Vüsal Abdullazadə

Vüsal Abdullazadə (12 sentyabr 1992, Tircan, İsmayıllı rayonu) — Dağıstan, Ləzgi əsilli Azərbaycan karateçisi, üç qat dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, yeddi qat Azərbaycan çempionu, Bakı Karate-do Akademiyasının prezidenti və şef-instruktoru, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan beynəlxalq qara kəmər ustası, gənc ictimai xadim.

Vüsal Abdullazadə
Şəxsi məlumatlar
Ləqəbi Döyüşçü Centlemen
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 12 sentyabr 1992(1992-09-12) (31 yaş)
Doğum yeri
Təhsili
İdman növü Karate, Dünya Fudokan Federasiyası, Hərbi döyüş çoxnövçülüyü
Boyu 182 sm
Çəkisi 80 kq
İdman dərəcəsi 5-ci dan qara kəmər
Komandası Dünya Fudokan Federasiyası, Bakı Karate-do Akademiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı karateçi, dünya və Avropa çempionu, yüksək səviyyəli beynəlxalq yarışların qalibi Vüsal Abdullazadə 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub.

2011-ci ildə yüksək idman dərəcələrinə görə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə müsabiqədənkənar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2015-ci ilin iyun ayında Akademiyanı əla qiymətlərlə bitirib.

2015–2016 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.

2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir.

25 avqust 2016 tarixindən Bakı Karate-do Akademiyasının baş məşqçisi və prezidentidir.

2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Növbədən kənar Parlament seçkilərində Deputatlığa namizəd olub.

1 aprel 2021-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti təyin edilib.

01.10.2022-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti vəzifəsi postundan istefa verib.

1 yanvar 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi seçilib.

2011-ci ildə "Azərbaycan Respublikasının İdman Ustası" adına layiq görülüb.

27 avqust 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının qurucusu, dünya şöhrətli karate-do ustası sensei İliya Yorqa tərəfindən Beynəlxalq dərəcəli V DAN Qara kəmərə layiq görülüb.

İdman fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Üç dəfə dünya çempionu və dünya çempionatlarının gümüş və bürünc mükafatçısı və həmçinin avropa çempionatının gümüş və bürünc mükafatçısıdır.
  • V DAN beynəlxaq dərəcəli qara kəmər sahibi və Beynəlxaq dərəcəli idman ustası -dır.
  • 2013-cü il 1 sentyabr tarixindən 1 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Peşəkar Karate-do Federasiyasıda Baş katib vəzifəsində çalışıb.
  • 2016-cı il 10 iyul tarixindən 01.05.2017 tarixinə kimi Azərbaycan Peşəkar Karate-do Federasiyası Vitse-prezident vəzifəsində çalışıb.
  • 25 avqust 2016-cı il tarixində "Bakı Karate-do Akademiyası" -nı təsis edib.
  • 25 avqust 2016-cı il tarixindən — bugünə kimi Bakı Karate-do Akademiyasının rəhbəri və baş məşqçisidir.
  • 2011-ci ildə, 19 yaşında Azərbaycan Respublikasının idman ustası adına layiq görülmüşdür.
  • 1 aprel 2021-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının Vitse-prezidenti təyin edilib.
  • 1 yanvar 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi seçilib.
  • 27 avqust 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının prezidenti və qurucusu Dr. Professor İliya Yorqa tərəfindən 5-ci dan qara kəmərə layiq görülüb.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • 2007 Gürcüstan Açıq Qafqaz çempionatı — Qızıl medal
  • 2008 Ukrayna Beynəlxalq turnir — Qızıl medal
  • 2008 Hindistan Mumbai Open — bürünc medal*
  • 2009 Rusiya Döyüş növlərinin Dünya oyunları — qızıl medal
  • 2009 Macarıstan Dünya çempionatı — Bürünc medal
  • 2011 Serbiya Avropa çempionatı — Gümüş medal
  • 2011 Ukrayna Dünya çempionatı — Qızıl medal
  • 2012 Türkiyə İstanbul Avropa çempionatı — Gümüş medal
  • 2013 Azərbaycan Açıq Avropa çempionatı və kuboku — Gümüş medal
  • 2013 Polşa Dünya çempionatı — Qızıl medal
  • 2014 Portuqaliya Dünya çempionatı — Gümüş medal
  • 2018 Ukrayna Dünya çempionatı — Qızıl medal
  • 2019 Portuqaliya Dünya çempionatı — Bürünc medal

İstinadlar[redaktə | mənbəni redaktə et]