Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Tahirov Vüsal
Vüsal Mehdi oğlu Tahirov (1 may 1997, Danyeri, Naxçıvan Muxtar Respublikası – 16 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vüsal Tahirov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abbasov
Vüsal Telman oğlu Abbasov (12 avqust 1983; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Vüsal Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abdullayev
Vüsal Şakir oğlu Abdullayev (15 mart 1986, Sarısu, Jdanov rayonu – 22 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kim traktor işlədib. == Hərbi xidməti == Vüsal Abdullayev 2003-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib. Əsgərlik xidmətin 2004-cü ilin dekabr ayında başa vurub öz kəndlərinə qayıdan Vüsal yenə də təsərrüfat işlərinə başlayıb.
Vüsal Abdullazadə
Vüsal Allahverdiyev
Vüsal Allahverdiyev (əsgər, 2002) (25.07.2002) — əsgər, Vətən müharibəsi şəhidi. Vüsal Allahverdiyev (əsgər, 1988) (16.08.1988) — əsgər, Vətən müharibəsi şəhidi.
Vüsal Allahyarov
Vüsal Şakir oğlu Allahyarov (22 aprel 1988; Sumqayıt, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, yarımqrup komandiri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüsal Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Alıyev
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Vüsal Ağalarov
Vüsal Babayev
Vüsal Sübbuh oğlu Babayev (8 yanvar 1992, Pirallahı – 21 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib. Ailəli idi, iki övladı yadigar qaldı. Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. == Hərbi xidməti == Vüsal babayev orta məktəbi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.
Vüsal Cəfərov
Vüsal Cəfərov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1989) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi.
Vüsal Dəmirov
Vüsal Aydın oğlu Dəmirov (10 sentyabr 1993; İsmayıllı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu,BTR sürücüsü, MAHHXQ İkinci Qarabağ müharibəsi şəhidi. Tovuz döyüşləri, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdür. == Həyatı == Vüsal Dəmirov 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2014 cu ildə hərbi xidmətə başlayıb. Aprel döyüşündə , Tovuz döyüşündə fəal iştirak etmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Güləliyev
Güləliyev Vüsal Azər oğlu (19 noyabr 2001; Siyəzən, - 29 oktyabr 2020; Xocavənd), — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1- ci sinifinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020 -ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Döyüş yolu == Müharibənin ilk günlərində döyüşlərə qatılaraq Füzuli rayonunun işğaldan azad olunmasında böyük igidlik göstərib. Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı təltif olunub. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Güləliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Hadıyev
Vüsal Hadıyev(azərb. Hadıyev Vüsal Balarəzi oğlu‎; 18 oktyabr 2000, Gəgiran, Lənkəran rayonu – 20 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Hadıyev Vüsal 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçürlər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Vətən Müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüsal Həsənov
Vüsal Həsənov (əsgər, 1986)
Vüsal Kazımov
Vüsal Kazımov (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi. Vüsal Kazımov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Vüsal Mahmudov
Vüsal Xəyyam oğlu Mahmudov (10 mart 2002; Ağalıq, Şabran rayonu, Azərbaycan — 2 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Mahmudov 10 mart 2002-ci ildə Şabran rayonunun Ağalıq kəndində anadan olmuşdur. 2019-cu ildə orta məktəbdən məzun olmuşdur. Subay idi. == Hərbi xidməti == Vüsal Mahmudov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Mahmudov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Mahmudov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, "Cəngavər" döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şabran rayonunda dəfn olunmuşdur.
Vüsal Mehrəliyev
Vüsal Akif oğlu Mehrəliyev (15 yanvar 1978) — aktyor və rejissor.Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru(2022), Prezident mükafatçısı(2022) == Həyatı == Vüsal Mehrəliyev 15 yanvar 1978-ci ildə İsmayıllıda anadan olmuşdur. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 27 oktyabr 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol almışdır. 2016-cı ildən Moskvada B. Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsilini davam etdirir. == Mükafatları == 2014-cü ili aprel ayının 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatr sahəsindəki rolları == 1. Mahmud - («Mahmud və Məryəm» Elçin) 2. Uruz - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) 3.
Vüsal Miriyev
Vüsal Miriyev — II dərəcəli kapitan, "Dağıstan" raket gəmisinin komandiri. == Həyatı == Vüsal Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. === Ailəsi === V. Miriyev evlidir, 3 övladı var. == Fəaliyyəti == 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002–2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005–2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. 2015-ci il oktyabrın 7-də Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisi Xəzər dənizindən Suriyadakı hədəflərə raket atıb.
Vüsal Muradov
Vüsal Cəsarət oğlu Muradov (19 may 1999, Sumqayıt – 29 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Muradov oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Vüsal Murtuzəliyev
Murtuzəliyev Vüsal Hasil oğlu (23 aprel 1982, Sumqayıt) — Azərbaycan aktyoru. == Həyatı == Vüsal Murtuzəliyev 23 aprel 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişdir. 2007-ci ildə ona böyük uğur gətirən "Cavid ömrü" filmində çəkilmişdir. Bu ekran əsərində o, Ərtoğrul Cavid obrazını yaratmışdır. Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. Hazırda Azad Azərbaycan televiziyasında qabaqcıl dublyaj aktyoru kimi çalışmaqda davam edir. Aktrisa Dilarə Əliyevanın qardaşıdır. == Filmoqrafiya == Cümhuriyyət generalları (film, 2006) Cavid ömrü (film, 2007) Günaydın, mələyim!
Vüsal Musayev
Vüsal Zakir oğlu Musayev (12 iyun 1996, Xırdalan – 13 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əslən Masallı rayonunun Təzə Alvadı kəndindən olan Vüsal Musayev 12 iyun 1996-cı ildə Xırdalan şəhərində anadan olub. 2002–2013-cü illərdə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == 2014-cü ilin ikinci yarsından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən "N" saylı hissədə davam etdirib. Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılmışdı. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.
Vüsal Mustafayev
Vüsal Sədaqət oğlu Mustafayev (d.16 noyabr 1983-cü il, Bakı) - Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Mustafayev Vüsal Sədaqət oğlu 1983-cü il noyabr ayının 16-da Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Həzi Aslanov adına 22 nömrəli məktəbin 11-ci sinfini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsinə qəbul olub və 2005-ci ildə həmin universiteti bitirib. 2006-cı ildə Azərpaşa Nemətovun dəvəti ilə Azərbaycan Teatr Xadimlər İttifaqında hazırlanmış bir neçə tamaşalarda rol alıb. 2008- 2011-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 2011-ci ilin yanvar ayından Azərbaycan Akademik Milli Dram Teatrında aktyor işləyir. == Mükafatları == 2011-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə "ilin gənc aktyoru" adına layiq görülüb. 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatr səhnəsindəki rolları == === Teatr Xadimlər İttifaqı === Məhəmməd Heydər ("Əli və Nino", Q.Səid), Fabian, Gəmi Kapitanı ("On ikinci gecə", V.Sekspir), Çapar,Qasid ("Afinalı Timon", V.Sekspir).
Vüsal Məhərrəmov
Vüsal Aslan oğlu Məhərrəmov (10 dekabr 1979, Hişkədərə, Masallı rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Məhərrəmov 1979-cu il dekabrın 10-da Masallı rayonunun Hışgədərə kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Vüsal Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məhərrəmov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Məhərrəmov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Məlikov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Busul Xan
Busul Xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buzul Xan olaraq da tanınır. Kayra Xanın sarayına gedən yolu qoruyan gözətçidir. Bunçak Xan ilə birlikdə xatırlanır. Sibir bölgəsi üçün buzlar və buzlu sahələr gündəlik həyatın davamlı bir parçasıdırlar. Bu səbəblə soyuqla bağlı anlayışların mifologiyadakı əks olunmaları çox şişirdilmiş hesab olunmamalıdır. == Etimologiya == (Bus / Pus) kökündən törəmişdir. Bulandıran, puslandıran mənasını verər. Bir yerə sinmeyi, pusquya yatmağı da ifadə edir. Bus/Pus sözü qədim altaycada buxar mənasını verər və yarı şəffaf bir görünüşü bildirir.
Qusul atı
Qusul atı, həmcinin Qusulik və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır. == Adı == Bu ad qusullarla bağlıdır. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar. == Xarici görünüşü == Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır.
Vusal Hüseynov
Vusal Yəhya oğlu Hüseynov (10 iyun 2001, Velədi, Lənkəran rayonu – 8 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vusal Hüseynov 10 iyun 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuşdur. 2007–2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində oxumuşdur. 2016–2018-ci illərdə Lənkəran Texniki Kollecini sürücü-mexanik ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Vusal Hüseynov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Vusal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vusal Hüseynov 8 noyabr 2020-ci ildə Zəngilan rayonunda yerləşən 811.0 yüksəkliyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və əks-hücumun dəf edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.