VÜSAL
VÜSALİ
OBASTAN VİKİ
Vüsalə Ağarazıyeva
Vüsalə Dadaşova
Vüsalə Kərimova
Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. == Həyatı == Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi. İlk nailiyyətimiz elə Minskdə oldu, bürünc mükafat aldıq".
Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. == Erkən illəri == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. == Karyerası == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir.
Vüsalə Mirzəyeva
Rejissor == Həyatı == Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə "Sabah" yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Vüsalə Seyfədinnova
Vüsalə Seyfədinnova (11 mart 2000, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === 2019-cu ildə Rusiyanın "Ryazan" futbol komandasının formasını geyinib. 2020-cu ildə Türkiyənin "ALG Spor" klubuna transfer olunub. 2022-ci ildə isə "Çaykur Rizəspor" futbol klubunun heyətinə qoşulub.
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. == Həyatı == Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Siyasi fəaliyyəti === 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var. Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib. Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb. == Fəaliyyəti == Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı.
Vüsalə Kərimova (idmançı)
Vüsalə Kərimova (jurnalist)