Vüsal Hadıyev(azərb. Hadıyev Vüsal Balarəzi oğlu; 18 oktyabr 2000, Gəgiran, Lənkəran rayonu – 20 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1]
Vüsal Hadıyev | |
---|---|
Vüsal Balarəzi oğlu Hadıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəgiran Lənkəran rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Ağdərə rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Masallı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Ağdərə döyüşləri |
Təltifləri | 2020 |
Hadıyev Vüsal 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçürlər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur.
2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.
Vətən Müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]