Vüsal Aslan oğlu Məhərrəmov (10 dekabr 1979, Hişkədərə, Masallı rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Vüsal Məhərrəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1979(1979-12-10) |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020(2020-11-06) (40 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri | 2020 2020 |
Vüsal Məhərrəmov 1979-cu il dekabrın 10-da Masallı rayonunun Hışgədərə kəndində anadan olub.[1] Ailəli idi. 2 oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun leytenantı olan Vüsal Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məhərrəmov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]