Məhəmməd ət-Tirmizi (Tam adı: Əbu İsa Məhəmməd bin İsa əl-Salami Zərir əl-Buği ət-Tirmizi; ərəb. أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي; 825[1][2], Termez – 892[3][4], Termez) — fars əsilli İslam alimi və hədis toplayan (erkən Xorasan və indiki Özbəkistan). Altı böyük məcmuədən biri olan əl-Camius-Səhih kitabının müəllifidir. Əsərin əsil adı "" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. Hədisdən əlavə, İslam Peyğəmbərinin şəxsiyyəti və surəti ilə bağlı hədislər toplusu olan "Şəmail əl-Məhəmmədiyyə" (Şəmail ət-Tirmizi kimi tanınır) əsərini də yazmışdır.
Tirmizi | |
---|---|
ərəb. الترمذی, محمد بن عيسى | |
Doğum tarixi | 825[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 892[3][4] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tirmizinin adı "Məhəmməd", ləqəbi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir.
Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Məhəmməd bin İsa Tirmizi Abbasi xəlifəsi Məmun dövründə anadan olub. Doğulduğu il 209-cu hicri (824/825) olaraq bildirilmişdir. Yalnız Zəhəbi Tirmizinin hicri 210-cu (825/826) ilə yaxın doğulduğunu bildirir. Buna görə də bəzi mənbələr onun doğulduğu ili hicri 210-cu il kimi göstərmişlər. Bəzi mənbələrdə onun Məkkədə doğulduğu göstərilir. Bir çoxları onun Tirmizdə İndiki Özbəkistanın cənubu (Termez) doğulduğunu bildirir. Əlbəttə daha güclü rəydə budur. Daha dəqiq desək, o, şəhərətrafı ərazilərdən birində, Buq kəndində anadan olub. Buna görə də "Tirmizi" "Əl-Buği" deyirlər.