Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağsay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Yason
Yason (Yazo`n, İaso`n yun. Ἰάσων) — yunan mifologiyasında əfsanəvi qəhrəmandır. İliada və Odissey dastan poemasına görə Yason İolk çarı Eson və Polimedin oğlu, Kolidon ovunun iştirakçısı və "Arqo" gəmisində Kolxidə "qızıl qoyun dərisi" dalınca yola düşən arqonavtların başçısı olmuşdur. Bu tapşırığı ona atasının ögəy qardaşı Peliy onu məhv etmək üçün vermişdir. == Doğulması == Salmoneya çarının qızı Tiro atasının ölümündən sonra əmisə çar Krefeyin İolkdakı sarayına köçür. Qızcığaz böyüdükdən sonra cay tanrısı Enipeyaə vurulmuş olur. Bu məhəbbətinin qrşılığını görməyən Tiro hər gün çay sahilinə gələrək göz yaşları tökərmiş. Bir dəfə bu baş verərkən tanrı Poseydon qıza vurularaq, Enipeya cildinə girərək onun könlünü almış olur. Sonra Poseydon öz cildinə qayıdaraq qıza bu əlaqəni sirr olaraq saxlamağı tapşırır. Poseydondan ekiz uşağa qalan Tiro sarayı tərk edərək çay qırağında ekizləri dünyaya gətirərək, onları bir zənbilə qoyub çayla axıdır.
Həsən Ağasoy
Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( 27 mart 1958, Gülüstan, Culfa rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyat və yaradıcılığı == Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.
Kalsoy adası
Kalsoy (far. Kalsoy) — Farer adalarının şimalında yerləşən ada. 2013-cü il məlumatına görə adada 95 nəfər yaşayır. Sahəsi 30.9 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 788 m-dir. == Ədəbiyyat == Swaney. Iceland, Greenland & the Faroe Islands (3rd edition). Lonely Planet Publications. 1999 [1991]. ISBN 0-86442-453-1.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Nizami Tağısoy
Nizami Tağı oğlu Məmmədov; d. 24 may 1950, Ucar rayonu, Yuxarı Şilyan) — ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Nizami Tağısoy 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur. 1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus di­li və Ədəbiyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərq­lənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Kənd məktəbində işləyə-işləyə təhsil aldığı Institutun aspiranturasına («rus-sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olunmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil ala-ala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
Tuve Yanson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Yaxsay (Dağıstan)
Yaxsay (qum. Яхсай) — qumuq kəndi. == Coğrafiyası == Yaxsay Xasavyurtun şimalında Axsay çayının sahilində, Çeçenstanla sərhəddə yerləşir. == Tarixi == Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar. Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsayda qazi-şəriət hakimi işləyən atası Molla Hüseynin yanına gedir Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə — Şamaxıya qayıdır.
Müammər Aksoy
Müammər Aksoy (1917 – 31 yanvar 1990) — Hüquqçu və siyasət adamı. 1961 Konstitusiyasını hazırlayan komissiyanın spikerliyini etmişdir. Millət vəkili Numan Aksoyun oğuludur. 1990-cı ildə, faili məchul bir cinayət nəticəsi öldürülmüşdür. İbradılı Hacı Musazadə Numan Aksoy və Nadirə Aksoyun oğuludur. Qardaşları Prof. Dr. Müzəffər Aksoy, Nilufər Pəhləvanlı, Dr. Fikrət Aksoy və Sevəm Batukandır. Ülkə Aksoy ilə evli olan Müammər Aksoy, İşıq və Təmizlən adında iki oğul ilə Əsli, Müammər Can Aksoy və İlke Aksoy adlı üç nəvəyə malikdir.
Yayoy Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. == Həyatı == Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Yayoy dövrü
Yayoi dövrü (弥生時代, Yayoi jidai) — Yaponiya tarixində eramızdan əvvəl 1000-ci ildən eramızın 300-cü ilinə qədər olan dövrü. Dünya tarixində bu, dəmir və tunc dövrünə uyğun gəlir. == Tarix == Yayoi mədəniyyətinin ilk sübutu Kyuşu adasında tapılıb. Əsrlər ərzində bu Honşü adasına da yayılıb. Dəmir və tunc Yaponiyada ilk dəfə təxminən eyni vaxtda istifadə olunmuşdu. Dəmir alət və silahlların hazırlanmasında, tuncu isə güzgü, xəncər, nizə kimi ənənəvi əşyaların hazırlanması üçün istifadə olunurdu. Yakoi alətlərinə kənd təsərrüfatı və başqa sahələrdə istifadə olunan baltalar və kərkilər, həmçinin ox ucluğu və qılınc kimi silahlar da daxildir.
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. == Həyatı == Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir. Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yoşioka Yayoy
Yoşioka Yayoy (吉岡 彌生, 29 aprel 1871 – 22 may 1959, Setaqaya) – Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru. Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır. == Həyatı == 1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur. Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi. İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır. 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır. Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir. Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır. İlk ildə məktəbin cəmi 4 tələbəsi var. Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir.
Altan Aksoy
Altan Aksoy (d. 5 fevral 1976, Rizə) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbol oynadığı son komanda 2010–11 mövsümündə 1. liqa komandalarından olan Giresunspordu. == Futbol karyerası == === Klub komanda karyerası === === İlk illər === Göztepe infrastrukturunda futbola başlayan Altan 17 yaşındakı təsirli oyunu ilə 92–93 mövsümünün ikinci yarısında A komandasında yer aldı. Göztəpə üçün ilk rəsmi matç 2 may 1993-cü ildə Sakaryaspor ilə 1-ci matçda oynanıldı . O , liqa matçında meydana çıxdı. Daha 1,5 mövsüm Göztəpədə oynayan Altan digər klubların diqqətini çəkdi və 94–95 mövsümünün ikinci yarısında "İstanbulspor" a keçdi. 1,5 mövsüm "İstanbulspor"da çıxış edən Altan 96–97 mövsümünün əvvəlində türk futbolsevərlərin onu tanıyacağı " Adanaspor" a transfer olub. === Adanaspor illəri === O, "Adanaspor"da 6 mövsüm, 183 liqa və 10 Türkiyə Kubokunda çıxış edib.
Nizami Məmmədov (Tağısoy)
Nizami Tağı oğlu Məmmədov; d. 24 may 1950, Ucar rayonu, Yuxarı Şilyan) — ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Nizami Tağısoy 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur. 1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus di­li və Ədəbiyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərq­lənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Kənd məktəbində işləyə-işləyə təhsil aldığı Institutun aspiranturasına («rus-sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olunmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil ala-ala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
Klas Yanson Visher
Klas Yanson Visher (nid. Claes Janszoon Visscher; 1587[…], 1586 və ya ən tezi 1586 və ən geci 1587, Amsterdam, Hollandiya qraflığı – 19 iyun 1652[…], Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, kartoqraf və qravüra naşiri, Piscator nəşriyyatının yaradıcısı. == Həyatı == Klas Yanson Visher gəmi dülgəri Jan Klas Visherin (Fisher) oğlu idi. Təxminən 1608-ci ildə Op de Kolkun evinə yaşamaq üçün köçmüşdür. Onun incəsənət müəllimləri məlum deyil, lakin stilistik analogiyalara əsasən onun David Vinkbunsun tələbəsi ola biləcəyi güman edilir. 1611-ci ildə o, Amsterdamdakı Kalverstraatda ev alıb ora köçdü.. Ustadın ləqəbi söz oyununa əsaslanır: (nid. visser — balıqçı) deməkdir. Visher-Piskator tipik holland mənzərələri və döyüş səhnələri ilə "tarixi qravüra" adlanan əsəri ilə məşhurlaşıb. O, həmçinin bir neçə coğrafi atlas və iki yüzə yaxın fərdi xəritə nəşr etdirmişdir.
Yaqnob dili
Yaqnob dili (йағнобӣ зивок) — Tacikistanda Yaqnob çayı ətrafında yaşayan yaqnobluların dili.
Aqoy
Aqoy — Krasnodar diyarının Tuapse rayonunda kənd. Nebuq kənd qəsəbəsi icması tərkibinə daxildir. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, eyni adlı Aqoy çayının mənsəbində yerləşir. Tuapsedən 5 km şimal-qərbdə və Krasnodardan 101 km cənubda yerləşir. Qəsəbədən Tuapse-Novorossiysk avtomobil yolu keçir. Kəndin ərazisində, çay vadisində dənizə birbaşa bitişik "Aqoy" hərbi aerodromu yerləşir. Şimal-qərbdən Nebuq, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Tuapse yaşayış məntəqələri ilə həmsərhəddir. Kənd Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefi əsasən dağlıq və təpəlikdir. Sahil hissəsində və Aqoy çayının mənsəbində hündürlüyün dəyişməsi cüzidir.
Köhnə Yakşıy (Baltas)
Köhnə Yakşıy (başq. Иҫке Яҡшый, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Starobaltas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 3 km., kənd sovetliyindən (Starobaltas): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 72 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (82 %) üstünlük təşkil edir.
Yeni Yaxşıy (Baltas)
Yeni Yaxşıy (başq. Яңы Яҡшый, rus. Новоякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Sikeyaz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Aşağı Sikeyaz): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (82 %) üstünlük təşkil edir.