Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raziqan
Raziqan — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Xərrəqan bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 426 nəfər və 138 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan Türkcəsində danışırlar.
Taliqan
Taliqan— İranın Əlburz ostanının şəhərlərindən və Taliqan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,281 nəfər və 988 ailədən ibarət idi.
Çadiqan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Xaqan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Taliqan şəhristanı
Taliqan şəhristanı (fars. شهرستان طالقان‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Taliqan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 25 781 nəfər və 7 574 ailədən ibarət idi.
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Xaniyan (Əcəbşir)
Xaniyan (fars. خانيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,118 nəfər yaşayır (272 ailə).
Çadiqan şəhristanı
Çadigan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çadigan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,684 nəfər və 8,169 ailədən ibarət idi.
Xalijan Bekxojin
Xalijan Bekxojin (2 (15) dekabr 1913, Pavlodar, Bozqır general-qubernatorluğu – 2 oktyabr 1990, Almatı) — Müasir qazax ədəbiyyatının görkəmli simalarından olub, poema, dram əsərləri, şeir və tərcümələr müəllifidir. === Həyatı === Müasir qazax ədəbiyyatının görkəmli simalarından olan Xalijan Bekxojin 15 dekabr 1913-cü ildə Pavlodar şəhərində anadan olmuşdur. O, orta mək- təbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1933–1934-cü illərdə Pavlodar şəhərində dərc olunan "Kolxoz" qəzetinin əməkdaşı olmuşdur. 1938–1942-ci illərdə Qazaxıstan Komsomolu Mərkəzi Komitəsində və Qazaxıstan Yazıçılar İttifaqında işləmişdir. Böyük Vətən müharibəsi başladıqdan bir il sonra müharibəyə getmiş və 1942–1945-ci illərdə hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Xalijan Bekxojin müharibədən geri döndükdən sonra 1946–1949-cu illərdə Qazaxıstan Elmlər Akademiyası-nın Dil və Ədəbiyyat institutunda elmi işçi vəzifəsində çalışmışdır. O, 1965-ci ildə "Qazax mətbuatının inkişaf yo- lu" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1969-cu ildə onun ədəbi-tənqidi məqalələrdən ibarət "Ənənə və novatorluq" kitabı çap olunmuşdur. O, 1978-ci ildə Qazaxıstanın Dövlət mükafatı laureatı, 1986-cı ildə isə xalq yazıçısı adlarına layiq görülmüşdür. Xalijan Bekxojin 2 oktyabr 1990-cı ildə Almatı şəhərində vəfat etmişdir.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Apa xaqan
Apa xaqan — Göytürk vətəndaş müharibəsinin iştirakçısı, Taspar xaqanın vəliəhdi və Buxara (Paykənd) yabqusu. == Həyatı == Taspar xaqan ölümündən əvvəl qaydalara zidd olaraq Apa xaqanı vəliəhd təyin etdiyi üçün müharibənin ortasında qalan Apa xaqan Tardu xaqandan müdafiə aldı. İşbara xaqana məğlub olaraq Buxaraya çəkildi və orda xaqanlıq etməyə başladı. 587-ci ildə vəfat edərək öldü. Buxara yabquluğuna Tardu xaqanın oğlu Yanq Soux Tegin gəldi.
Baqa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bars xaqan
Bars xaqan (v. 711) — VII əsrin ikinci yarısından 710/711-ci ilədək hakimiyyətdə olmuş Qırğız xaqanlığı hökmdarı. == Hakimiyyəti == Həyatının ilk dövrlərinə aid məlumat azdır. Əvvəllər bəy olsa da, sonra müstəqillik əldə etmiş və İltəriş xaqanın qızı ilə evlənib İnanc Alp Bilgə xaqan adını götürmüşdü. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710-711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. == Epiqrafik abidələr == Bəzi tədqiqatçılar Bars xaqanın əslində Manas olduğunu düşünür. Sergey Klyaştornı belə düşünür ki, Altın Göl yazıları Bars xaqanın iki ekiz övladı haqqındadır. == Müasir mədəniyyətdə == 2011-ci ildə Oş şəhərində heykəli ucaldılmışdır.
Bayan xaqan
Bayan Xaqan — avar hökmdarı (568–601) Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.
Bağa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağatur xaqan
Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Öncələr dövlətin şimal hissələrini idarə edirdi. == Hakimiyyəti == Xaqanlığa Tuluların dəstəyi ilə öz qardaşı oğlu Tonqu öldürərək gəlmişdi. Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmadan üsyan nəticəsində devrildi. Altay dağlarına qaçdısa da orda öldürüldü. Yerinə Nuşibilərin dəstəklədiyi, öncəki xaqanın oğlu Si Yabqu xaqan gəldi.
Bilgə xaqan
Bilgə xaqan (çin. 阿史那默棘連; 683 – 734 və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. == Adı və ilkin həyatı == Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi.
Biliqtü xaqan
Biliqtu xan Ayuşridara (monq. Билэгт хаан Аюшридар; 1338, Yuan İmperiyası - 1378, Şimali Yuan Dövləti) — Şimali Yuan Dövlətinin 1-ci, ümumilikdə Yuan sülaləsinin 13-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı.
Bumın xaqan
Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı. == Həyatı == Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi. == Xaqanlığa gəlişi == 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi.
Fariğan
Fariğan — İranın Hörmüzgan ostanının Hacıabad şəhristanının Fariğan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,862 nəfər və 491 ailədən ibarət idi.
Çadigan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Cuçi xaqan
Aşina Cuçi (走其可汗) (v. 679, Çanqan) — Çumuğun tayfasının rəisi, Tan sülaləsinə qarşı üsyan başlatmış Göytürk şahzadəsi. == Həyatı == Digər xaqanlarla geneolojik əlaqəsi məlum deyil. Aşina Mişenin ölümündən sonra 671-ci ildə Nuşibilərə xan təyin olunmuşdu. Özünə kifayət qədər dəstək alandan sonra 676-cı ildə Çinə qarşı üsyana başlamış, özünü xaqan elan etmişdi. Çinlilər onu Şisinq xaqan (阿史那施於北庭) adı ilə tanıyırdılar. == Hakimiyyəti == Cuçinin Çinə qarşı əsas müttəfiqi Tibet imperatoru Mansonq Maçen və Li Çefu idi.679-cu ildə Pen Sinçzyanın rəhbərlik etdiyi Çin ordusuna məğlub oldu və öldürüldü.
Duomi xaqan
Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi. == İncu xaqan dövründə == Atasının ilk övladı deyildi, lakin bir kəniz yerinə xatundan doğulduğu üçün daha çox hörmət görürdü. 638-ci ildə artıq atası İncu xaqan onu cənub tayfalarının valisi kimi təyin etmişdi. Tan sülaləsinin imperatoru Taiçonq isə onun və qardaşının arasında rəqabət yaratmaq üçün onu hətta kiçik xaqan kimi də tanımışdı. Daha sonra atası onu Si Yabqu titulu ilə qərb hakimi kimi təyin etmişdi. == Hakimiyyəti == Atasının 645-ci ildəki ölümündən sonra böyük qardaşı Yemanq ilə hakimiyyət uğrunda mübarizəyə başladı. Yemanq Bacuo tərəfindən tutularaq həbs edildi.
Kilibi xaqan
Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi. == Öncəki xaqanlar dövründə == 583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi. Şibi xaqan və Çula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.
Mete xaqan
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir. == Həyatı == Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar. Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir. E.ə.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. == Hakimiyyəti == Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Alıgan
Alıqan
Çadigan şəhristanı
Çadigan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çadigan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,684 nəfər və 8,169 ailədən ibarət idi.