Birə və Kiçik Birə qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonunda) bir çay Birəliçay adlanır, lakin XIX əsrdə İrəvan quberniyasında Aşağı Pirili və Yuxarı Pirili, hazırda Azərbaycanda Böyük Pirəli və Kiçik Pirəli (Qəbələ rayonu) kənd adları, ehtimal ki, tayfa adından ibarətdir. 1593-cü ilə aid mənbədə "Gəncə sancağının Ahiştabad aranında" (yə'ni qışlağında) Peyrəlu tayfasının yaşaması qeyd olunmuşdur[12]
1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir.[13]